Münhendə Təhlükəsizlik Konfransında müzakirə zamanı baş verən hadisə Baltikyanı ölkələrdə bəzilərinin inciməsinə, bəzilərinin isə istehzasına səbəb olub.
Bu barədə “Sputnik Estoniya” məlumat yayıb.
Bu müzakirənin aparıcısı olan Britaniyanın “Financial Times” qəzetinin redaktoru Filipp Stivens Estoniya prezidentini tanımayıb, bu isə Kersti Kalyulaydı qızarmasına səbəb olub.
Konfransın gedişatında Kalyulayd sual vermək üçün əlini qaldırıb. Estoniya dövlət başçısını tanımayan Filipp Stivens ondan özünü təqdim etməyini istəyib. “Bax bu xanım sual vermək istəyir... Özünüzü təqdim edin, hansı qurumu təmsil etdiyinizi desəydiniz, yaxşı olardı”, - Stiven deyib.
“Təşəkkür edirəm, mən Estoniya prezidenti Kersti Kalyulaydam”, - o cavab verib.
Bir çoxları qeyd edir ki, 17-19 fevral arası keçirilən 30-dan çox dövlət və hökumət başçısının, 80-dən çox müdafiə nazirinin iştirak etdiyi konfransda kiçik Baltikyanı ölkənin rəhbərini aparıcının tanımaması elə də qorxunc deyil. Amma elə həmin müzakirədə çıxış edən Litva prezidenti Dalya Qribauskayteni isə Stivens dərhal tanıyıb.
Bu hadisənin dövlətin imicinə xələl gətirdiyi hesab edilir. Bununla əlaqədar Tallinin “Vesterinen Partnerid” hüquqi büronun nümayəndələri Kalyulayda bundan sonra beynəlxalq görüşlərdə yaxasına “Mən Estoniyanın prezidenti Kersti Kalyuladam” yazılmış yaxalıq yazı ilə gəzməsini və ya sual verməzdən öncə özünü təqdim etməsini tövsiyə ediblər.
“Çünki onun başına daha nə gələcəyi məlum deyil. Parkinqə görə cərimə ala bilər və ya növbədə ona kobudcasına davranarlar. Axı bizim kəndin nümayəndələrini dünyada az adam tanıyır”, - deyə hüquqşünaslar xəbərdarlıq ediblər.