Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ali məktəblərə qəbulda insan amili”¦

Ali məktəblərə qəbulda insan amili”¦
Bölmə :
Araşdırma
Yayım tarixi :
21/2/2017 [00:29]
Baxılıb :
1141 dəfə
Dövlət İmtahan Mərkəzinin yeni qaydasında test cavablarını müəllimlər yoxlayacaq

Azərbaycanda dövlət qurumları elektron xidmət sahəsində fəaliyyətlərini genişləndirirlər. Bəzi təşkilatlar var ki, onlar digərləri ilə müqayisədə öz xidmətlərinin əksər hissəsini artıq elektronlaşdırıb. Onlardan biri də Dövlət İmtahan Mərkəzidir. (Keçmiş TQDK).

TQDK geniş  istifadəçi auditoriyasını əhatə edən “Tələbə-məzun” və “Şagird və məzun”  e-xidmətlərini yaradaraq hökumət portalına inteqrasiya edib. Belə ki, portal istifadəçiləri “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış”ı avtomatik olaraq formalaşdıraraq həm çap edə, həm də elektron şəkildə aidiyyatı quruma göndərə bilərlər.
“Tələbə-Məzun" dövlət elektron sistemi üzrə elektron müraciətin formalaşdırılması zamanı  fərdin kimliyi avtomatik müəyyən olunur, əlaqədar təhsil müəssisəsi seçilməklə tələb olunan müvafiq məlumatlar və müraciət qeyd olunur.

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ilin 3 rübü ərzində  portalın xidmətlərindən ən çox istifadə edilən sahələr açıqlanıb.

Siyahıda TQDK-nın elektron xidmətlərindən istifadə edənlərin sayı 4245812 olmaqla siyahıda 2-ci olub. Ümumiyyətlə, müşahidələr göstərir ki, TQDK  xidmətlərini daha tez elektronlaşdırmağa diqqət yetirir. Qurum bu il  IX sinfin buraxılış imtahanlarında bəzi yeniliklər edib. Belə ki, markerlərin imtahan cavablarını yoxlaması üçün  xüsusi sistem yaradılıb, həmçinin bu məqsədlə xüsusi proqram təminatı hazırlanıb.

İmtahanların yoxlanmasında yeni qayda

Dövlət İmtahan Mərkəzi xeberler.az-ın suallarını cavablandırarkən bildirib ki, markerlər yazı işlərini (imtahan cavablarını) DİM-də bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında yoxlayırlar: “Yazı işlərinin yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb. Sistemdə yazı işlərinin yoxlanılması zamanı qarşıya çıxa biləcək subyektiv yanaşmaların (markerin yazı işinin müəllifini tanıması və onun özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşması) qarşısının alınması üçün tədbirlər görülüb. Yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən aşağı və ya yuxarı qiymət yazmağının qarşısı proqram təminatı ilə tam alınır. Hər bir yazı işi iki marker tərəfindən qiymətləndirilməklə (2 markerin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir) yanaşı, yoxlama zamanı markerin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) olmur. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyar və qiyməti daxil etmək üçün müvafiq sahə verilir. Həmçinin, proqram bir şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin monitoruna ötürür. Marker yoxlamanı bitirdikdən sonra onun gün ərzində yoxladığı işlərin şərti kodlarının və həmin işlərə verdiyi qiymətlərin proqram tərəfindən hazırlanmış siyahısı (protokolu) çap edilir və marker tərəfindən imzalanır”.

Mərkəzdən bildirilib ki, yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmasının  minimuma endirilməsi məqsədilə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanır və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar: “Bu qiymətləndirmə meyarlarında aid olduğu tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın yoxlanılması üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır. Bununla belə, markerlər yazı işlərinin yoxlanılmasına monitorinq imtahanlarının real yazı işləri üzərində hazırlanmış praktik treninqlərdə iştirak edib uğurlu nəticə əldə etdikdən (yəni öz fərdi yanaşmalarına üstün gələ bildikdən) sonra cəlb olunurlar”.

Osman Gündüz: “Ümid edirəm ki, DİM obyektivliyi və şəffaflığı, operativliyi qoruyub saxlaya biləcək”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazdığı statusda bildirib ki, artıq imtahanların yalnız kompüter tərəfindən yoxlanılması dövrü arxada qalır. İmtahanlarla bağlı yeni Qaydalar hazırlanıb: “Bu Qaydalara görə Dövlət İmtahan Mərkəzi bu il buraxılış imtahanlarının yoxlanılmasında müəllimlərdən (markerlərdən) istifadə edəcək. Beləliklə imtahanların qiymətləndirilməsində insan amili rol oynamağa başlayacaq. TQDK insan amilinin yarada biləcəyi subyektivliyi aradan qaldırmaq üçün yeni texnologiyalardan da istifadə edəcək. Yazı işinin yoxlanılması yenə də kompüterdə aparılacaq. 2 markerin qiymətləri arasında kəskin fərq yarandıqda yazı işi avtomatik 3-cü markerə göndərilir. Yazı işinin yoxlanılması üçün hansı markerə göndəriləcəyini də proqram təminatı müəyyən edəcək. Yəni deyək ki, Naxçıvanda imtahan verənin yazı işini yoxlamaq üçün proqram avtomatik olaraq, məsələn, Gəncədəki markerə yönləndirəcək. Proqram təminatını da özləri hazırlayıblar. Bir sözlə imtahanların qiymətləndirilməsində yeni dövr başlayır. Yeni qaydalarla bağlı imtahan nəticələrinin necə olacağı imtahanların yekununda bəlli olacaq. Ümid edirəm ki, TQDK klassik formada olduğu kimi yeni qaydalara uyğun olaraq keçirilən imtahanlarda da obyektivliyi və şəffaflığı, operativliyi qoruyub saxlaya biləcək”.

Ellada Əliyeva: “Şagirdlərin maarifləndirilməsi yönünüdən dəyişən bir şey yoxdur”


«LEAD İnternational» Tədris Mərkəzinin dil departamentinin rəhbəri, ingilis dili üzrə mütəxəssis Ellada Əliyeva imtahanların yoxlanması ilə bağlı yeni qaydaları Bizimyol.info-ya şərh edib. Onun sözlərinə görə imtahanların qiymətləndirilməsində yeni dövrün başlaması, ümumiyyətlə yeniliklərin olması bizim inkişafımızdvn xəbər verir: “Yenilik xüsusən təhsil sahəsində hər zaman öz müsbət təsirini göstərir. Şagirdlərin çox çətinlik çəkəcəyini düşünmürəm. Çünki yeni nəsil kreativ düşüncələrə tez bir zamanda adaptasiya ola bilir. Lakin məni narahat edən bu yeniliklərin sadəcə xaricə təsir etməsidir. Halbuki biz ilk növbədə təhsil proqramlarına yenilik etməliyik. Bizim məktəb proqramlarımız hazırda bərbad gündədir, şagirdləri yetərincə marifləndirə bilmir. Əksinə, bu onları daha da geri aparır. Tələbənin birinci çətinliyi məhz bu yöndədir. Yoxsa imtahanların yoxlanılması qaydasının yeniliyi və ya texnikanın inkişafı tələbə üçün asan amil deyil. Tələbəyə əsas müsbət təsir göstərən onun maarifləndirilməsi yönünüdə tədbirlərin gücləndirilməsidir. Tədris vasitələrimiz mənim kimi digər bütün müəllimləri narahat edir. Bir müəllim kimi deyə bilərəm ki, bu dəyişikliyin nə müəllimə, nə də tələbəyə təsiri var. Dəyişən güclü bir şey yoxdur. Əsasən də şagirdlərin savadlandırılması yönündən. Daxili səliqə sahmana salmalıyıq ki, üzdə görüntülü olaraq əla yeniliklər edək”.

«Təhsilimiz nə qədər güclü olsa, ölkə olaraq hər şeydə üstünlüymüzü qoruyub saxlaya bilərik” - deyə E.Əliyeva bildirib.

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]