Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kənd təsərrüfatına ayrılan milyonlar niyə fayda vermədi?

Kənd təsərrüfatına ayrılan milyonlar niyə fayda vermədi?
Bölmə :
Araşdırma
Yayım tarixi :
20/1/2017 [21:49]
Baxılıb :
1058 dəfə
Büdcədən bu istiqamətə ayrılan pulları saymaqla qurtarmır
Amma maliyyələşmə artdıqca, əksinə, xaricdən məhsul idxalı da çoxalır

Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2016-cı ildə ölkəyə statistik dəyəri 38 622.41 min dollar olan 33 591.14 ton ət idxal edilib. Əvvəlki ilin müvafiq dövründə dəyər 19 858.44 min dollar, həcm isə 14 447.81 ton təşkil edib. İdxalın həcmi iki dəfədən artıqdır. Ölkəyə gətirilən süd, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, çay, buğda, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər də ən çox idxal olunan məhsullar siyahısından düşmür və həcmləri də ilbəil artmaqda davam edir. 

Prezidentin 3 aprel 2015-ci il tarixli 1160 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Tədbirlər Planı”nın icrası üzrə fəaliyyət hesabatında bir çox işlərin yerinə yetirildiyi barədə raport verilsə də (çoxu da qismən yerinə yetirilib-red.), statistik rəqəmlərdən də göründüyü kimi real vəziyyət deyilənlərlə uzlaşmır. Halbuki, kənd təsərrüfatına yönəldilən vəsaitlər son bir neçə ildə dəfələrlə çoxalıb. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) web-saytında ayrılan vəsaitlər, xərcləmələr barədə məlumatlardan qaçılır, heç bir maliyyə hesabatı yerləşdirilmir. Odur ki, “Bizim Yol” qəzeti 10 ildə kənd təsərrüfatına ayrılan vəsaitləri büdcədə araşdırıb.

Məlum olur ki, 2007-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə birbaşa 258 milyon manat ayrılıb. Həmin il təkcə kənd təsərrüfatı xərcləri 243,5 milyon manat olub. Maliyyə Nazirliyindən (MN) birbaşa maliyyələşdirilən sahələrə 76,9 milyon nəzərdə tutulub. Bundan kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 400 min, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın və motor yağının dəyərinin orta hesabla 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi 53,6 milyon, istifadə olunan mineral gübrənin dəyərinin orta hesabla 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi 22,9 milyon manat təşkil edib. KTN yanında Dövlət Baytarlıq Xidməti (DBX) 10,1 milyon, Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) 1, 9 milyon, meşə təsərrüfatı xərcləri də 7,1 milyon manat olub. Büdcənin icra edilməsi ilə bağlı prezident fərmanında göstərilir ki, həmin il nazirliyin xərcləri üçün əlavə iki bənd üzrə ümumilikdə 7,8 milyon, daha bir bənd üzrə də 191 062 manat ayrılıb. Bundan başqa nazirliyin tabeliyində olan qurumlara da təkrar vəsaitlər nəzərdə tutulub. 

2008-ci ildə bu sahəyə ayrılan vəsaitlərin həcmi bir qədər artırılaraq 267,4 milyon manat olub. Birbaşa kənd təsərrüfatı xərcləri 251,2 milyon təşkil edib. Bölgü əvvəlki ildə olduğu kimi və həm də artımla baş verib. 2009-cu ildə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə yönəldilən büdcə vəsaitlərində əhəmiyyətli artım olub - 408,9 milyon manat. Bundan da birbaşa kənd təsərrüfatına ayrılan subsidiyaların həcmi 388,2 milyon manat təşkil edib. 2010-cu ildə də eyni məqsədlə 382,7 milyon ayrılıb, bundan da kənd təsərrüfatına 362,2 milyon vəsait yönəldilib. 

2011-ci ildə ayrılan 448 milyon manatın 376 milyonu birbaşa kənd təsərrüfatı xərclərinə nəzərdə tutulub. Odan da nazirliyin özünə yönəldilən vəsaitlərin həcmi 10,6 milyon manat təşkil edib. MN-dən kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 750 min manat, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclər 111,6 milyon manat olub. DBX-yə verilən vəsait 16,5 milyon, DFNX-yə isə 3,5 milyon manata qədər artırılıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərdə 50 milyon manat olub. Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə (TKDA) aqrar sektora kreditlərin verilməsi ilə bağlı xərclər də 10 milyon manatadək artırılıb. Əvvəlki illər bu rəqəm 5 milyon civarında olub. Digər bir xərc maddəsi ilə Agentliyə əlavə 290,8 min manat nəzərdə tutulub. Nazirliyin özünə ekstradan 9,7 milyon, başqa bir maddə ilə də daha 3,6 milyon manat ayrıldığı göstərilir. Baytarlıq və Fitosanitar xidmətlərə də uyğun olaraq 419,8 min və 313,4 min manat vəsait ayırması qeyd edilib.  
Növbəti illərdə büdcədən bu sahəyə nəzərdə tutulan xərclər əhəmiyyətli şəkildə artırılıb. Belə ki, 2012-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 472,3 milyon (bundan kənd təsərrüfatı xərcləri 385,4 milyon), 2013-cü ildə 494,3 milyon (kənd təsərrüfatı xərcləri 408,3 milyon), 2014-cü ildə 562,9 milyon (kənd təsərrüfatı xərcləri 427,9 milyon), 2015-ci ildə 596,2 milyon (kənd təsərrüfatı xərcləri 568,7 milyon) olub. Digər maddələr üzrə də bu sahəyə ayrılan pullar uyğun olaraq kəskin artıb. Maliyyə sıxıntılarına baxmayaraq həmin il və sonrakı illərdə də kənd təsərrüfatına büdcədən ayrılan vəsaitlərin həcmində əhəmiyyətli artım var. 

2016-cı ildə KTN üzrə 12 milyon, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə (KTL KİEDX) 594,7 min, Baytarlıq və Fitosanitar xidmətlərə uyğun olaraq 520,9 min və 380,8 min, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (BSQ TNDX) 383 min manat ayrılması nəzərdə tutulmuşdu. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596,6 milyon ayrılıb. Bunun da 570,4 milyonu kənd təsərrüfatına, 11,1 milyon birbaşa nazirliyə, 1,5 milyon BSQ TNDX-yə, 22.1 milyon Baytarlıq, 3,9 milyon Fitosanitar xidmətlərə, kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər 186,2 milyon manat ayrılıb. Həmin dövrdə maddi-texniki təminatın möhkəmləndirilməsi 50 milyon, islahatlar 30 milyon, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 8,9 milyon, meşə təsərrüfatı 11,6 milyon, KTL KİE DX-yə (aqrar sektora kreditlərin verilməsi) də 5 milyon vəsait hesablanıb. 

Pul qıtlığı olsa da 2017-ci ilin dövlət büdcəsində də bu sahəyə ayrılan maliyyə 517,4 milyon manat təsdiqlənib. Bundan birbaşa 479,2 milyon sırf kənd təsərrüfatı üçün nəzərdə tutulub. KTN-ə 10,8 milyon, BSQ TNDX-yə 1,6 milyon, DBX-yə 25,3 milyon, DFNX-yə 4,3 milyon, kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə də 190,2 milyon qeyd edilib. 
Bundan əlavə də kənd təsərrüfatına müxtəlif mənbələrdən - Prezidentin ehtiyat fondu, dövlət büdcəsinin ehtiyat fondu, beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri yönəldilib. Təkcə keçən il Prezidentinin ehtiyat fondundan KTN-ə qısa ara ilə 20,4 milyon manat vəsait ayrılıb. 12 milyon manat ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək məqsədilə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması, 8,4 milyon da “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçündür. 2015-ci ildə KTN sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin (AAEM), onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün həmin mənbədən 10 milyon manat ayrılmışdı. 2013-cü ildə də 15 milyonluq bir sərəncam barədə internet resurslarında məlumat var. Əslində, belə vəsait ayırmaları çoxdur, sadalamaqla bitməz. Pis tərəfi odur ki, nazirlik bunları bir bazada yerləşdirməkdən ehtiyatlanır.  

Göründüyü kimi, kənd təsərrüfatına ayrılan pullar milyonlarla deyil, artıq milyardlarla ölçülür. Nazirliyin strukturuna daxil olan qurumlar, aqrar sahə də hər il müxtəlif mənbələrdən 100 milyonlar alır. KTN-nin FAO, GTZ, TİKA, ABŞ-ın Beynəlxalq Yardım və İnkişaf Agentliyi (USAİD), Dünya Bankı, Asiya və İslam İnkişaf Bankları, İFAD, EKO, Avropa Komissiyasının Ərzaq Təhsükəsizliyi proqramı, Avropa Birliyi və onun TACİS proqramı, Beynəlxalq Elm Mərkəzləri ilə işgüzar əlaqələri genişlənib, onların maliyyə dəstəyi və texniki yardımı ilə həyata keçirilən 25-ə yaxın beynəlxalq layihə aqrar islahata yönəldilib. Nazirliyin tabeliyində olan “Aqrolizinq” ASC-də dövlət büdcəsindən payını alır, cəmiyyətin təkcə nizamnamə kapitalının artırılması üçün büdcədən ardıcıl 30-40 milyon manat vəsait ayrılıb. Amma onun da aldığı əlavə pullar 100 milyonlarla ölçülür. 
 
Büdcənin investisiya xərclərindən də kənd təsərrüfatında tikinti və yenidənqurma işlərinə külli miqdarda vəsait yönəldilib, amma bu barədə də məlumatlar məxfi saxlanılır. Söylənənlərə görə, görülən işlər ayrılan pullara adekvat deyil. Mətbuatda da bu sahəyə nəzərdə tutulan pulların “yeyintiyə” məruz qaldığı barədə xeyli yazılar var...  

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]