Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Röyalbank» İranla savaşa qruban getdi

«Röyalbank» İranla savaşa qruban getdi
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
14/7/2012 [12:52]
Baxılıb :
1424 dəfə
Mərkəzi Bank iranlı iş adamının bankının lisenziyasını ləğv edib
«Röyalbank» terrorizmi maliyyələşdirməkdə ittiham olunub, ortada başqa qaranlıq məqamlar da var

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə «Royalbank» ASC-nin lisenziyası ləğv edilib. Məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə «Banklar haqqında» Qanunun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci (bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə, o cümlədən, ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə), 16.1.9-cu («bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda), 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, «Royalbank» ASC-nin bank lisenziyası ləğv edilib. 

Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə 13 iyul 2012-ci il tarixdən «Royalbank» ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir (AZ1073, Bakı şəhəri, Hüseyn Cavid prospekti 5). «Royalbank» ASC barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcək. «Banklar haqqında» Qanunun 62.3-cü maddəsinə əsasən iflas prosedurlarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq.
Mərkəzi Bankın məlumatına görə, «Royalbank» ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Qanunvericiliyə əsasən «Royalbank» ASC-nin qorunan əmanətləri üzrə əmanətçilərə kompensasiyaların ödənilməsi prosedurlarına başlanılması üçün artıq Əmanətlərin Sığortalanması Fondunda lazımi tədbirlər görülür. Əmanətlər üzrə kompensasiyaların ödənilməsi barədə əlavə məlumat veriləcək.

Məşhur 16.1.9-cu maddə”¦

AMB bununla sayca dördüncü bankın fəaliyyətini dondurdu. Bağlanan «Kövsər» və «Debütbank»dan fərqli olaraq, «Birlikbank»da olduğu kimi, 16.1.9-cu maddə irəli sürülüb ki, bu da terrorçuluğu maliyyələşdirmə və qanunsuz pul əldə olunmasıdır.
Qeyd edək ki, «Rayolbank»ın bağlanması ilə proqnozlar artıq ötən ilin sonlarından verilirdi. Burada əsas səbəb kimi kommersiya təşkilatının İranın çirkil pullarını yumaq göstərilib. Hətta məşhur «Wikileaks»in məlumatlarında bu barədə məlumatlar yer almışdı.
Bundan başqa, ötən saylarımızın birində Azərbaycanda kommersiya banklarının yeni bir mərhələdən keçməsi barədə yazmışdıq. «Texnika Bank»ın ətrafında gedən proseslər zamanı bildirmişdik ki, ölkədə ümumilikdə, 5 bankın ləğvi gözlənilir. Həmin bankların iflası prosesi ilin sonunadək başa çata bilər. Burada «Texnika Bank» və «Royal Bank»ın adı daha çox hallanırdı. Artıq 4 aya yaxındır ki, «Röyal Bank»da da ciddi maliyyə yoxlamaları aparılırdı.
Bununla bank sektorunda monopoliya sürətlənir. Ölkənin iri maliyyə mərkəzləri kimi hakim ailəyə yaxın bankların mövqeləri möhkəmlənir.

Samir Əliyev: «İlin sonuna kimit daha 4 bank bağlana bilər»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini eksperti Samir Əliyev deyir ki, bankın bağlanmasının görünən və görünməyən tərəfləri var: «Görünən tərəf odur ki, Mərkəzi Bankı kommersiya banklarının birləşdirilməsini qarşısına məqsəd kimi qoymuşdu. Amma buna heç biri getmədi. Bundan sonra qurum daha sərt addımlara keçməyə başladı. Yəni artıq dördüncü bankın lisenziyasını ləğv etdi. Fikrimcə, bu sonuncu olmayacaq. İlin sonuna kimi, daha dördünün bağlanması gözlənilir».
Ekspert düşünür ki, «Röyalbank» daha çox siyasi motivlər əsasında bağlanıb: «Mətbuatda onun İranla əlaqəsi barədə məlumatlar dərc olunurdu. Bankın təsisçi İran vətəndaşı Əli Candır, təxminən 86 faiz paya malikdir. Onun həyat yoldaşının və oğlunun da payı var. Fikrimcə, bankın ləğvi son zamanlar İranla Azərbaycan arsında münasibətlərinin pozulmasının nəticəsidir».
S.Əliyevin sözlərinə görə, «Royalbank»a qarşı irəli sürülən itihamlar arasında məcmu kapitalının yerinə yetirilməməsi məsələsi şübhə doğurur: «Mərkəzi Bankın tələblərinə görə kommersiya banklarının məcmu kapitalı minimumu 10 milyon manat olmalıdır. Bu tələbi yerinə yetirməyən kommersiya qurumlarına qarşı müəyyən tədbirlər həyata keçirilir. Amma «Röyal Bank»ın məcmu kapitalı 2011-ci ildə 18 milyon manat, 2012-ci ilin 1-cü rübünün məlumatına görə 16 milyon olub. Birdən-birə qısa müddət ərzində məcmu kapatalın 10 milyon manatdan aşağı düşməsi ehtimalı inandırıcı deyil. O zaman Mərkəzi Bankın irəli sürdüyü 16.1.6-cı madd ilə bağlı ortaya sual çıxır. Necə olur ki, 16 milyon manatlıq məcmu kapitalı malik olan bank sözügedən iddia ilə bağlanır».

Bankın kifayət qədər pulu olub

S.Əliyev əlavə etdi ki, «Röyalbank» ölkənin ən böyük kommersiya təşkiltlarından biri hesab olunurdu: «Bankların siyahısında ilk 20-yə daxil olmuşdu. Əslində, ölkədə bank sektorunun görünməyən hissəsində başqa proseslər gedir. Bu sektorun bir qrup adamın əlində cəmləşməsi prosesi müşahidə edilir. Bankların bu qaydada sıradan çıxarılması neqativ hallara gətirib çıxaracaq. Bu sahə monopliyaya alınması müsbət heç nədən xəbər vermir».  

«Bank of Baku» da eyni aqibəti yaşaya bilər?»

Xatırladaq ki, mətbuatda İrana bağlı «Bank of Baku»nun da səhmlərinin İran vətəndaşlarından alınması ilə bağlı məlumatlar yayılıb. Bankın adı «Wikileaks»in yayıdığı sənədlərdə keçirdi. «Bank of Baku» İrana məxsus pulların yuyulmasında iştirak etməkdə ittiham olunurdu. Mətbuatın yazdığına görə, «Bank of Baku» ilə bağıl olan, «Hyundai» avtomobilərini ölkəyə gətirilməsi ilə məşğul olan «Orami» şirkətlər qrupu da iranlı iş adamlarının əlindən alınıb.

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]