Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“2015-dən sonra köçkünlərin bir əsas problemi qalacaq”

“2015-dən sonra köçkünlərin bir əsas problemi qalacaq”
Bölmə :
KİVDF
Yayım tarixi :
12/4/2013 [11:56]
Baxılıb :
4640 dəfə
Elman Məmmədov: “Azərbaycan dövləti öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymur”
“İkinci əsas hədəf yeni salınan qəsəbələrdə maksimum iş yerlərinin açılmasıdır”

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən yeni əlavələrlə 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraiti və sosial vəziyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq”. Bu fikirləri “Bizim Yol” əməkdaşı ilə söhbətində Xocalı rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırki millət vəkili Elman Məmmədov səsləndirdi.

Son zamanlar qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların mənzil-məişət problemlərinin həllinin sürətləndilirilməsindən danışan deputat “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın gerçəkləşdirilməsi istiqamətində atılan addımları yüksək dəyərləndirdi.

“İlk növbədə mənzil...”

“Bu proqramın həyata keçirilməsi istiqamətində həddindən artıq iş görülür. Bildiyiniz kimi, dövlətin gördüyü bu işlərin nəticəsində hazırda çadır şəhərçiklərində və köhnə daxmalarda məskunlaşan bir nəfər belə, məcburi köçkün qalmayıb”, -deyə E.Məmmədov bildirdi.

Onun sözlərinə görə, aparılan siyasət məcburi köçkünlərin ilk növbədə mənzil problemlərinin həllinə yönəlib: “Birinci növbədə onlar mənzillə təmin olundular. Sonra isə yataqxanalarda, düşərgələrdə, sanatoriyalarda, paniosanatlarda müvəqqəti məskunlaşan köçkünlərimizin mənzillərlə təmin olunması prosesi tədircən həyata keçirilir. Mənzil tikintisi davamlı olaraq aparılır, vaxtaşırı köçürülmələr olur. Son zamanlar Bakının Pirişkül qəsəbəsindən köçürülmə oldu. Universitetlərin yataqxanalarından köçürülmə prosesi gedir. Təkcə paytaxt Bakıda deyil, bölgələrdə də köçürülmə prosesi gedir”.

70-dən artıq müasir qəsəbə

Həmsöhbətimiz deyir ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində də yüksək göstəricilərə nail olunub: “Son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edilib. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edilib. Ümumiyyətlə, son 20 ildə bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur. Onun 2 milyard manatı dövlət büdcəsinin, 1.5 milyard manatı Dövlət Neft Fondunun, 0.8 milyard manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Bu da 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur”.

Millət vəkilinin sözlərinə görə, indiyədək Dövlət Neft Fondundan və başqa mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 70-dən artıq müasir qəsəbə salınıb, 31 mindən artıq qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilib, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıb.
Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri hesabına Ahıska türkləri üçün 352 evin inşası başa çatdırılıb və bu layihə cari ildə də davam etdiriləcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymur”.

“Xocalıdan olan köçkünlər üçün...”

E.Məmmədov bildirdi ki, Xocalıdan olan məcburi köçkünlərin mənzillə təmin olunma prossesi 2002-ci ildən başlanıb: “O vaxtı müvəqqəti olaraq Naftalanda məskunlaşan məcburi köçkünlər Goranboy rayonunun Ağçəkənd qəsəbəsinə köçürüldü. Aşağı Ağçakənd, Yuxarı Ağçakənd, Meşəli və Mehri kəndində tikilən mənzillərdə Xocalıdan olan məcburi köçkünlər məskunlaşdırıldı. Eləcə də, 1 il öncə Goranboy rayonunun mərkəzində öncə 3 korpus, sonra isə 6 korpus tikildi. Ümumilikdə 9 korpusa məcburi köçüknlər köçürülüb yerləşdirildi”.  

Onun dediyinə görə, görülən bu işlərin nəticəsində, müvəqqəti olaraq Goranboyda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərdən bir nəfər də olsun mənzilsiz qalan olmayıb: “Mənzillərin tikintisi Qəbələdə, Şəkidə, Ağcəbədidə, İsmayıllıda, Bakıda olub, vətəndaşlarımız olan köçkünlərimiz mənzillə təmin olunublar”.

E.Məmmədov bildirir ki, bunlara baxmayaraq, Xocalıdan olan köçkünlərin köçürülməsi prossesi tam başa çatmayıb: “Proses uğurla davam etdirilir. Hazırda köçkünlərin müəyyən bir hissəsi yataqxanalarda, paniosanatlarda, santoriyalarda var. Bakının Binəqədi, Sabunçu, Xəzər rayonlarında olan məcbur köçkünlərimizin də tədricən köçürülmə prosesi nəzərdə tutulub”.

“760 ailə Masazıra köçürülür”

Millət vəkili ötən müddətdə aparılan köçürülmə prosesinin statistikasını da xatırlatdı: “2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib. 2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülmə prossesi davam edir. Təkcə Dövlət Neft Akademiyasının yataqxanalarından 760 ailənin Masazır istiqamətində köçürülmə prossesi gedir.

Beləliklə, təkcə 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb, 3300 şagird yerlik 6 məktəb inşa edilib. Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib”.

“Qalır bir problem...”


E.Məmmədov deyir ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələrə üzrə 2011-2015-ci illərdə məcburi köçkünlərin tək bir problemi qalacaq: “Bu proqramın sonucunda bu təbəqədən olan insanların yalnız Qarabağ problemi qalacaq. Öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər”.

Həmsöhbətimiz prezident İlham Əliyevin məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış məhəllələrinin açılış mərasimindəki çıxışlarını da xatırlatdı: “Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

“Desəm ki, işsizlik problemi həll olunub...”

Millət vəkilinin sözlərinə görə, yeni mənzil tikilən yerlərdə maksimum iş yerlərinin açılması da qarşıda duran hədəflərdən biridir: “Büdcə təşkilatlarında çalışanlar öz işini davam etdirirlər. Başqa vətəndaşlarımızın məşğuliyyət probleminin həlli üçün də çalışırıq. Millət vəkili olaraq mən, Xocalı rayon İcra Hakimiyyətinin, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərləri ilə görüşüb bu məsələnin həlli yollarını müzakirə etmişik. Müəyyən istehsalat sahələrini açılması üçün işlər aparılır. Bu “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutlub.

Kənd yerlərinə köçənlərə həyatyanı sahələr verilir. Eləcə də, əlavə torpaq sahələri verilir ki, kənd təsərrüfatı sahəsi ilə məşğul olmaq imkanları olsun. Onu da vurğulayım ki, bu sahə ilə məşğul olmaq üçün faizsiz kreditlər də ayrılır. Bunlar nəzərdə tutulub. Əlbəttə desəm ki, bununla işsizlik problemi həll olunub, bu, səmimiyyətdən uzaq olar. Bu problem var, ancaq azdır. Tədircən bu problem aradan qaldırılacaq.

“Şikayətlər var”

Elman Məmmədov deyir ki, köçürülmə ilə bağlı təkliflər, şikayətlər var: “Hər şey razılıqla olur, heç bir şikayət olmur desəm, bu da qeyri-ciddi olar. Narazılıq var. Otaqların sayına, ailə tərkibinə görə şikayətlər var. Bu barədə mənə də müraciətlər olur. Mən də səlahiyyətlərim daxilində müvafiq qurumlara müraciət edirəm. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də narazılığın aardan qaldırılması üçün maksimum çalışır, işləyir”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]