Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yarım qaldı toz içində

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
4/2/2017 [00:10]
Baxılıb :
5340 dəfə

Son günlər küçələrə su çox səpildi. Qar dənəciklərinin rəqsini pəncərədən izlədikcə melanxolik əhval yaradır və adam ilk əvvəl bir xalq mahnısı zümzümə eləmək istəyir. Kimsə “Küçələrə su səpmişəm”, “Samovara od salmışam” deyir, kimsə “Aman təklik əlindən” mızıldayır.  Küçələrə su səpənlər adətən su səpəcək hala gəlmiş adamın taleyi, onun bu anda nə düşündüyünü, nə keçirdiyini fikirləşməz.  Mahnı yaradanın əhvalını əks edən musiqini duydun bəs eləyir. 

Afrika qəbilələrində belə qəribə adət var. Müharibə olarsa, döyüşlərdə adam tələfatı insan ürəyinin dözə biləcəyi qədərdən artıqdısa qəbilənin qadınları yığışıb ölənlərin adını əzbərləyərdi. Sonra dəfn mərasimində ölənlərə oxşama, laylalar oxuyanda sözlərini çıxardıb ölənlərin adı ilə əvəz edərdi. Gedənləri öz adıyla yola salardılar, çünki hərəyə bir layla oxumağa can qalmazdı. Eşidənlər deyir ki, bu mahnıların musiqisi adamın ürəyini külə döndərəcək qədər təsirli olurdu. Sevgililəri, ərləri, oğlanlarını son mənzilə yola salmış qadınlar sonra bu mahnıları bir daha düyü səpəndə oxuyardı. Hər toxum dənəciyi torpağa düşəndə itirdiyi adamların birinin adının çəkər, sanki ölən adamın ürəyini düyü zəmilərinə köçürərdi. Məhsul yığan vaxt bu qadınlar  təzə doğulmuş uşaqların adından ibarət şən mahnılar qoşardı. Gələn il yenə də düyü səpmək zamanı gələndə doğulmuş uşaqların adı qədərində ölənlərin adını siyahıdan çıxarar və yenə də qəmli nəğmələrini oxuyaraq itmiş sevgilərini xatırlayardı. Bu yolla qadınlar ölüm-doğum arasında nisbəti yoluna qoyardı. Yəqin ki, nə zamansa insan müharibələrdə öldürməyindən əl çəkərsə bu qəbilənin el nəğmələrində artıq sözlər əmələ gəlməyə başlayacaq. Yazıb oxumaq, fikir yürütmək bilməyən, ibtidai görkəmdə gəzən bu qadınlar yeni və gözəl günlərə pəncərə açmağın yolunu müasir insandan daha yaxşı bilir. Bundan sonra kimsə bir daha soruşmasın ki, niyə xalq mahnıları bu qədər təsirlidir. Çünki onlar insan və insanlıq barəsindədir.

Sən özünü tox tuta bilərsən, çətinliklərə əyilməz, haqsızlıqlara dözümlü olar, əzmli, prinsipial, məğrur ola bilərsən ki, ağrını kimsələr duymasın. Amma bu durumda bəxtin gətirsə, sadə insan xeyirxahlığına tuş gələ bilsən qurduğun qarlı dağlar bir anda göz yaşı seliylə gözlərindən axıb töküləcək və tikdiyin bütün bəndləri yuyub aparacaq. İnsanlıq məsələsi ortaya gələndə maddiyyat kənara çəkilir. Əslində biz ən zəif, eybəcər və məyus halımızda daha gözəl oluruq. Dünyanı isə əli qılınclı cəngavərlər deyil, xırda yaxşılıqlar, ani təbəssümlər, cıqqılı xeyirxahlıqlar və balaca insanpərvərliklər xilas edir. İnsanpərvərliyin fəlsəfəsi isə deyir ki, biz ətrafımız olmasa, kimliyimizi anlamarıq. Yəni, sən olmasan deməli mən də yoxam. Mənim insan olmağımın cəmi bir yolu var, o da sənsən! İnsan cəmiyyətə açıq olsun gərək. Ətrafındakı daha istedadlı, daha özündə əmin adamlardan təhlükə gözləməsin. Biliyə can atarkən bölüşməyi bacarsın, çünki özünü daha böyük nələrinsə parçası hiss etsin. Yanındakı əzilirsə o da üzülsün, məzlumların ağrısını özündə duysun, ətrafı güclənərsə o da qol-qanad açsın. 

Afrikanın İqbo qəbiləsində daha bir maraqlı ənənə var. Onlar öz allahlarını özləri seçir. Bundan sonra allah sayılacaq adamı seçir, yığışıb birlikdə arzu tutur, niyyət eləyir, sonra istəklərini kahinə deyirlər. Kahin mərasim düzənləyir, mehrab qarşısında yeni seçilmiş allahın şərəfinə qurbanlar kəsdirir və bu kollektiv arzunu səsləndirir. Deyirlər ki, bu arzu çox vaxt yerinə yetirmiş. Amma adamlıqdan çıxmış seçilmiş həddini aşan kimi, özündən çıxıb özünü həqiqətən Allah sayanda və daha çox qurban tələb edəndə onu bu pilləyə qədər qaldırmış xalq bir saniyədə onu tutub yerə atırmış. Mehrabını dağıdır, adını çəkməyi qadağan edirmişlər. Bu yolla onlar insaniyyəti bərpa edirdilər. Ətrafımız yalançı bütlərlə, özünü dağ başına qoymuş adamlarla doludu. Onları bu pilləyə biz qaldırmışıq, lap Afrika qəbiləsində olduğu kimi. Ola bilər , kimlərinsə adını unutmaq zamanı gəlib.

Cəmiyyət insanilik standartlarını kişilərdən nümunə alır. Gənclərə güclü, ağıllı, özündə əmin, lider olmağı öyrədirlər. İnsanilik dərsi yenə də qalır qadınların çiynində. Dələduzlar, əli əyrilər, yekəbaşlar, axmaqlar, yalançılar, rüşvətxorlar, zalımlar, öz yolunuzdan dönməyə də bilərsiz. Onda qadınlarınız yığışıb adınıza el nəğmələri qoşar. Xalq heç vaxt itirmir və kimin adını toxum kimi səpəcəyini, kiminsə adını unudacağını özü bilir.

Küçələrə su səpmək isə mütləq lazımdı. Özünün olmasa da qoy qonşunun yarı gələndə toz olmasın...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]