Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Göy balina

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
16/2/2017 [00:46]
Baxılıb :
16681 dəfə
2015-ci ildən bəri göy balina deyəndə bir çoxu diksinir

“Biz hamımız bilirik ki, incəsənət həqiqət deyil. Sənət böyük bir yalandır, amma onun sayəsində biz anlaya biləcəyimiz həddə qədər həqiqətə yaxınlaşa bilirik. Əsil sənətkar hamını öz yalanının həqiqiliyinə inandırmağı bacarmalıdır”.

Pablo Pikasso

İstərdin, göy balinan olsun?  Mavi sularda nəhəng quyruğunu çırparaq suyu köpükləndirsin, iri dalğalar yaradıb sonra arasından sivişib keçsin. Onun üzdüyü sular ucu-bucağı görünməz olmalıdır. Yox, bu Xəzər dənizinin ifrazatlı bulanıq suları deyil, təmizliyindən göz qamaşan, dibindəki daşları seyr eləmək imkanı yaradan şəffaf sular olmalıdı. Özü də balinan göm-göy olsun. Niyə göy? Çünki göy balinalar olmur. Onu uydurmaq, xəyalında bəzəmək, istədiyin ölçü və görkəmə salmaq olar. Həm də balinalar yekə olur, adam onlara baxanda heyrətdən çənəsi düşür. Bu göy balina tam səninki olsa xoşbəxtliyini heç olmasa bir qırıq artıra bilər. Sən onunla birgə əlçatmaq yerlərə səyahət edə bilərsən. İstəsən geniş kürəyində özünü günə ver, ya üzgəcindən yapışıb üz. Yəni heç vaxt edə bilməyəcəyini elə. Boyunduruğunu heç olmasa bir qədər boşalda bilsən və bu arzuya inansan birlikdə üzərdik bir az...

Reallıqsa tamam başqadı, bunu mən də bilirəm. 2015-ci ildən bəri göy balina deyəndə bir çoxu diksinir. Həmin adda kompüter proqramı var və bu proqram yeniyetmə uşaqları intihara təhrik edir. Virus sürətilə artan proqramın administratoru sistemə daxil olan hər kəsə əvvəl yüngül tapşırıq verir. Adətən ilk tapşırıq bədənində ülgüclə balina şəkli çəkmək olur. Öhdəsindən gələnlərin hesabına pul köçürülür və ölüm oyunu başlayır.  Tapşırıqlar “kafedə oğlanla tanış ol”dan tutmuş “dostunu öldür və sübutu bizə göndər”ə qədər böyük spektrdə paylaşılır. Bu oyunun yüzlərlə qurbanı var artıq. Şəbəkəsi o qədər geniş yayılıb ki, uşaq psixikası ilə oynayanların bir qrupunu tuturlarsa başqa tərəfdən göbələk kimi mini peyda olur və özünüməhv maşını durmadan işləyir. Proqramın adı göy balina ona görə seçilib ki, balinalar özünü sahilə atmaqla bəzən səbəbsiz intihar edir. Proqramın xeşteqi #məni oyat, ya da #4.20 sayılır, çünki insanın özünü öldürmək qərarı verməklə ölümü arasında ən çoxu 4 dəqiqə 20 saniyə zamanı olur. Bu həddi keçənlər artıq özünə qəsd etmir. Bu xeşteqi sosial şəbəkədə yazan kimi canavarlar bir saniyəyə sənə cavab yazır. Problemi “Niyə uşaqlar özünə qəsd edir?!” kimi qoymaq məsələni qəlizləşdirir. Çünki sosial problemlər, cəmiyyət, ailə, filan, hamısı nəzərə alınmalıdır. Şəxsən mənsə düşünürəm ki, bu uşaqlar göy balina ilə arzular dünyasında üzməyi bacarmayanlardır. 

Tərs kimi, 5-6 gün əvvəl 2017-ci il fevralın 10-da Yeni Zelandiya sahillərində 417 balina eyni vaxtda özünü sahilə atdı. Onları xilas etməyə yüzlərlə adam gəlsə də balinaların 70 faizi məhv oldu. Alimlər deyir ki, 1-2 balina təhlükə siqnalı verirsə o biriləri həmin səsə gəlib düşünmədən özlərini sahilə atır. Səbəbini dəqiq bilən yoxdu. Bir tərəfdə uşaqlar venalarının ülgücləyir, o biri tərəfdə xilas etməyə çalışan balinalar məhv olur. Paradoksdur...

Amma dünyanın başqa bir nöqtəsində göy balinalara məktub yazan uşaqlar da var. Uşaqlar üçün yazan Mak Barnetin “Billi Tviters və göy balinanın problemi” adlı ilk kitabında ad günündə göy balina hədiyyə almış uşaqdan danışılır. Balina “Ekspressolmayan” poçtla göndərilir. Uşaq balinanı evdə tək qoya bilmədiyindən özüylə məktəbə aparır və s. təbəssüm doğuran hadisələr baş verir. Həmin kitabın sonunda çox xırda şriftlə 30 günlük təhlükəsiz sınaq müddətinə balina almaq barədə elan vurulubmuş.  Orda deyilirdi ki, sənin fərdi göy balinan demək istədiklərini canlı dinləyə bilər və telefon nömrəsi verilir. Yazıçı deyir ki, uşaqlar bu ünvana minlərlə məktub yazdığından onları cavabsız qoymaq mümkün olmadı. Həmin uşaqlar əlbəttə ki, uydurulmuş hüquq firmasından norvec dilində yenə də çox xırda şriftlə yazılmış məktublar aldılar. Məktubda yazılmışdı ki, gömrük qanunlarının dəyişməsi ilə əlaqədar sifariş bir qədər gecikir. Sonra balinaların hələlik gözləmədə olduqları limandan və Norvec mətbəxindən bir qədər məlumat da verilir.  Amma yenə də göy balinaya çatacaq məktubların arası kəsilmədi. Bu bəxtəvər göy balinaya ünvanlanmış məktubları və səs mesajlarını oxuyanda o qədər təsirlənirsən ki, adamın gözləri dolur və gülümsəməkdə davam edirsən. Uşaqlarçün belə nağıllar yaradanlar da varmış.

Yazıçı özünü təqdim edəndə belə deyir: “Mən yazıçıyam və peşəm uşaqları aldatmaqdı”. İnsan həyatı da yalan və doğru kimi dəyərləndirilən zidd qütblərdə deyil, hardasa bu dünyaların kəsişdiyi balaca bir adada baş verir. Mütəxəssislər bu adacığı uydurma, ya da incəsənət adlandıra bilər. Yalnız bu hissədə sürən insan həyatı keyfiyyətli olur. Yalnız fantaziyalara inanıb reallığı olduğu kimi qəbul etmək mümkündü. Uşaqlara desən ki, yemişi yeyib qabığını kolluğa tullasan orda bitə bilər və şəhərin görkəmini pozar,  o buna inanacaq. Amma desən ki, meyvə zibilini yerə atmazlar, ona görə ki, bələdiyyə küçələri süpürə bilmir, onun bu faktı vecinə də almayacaq.  Uydurulmuş gözəlliklərə təkcə uşaqlar deyil, bütün insanlar inanmağa meyllidir. Fantaziyaya inanmaq müsbət insani keyfiyyət kimi dəyərləndirilməlidir. Belə olmasaydı “Uliss”də (Ceyms Coysun modernist romanı) baş vermiş hadisələri canlandırmaq üçün Blum marşrutu ilə piyada getməkçün adamlar Dublində toplaşmazdı. Yaxud, Londonun Beyker Strit küçəsi və reallıqda olmayan 221B mənzilini ziyarətə gəlib Şerlok Holmsı yenidən dirçəltmək istəyənləri dəli adlandırmaq lazım gələrdi. Sadəcə uşaqlar ruhi hallara daha tez düşür və təsiri daha dərin olur. 

Sən şkafın qapısını açıb içəri keçəndə asılqanların arxasında yaranacaq sehirli “Narniya” çarlığına inanmaya bilərsən. Narahat olma, dəniz qulduru kapitan Cek Vorobeyi sevib eyni zamanda ciddi adam kimi qalmaq da mümkündü. Həmin obrazı ekranda reallaşdıran Coni Dep o qədər xərçəng xəstəliyindən əziyyət çəkən xəstə uşaqları sevindirib ki, bəzən həqiqətin o qədər də vacib olmadığını düşünməyə başlayırsan. O uşaqlar xəstəlikdən və ağrıdan qovrulsa, yoxsa sevincdən tullanıb saçı tökülmüş başını sevimli kapitanın qoltuğuna soxsa yaxşıdır? Deməli insana uydurulmuş müsbət şeylərə inanmaq həyatın özü qədər vacibdir. Həqiqət özü bilər necə olsun, sənə nə lazımdırsa onu da qur, yarat, yaşat. Alınarsa başqalarına da ver, qoy onlar da göy balinalarla bərabər üzməyi öyrənsin. 
Kimsə sənə “Qoluna göy balinə şəklini ülgüclə çək!” əmri versə cavabında internetdə paylaşılmış balaca uşağın məktubundakı kimi cavab ver: “Sənin başın xarab olub?! Mən şəkli ülgüclə çəksəm bu göy deyil, qırmızı balina olacaq axı!”. Göy balinalarla qırmızı balinaları bir-birindən ayıraq. 

Balinalar özünü sahilə atanda qırmızı olur. Yüzlərlə adam yığışıb balinaları vəhşicəsinə doğrayanda sahil qıpqırmızı qızarır. Amma arzular dalğasında şütüyəndə balinalar göm-göy olur, vallah. Özüm görmüşəm...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]