Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Təki bizi köçürsünlər...”

“Təki bizi köçürsünlər...”
Bölmə :
KİVDF
Yayım tarixi :
10/4/2013 [10:58]
Baxılıb :
700 dəfə
BDU-nun tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlərin ölmüş ümidləri oyanmağa başlayıb

Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun vurduğu maddi və mənəvi zərər nəticəsində yaranan problemlərin həlli hələ də dövlətin bir nömrəli vəzifəsi olaraq qalır. Qaçqın və məcburi köçkünlərin bütün sosial problemləri Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli 232s nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planınında öz əksini tapıb. Bunlara misal olaraq aşağıdakı problemləri göstərmək olar.

Yaşayış problemi

Görülən bütün tədbirlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin humanitar və sosial vəziyyəti mürəkkəb olaraq qalır. Hazırda məcburi köçkünlərin 50 min nəfəri yataqxanalarda, 25550 mini fin tipli evlərdə, qalanlar isə ictimai binalarda, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat və sair kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır, olduqca dözülməz bir şəraitdə yaşayırlar.

Nəticədə, qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində 2001-2010-cu illər ərzində qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 20 min ailəlik 67 yeni qəsəbə və fərdi evlər tikilərək onların istifadəsinə verilib.

Sosial problemlər

Son illər ərzində donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-ərzaq yardımının həcmi əhəmiyyətli dərəcədə (4 dəfə) azaldılmışdır. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 230 min nəfədən çox məcburi köçkün 1992-1993-cü illərdən etibarən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və məcburi köçkündən hazırda yalnız 30 faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılıb.

Maliyyə imkanları məhdud olduğundan, məcburi köçkünlərin müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrindən səmərəli istifadə olunmasının təmin edilməsində də çətinliklər var. Yeni xırda istehsal sahələrinin yaradılması kiçik və orta biznesin inkişafı, kənd təsərrüfatı, mikro maliyyə və sair layihələrin həyata keçirilməsinə böyük tələbat yaranmışdır. Məcburi köçkünlərin sıx məskunlaşma yerlərində - femalarda, yataqxalanarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq sağlamlıq düşərgələrində və sair yerlərdə infrastruktur, elektrik xətləri, içməli su kəmərləri, daxili yollar, dam örtükləri, təhsil, səhiyyə obyektlərinin vəziyyətinin yaxşılaşdırılmasına ciddi ehtiyac duyulur.

Məşğulluq problemi

Hazırda Azərbaycan Respublikasının ərazisində 378 min nəfərdən artıq əmək qabiliyyətli məcburi köçkündən 36 minə yaxını işsizdir. İş yerlərinin azlığından, maddi vəsait olmadığından, aqrar sənayedə görülən işlərə baxmayaraq, işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra maneələrlə üzləşir.

Ümumilikdə 2001-2008-ci illərdə 277 min 174 nəfər qaçqın və məcburi köçkün işlə təmin olunmuş, 2467 nəfər işsizlik statusu almış, 932 nəfər haqqı ödənilən içtimai işlərə cəlb olunmuş, 1116 nəfər peşə-hazırlıq kurslarına göndərilmiş, 5099 ailəyə ünvanlı sosial yardım edilmişdir.

Mənzil probleminin həllinə doğru...

Son aylarda qaçqın və məcburi köçkünlərin mənzil probleminin həlli sürətləndirilib. Bu təbəqədən olan insanların yaşadığı yerlərdən biri də Bakı Dövlət Universitetinin tələbə şəhərciyidir. Artıq şəhərçikdə məskunlaşmış xeyli sayda ailə mənzillə təmin olunub. Onların yeni mənzillərə köçürülməsi davam etdirilir.

Sözügedən universitetin tələbə şəhərciyinə yollanıb, hələ də köçürülməyən məcburi köçkünlərlə həmsöhbət olduq. Burada məskunlaşanlar Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Zəngilandan, Ağdamdan və digər rayonlardan olan məcburi köçkünlərdir. Ağdamdan 907 nəfər olmaqla 234 ailə, Cəbrayıldan 403 nəfər olmaqla 117 ailə, Füzulidən 779 nəfər olmaqla 202 ailə, Zəngilandan 334 nəfər olmaqla 96 ailə, Qubadlıdan 46 nəfər olmaqla 14 ailə, Şuşadan 46 nəfər olmaqla 10 ailə, Laçından 40 nəfər olmaqla 12 ailə, Xocavənddən 14 nəfər olmaqla 2 ailə, Xocalıdan 120 nəfər olmaqla 29 ailə, o cümlədən də bir neçə ailə başqa rayonlardan yataqxanada yaşayır (bunlardan bir neçə ailə artıq mənzillə təmin olunublar).
Öyrəndik ki, bu il Bakı Dövlət Universitetinin yataqxanasında cəmi 15 tələbə yerlə təmin olunub.

Yemək hazırlamaq üçün növbə

Günorta saatları və hava çox istidir. Yataqxanaya qalxdığım zaman ümumi mətbəxdə bir neçə xanımın xörək hazırlamaq üçün növbəyə dayandığının şahidi oldum. Onlar adlarının çəkilməsini istəməsələr də, söhbətdən də imtina etmədilər.

Köçkün xanınmlar yemək hazırlayan zamanı həmişə çətinliklərlə üzləşdiklərini deyirlər. Şəraitsizlik, hətta, arzuolunmaz söz-söhbətlərə də səbəb olur: “Bir sözlə başağrısıdır. Hələ qabları yuyan zamanda bir çətinliklə üzləşirik”.

Hazırda onların yaşadıqları tələbə şəhərciyinə qəsəbə də demək olar. Burada məskunlaşan insanların əksəriyyəti işsiz olduğundan, özlərinə dükan açıblar. Kimi göy-göyərti, kimi pal-paltar, kimi ərzaq malları satır. Kimisi bərbərxana, bir qismi də çayxana açıb üç-dörd gənci ətrafına toplayıb 5-6 manat günəmuzd qazanır. Köçürülmə ilə bağlı qərarın verilməsi də, bir tərəfdən xeyirlərinə olsa da, digər tərəfdən baş qa problem meydana çıxarır. Deyirlər ki, onları evlə təmin etsələr belə, pul qazanmaq üçün dolanışıq yerləri olmayacaq. Yəni, lazımı qədər maddi vəsaitləri olmadığından, başqa ərazidə hansısa iş qura bilməyəcəklərini bildirirlər. Bəziləri isə 20 ildən artıqdır, acınacaqlı şəraitdə yaşadıqları yataqxanadan yeni mənzillərə köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər.

İçi çölündən betər

Həyətdə bir xeyli söhbətdən sonra həmsöhbətlərimiz bizi otaqlarına dəvət edib, içəridəki acınacaqlı vəziyyəti göstərirlər. Bildirək ki, binanın çölü nə qədər acınacaqlı şəkildədisə, daxildəki vəziyyəti ondan da dəhşətlidir. Yataqxananın mətbəxində, hamamında, otaqlarında illərdir təmir işlərinin aparılmadığı məlum olur.

Sakinlərin əksəriyyəti kommunal xidmət probleminin olmadığını, tək narahatlığın darısqallıq olduğunu deyirlər. Məsələn, bəzi ailələrin 6-8 üzvü bir otaqda məskunlaşmalı olur, bəzi ailələr də otaq, yer olmadığından evinə gəlin gətirə bilmir.

Məcburi köçkünlər arasında elə insanlar var ki, nə vaxtsa onlar üçün nəzərdə tutulmuş yeni evlərə köçürüləcəkləri ümidi ilə yaşasalar da, artıq ümidlərini itirmək üzrə olublar. Lakin hazırki köçürülmə prosesi onlarda yeni ümidlər oyatmağa başlayıb.

“Özünüz təsəvvür edin ki, burada hər şey ümumidir: ayaqyolu da, hamam da, mətbəx də. Adicə paltar yuyanda nə qədər növbə gözləyirsən ki, öz paltarlarını yuyasan. Bir mərtəbədə 25-26 ailə var, o qədər ailə üçün cəmi iki mətbəx var. Bizim otaqda dördnəfərlik ailə yerləşir, amma elə otaqlar var ki, 30 kvadratmetrlik yerdə 7-8 nəfər yaşayır”, -deyə Nara xanım bildirdi.

Onun sözlərinə görə, məcburi köçkünlərin hamısı burada 1 otaqlı mənzillərdə məskunlaşıb: “Elə otaq var ki, orada 2 ailə, eləsi var ki, 3 ailə birgə yaşayır. Qaçqın ailələrinin çoxu evsizlik ucbatından övladlarını evləndirə bilmirlər. Gəlib görsünlər, nə vəziyyətdə, hansı şəraitdə yaşayırıq. Gündə bir yataqxana yanır, niyə? Çünki baxımsızlıqdan elektrik xətləri bərbad vəziyyətə düşüb. Otaqlarda şərait olmadığı üçün burada bütün mərtəbələrdə hamı öz mebelini koridora yığıb. İnanın, bir balaca alov düşsə, bu yataqxana kül olacaq”.

Həmsöhbətimiz işsizlikdən də gileyləndi: “Gedib orda-burda qab yuyuram, ev təmizləyirəm, 5 manat pul qazanıb, nəvələrimə xərcləyirəm. Çox ağır vəziyyətdə yaşayırıq. Oğlanlarım iş tapa bilmirlər. Hara gedirik qapı üzümüzə bağlayırlar”.

“Qaçqınkom” yataqxanaya baxış keçirib

Sakinlərin bildirdiyinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri bir müddət əvvəl yataqxanaları gəzərək burada yaşayanları siyahıya alıblar. “Otaqlar 16 kvadratmetrdir. Burada məişət əşyaları yığanda otağın ərazisi da daha da azalır. Baxın, 20 ilə yaxındır ki, biz Ağdamdann məcburi köçkün düşümüşük. Oradan gələn körpələr, uşaqlar indi böyük uşaq olublar. Ailə qura biləcək nəfərlərdir. Bunun yayı-qışı var. Gecəsi-gündüzü var. Paltarı dəyişərkən, yatarkən psixoloji gərginlik yaşayırıq. Məsələn, yay fəslində yatarkən otaq isti olur, bəzən unudub üstünü aça bilirsən, bu da ayıbdır axı. Böyük-kiçik, qız-oğlan, evlənəsi qardaş-bacı var. Bax, bunları biz düşünürük. Sonucda gərginlik yaranır, mənəvi əzab çəkirik. Biz bundan qurtulmaq istəyirik. Adam var, evinə gəlin gətirib və həmin qaynata ilin qışında-yayında eyvanda yatır. Çünki, başqa yolu da yoxdur. Bax bu dərd bizi üzür”, - deyə Ağdamdan məcburi köçkün Eldar bildirdi.

Söhbət etdiyimiz məcburi köçkünlər köçürüləcəkləri zaman narazılğın olmayacağına əmindirlər. “Təki köçürülmə olsun” deyirlər. Köçürülmə və binaların tikilməsi ilə bağlı vəsaitin ayrıldığını xatırladan köçkünlər köçürülməni səbirlə gözləyirlər.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]