Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“İmplant mürəkkəb əməliyyat deyil...”

“İmplant mürəkkəb əməliyyat deyil...”
Bölmə :
Sağlamlıq
Yayım tarixi :
10/2/2017 [16:38]
Baxılıb :
2932 dəfə
Emil İmanov: «Pasiyentin tələblərinə və qüsurlarına uyğun olaraq qiymətlər dəyişə bilər»
«Dişlərin əsas problemi diş aralarından başlayır»

 «İmplant Art»  klinikasının baş həkimi  Emil İmanov Bzimyol.info  saytının “Facebook” səhifəsində canlı yayımda izləyicilərimizin suallarını cavablandırıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- İmplant əməliyyatı çox ağrılıdırmı? Əməliyyat yerli keyitmə ilə yoxsa narkoz vasitəsi ilə aparılır?
- İmplant əməliyyatı mürəkkəb əməliyyat deyil və yerli keyitmə ilə həyata keçirilir. Sadə implant əməliyyatı 5-7 dəqiqə ərzində yerinə yetirlir. Bir dişin çəkilməsi bir imlantın yerləşdirilməsindən daha çətin əməliyyatdır. Diş çəkilən  zaman hər hansı bir gərginlik və çətinlik olur. İmplant yerləşdirilərkən çənə sümüyündə kiçik bir dəlik açılır və implant yerləşdirilir.

- İmplant  diş çəkildikdən nə qədər müddət  sonra yerləşdirilə bilər?
- Artıq implant diş çəkildikdən dərhal sonra yerinə  qoyula bilər. Həmin gün implantın üstünə müvəqqəti diş taxıla bilər.Bu dişlər taxıldıqdan 2-3 ay sonra daimi dişlər hazırlanır. Bəzən iki əməliyyatlara ehtiyac duyulur və müddət 6-8 aya qədər uzana bilər. Pasiyentin çənəsində qüsur nə qədər azdırsa o  qədər az müddət tələb olunur və daha yaxşı nəticələr əldə edilir. Əgər pasiyentin çənə sümüyü çox qüsurludursa ehtiyac yaranırsa sümük əmələgətirici maddələrdən istifadə olunur. Sümük köçürmə, diş əti köçürmə əməliyyatları həyata keçirilirsə, sağalma müddətini gözləmək lazım gəlir.

- İmlantarın neçəyə başa gəlir?
- Bu fərdi olaraq dəyişir. Təsəvvür edin ki, bir avtomobil salonuna daxil olub maşının  qiymətini soruşursunuz. Bu hər avtomobilə görə dəyişir. Pasiyentin tələblərinə və qüsurlarına uyğun olaraq qiymətlər dəyişə bilər. Söhbət insan orqanizmindən gedir. Onu deyə bilərəm ki, müayinələrimiz pulsuzdur. Müxtəlif yanaşmalar, sifarişlər ola bilər və buna uyğun olaraq da qiymət fərqi yaranır.

- Gülərkən diş əti çox görünürsə bunu əməliyyatla aradan qaldırmaq mümkünüdürmü və bu  nə qədər müddətə həyata keçirilir?
- Bu bir saatlıq prosedurdur. Cərrahi əmliyyatla yaxşı nəticələr əldə etmək olar. Mən belə əməliyyatlar həyata keçirirəm.

- Damaqda əmələ gələn xırda şişləri necə aradan qaldırmaq olar? Yəni əl vurarkən sanki şişin içərisində sümük , diş kökü olduğunu hiss edirsən…
- Belə halda diş əti mütləq müayinə olunmaldır. Bu şişkinlik diş dibində iltihabi prosseslərin başlaması ilə əlaqədar ola bilər. Nəticədə sümük üstlüyü qalınlaşmağa başlayır və nəticədə şişkinliyin həcmi böyüdükcə sümük sərhədlərindən kənara çıxır. Bu kista və ya kista mənşəli toxumalar ola bilər. Kənara çıxarkən biz bunu sərt toxuma kimi görürük. Rentgen dəyərləndirilməsi olmaldır. Yalnız bundan sonra pasiyentin probleminin nədən ibarət lduğunu dəqiq söyləmək olar.
- Əməliyyat keçirilib və  cənə sümüyü  dolmayıbsa  implant qoydurmaq mümkündürmü?
- Əgər çənədə sümük yoxdursa biz sümükəvəzedici maddələrdən istifadə edirik. Bəzən sümük əvəzedici maddələrlə implantla  eyni vaxtda yerləşdirilir. İmplant yerləşdirilir, bir hissəsi açıqda qalırsa onun yerini sümükəvəzedici maddə ilə doldururuq.

- İmlant köçürüldükdən sonra hər hansı problemlə qarşılaşmaq mümkündürmü?
-Sözsüz ki, bu mümkündür. Bu həkimin   və ya pasiyentin səhlənkarlığından asılı ola bilər. Biz imlant qoyarkən bəzi xəstələr düşünürlər ki, daha ömür boyu heç bir problem olmayacaq. Allahın qoyduğu ideal dişi itirmək ehtimalı varsa, bu təhlükə implant üçün də var. Ona görə də mütləq şəkildə gigiyenik qaydalara əməl edilməlidir.

- Alt çənə üst çənədən qabaqdadırsa, bunu əməliyyat vasitəsi ilə düzəltmək mümkündürmü?
- Estetik əməliyyatlar həyata keçirilir. Əməliyyat öncəsi  üst və alt çənə qövsünün  bir- birinə nisbəti  və qüsurun neçə millimetr təşkil etməsi ölçülür. Bizim bacardığımız  bir sərhəd var. Əgər pasiyentin qüsuru bu sərhədlər daxilindədirsə uğurlu nəticə əldə etmək mümkündür. Biz  ən əsası çeynəmə funksiyasını qoruyub saxlamalıyıq. 

-  Laxlayan dişin bərpası mümkündürmü?
- Bəli  bu mükündür. Lakin dişin laxlama  dərəcəsindən asıldıır. Dişin laxlaması bir neçə səbəbdən ola bilər. Birincisi  çənə sıxılarkən, qapanmasından yaranan  xəta ilə laxlama ola bilir. İkincisi diş ətinin iltihabi prossesləri  nəticəsində ola bilər, bir də diş dibindəki daşlaşma və gigiyenik qaydalara əməl edilməməsi səbəbindən bu baş verə bilər. Birinci və ikinci dərəcəli laxlamalar müalicəyə tabe ola bilir. Üçüncü dərəcəli laxlamalr isə  təəssüf ki, alınmır və  diş çəkilmək məcburiyyəti yaranır.

- Bir izləyicimiz sual verir ki, dişinin sinirini çıxartdırarkən iynə qırılıb içəridə qalıb. Bəzən ağrılar verir. Nə etmək olar?
- Diş kanalında  alətin qırılıb qalması bütün dünyada, hətta ən məşhur  diş həkimlərinin praktikasında belə ola bilər. Müasir avadanlıqlar sayəsində biz alətləri çıxara bilirik. Bəzən də bu alınmır. Bu dişdə fəsad yaratmır. Lakin diş kanalı dldurularkən alətin qaldığı yerin altında və ətrafındakı boşluqlarda iltihab yarana bilər. Buna görə də pasiyent vaxtaşırı rentgen müayinəsindən keçməlidir. Əgər iltihabi prosses çox irəliləyibsə, buna müdaxilə edilməlidir.

- İmplanta ömürlük  zəmanət verilə bilərmi?
- Təbabətdə zəmanət vermək düzgün alınmazdı. İnsan çox fərdidir. Heç nəyə ömürlük zəmanət vermək olmur, lakin mən 25 il öncə indiki texnologiyadan qat -qat köhnə üsulla hazırlanmış implant dişi olan pasiyentlərlə işləmişəm. Yəni bu fərdi haldır. Düzgün yerləşdirilibsə və pasiyent  düzgün qulluq edirsə uzun ömürlü ola bilər. Mən Avstraliyada ixtisasartırma kurslarında iştirak edərkən 69-70-ci illərdə  qoyulan implantların hələ də düzgün şəkildə istifadə olunmasının şahidi olmuşam. Lakin, ümumilikdə  tibbdə zəmanət deyə bir anlayış yoxdur.

- İmplant qoyulan damaqda xəstəlik varsa implant yalnız sağaldıqdan sonramı qoyulur? 
- Bəli. Diş ətində yayılmış güclü iltihab varsa, ağız gigiyenası tam bərpa olunduqdan sonra biz impalnt  müayinəsinə başlayırıq.

- Diş fırçası neçə aydan bir dəyişdirilməlidir?  Diş məcunların dişlərə təsiri barədə suallar verilir.
- Diş məcunlarının əksəriyyətin tərkibi karbohid peroksid və ya hidrogen peroksiddən ibarətdir. Sözsüz ki, ağardıcı kimyəvi maddələrin dişlərin minasına zərərli təsiri var. Ağız gigiyenasında  ən əsas şərt diş fırçasıdır. Diş məcununun çox düzgün fırçalanma  və diş fırçası rol ynayır. Diş 45 dərəcəlik bucaq altında süpürmə hərkətləri ilə təmzilənməlidir. Diş boynuna xüsusi diqqət yetirilməlidir. Diş fırçası 3-5 aydan bir dəyişməlidir.Həmçinin, dişarası fırçalardan istifadə olunmalıdır. Dişlərin əsas problemi diş aralarından başlayır. Sapdan istifadə diş aralarını yalnız 30 faiz təmizləyə bilir. Dişarası fırça hər bir kəsə vacibdir. Bu hətta kariesin ağırlaşma müddətini 10-15 ilə qədər  uzada bilir. Bu ağız  gigiyenasını qaydaya salmağa  kömək edir.

- İmplantın insan orqanizminə ziyanı varmı?
- Xeyr. Heç bir zərəri yoxdur. Dünyada artıq 50 ildən çoxdur  implantdan istifadə olunur. Sadəcə impantın  tutmama riski var. Bu faiz də ildən ilə azalır. Min pasiyentdən birində rast gəlinən haldır.

- Bir izləyiçimiz soruşur ki, ön dişim qırılıb. Lakin kökü durur. Onu  bərpa etmək olarmı?
- Əgər diş kökü sağlamdırsa biz bunu yoxlayıb  çəkmədən  çarə tapa bilərik.

- Daha bir izləyiçimiz dişlərinin seyrəkliyindən şikayətlənir. Buna nə çarə var?
 - Dişlər breketlərlə sıxıla bilər. Bəzən bunu vinirlə həll edirik. Bəzi pasiyentlərdə diş  seyrəkliklə yanaşı  həm də çox   kiçik olur. Biz belə olduqda yonulma proseduru aparmadan  üzlük vinirlər hazırlayıb problemi aradan qaldırdıq.

- Çənə implantı qəbul etmirsə implant çıxarılırmı?
- Mənim təcrübəmdə belə bir hal olmayıb. Əsasən implant çənə sümüyünə uyğunlaşır. Biz çıxarıb bir ay gözləyib yenidən impantasiya edirik.

- Mənim dişlərim çat verir, qırılır. Bunun qarşısını necə ala bilərəm?
- Bu əsasən genetik problemlərdən irəli gəlir. Mineralsız qidalar, düzgün qidalanmama buna səbəb olur.

- Diş fırçası seçərkən əsasən  nəyə diqqət etməliyik?
- Sərt fırçalardan istifadə diş minasını cızır. Buna görə  də məsləhət deyil. Orta yumşaqlıqda fırçalardan istifadəni məsləhət görürəm.

- Üz - çənə cərrahiyəsi ilə məşğul olursunuzmu?
-  Şəxsən mən belə əməliyyat etmirəm, lakin klinikamızda belə əməliyyatlar həyata keçirilir.

- 20 il öncə çəkilmiş dişin yerinə implant qoymaq olarmı?
-  Bəli. Diş atrofiya olmayıbsa, mümkündür. Lakin olsa belə bunun çarəsi var.

- Diş ərpi təmizlənirmi və dişin rəngini ağartmaq olarmı?
- Əgər dişin ləkəsi  öz piqment ləkəsidirsə və ağız suyu nəticəsində yaranıbsa  ağardılsa belə,  dişin  rəngi yenidən tündləşəcək. Lakin, bu kənar səbəblərdən irəli gəlirsə təmizlənmə mümkündür.

- İmplanta yaş həddi varmı?
- 17 yaşına qədər uşaqlarda  sümüyün inkişafını gözləmək lazımdır. Yaşlı adamlarda isə ümumi sağlamlığı yerindədirsə  istənilən yaşda implant yerləşdirmək olar.

- İmpalnt allergiya verə bilərmi ?
- İmplantın allergiya verməsi barədə faktlarla rastlaşmamışam. Amma fərddən fərdə dəyişə bilər. Yəqin ki, metallara qarşı güclü allergiyası olan şəxslərdə bu mümkün ola bilər.

- Sümük köçürmə əməliyyatını necə həyata keçirirsiniz?
- Müxtəlif mənşəli sümüklər var. Heyvan mənşəli sümüklər, insan mənşəli sümüklər, sintetik  sümükllər və insanın özündən götürülən sümüklər. Əməliyyatlarda ölmüş insanların sümüklərindən də istifadə olunur. Bu sümüklərin tətbiqi  çənə sümüyündəki qüsurun həcmindən və yerindən asılı olaraq  dəyişir. Bütün dünyada eyni praktikadan istifadə olunur, o cümlədən bizdə.

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]