Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Namizəd müzakirəsinə ehtiyac duymuram”

“Namizəd müzakirəsinə ehtiyac duymuram”
Bölmə :
Müsahibə
Yayım tarixi :
14/7/2012 [12:28]
Baxılıb :
1274 dəfə
Ərəsutn Oruclu: “Əgər bu cür açıqlamalar hakimiyyətin marağına xidmət edirsə, ilk növbədə partiya üzvləri ad çəkməməlidirlər»
«Qurumun istənilən üzvü, hətta kənar adam da vahid namizəd ola bilər. Niyə də yox?»

İctimai Palatanın üzvü, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Bizim Yol» qəzetinə müsahibəsində İctimai palat daxilində gedən vahid namizəd diskusiyaları barədə fikirlərini bildirib. Xatırladaq ki, deputat Qüudrət Həsənquliyev İP-də Ərəstun Oruclunun və Cəmil Həsənlinin namizədliyi haqda müzakirə getdiyini açılmaşıd. Ə.Oruclu isə qəzetmizə müsahibəsində belə bir istəyinin olmadığını nə təsdiq, nə də təkzib edib”¦  

- Ərəstun bəy, dövlət başçısı İlham Əliyevin müşavirədə müxalifətə qarşı sərt ittihamları bu dəfə nəylə fərlənirdi? Çünki prezidentin çıxışı rezanons doğurub.

- Yanılmıramsa, müqayisə baxımından bu dəfəki çıxış bir qədər daha sərt idi. Əslində, Əliyevin müxalifət haqqında açıqlamaları əvvəllər də sərt olub. Amma bu dəfə daha sərt idi. Görünür, bunun arxasında ay yarım əvvəl “Eurovision” dövründə beynəlxalq aləmin Azərbaycan hakimiyyətinə qarşı olan sərt tənqidləri dayanır. İnsan haqlarının, demokratiyanın durumu ilə bağlı Qərbdən olan bəyanatlar bir sıra hallarda rəsmi Bakıda qıcıqlar yaradıb. Bununla da hakimiyyət hesab edir ki, məlum tənqidlərin səbəbkarı müxalifətdir. Çünki müxalifətçilər xarici mətbuata açıqlamalar verirdi, halbuki, bu tam normal haldır. Prezidentin sərt çıxışı ilk növbədə bu məsələ ilə bağlıydı. Təbii ki, həm də ümumi durumla əlaqədar idi.

- Ümumi durumun hansı əlamətlərini nəzərdə tutursunuz?

- Ümumi durum gərgindir, Rusiya və Qərb arasındakı geosiyası mübarizə yekunlaşmaq üzrədir. Qərbin bölgəyə, həm Qafqazlara, həm Mərkəzi Asiyaya təsiri artmaqdadır. Düzdür, Mərkəzi Asiyada proses yeni başlayıb, amma Qərb Cənubi Qafqazda geosiyası mübarizədə ciddi uğurlar əldə edib. Bu, Azərbaycanın xarici siyasət prioritetinin müəyyənləşməsi deməkdir, yəni Qərbdən başqa seçim yoxdur. Artıq seçim olmadığından Qərb Azərbaycana münasibətdə özünü daha inamlı aparır və hakimiyyət bu prosesdə özünə təhdidlər görür.

- Əli Həsənovun QHT nümayəndələri ilə görüşündən sonra cəmiyyətdə hakimiyyətin islahatlara gedəcəyi barədə fikirlər dolaşırdı. Hətta dostunuz, tanınmış jurnalist Mehman Əliyev “Azərbaycan avtoritarizmdən demokratiyaya keçir” demişdi və indi də öz fikirini müdafiə edir”¦

- Xeyr, mən Mehman bəylə razı deyiləm və imitasiyanın getdiyini düşünürəm. Sadəcə, əvvəlki imitasiyalardan bir qədər fərqlidir.

- İlk dialoq təşəbbüsündən sonra prezidentin məlum çıxışı səsləndi, bu, necə şərh oluna bilər?

- Elə bunlar göstərir ki, demokratiyaya keçid yox, imitasiyadır.

- Amma Mehman bəy deyir ki, prosesi görür...

- Mən də gördüyümü deyirəm, ola bilər bizim baxışlarımız fərqlidir.

- BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, İctimai Palatada professor Cəmil Həsənlinin və politoloq Ərəstun Oruclunun prezidentliyə vahid namizədliyi məsələsi müzakirə olunur. Cəmil müəllim bu barədə danışsa da, Siz susdunuz. Səbəb nə idi və bu barədə nə deyə bilərsiniz?

- Bir gün əvvəl facebook sosial şəbəkəsi vasitəsilə bu haqda açıqlama yaymışam. Əslində, bu Qüdrət Həsənquliyevin fikridir və münasibət bildirməyim hökmən deyildi. Yeri gəlmişkən, münasibəti mən yox, İctimai Palatanın Koordinasiya Şurası bildirməliydi. Çünki Qüdrət Həsənquliyev özünün iddia etdiyini demirdi. O, bildirmişdi ki, İctimai Palatada məsələ müzakirə olunur. Ona görə mənim münasibət bildirməyim qeyri-ciddi olardı, bu səbəbdən danışmadım. Eyni zamanda, nəzərə alın ki, mən araşdırmaçı olduğum üçün məlum açıqlamaya münasibətləri müşahidə etdim.

- Konkret olaraq, Müsavat başqanı İsa Qəmbər bu cür təkliflərin parçalanma yaratdığını dedi. Sizcə, bu təklif parçalanma yarada bilərmi?

- Düzü, İsa bəyin həmin fikri hansı kontekstdə dediyini bilmirəm. Mən tam istisna edirəm ki, İsa bəy bu fikri o kontekstdə deyib ki, mən, yaxud Cəmil bəy bunu mesaj kimi qəbul edib, namizəd olmaq uğrunda mübarizəyə girişərik. İsa bəy bu mənada mövqeyimi bilir. Ümumiyyətlə, bu gün namizəd müzakirəsinə ehtiyac duymuram, bu yanlış yol olduğu üçün getmək lazım deyil. 

- Siz də müxalifət liderləri kimi düşünürsünüz ki, bu cür təkliflər hakimiyyətin maraqlarına cavab verir?

- Əgər bu cür açıqlamalar, diskussiyalar hakimiyyətin marağına xidmət edirsə, o zaman ilk növbədə partiya rəhbərləri üzvlərinin bu diskussiyalarda fəal iştirakına, indidən ad çəkmələrinə nöqtə qoymalıdırlar.

- Fikrinizi konkretləşdirə bilərsinzimi?

- Həm AXCP-nin, həm də Müsavatın ikinci səviyyə funksionerləri konkret öz rəhbərlərinin namizədliyi haqqında danışıbdır. Hesab edirəm ki, hər iki partiya sədrinin namizəd olmağa haqqı var. Ümumiyyətlə, İctimai Palatada hər kəs bu haqqa malikdir. Sadəcə, bu gün namizəd müzakirəsinin zamanı deyil. 


- Ancaq Siz də vaxtilə belə müzakirələrin açılmasına ehtiyac görürdünüz, sonra Müsavat başqanı əks fikir irəli sürdü...

- Xeyr, mən müzakirənin açılmasını deməmişəm, əksinə müzakirə başlayanda bildirmişdim ki, əgər diskussiyaya start verilirsə, bu, sonuncu vəzifədən yox, ilkin vəzifələrdən başlamalıdır. İlkin vəzifə isə bundan ibarətdir: İctimai Palata vahid qurum olaraq prezident seçkilərində iştirak edəcəkmi? Axı İctimai Palatanın konkret vəzifələri var, bu, 2010-cu il parlament seçkilərinin nəticələrinin ləğvidir. İctimai Palata fərdi iştirak və fərdi təsisçilik əsasında məhz bu bünövrədə birləşibdir. Yəni əvvəlcə qurumun vahid namizədlə seçkiyə gedib-getməməsini müəyyənləşdirmək lazımdır. İkinci, qurum olaraq seçkiyə getmək istəyirmi, yaxud tək, ya daha geniş müxalifət koalisiyası formalaşdırır? Bu suallara müsbət cavab verilirsə, seçkidə iştirakın taktikası, strategiyası müəyyənləşməli, müvafiq qərarlar qəbul olunmalıdır. Bunlar müəyyənləşəndən sonra namizədin kim olması önəmli deyil. Təkrar edirəm, qurumun istənilən üzvü də, hətta kənar adam da namizəd ola bilər. Niyə də yox?

- Sizə elə gəlmir ki, partiya liderləri bu məsələni çox qısqanclıqla qarşılayırlar?

- Mən partiya liderləri haqqında deməzdim, çünki onların bu tipli açıqlamalarını eşitməmişəm ki, birbaşa onların bu təklifi qısqanclıqla qəbul etdiyini söyləyim. Faktlara istinad etmək istəyirəm.


- Elə İsa bəyin bu təkliflərin cəmiyyəti parçalaması barədə dediyi fakt deyilmi?

- Təbii ki, bu fikir açıqlamanın bir detalıdır. Amma eyni zamanda İsa bəy öz namizədliyi ilə bağlı bir dəfə açıqlama verməyib, o cümlədən Əli bəy də müzakirələri dayandırmağın zəruriliyini bildirib. Amma çox təəssüf ki, bu bəyanatlar fonunda hər iki partiyanın funksionerləri açıqlamalar verməkdə davam edirlər.

- Siz yəqin ki, bilirsiniz ki, Azərbaycan reallığında funksionerlər heç zaman özbaşına açıqlama vermirlər, yəni liderləri ilə məsləhətləşirlər...

- Mən dediyinizi istisna etmirəm. Məhz bu səbəbdən təklif etdim ki, İctimai Palata seçkiyə gedirmi, əgər gedirsə, hansı prinsiplərlə və platforma ilə iştirak edəcək. Yalnız bu məsələlər aydınlaşandan sonra namizədin müəyyənləşməsini səsvermə yolu ilə də həyata keçirmək olar. Əgər həqiqətən də ictimai maraqlar, demokratik dəyərlər dominantlıq təşkil edirsə, fərdi məsələlər önəmli deyil. 

- Söylədikləriniz təklif olunmursa, nə düşünürsünüz?

- Əgər İP belə prinsiplər təklif olunanda qəbul edilməyəcəksə, namizəd məsələsinin müzakirəsi davam edəcəksə, mənim və Sizin nə deməyinizdən asılı olmayaraq, İctimai Palata və qurumda təmsil olunanlar cəmiyyətə çox pis görünəcəklər. Yəni cəmiyyətin siyasətlə maraqlanan və İctimai Palataya ümidlənən hissəsi baxıb bir şeyi görəcəkdir ki, qurumda dava prinsiplər və hədəflər yox, şəxsi maraqlar davasıdır. Təbii ki, cəmiyyətə bunu göstərməkdə hakimiyyət də yardımçı olacaq. Bu baş verəcəksə, bizə yalnız təəssüf eləmək qalacaq.


- Artıq bu təhlükə görünmürmü? Seçkiyə bir il qalmış zamanda bunun nəticəsi nə ola bilər?

- Əgər seçkiyə bir il qalmışa qədər davam edəcəksə, indidən İP-in funksiyalarını müəyyənləşdirmək lazımdır ki, əvvəlki vəzifələrini həyata keçirməkdə davam etsin, hər partiya da öz seçki strategiyasını həyata keçirsin. Bu halda vahid müxalifət olmayacaq, nə etmək olar?! O zaman belə alınır ki, siyasi reallığımız budur!

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]