Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bazar saxta, zərərli məhsullarla dolub daşır

Bazar saxta, zərərli məhsullarla dolub daşır
Bölmə :
Araşdırma
Yayım tarixi :
30/1/2017 [22:57]
Baxılıb :
15435 dəfə
Qiymətilər artdıqca keyfiyyətli ərzaq və digər mallar qeybə çəkilir
Eyyub Hüseynov: «Yollara səpilən duzu qablaşdırıb əhaliyə satırlar»

«Ölkənin əmtəə bazarında kifayət qədər arzuolunmaz məhsullar var. Sokrat deyir ki, biz nə yeyiriksə oyuq. Bizim nə yediyimizin cavabını apteklərdə görmək olar. Azərbaycanda apteklər şəbəkəsi digər ölkələrdən 20 dəfə çoxdur. Klinikalarda növbələr, müalicə üçün xaricə gedənlərin sayı kifayət qədər çoxdur” - bunu Bizimyol.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, bu gün ölkədə onkoloji xəstələrin sayının artması, uşaq ölümlərinin Avropa ölkələrindən çox olması, digər xəstəliklərin cavanlaşmasının və artmasının əsas səbəbi məhz yediyimiz qidalardır: “Belə problemin kökünü qidada, insanalrda və qanunda axtarmaq lazımdır. Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmadığı yerdə isə cinayət baş verir. Azad İstehlakçılar birliyi belə bir qanunun qəbul olunmasını istəyir. Layihə hazırlayıb aidiyyatı qurumlara təqdim etmişik. Ancaq hökümət belə bir qanun qəbul etmək istəmir. Biznes qurumları üçün yaradılan toxunulmazlıq şəraitindən eninə-uzununa istifadə edərək, istehlakçını aldadır. İnsan orqanizmi üçün zərərli olan qidaları bazara çıxarırlar. Bu həm xaricdən gətirilən, həm də yerli məhsullar olur. Bütün dövlət qurumlarına göndərdiyimiz məktubların cavabında o gəlir ki, “Bizim yoxlamaq üçün ixtiyarımız yoxdur. Məhkəməyə müraciət edin”. Məsələyə nəzarət etməli olan qurumlar boş yerə maaş alır və bazar da əcaib vəziyətdədir”.

E.Hüseynov deyir ki, 2 ildən sonra yoxlamalar bərpa olunsa belə, yaranmış vəziyyətin qarşısını almaq mümkün olmayacaqdır: “Ən çox çirklənmiş sektor spirtli içkilər sahəsidir. Monitorinq aparsaq görərik ki, 95 faiz araqların, çaxırların üzərində buraxılma tarixi yoxdur. Əhali bilməlidir ki, araqların saxlanma müddəti 1 il, çaxırlar 6 ay, konyaklar 2 ildir. Ümumiyyətlə konkret haqqında qanun qəbul edilmiş məhsulun satışının qadağan olunmasına baxmayaraq, hökümət orqanları 15 ilə yaxındır ki, onu həll edə bilmir. Misal üçün, duzun yodlaşdırılması haqqında qanun qəbul olunub. Yodlaşdırılmamış duzun satışı qadağandır. Lakin, görək dövlət qurumları qanunun tələbini yerinə yetirməyə qadirdirmi? Qadağaların olmasına baxmayaraq, ölkədə yodsuz duz satılır. Yola səpilmək üçün nəzərdə tutulan duzlar Abşeron rayonunda qablaşdırılaraq rayonlara göndərilir. Bütün adiyyati qurumlara bunu istehsal edən yerin ünvanını, istehsal edən şəxsi də demişik. Lakin dövlət orqanları qidanın təhlükəsizliyini təmin etmək istəmirlər”.

Ekspert bildirdi ki, buna uyğun olaraq yağ, sərinləşdirici içkilər, şirələr bazarı bərbad gündədir.
«Xəzər xəbər»də gedən məlumata əsasən, satışda saxta kərə yağları var. Mütəxəssislərə görə, bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Əsl kərə yağını saxtasından ayırmağın yollarından danışacağıq. İlk baxışdan kərə yağı kimi görünsə də, tərkibi kimyəvi maddələrdən ibarətdir. Hətta əsl yağ təəssüratı yaratsın deyə kərə dadı və qoxusu da verilir.

Əsl kərə yağı almaq istəyənlər əvvəlcə onun qiymətinə fikir verməlidirlər.

Halbuki, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 30 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri istehsal, daşınma və satış xərcləri, həmçinin vergilər də nəzərə alınmaqla, 7-8 manatdan az olmamalıdır.
Kərə yağı solğun sarı rəngdə olur. Tünd sarı, narıncı rəng yağa boya maddələrinin qatıldığını göstərir. Əsl kərə yağını müəyyən etmək üçün bir dilim yağı ilıq suyun içinə atın. Suyun rəngi dəyişsə deməli boya əlavə edilib.

“Mal əti ilə özümüzü 95, qoyun əti ilə 99 faiz təmin edirik”. Bu sözləri prezidenti İlham Əliyev dövlət proqramlarının icrasına həsr olunmuş konfransda deyib. O bildirib ki, Azərbaycan kərə yağı ilə 76 faiz özünü təmin edir, bunun 10 faizi xarici faktordur: "Burada 10 faiz qablaşdırma ilə bağlıdır. Qablaşdırma elə məsələ deyil ki, biz bunu həll edə bilməyək. Buğda ilə özümüzü 53 faiz təmin edirik, burada 23 faiz xarici faktordur. Arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz, soya ilə cəmi 4 faiz, meyvə və giləmeyvə ilə 102 faiz özümüzü təmin edirik. Ancaq elə növlər var ki, özümüzü təmin edə bilmirik. Meyvə və giləmeyvə vacib ixrac məhsulumuzdur”.

Prezident Azərbaycanın bütün növ tərəvəzlə 96 faiz özünü təmin etdiyini söyləyib: "Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Bal ilə 97 faiz təmin edirik”.

“Facebook” səhifəmizdə apardığımız sorğu əsasında izləyicilərimizin gündəlik tələbat məhsullarının keyfiyyəti ilə bağlı fikirlərini öyrəndik: 

Elşan Avşar bidlirib ki, mağazalarda Ermənistandan gətirilən mallar var: “Üstünə başqa yapışqanla örtürlər ki, yazılar görünməsin. Hər şeyi alanda yüz ölçüb, bir biçirik bu dəqiqə”.

Əhməd Qəzəlov deyir ki, hazırda toyuğun zayı çıxıb: “Bir də son zamanlar düyünün. Qreçka, makaronun onsuz da neçə vaxtdır dadı yoxdur. Amma şükür ki, hər şeyin yaxşısını tapmaq olur”.
Samir Ağayev yazır ki, «pul var, mağazaya gedək: “Cəmi bir gün qar yağdı. İnqilabda yolu bağladılar. Avtobusla düşüb 20 dəqiqə ayaqla yol getdik. Konkret batırıq”.

İlkin Quliyev isə deyir ki, şəhərdəki yağ, qənd, şəkər tozu, çörək, kolbasa sexlərinə getməklə bizə hansı zibilləri yedizdirdiklərini görə bilərik: “Amma oralara getsək çətin ki, sonra nəsə yeməyə iştahamız olacaq”.

Ruhin Vəliyev bildirib ki, neçə vaxtdır mağazadan qida ala bilmirlər: “Çox şükür, hələ aldığımız 1 manatlıq paçka «Möcüzə» yağıdır. Onu da evdə əridib suyla qatırıq ki, bir ay işlədə bilək. Sonra 50 qəpiklik qara sabun alırıq, onuda bıçaqla 3 hissəyə bölüb 1 ay yola veririk. Başqa çay içmirik. Arada pul tapanda 1 kiloqram makaron alıb qaynadırıq. Çox şükür, yəni əladır. Mağazadan aldığım çeklərə baxıram bizə təsir eləməyib artım”.

Sevinc Əfəndiyeva deyir ki, keyfiyyət aşağı düşüb: «Məsələn, qatılaşdırılmış süd alırdın, qabın içindən tökülmək bilmirdi. İndi açan kimi aşıb daşır. Keyfiyyət sıfır, qiymətlər od tutub yanır. Mən hələ şampun filanı demirəm. Hamsı Sumqayıtda doldurulur, xarici marka adı ilə”.

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]