Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

400 mindən artıq əlilin sosial xidmətə ehtiyacı var

400 mindən artıq əlilin sosial xidmətə ehtiyacı var
Bölmə :
KİVDF
Yayım tarixi :
11/4/2013 [11:32]
Baxılıb :
801 dəfə
Füzuli Ələkbərov: “Onların hamısını social xidmətlərlə əhatə edə bilməsək də, daha çox ehtiyacı olanları diqqətdə saxlayırıq”
Sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılıb

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi sahəsində gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə müvafiq sahədə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Görüşdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, Azərbaycanda hər zaman sosial xidmətə ehtiyacı olan uşaqlar üçün müvafiq tədbirlər həyata keçirilir. 
Onun sözlərinə görə, son 15 il ərzində ölkədə 10-15 min uşaq sosial xidmətlərdən yararlanıb: “Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və baxımsızlığının qarşısını alması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcək”.
Görüşdə Azərbaycanda sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün göstərilən sosial xidmətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə, həmçinin sosial xidmətlər sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi istiqamətində ixtisaslaşmış təşkilatların müsbət rolu vurğulanıb, bu sahədə gələcək fəaliyyət istiqamətləri qeyd olunub.

Sosial xidmətə ehtiyacı olan 400 min əlil

“Azərbaycanda yaşayan 400 mindən artıq əlilin sosial xidmətə ehtiyacı var”, -deyə nazir Fizuli Ələkbərov tədbirdən sonar jurnalistlərə açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, hələlik həmin şəxslərin hamısını sosial xidmətlərlə əhatə etmək mümkün deyil: “Ancaq açıq etiraf edək ki, bu gün dünyanın heç bir ölkəsində belə bir şey yoxdur ki, onların 100 faizi bu xidmətlərlə əhatə olunsun. Ona görə bizim də əsas məqsədimiz odur ki, daha çox ehtiyacı olanlara diqqət yönəldək”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2012-ci ilin yekunlarına dair hesabatında ölkədə son illərdə əlilliyin artım tempinin qarşısının alındığı bildirilir. “2012-ci ildə reabilitasiya göstəricisi 3,5 faiz olmaqla, tam reabilitasiya olunanların sayı 6 952 nəfər təşkil edib. Nazirliyin 14 regional bərpa-müalicə müəssisəsində ötən il 10 min nəfərdən artıq əlilə bərpa-müalicə xidməti göstərilib, il ərzində əlillərə 1839 ədəd texniki reabilitasiya vasitəsi, o cümlədən əlil arabaları, eşitmə aparatı və s. verilib. Ümumilikdə, 2003-cü ildən bəri 7 849 əlil arabası əlilliyi olan şəxslərə verilib. 2012-ci il ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib. 145 nəfər istedadlı əlilin VIII Respublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakı və onlardan 30 nəfərin mükafatlandırılması, Səhiyyə Nazirliyindəki müvafiq Komissiyanın qərarı əsasında 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Əlamətdar günlər və ildönümlərlə bağlı olaraq, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar, penitensiar müəssisələrdən azadlığa çıxmış 3422 nəfərə maddi və sosial yardımlar verilib, 47 nəfər insan alveri qurbanına, 50 nəfər potensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilib”, -deyə hesabatda məlumat verilir.

61 min xəstə uşaq

Əmək və əhalinin sosial müdafiəsi naziri mətbuat nümayəndələrinə açıqlamasında xəstəliyi olan və xüsusi qayğıya möhtac olan uşaqlardan da danışıb. Onun sözlərinə görə, Azərbaycanda çətin vəziyyətdə olan xəstə uşaqların sayı 61 mindir və onların 10 minə yaxını təhsilini ev şəraitində alır.
F.Ələkbərov bildirib ki, çətin vəziyyətdə olan xəstə uşaqlara xüsusi diqqət yetirmək lazımdır.: “Bu gün ölkədə həyat keçirilən “Uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı“nın əsas mahiyyəti ondan ibarətdir ki, xəstə uşaqların dövlət müəssisələrinə getməsinin qarşısı alınsın. Biz onlara ev şəraitində lazımi xidmətlər göstərməliyik ki, onlar ailələrindən ayrılmasınlar. Bunun üçün də nazirlik tərəfindən müvafiq işlər görülür və gələcəkdə bu işlər sayəsində bu sahə daha da inkişaf edəcək”.
Fizuli Ələkbərov Azərbaycanda üçəmlərin olduğu ailələrə xüsusi qayğının göstərilməsi ilə bağlı məsələyə də münasibət bildirib. Nazir deyib ki, üçəm doğulan ailələrə nazirlik tərəfindən xüsusi qayğının göstərilməsi ilə bağlı xüsusi bir qərar yoxdur: “Amma hər bir müraciətdə belə faktlar nazirlik tərəfindən heç də diqqətsiz qalmır. Dövlətin imkanı səviyyəsində birdəfəlik də olsa, belə ailələrə yardım edilir”.
Onu da əlavə edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ilin yekunlarına dair hesabatınıda sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlərdən də bəhs olunur. Sənəddə bildirilir ki, Azərbaycan Prezidentinin 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılıb. Bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcəkdir.

Əlilliyin aradan qaldırılması ilə bağlı”¦

“Azərbaycanda əlilliyin aradan qaldırılması ilə bağlı yeni fəaliyyət planı hazırlanıb”. Bu barədə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının üzvü Əliməmməd Nuriyev jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, yeni fəaliyyət planında sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı çoxlu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Bundan əlavə, ümumilikdə əlilliyin aradan qaldırılması ilə bağlı yeni meyarların tətbiq edilməsi istiqamətində qərarların qəbul olunması gözlənilir. Bu gün Azərbaycanda əlilliyə tibbi model kimi baxılır. Amma onun sosial modelə keçidi çox vacib məsələdir. Yeni fəaliyyət planına əsasən sosial modelin tətbiqinə keçidlə bağlı qanunvericilikdə bu istiqamətdə geniş dəyişikliklər baş verəcək”.
Ə.Nuriyevin sözlərinə görə, bu gün ölkədə əlillərə I, I və III qrup əlillik dərəcəsi verilir: “I və II qrup əmək fəaliyyəti ilə məşğul olmaqdan təcrid olunub. Amma bu gün yeni yanaşmaların və kriteriyaların hazırlanması prosesi gedir. Bu, müxtəlif əlillik dərəcəsi olan əlillərin cəmiyyətə daha aktiv şəkildə inteqrasiyası və cəmiyyətin tam hüquqlu üzvü kimi fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

Statistika

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, respublika üzrə 01 oktyabr 2010-cu il tarixə 400587 nəfər əlil var. Bunlardan 186444 nəfəri qadındır. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 57999-dur.

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslər kateqoriyası qanunvericilikdə anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxslər kimi nəzərdə tutulur. Qanuna müvafiq olaraq uşaqlara münasibətdə əlil ifadəsi sağlamlıq imkanları məhdud ifadəsi ilə əvəz edilmişdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq - orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.

Qanunvericilikdə əlil olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması əlilin özünəxidmət, hərəkət, səmtləmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində əks etdirir. Həmçinin qanunvericilikdə əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

“Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində” 02 oktyabr 2008-ci il tarixli 686-IIIQ nömrəli Azərbaycan Respublikası Qanunu və “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində 02 oktyabr 2008-ci il tarixli 687-IIIQ nömrəli Azərbaycan Respublikası Qanunu əlilərin hüquqlarının qorunması, onlara qarşı hər hansı ayrı- seçkiliyə yol verilməməsi, qanun qarşısında bərabərliyin təmin olunması, onların reabilitasiyası, potensialının artırılması, sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının artırılması istiqamətində vəzifələr müəyyən edir.

Konvensiyanın müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi Qrup yaradılmışdır. İşçi Qrupun əsas vəzifəsi Konvensiyadan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Qrupun üzvlərinin təmsil etdikləri qurumların fəaliyyət planları və inkişaf strategiyalarında əlillərin hüquqlarının müdafiəsi üzrə müddəaların müvafiq şəkildə əks etdirilməsini və həyata keçirilməsini təmin etməkdən ibarətdir.

RAMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]