Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Cəbhədə vəziyyət gərginləşib, nazir ön xəttə getdi

Cəbhədə vəziyyət gərginləşib, nazir ön xəttə getdi
Bölmə :
Gündəm
Yayım tarixi :
23/2/2017 [15:24]
Baxılıb :
29778 dəfə
Ermənilər artilleriya və digər iriçaplı texnikanın ön xəttə cəmləşdirir, Azərbaycan ordusu cavab tədbirləri görür
Elxan Şahinoğlu: “Lokal toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsi istənilən zaman baş verə bilər”

Üzeyir Cəfərov: “Sarkisyan diqqəti  yayındırmaq üçün cəbhə bölgəsində gərginlik yaradır”

Cəbhə xəttində gərginliyin artması müşahidə olunur. Müdafiə Nazirliyindən Bizimyol.info saytına verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan , iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb .
Dərhal Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsidir. 
Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Nazirliyin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.

Lavrov-Nalbandayn görüşündən sonra kəskinləşən vəziyyət

Qeyd edək ki, fevralın 22-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.Görüşdən öncə Rusiya XİN-in iqamətgahında Rusiya-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan sərgi açılıb. Daha sonra xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb. S. Lavrov Ermənistanın Rusiyanın müttəfiqi və strateji tərəfdaşı olduğunu, görüşün məhsuldar keçəcəyini deyib. E. Nalbandyan isə iki ölkə arasında münasibətlər, eyni zamanda hərbi və hərbi texniki sahədə əməkdaşlığa dair müzakirələrin aparılacağını bildirib.
 Nazir Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığa dair vacib məsələlərin də müzakirə mövzusu olacağını açıqlayıb. Daha sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib. Nazirlər görüşün protokol hissəsindəki çıxışlarında Dağlıq Qarabağ münaqişəsinə toxunmasalar da, görüşdən sonra keçirilən mətbuat konfransında bu mövzuya da toxunulub. 
Sergey Lavrov bildirib ki, görüş zamanı Qarabağ tematikasına, danışıqlar prosesinin irəliləməsi üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirilib və Dağlıq Qarabağ ətrafındakı emosional gərginliyin aradan qaldırılması üçün səylər davam etdiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanı "Dostluq ordeni" ilə də təltif edib.

Bu görüşün ardınca cəbhə xəttində vəziyyətin daha da kəskinləşməsi, erməni təxribatlarının artması suallar yaradır. Növbəti “aprel döyüşləri” gözləniləndirmi? Ermənilərin təxribatlarının artması hərbi əməliyyatların miqyasının genişlənməsinə səbəb ola bilərmi?

“Müharibə bitməyib, sadəcə son iki ildə aktiv fazaya keçib”

Politoloq Elxan Şahinoğlu Bizimyol.info saytının suallarına cavab olaraq bildirib ki, əslində, vəziyyət kəskinləşməyib, sadəcə müharibə gedir və artıq bunu qəbul etməliyik. “Genişmiqyaslı deyil, lokal toqquşmalar olsa da, bu da müharibədir. Yəni atəşkəs iki il bundan əvvəl bitib. Azərbaycan prezidentinin məlum fikri var ki, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Bu, sıradan bir cümlə deyil, taktikanın dəyişməsidir. Taktika da ondan ibarətdir ki, işğalçının Dağlıq Qarabağ ətrafında istənilən postu, canlı qüvvəsi və hərbi texnikası məhv edilməlidir. Azərbaycan da bu siyasəti haqlı olaraq həyata keçirir. Buna görə də ermənilər istər-istəməz itki verirlər. Çünki Ağdamda, Füzulidə, işğal altında olan digər rayonlarımızda postlar qurublarsa, bu postları kimsə qorumalıdır. Deməli, bütün postlar təhlükə altındadır. Sadəcə o postlardan kəşfiyyat tədbirlərini həyata keçirilər. Bu da müharibənin adi qanunlarından biridir. Postlar vurulduğuna görə də düşmən itki verir, çalışır ki, qarşılığında Azərbaycan tərəfinə də itki verdirsinlər. Bu isə müharibənin faktiki olaraq davam etməsidir. Yəni müharibə bitməyib, sadəcə son iki ildə aktiv fazaya keçib”.

“Lavrov Nalbandyan vasitəsilə Azərbaycan hakimiyyətinə mesaj göndərir” 

Son baş verənlərin Rusiya ilə əlaqəli olması ilə bağlı sualımıza cavab olaraq politoloq deyir ki, hazırda Azərbaycan hakimiyyəti ilə rəsmi Mosrkva arasında sanki qiyabi polemika gedir. “Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Nalbandaynı qısa zaman ərzində ikinci dəfə Moskvaya çağırması təsadüfi deyil. Necə ki, Lavrov bir ay əvvəl “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil və Dağlıq Qarabağın statusu müəyyənləşməlidir” deyəndə cavabı yüksək səviyyədə verildi. Cənab prezident də dedi ki, bu, biizm daxili işimizdir. XİN başçısı Elmar Məmmədyarov da Nalbandyanla Moskvadakı görüşdən optimist qayıtmadı. Bu polemika yenə də davam edir. Yəni Rusiya Nalbandyanı çağırıb Azərbaycana mesaj göndərir ki,  ATƏT-in Minsk Qrupundan imtina etmək olmaz. Lavrov Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında iki fikri xüsusi vurğulayıb. O əvvəlcə deyib ki, Azərbaycan və Ermənistan Minsk Qrupu həmsədrlik insitutunun fəaliyyətini imzaları ilə təsdiq edib. Lavrov bunu ona görə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev həmsədrlərin fəaliyyətindən narazılığını hər zaman bildirir və bunu son dəfə Münhen təhlükəsizlik konfransında da vurğuladı ki, baxmayaraq ki, həmsədr dövlətlər BMT-nin qətnaməsini öz imzaları ilə təsdiq ediblər, Ermənistan hakimiyyətini bu qətnaməyə riayət etməyə məcbur etmirlər”. 
Elxan Şahinoğlu qeyd edir ki, Lavrovun ikinci mesajı “münaqişənin həllinin sülhdən alternativi yoxdur” fikridir. Amma necə yəni alternativ yoxdur. Əgər işğala son qoyulmayıbsa, Azərbaycanın haqıdır ki, işğalçlını cəzalandırsın. Cavab olaraq da görürük ki, cəbhə xəttində vəziyyət gərginləşib. Bu da bizim Lavrova mesajımızdır ki, işğal davam etdikcə, işğalçılara qarşı bütün təzyiq vasitələrindən istifadə edəcəyik” ”“ deyə ekspert bildirir.

“Lokal toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsi istənilən zaman baş verə bilər” 

Vəziyyətin kəskinləşməsinin növbəti “aprel döyüşləri” ilə nəticələnəcəyi ilə bağlı qiymətləndirmələrə gəlincə, politoloq deyir ki, təmas xəttində ciddi qarşıdurmaların baş verməsi istənilən zaman mümkündür. “Son vaxtlar aprel ayı haqqında çox danışılır. Bu məsələ ən çox da Ermənistanda müzakirə edilir. Düşünürlər ki, Azərbaycan aprel ayında hadisələrin iki illik yubileyini qeyd edə bilər. Bəlkə də bu qorxularında haqlıdırlar. Həm də aprel ayında onlarda parlament seçkisi keçiriləcək. Hesab edirlər ki, Azərbaycan ordusu və siyasi elitası bu seçkiləri pozmaq üçün hücum əməliyyatı keçirə bilər və bu da Ermənistanda qarışıqlığa səbəb olar. Amma bu qorxularla yanaşı, özləri də təxribatla məşğul olurlar. Bir tərəfdən deyirlər ki, sülh istəyirik, status-kvonun davamını istəyirik, digər tərəfdən isə təxribata yol verir. Tutaq ki, Dağlıq Qarabağda qondarma “referendum” keçirirlər, yaxud da Ermənistan prezidenti deyir ki, azərbaycanlılar Xankəndində çay içmək istəyirdilər, indi Ağdamda, Kəlbəcərdə də içə bilər və s. Bunların hamısı təxribatdır və bizim hissiyatımızla oynayırlar. Amma bu o demək deyil ki, apreldə mütləq mənada genişmiqyaslı toqquşma olmalıdır. Bir daha vurğulayıram ki, atəşkəs artıq yoxdur. Lokal toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsi istənilən zaman baş verə bilər”. 

 “Nazirin cəbhə xəttinə getməsi vəziyyətin ciddiliyindən xəbər verir”

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirir ki, müdafiə nazirinin cəbhə bölgəsinə təcil olaraq yollanması sıradan bir məsələ deyil. O qeyd edib ki, cəbhədə toqquşmalar artıq başlayıb və hazırda da davam edir. Sadəcə onun miqyası bir qədər fərqlidir.
" Əgər aprel ayında bu toqquşmalar bir qədər geniş şəkildə baş verirdisə, indi lokal xarakterlidir. Dünən artıq o toqquşmaların ilk bəhrələri göründü. Biz itki vermişik. Müdafiə naziri Zakir Həsənovun da təcili olaraq cəbhə bölgəsinə getməsi adi bir məsələ deyil. Vəziyyət o qədər gərgin və ciddidir ki, müdafiə naziri yerində müvafiq göstərişləri vermək üçün cəbhə bölgəsinə gedib. Yəqin ki, gün ərzində nazirlik bu məsələ ilə bağlı müəyyən fikrilərini ictimaiyyətə çatdıracaq. Çünki bu çox ciddi məsələlərdir. Bir azdan sosial şəbəkələr, erməni mətbuatı bununla bağlı dezinformasiyaları yaymağa başlayacaq”.
Üzeyir Cəfərov bildirib ki, Ermənistan prezidenti cəbhədə vəziyyətin gərginləşdirilməsiylə bağlı tapşırıq verib: "Ermənistan prezidenti bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində keçirdiyi görüş zamanı birmənalı olaraq öz yaxın ətrafına göstəriş verib ki, cəbhədə vəziyyət gərginləşdirilməli, bütün diqqət cəbhə bölgəsinə yönəldilməlidir. Çünki aprel ayında Serj Sarkisyan ola bilsin ki, parlament seçkilərində acınacaqlı bir vəziyyətlə üzləşsin. Ona görə də diqqəti yayındırmaq üçün cəbhə bölgəsində gərginlik yaradır. Hər halda biz son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq” ”“ ekspert Bakupost-a bildirib.  
O qeyd edib ki, Rusiyanın bu işdə birbaşa əli var: "Onlar Ermənistanı bu təxribatlara təhrik edir. Ermənistanın özü gözəl bilir ki, imkanları o qədər çox deyil. Amma buna baxmayaraq Azərbaycana müəyyən zərbələr yetirmək üçün belə addımlar atır. Hər halda mən hesab edirəm ki, yaxın saatlarda Azərbaycan Müdafiə Nazirliyi bu məsələlərlə bağlı müəyyən açıqlamalar verəcək”.

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]