Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Minimum əməkhaqqı 200 manata qaldırılmalıdır»

«Minimum əməkhaqqı 200 manata qaldırılmalıdır»
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
23/1/2017 [22:51]
Baxılıb :
37876 dəfə
Pensiya və maaşların sığorta hissəsinə inflyasiyaya görə əlavə olunan vəsait 10 manata çatmır 

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb. Prezident həmçinin, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehlak bazarında infilyasiya 12,4 faiz olub.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezidentin Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. 
Bu isə o deməkdir ki, 190 manat əmək pensiyası alan şəxsin pensiyasının yalnız 80 manatlıq hissəsi (sığorta hissəsi) 2016-cı ildə qeydə alınan rəsmi inflyasiya səviyyəsində -12,4 % həddində indeksləşdiriləcək. 80 manatın 12,4%-ə 9 manat 92 qəpik etdiyindən, əvvəllər ayda 190 manat əmək pensiyası alan şəxsin pensiyası yanvarın 1-dən 199 manat 92 qəpik olacaq.

Qalib Toğrul: «Minimum əmək haqqını ləğv etmək lazımdır»

İqtisadçı ekpsert Qalib Toğrul Bizimyol.info-ya açıqlamasında bildirdi ki, minimum əmək haqqının artımı dolayısı ilə əmək haqqının artımına təşviq edə bilər. Ancaq bu maaşların artırılması demək deyil: “Minimum əmək haqqı Əmək Məcəlləsinə görə, fəhlə əməyinə görə verilən minimum ödənişdir. Yəni, ondan aşağı əmək haqqı vermək olmaz. Müxtəlif qanunlarda göstərilir ki, yaşayış minimumu ölkənin, əhalinin sosial iqtisadi rifahı ilə bağlı hazırlanan proqramlarda, həyata keçirilən tədbirlərdə göstərici kimi istifadə olunur. Yəni, bu yeganə göstərici deyil. Bundan başqa digər göstəricilər də var. Hesab edirəm ki, ən əhəmiyyətlisi yaşayış minimumudur. Mənə elə gəlir ki, minimum əmək haqqını ləğv etmək lazımdır. Bir də sosial sığorta haqqında qanuna görə müəyyən sığorta ayırmalarının məbləğinin hesablanmasında, müəyyən cərimələrin tətbiqində minimum əmək haqqından istifadə olunur. Fikrimcə, minimum əmək haqqından istifadə olunan yerlərin hamısında yaşayış minimumu əsas götürülməlidir”.

Q.Toğrul deyir ki, yaşayış minimumunun minimum əmək haqqından üstünlüyü ondadır ki, o konkret normalar əsasında hesablanır: “Yaşayış minimumu bir ay ərzində bir insanın ölməməsi, fizioloji tələbatlarının ödənilməsi üçün ona lazım olan ərzaq, qeyri-ərzaq və xidmətlərin məcmusudur və 155 manatdır. Əgər yaşayış minimumu 155 manatdırsa, minimum əmək haqqı necə 116 manat ola bilər? Bu absurddur. Ona görə ən yaxşısı sosial məsələlərlə bağlı hesablamalarda ancaq bir göstəricidən istifadə olunsun. Məncə ehtiyac meyarı da ləğv olunmalıdır. Minimum əmək haqqının qaldırılması əhalinin həyatında əhəmiyyətli dəyişiklik yaratmır”.

Pensiyalara gəldikdə ekspert bildirdi ki, pensiyaların sığorta hissəsinin indeksləşməsi hər il həyata keçirilən tədbirdir: “Bu il də həyata keçirilib. Hesab edirəm ki, Dövlət Statistika Komitəsinin elan etdiyi inflyasiya göstəricisi real deyil. Keçən il infilyasiya qat-qat yüksək olub. Ona görə də rəsmi göstərici səviyyəsində pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, pensiyaçıların qiymət artımı çərçivəsində artan xərclərini kompensasiya eləyə bilməz. Bu çox cüzi bir şeydir. Ona görə hesab edirəm ki, hər iki göstəricinin artırılması əhalinin həyat səviyyəsinin dəyişməsində əhəmiyyətli rol oynamayacaq”.  

Samir Əliyev: «Devalvasiyadan sonra minimum əmək haqqı indiki məzənnə ilə 68 dollara düşüb»

İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əmək haqqı artırılıb. Rusiyada minimum əmək haqqı (MƏH) iyul ayının 1-dən etibarən 117 dollara (7500 rubl) qaldırılıb: “Ondan əvvəl isə Ukraynada - may ayının 1-dən minimum əmək haqqının aylıq məbləği 58,4 dollara (1450 qrivna), saatlıq məbləği 0,35 dollara (8,69 UAH) yüksəldilib. Ukraynada 2016-cı il dekabrın 1-dən yeni artım olubvə aylıq MƏH 62,4 dollar (1550 qrivna), saatlıq isə 0,37 dollar (9,29 UAH) olub”.

“Belarus hökuməti işəgötürənlər qarşısında iyun ayının 1-dən sonra işçiyə ayda ən azı 119 dollar (239,18 BYN) vermək öhdəliyi qoyub. Moldovada artım mayda olub. Mayın 1-dən etibarən MƏH-in aylıq səviyyəsi 106 dollar (2100 ley), saatlıq səviyyəsi isə 0,6 dollar (12.43 ley) olub. Ermənistanda hazırda minimum əmək haqqı təxminən 115 dollardır (55 min dram). Hökumətin iyulun 1-dən MƏH səviyyəsini 136 dollara (65 min drama) qaldırmaq planı büdcə vəsaitlərinin qıtlığı səbəbindən baş tutmayıb. Qonşu Gürcüstanda MƏH təxminən 70 dollara (160 lari) bərabərdir", - S. Əliyev əlavə edib. 

Ekspert deyib ki, Orta Asiya ölkələrində minimum əmək haqqı ilin əvvəlində artırılıb: "Qazaxıstanda yanvarın 1-dən 68 dollar (22,859.00 tenge) olub. Qırğızıstanda 2016-cı ildə 16 dollar (1060 som) olub. Hökumət MƏH-i 2017-ci ildə 17 dollara (1140 som), 2018-ci ildə 18 dollara (1220 som) qaldırmaq niyyətindədir. Özbəkistanda 2015-ci ilin sentyabrından 44 dollar (130,240 min som) qaldırılıb. Türkmənistanda MƏH yanvarın 1-dən 168 dollar (590 manat) təşkil edir. Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə təxminən 3 il öncə - 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi. Son devalvasiyadan sonra minimum əmək haqqı indiki məzənnə ilə 68 dollara düşüb".

Qubad İbadoğlu: «Bahalaşan qiymətlərin fonunda bu cüzi məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək»

İqtisadçı ekspert Qubad İbadoğlu da bildirib ki, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi artan xərcləri örtməyə yetərli deyil. Odur ki, pensiyaların baza hissəsi də artırılmaldır: “Prezidentin imzaladığı sərəncamlarla bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indekslərşdiriləcək və minimum aylıq əməkhaqqı 116 manat olacaq. Bu sərəncamların təsirlərini şərh etməmişdən əvvəl bidlirmək istərdim ki, yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən (baza, sığorta və yığım), ailə başçısını itirməyə görə əmək pensiyası isə 2 hissədən (baza və sığorta) ibarətdir. Mövcud qanunvericiliyə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Yeri gəlmişkən onu da qeyd edim ki, pensiya yaşının artırmaq üçün qanunvericilikdə müvafiq dəişikliyi nəzərdə tutan təkliflər artıq Milli Məclisdədir”.

Ekspertin açıqlamasına görə, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Bu kateqoriyalı pensiyaçıların aldıqları cəmi məbləğin yerdə qalan hissəsini sığorta və yığım hissəsi tşkil etməlidir: “Amma yığım komponenti tam işləmədiyinə görə, hazırda ödənilən pensiya əsasən 2 yerə bölünür: baza (110 manat) və sığorta (yerdə qalan məbləğ). Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12,4 faiz artımla indeksləşdirilməsi həyata keçiriləcək. Çünki, rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapozonunda indeksləşdirməyə məruz qalacaq. Təbii ki, bahalaşan qiymətlərin fonunda bu cüzi məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək”.

“Prezidentin digər sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği bu ildən 11 manat artırılıb, nəticədə 1 aylıq minimum əmək haqqı 116 manat və ya 63 dollar olub. İzahat üçün qeyd edim ki, bir çox dövlətlərin əmək haqqının və gəlirlərinin tənzimlənməsi aləti kimi tətbiq etdiyi minimum əmək haqqı norması əhaliyə ödənilən əmək haqqının ən aşağı səviyyəsini müəyyən edir. Adətən bu səviyyənin müəyyən olunması üçün minimum əmək haqqı minimum istehlak büdcəsi ilə əlaqələndirilir. Beləlliklə də minimum əmək haqqı işçinin yalnız fizioloji tələbatını ödəməyə yönəldilir, bu isə o deməkdir ki, hətta yaşayış minimumu əsasında hesablanan minimum əmək haqqı işçini əsassız olaraq ödənilən aşağı əmək haqqından qorumalı və onun normal təkrar istehsalını təmin etməlidir. Bu isə haqlı olaraq sual doğurur, 116 manatla fizioloji tələbatı ödəmək və təkrar istehsala nail olmaq mümkündürmü?” - deyə Q.İbadoğlu bildirib.

Ekspertin fikrincə, minimum əmək haqqının səviyyəsi yaşayış minimumunun dəyərindən, o da ilk növbədə minimum istehlak səbətinin tərkibinə daxil olan məhsul və xidmətlərin istehlak normaları və qiymətlərindən asılıdır: “Hələ ötən ilin oktyabr ayına olan qiymətlə əsaında aparılmış müstəqil ekspertlərin hesablamaları göstərirdi ki, yaşayış minimunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 200 manat, uşaqlar üçün 259,9 manatdır. Halbuki, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində təyin edilib. Göründüyü kimi, pensiyaların baza hissəsi yaşayış minimumu ölkə üzrə dəyərindən 45 manat, pensiyaçılar üçün müvafiq göstəricidən 20 manat, müstəqil ekspertlərin hesabladığı məbləğdən 90 manat azdır. Odur ki, minumum əmək haqqı 200 manat olmalı və pensiyaların baza hissəsi də yeni sərəncamla artırılmaldır. Hazırda pensiyaların baza hissəsi hətta rəsmi olaraq təsdiq olunan 116 manatlıq minumum aylıq əmək haqqından 6 manat azdır.  Müqayisə üçün onu da qeyd edək ki, hətta artımdan sonra Azərbaycan 1 aylıq minimum əmək haqqının dəyəri ABŞ-da orta hesabla 4 saatllıq, Böyük Britaniyada isə 3 saatlıq minumum əmək haqqı səviyyəsinə çatıb”.

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]