Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Elmin yalanları

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
10/2/2017 [00:33]
Baxılıb :
3097 dəfə

Sosial şəbəkələr sanki isteriya halını yaşayır. Dildönməz adları olan dərmanlar, xoruz banı eşitməmiş yeməyə əlavələr, qəribə, hətta “sehirli” ərzaqlar, arıqlama yolları, psixoloji məsləhətlər, treninqlər və daha nələr çoxseriyalı film kimi arasıkəsilmədən bir-birini əvəzləyir. Təkliflərin də hamısı iddialıdır: alimlər məsləhət görür, tədqiqatlar təsdiqləyir, tapıntılar heyrətləndirir. Təkliflərin qədərində də bu yeniliklərdən zərər şəkənlər ordusu əmələ gəlir. Bəs alımlər yoxlamışdı, nə oldu? Kim yalançı, kim dələduz, kim haqlıdır?! Bu bəh-bəhlə reklam olunan tədqiqatlar, elmi araşdırmalar həqiqətənmi realdır, yoxsa bir zamanlar elmin mübarizə etdiyi şarlatanların yolu daha şirnikdiricidi gəlir?

Beyin üçün idman

Elm özü qəribə və gözlənilməz, bəzən yanlış nəticələrə gəlib çıxa bilir. Məsələn, Britaniyanın dövlət müəssələrində uşaqları öyrədirlər ki, əgər başını tez-tez sağa-sola silkələsən bu, beynin vacib hissələrinə qanı daha yaxşı ötürəcək. Ya da barmaqları xüsusi qaydada, yəni “elmi” üsulla bir-birinə sürtmək orqanizmdə enerji axımını tezləşdirir. Daha bir absurd səslənən iddia da var, əgər ağzına su alıb otursan bu üsulla beynin su təhcizatı yaxşılaşacaq, yəni su dilin məsamələrində keçib dərhal beyinə yetişəcək. Kloun zarafatlarına bənzəyən bu iddialar alimlər tərəfindən yürüdülüb, hipotezalar səsləndirilib, müdafiə edilib, konfranslarda müzakirə edilib və cild-cild kitablar yazılıb deyə gülüb məsğərəyə qoymaq da olmur. Gülməli yalnışlıqların qəşəng bir adı da var: Beyin üçün idman. 

Ölümmü, ya qalımmı?! 

Əgər yeməyə əlavələr sənayesinin 300 milyardlıq, dərman istehsalı sənayesinin 500 milyardlıq dövriyyəsi və elmi proseslərdən zərərçəkənlər ordusu olmasaydı məsələyə bir qədər yüngül də yanaşmaq olardı. Ortada mütəxəssislər və adi camaatdan fərqli mövqedə dayanan daha bir təhlükəli zümrə də var ki, məsələni daha da qəlizləşdirirlər. Bunlar humanitar təhsil alıb sonra bir neçə əlavə sertifikat əldə etməklə fikir yürütmək, mövqe açıqlamaq, reklam etmək, inandırmaq və s. əhali üçün təhlükəli işləri öz çiyinlərinə alan, mütləq qaydada elmə əsaslanan menecerlər, reklam agentləri, nümayəndələr, məsələnin mahiyyətindən baş açmayan satıcılar, ofis işçiləridir ki, məqsədləri yalnız qazanmaqdır. Onların hətta elmi dərəcələri alim olmağından xəbər vermir. Bizi öldürən və bizi sağaldan arasında fərqi görə bilmədiyimizdən daim təhlükədəyik.  Biz heç vaxt təcrübələrin necə aparıldığını görmürük və alimlərin bir tək sözünə etibar etməyə məcburuq. Biz özümüz təcrübə apara bilmərik, çünki müvafiq avadanlığımız yoxdur. Ona görə də “Ölümmü, ya qalımmı?!” sualını özümüzə verə-verə ardını yaşamaqdayıq. 

Etiraf etməliyik, elmin cəmiyyətə ötürdüyü təkliflər cəzbedicidir. İdmansız 2 həftəyə formaya düşmək, sağlamlığı gündə cəmi bir stakan hansısa maye içməklə bərpa etmək, 1-2 həb qəbul etməklə super qəhrəmana dönmək, ağıllı, uğurlu və varlı olmağı hamı istəyir. Əgər uğursuzluğa tuş gələriksə özümüzə toxdaqlıq verərək bunun sadəcə deletant səhvi olduğuna inandırmağa çalığacağıq. Çünki artıq alimlərin insanlığa qarşı işlədiyini etiraf etmək dəhşətli görünür. 

Yuyulan beyinlər

Əgər sizə ayağın altına plastır yapışdırmaqla bədəni təmizləməyi təklif edirlərsə, ya da qulağa şam salıb yandırmaqla sağlam olmağı öyrədirlərsə, yuxu arteriyasının yanındakı siniri xüsusi qaydada massaj etməyi göstərirlərsə və siz nəticələri (başqası üzərində) öz gözünüzlə görürsüzsə bu təklifə niyə də inanmayasız. Amma burda bir dəqiqəlik düşünmək lazım gələcək: Ayaq altında bədəndən zəhərləri çıxara bilən məsamələrmi var? Qulağa salınmış şamın tüstüsü qulaq pərdəsinə necə təsir edə bilər? Yuxu arteriyasının yanındakı sinirə bayırdan təsir etməkçün gərək massajı bıçaqla edəsən? Nə olsun ki, bu absurd fikirləri sizə gözəl tərtibatda, ağ xalatda və çoxmərtəbəli elmi adı olan birisi təklif edərək təsdiqləyir də. Həmin bu bir dəqiqə, sizin bu məsələ üzərində düşünməli olduğunuz cəmi bir neçə dəqiqə illər uzunu laboratoriyalarda ciddi cəhdlə tədqiq edilərək sübut edilmiş sayılan bütün iddiaları yerlə yeksan edə bilər. Amma kimsə təkrarən eyni fikri təsdiqləyərək baş-beyninizi aparır. Bu bir növ ibtidai qəbilələrdə mövcud mərasimlərin ssenarisi və hətta eyni intonasiyaları təkrarlamasıyla bədii mətnlərini də xatırladır. Məsələn, Afrika qəbilələrində müharibə görmüş uşaqları bir yerə toplayıb təmizlənmə mərasimi keçirirlər ki, qan və ölüm görmüş uşaqlar ardını yaşaya bilsin. Bu uşaqlar təmizlənirmi, ya yox, hələ bilinmir. Amma onlar təkrar sözlər və ifadələrin, uyğun musiqi və müvafiq yeməklərin təsirinə məruz qalır, bir növ beyinləri “ağıllı” alımlərin iddiaları ilə yuyulurmuş kimi. Onu da deməliyik, biz hamımız təklif olunan məhsulların və innovasiyaların hətta ziyanlı olduğunu bilsək də onlardan imtina etmirik və sağlamlığımızı zərbə altına qoyuruq. 

Britaniya alimləri nə deyir?

Ona görə də “Britaniya alimlərinin aldığı nəticələrə görə” ifadəsi ilə başlanan bütün yazıları cəsarətlə bir kənara ata bilərsiz. Bəzən konkret elmi mənbəsi göstərilən alimlərə də etibar etməməyə kifayət qədər əsasımız var. Amma nəzərdə tutmalıyıq ki, elmi adı olan dələduzlar kifayət qədər təcrübəli olduqlarından onlarla müsbət rəy verən müştərilərin, pasientlərin fikirləri ilə silahlanıblar. İnsanlar mənasını anlamadıqları terminlərlə silahlanmış alimin bircəcik cümləsi qarşısında özlərini zəif və cılız hiss etməyə meyllidirlər. Uşağının ağıllı, zəkalı olmasını istəyən valideyn neçəyə olursa olsun xarici istehsal olan balıq yağlarını alıb uşağına verəcək. Amma o, əvvəl özünə bir sual verməlidir, “görəsən uşağa təzə tutulmuş balıq bişirib versəm həmin effekt alınarmı?”. Alimlərsə deyir: “Yox, alınmaz. Təbii balıqda bu qədər omeqa-3 yoxdur. Bunu biz hazırlamışıq və bir kapsulaya doldurub sizə təqdim edirik”. Adi vətəndaş oturub omeqa-3-ün nə olduğunu düşününcə risk eləməkdən vaz keçib bu balıq yağlarını alır. Üstəlik “Bəs Xəzərin bu boyda balığı hara gedir?; Mən niyə başqa ölkənin balığını yeməliyəm?” kimi suallarla başını incitmir. 

Bahalı kosmetika ilə də vəziyyət eynidir. Əlbəttə, yaxşı kosmetika yaxşı da işləyir. Krem nəmləndirməlidirsə, dərini nəmləndirir. Hər hansı kosmetik vasitədə üstündə tərkibi də yazılır. Amma siz heç vaxt həmin maddələrin hansı nisbətdə kremə qatıldığını bilməyəcəksiz. Kimsə sizə deməyəcək ki, ən adı vazelin də dərini çox yaxşı nəmləndirir və bir ətək pul verib bu kremi almağa gərək yoxdu. Yaxud, kremlərin tərkibindəki təbii yağlar aptekdə qəpik quruşa satılır. Onları qatıb super krem əvəzi almaq mümkündü və əmin olacaqsız ki, içində yad qatqı yoxdur. Hamı belə etsə bəs nə olacaq? Minlərlə, milyonlarla adamın işlədiyi nəhəng şirkətlər, konsernlər işsiz və gəlirsiz qalacaq. Yalan dolu informasiyanı sizə artıq sırıya bilməyəcəklər. “Bu molekulyar komponent kollogenin formalaşmasında iştirak edir” deyən istehsalçıya inanmaq olar. Amma onun təklif etdiyi kremdə bu komponent lazımi miqdarda olsa istifadə edən hər kəsin dərisi dərhal yanıq almalıdır. Çünki insan dərisinin əsas funksiyası kənardan təsirlərin qarşısını almaqdır. Deməli istehsalçı lazımi elementi dənizdə bir damla miqdarında əlavə edib bizə od qiymətinə satır.

Zərər vermə

Son dövrün ən dəbdə olan müalicə üsulu - qomeopatiyanın mahiyyəti ilə maraqlananda adam özünü lap maymaq kimi hiss edir. Əgər dərmanın qabında 3 % yazılıbsa bu o deməkdir ki, xəstəliyi sağaldacağı ehtimal edilən maddə (yəni sağaldacağı məlum deyil) 10 yanında 60 dənə sıfır nisbətində qatılıb. Qomeopatik preparatlar kifayət qədər bahalıdır, nəzərə alın. Elə bil ki, Xəzər dənizinə bir flakon dərman töküb hamını orada çimdirməklə biryolluq bütün xəstəlikləri yox eləmək olar. Əgər belədirsə, niyə rəsmi elm Qanq çayında çimməklə sağalan hindistanlıları lağa qoyur? 
Qomeopatik preparatları tənqid atəşinə tutan kimi onlar “Suyun yaddaşı var, dərmanı tanıyıb yadda saxlayır və insan bədəninə köçürür” deyirlər. Bu iddia çox dəbdədir. Amma dərindən fikirləşəndə etiraf etməyə məcburuq, axı suyun Kainatda hərəkət etmək kimi əbədi qanunu da var. Haldan hala düşüb bütün kainatı gəzə bilir. Onda mən hardan bilim ki, indi qəbul etdiyim mayenin yaddaşı avara qonşumun eşşək kimi içib donuz kimi yaşayan həyat tərzinə görə qaranlıq bir küncdə ifraz etdiyi maddənin deyil mənə lazım olan dərmanın yaddaşını daşıyır? Belə suallara elm hələ ki, cavab verə bilmir.

Problem ondadır ki, qomeopatik preparatlardan sağalanlar adi dərmanlardan xeyir görənlərdən daha çoxdur. Bəlkə də qomeopatiya Hipokratın “Zərər vermə” kimi formulə edilən andına daha artıq riayət etmiş olur. İnsan xəstələnə də bilər, sağala da. Bəzən bu proses kənardan müdaxilə olmadan baş verə də bilər. Psixoloqların sevdiyi bir kəlam var: “Əsas məsələ odur ki, təbiət pasienti sağaltdığı müddətdə onun başını kənar işlərlə qata biləsən”. Həkimlər əslində elə bu işlə məşğul olur. Amma arada biz itiririk, onlar qazanır. 

Plasebo effekti

Biz inanırıq, biz aldanırıq, çünki aldanmaq istəyirik. Elmdə plasebo effekti deyilən anlam var. Təcrübə altında olanlardan bir qrupuna əsil dərman, o birinə isə şəkər həbləri verirlər. Amma onlar dərmanın tərkibindən xəbərsiz olur. Nəticədə hər iki qrupda sağalma halları bəzən eyni qaydada qeydə alınır. Sanki insanın sağlamlığı bizim anlamadığımız mexanizmlə və bizdən asılı olmayan yolla gedir. Alimlərin rolu bu yolu izləyib qeydə almaqdan ibarətdir.  

Alimin əldə etdiyi informasiyanı bizə çox baha satmağına gəlincə məsələ yenə də mənəviyyat adlı maneəyə dirənir. Alimdən savadlı, bilikli olmaqla yanaşı həm də mənəviyyatlı olmağı gözləmək olmur. Çünki o, alim olmaqçün çox qurbanlar verib, mərhumiyyətlərlə üzləşib. İnformasiyanın asan əldə edilən olması məsələsinə gəlincə, bu artıq çoxdandı ki, sıravi vətəndaşların səlahiyyətindən çıxmış məsələdir. Yeni dövrün siyasi quruluşu belədir ki, informasiya kimin əlindədirsə, o da həlledici sözün sahibidir. İnformasiya müharibələrinin nəticəsi isə bizim başımızda çatlayır. Alim bilik və məlumat toplayır, sonra onu formulə edib bu işdən qazana biləcək varlı adamlara satır ki, elmi işini davam edə bilsin. Bilik qazanc gətirdikcə elm inkişaf edir və arada insan tələfatı şəklində qurbanlar verilir. Axı heç kim təcrübə altında olan siçanların taleyindən narahat deyil. İnformasiya həm alimi, həm istehsalçını, həmçinin bu xəbəri cəmiyyətə çatdıram jurnalisti, reklamçıları və bu qəbildən az qala bütün təbəqələri təmin edir.

***

Biz artıq çoxdandır ki, elmin cəmiyyətdən, bəzən insaniyyətdən kənarda inkişaf etdiyi bir zamanda yaşayırıq. İndi alim heç də zəkalı insan, cəmiyyətin inkişafı üçün çalışan demək deyil. Dünya miqyaslı alımlər qapalı konfranslarda elmin nailiyyətlərini artıq cəmiyyətlə bölüşməməyi qərar verəndə biz bundan xəbər tutmuruq. Siz indi hər hansı elmi dərginin sonuncu nömrəsi ilə maraqlansaz nəinki içində yazılanları oxuya bilməzsiz, hətta mündəricatını da sizə çox baha qiymətə satacaqlar. Məsələn, bizim Milli Kitabxanamızın da bu tip elmi nəşrlər birliyinə abunə olmağa pulu çatmaz. Biz elmin cəmiyyətdən aralandığı deyil, hətta cəmiyyətə qarşı işlədiyi bir zamanda yaşayırıq. Elmi laboratoriyaların son nailiyyətləri patentləşən kimi dərhal alınır. Çox vaxt hərbə və silahlanmaya xidmət edəcək elmi yeniliklər elmdə geri qalan dinc əhaliyə qarşı işlədilir. Hətta savadlı və dərrakəli olmağın özü də bizi alimlərin hiyləgərliyindən xilas etməyəcək. Bu gün bilik və mənəviyyat qarşı-qarşıya durmuş zidd məhfumlara çevrilməkdədir. Bu dilemmada seçim etmək çox çətindir...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]