Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qadın əlil övladı ilə məhkəmə qapılarında qalıb

Qadın əlil övladı ilə məhkəmə qapılarında qalıb
Bölmə :
Araşdırma
Yayım tarixi :
20/1/2017 [12:38]
Baxılıb :
858 dəfə
Sevil Allahverdiyeva qərarların icra edilməməsindən, övladına qarşı kobud rəftardan şikayət edir
Kəpəz rayon məhkəməsinin sədri Vəli Abdullayev: «Qadın böhtan atır»

Vətəndaş Allahverdiyeva Sevil İsmayıl qızı məhkəmə qərarlarının icra edilməməsi və  təzyiqlərə məruz qalması ilə bağlı Ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova müraciət edib. O, Bizimyol.info saytına bildirib ki, əlil övladına məhkəmələrin təyin etdiyi aliment və müalicə xərcləri ilə bağlı qətnamələr icra edilmir. “Qətnamələr icra edilmədiyinə görə, əlil uşağım şəkər xəstəliyinə, qara-ciyərində mənfi fəsadlaşmalara məruz qalıb. Uşağın müalicə olunma, normal yaşamaq hüququ əlindən alınıb”.
S.Allahverdiyeva  bildirir ki, 2001-ci il təvəllüdlü övladı anadangəlmə-ortopedik xəstədir. “Xəstəlikləri məhkəmə tibbi komissiyon ekspertizanın rəyi ilə təsdiq olunub, “Hipermobil” sindromundan əziyyət çəkir. 7 ildir müalicə xərcləri, 13 ildir isə alimenti barədə məhkəmələrin icra sənədlərini Gəncə şəhər icra orqanı icra etmir. Uşağa kənar xidmət və xüsusi qulluq tələb olunduğu üçün işləyə bilmirəm, xəstə uşağa baxıram. Müalicə ilə bağlı qərarlar icra olunmadığı üçün uşaqda şəkər xəstəliyi yaranıb, əziyyət çəkdiyi digər xroniki xəstəlikləri fəsadlaşıb. Bu barədə tibbi sənədləri Ədliyyə Nazirliyinə, Gəncə icra orqanına illərdir təqdim edirəm, yenə icra etmirlər. Bu azmış kimi, uşağa fiziki təzyiq edirlər”. S.Allahverdiyeva iddia edir ki, 31 oktyabr 2016-cı ildə Gəncə şəhər icra idarəsinin rəisi Nizami Qocayev öz vəzifə otağında uşağa təzyiq göstərib. “Uşaq 10-cu sinifdə oxuyur, əlacıdır, əqli qüsuru yoxdur, sınaq imtahanlarından 650 bal toplayır, 9 illik təhsil bazasını qırmızı şəhadətnamə ilə bitirib. N.Qocayevin qəbulunda olarkən, aid fəxri fərmanları, təltifləri uşağın üstünə atdı. Qızım özündən getdi və yerdə hərəkətsiz qaldı. Bundan sonra isə bizi otaqdan qovdu. Yerdə uzanan uşağa da su verməyə, ona ilk yardım etməyə belə imkan vermədi”.
 
S.Allahverdiyeva bildirir ki, bundan sonra uşağa görə təcili yardım çağırıb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. N.Qocayevin işi Gəncə şəhər prokurorluğunda araşdırlsa da, cinayət tərkibi olmadığı əsas götürülərək xitam verilib. 

Şikayətçi bildirir ki, borcların ödənilməsi ilə bağlı illərdir Gəncə məhkəmələrinin hakimləri borclunun maşınlarının, mülklərinin üzərinə həbs qoyurlar, sonra da əsassız yerdən həbsdən azad edirlər. “Mən isə o qərarları apellyasiyada ləğv elətdirməklə illərimi keçirirəm, uşaq da müalicələrdən kənarda qalır. 23 dekabr 2016-cı ildə aliment borcları ilə bağlı mülki işə Gəncə şəhəri Kəpəz rayon məhkəməsində mənim iştirakım olmadan baxmaq istəyən hakim Nuru Quliyevin və məhkəmənin böyük məsləhətçisi Aqil adlı oğlanın hərəkətlərindən məhkəmənin Sədri Vəli Abdullayevə müraciət etdim. V.Abdullayev isə öz işçilərinin hərəkətlərini araşdırmaq əvəzinə, sağlamlıq imkanları məhdud olan, anadangəlmə ortopedik (əlil) uşağa və mənə qışqırdı, dəhlizdə kobud hərəkətlər etdi. Bu azmış kimi, Vəli Abdullayevin bu kobudluğundan bərk qorxub huşunu itirib yerdə hərəkətsiz qalan əlil uşağa çağırdığım təcili tibbi yardımın həkiminə təzyiq etdi, uşağı ayıltmaq üçün xəstəxanaya aparmasına mane olmağa çalışdı ki, məsələ böyüməsin. Təcili tibbi yardımın həkimi isə məhkəmə sədrinə qışqıraraq etiraz etdi ki, xəstə uşaqdı, ayıltmaq üçün xəstəxanaya aparmalıyam, mənə mane olma. İki polis işçisinin köməyilə uşağı V.Abdullayevdən zorla alıb xəstəxanaya apardıq ki, orada ayıltsınlar. Polislərin köməyi ilə uşağı həkim xəstəxanaya təhvil verdi, prokurorluğa məlumat verildi, uşağın xəstəxanada ürəyinin kardioqramması çəkildi, dərman verdilər, özünə gəldi. İzahatımız alınarkən Kəpəz rayon polis İdarəsinin rəisi Azər Tağıyev məni qəbul etdi, sonra məhkəmə sədrindən xahiş etdi ki, baxılacaq işi dayandırmayın, bu xahişdən sonra iş saatı qurtarsa da, gecə məhkəmədə işimizə baxıldı. 

Şikayətçi əlavə edir ki, icra məsələsi ilə bağlı illərdir, Ədliyyə Nazirliyinə qəbullara gedib-gəlir. “Nazir müavini V.Zahirovun qəbulunda 2012-ci ildə olmuşam, hər ay 400 manat və yığılan borclar ödənilməli olduğu halda, şikayətlərdən sonra, ildə 1 və ya 2 dəfə 200, 300, 500 manat ödəyirdilər. 2012-ci ildə məcbur olub, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsini, Gəncə şəhəri üzrə icra idarəsini İnzibati-İqtisad Məhkəməsinə verdim, xəstəliklərdən əziyyət çəkən balamın müalicələri və alilmenti barədə iqtisad məhkəməsi 15.08.2014-cü il tarxili qərarla Gəncə icra orqanının üzərinə öhdəlik qoydu ki, 3 qətnaməni icra edin. Ancaq yenə də Gəncə icra idarəsini qərarı icra  etməyib. Hazırda icra etmədiyi qətnamələr aşağıdakılardır:

1)Samux rayon məhkəməsinin qanuni qüvvədə olan 09.02.2004-cü il tarixli icra sənədi
2)Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 06.09.2012-ci il tarxili icra sənədi.
3)Bakı Apellyasiya məhkəməsinin qanuni qüvvədə olan 06.11.2013-cü il tarixli icra sənədi.

2015-ci ildə Avropa Məhkəməsinə şikayət etməyə məcbur oldum. Bu şikayətimdən sonra İcra məmuru O.Hacıyev hər ay 400 manatı və icra etmədiyi borcları ödətdirmək əvəzinə 2015-ci ilin mayında borcluya izahat yazdırıb, borcluya aylıqdan əlavə, hər ay 100 manat artıq pul ödətdirməklə, 21 min manatdan çox borcu hissə-hissə, aybaay mənə verilməsiylə icra işini icra etmiş hesab edir. Axı belə bir məhkəmə aktı yoxdur ki, qətnamələr üzrə yığılan 21 min manat borc hər ay 100 manat ödənilməklə icra olunsun. Qanunvericiliyə görə, 3 qətnamənin icrası o zaman icra olunmuş hesab olunur ki, ödənilməmiş borclar mənə tam ödənilsin. İcra məmurunun bu  hərəkəti  qanuna özbaşına müdaxilə etməsi kimi anlaşılır”.

Sevil Allahverdiyeva bu məsələlərlə bağlı ədliyyə nazirindən onu qəbul etməsini xahiş edir. 

Məsələ ilə bağlı Kəpəz rayon məhkəməsinin sədri Vəli Abdullayevin mövqeyini öyrəndik. “Bu məsələ ilə bağlı hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Əvvəldən bir orqanın apardığı araşdırma ilə bağlı münasibət bildirməyim doğru çıxmaz. Məhkəmə sədri olsam da, bu cür münasibət bildirə bilmərəm. Ancaq şəxsi mövqeyimə gəlincə, S.Allahverdiyeva böhtan atır. Çünki o bu cür davranışı ilə məhkəməyə təsir etmək, baxılan işdə xeyrinə qərar çıxarılmasını istəyirdi. Bunu isə qanun qadağan edir. O cəhd edirdi ki, mən hakimə onun xeyrinə qərar verməsi üçün tapşırıq verim. Bunu etmədiyimə görə isə səs-küy saldı. Ümumiyyətlə, bu məsələ istintaqada araşdırılır və araşdırmanın nəticəsində kimin haqlı, kimin haqsız olduğu bilinəcək” - deyə məhkəmə sədri bildirib.

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]