Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İlanın ağına da, qarasına da...

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
18/1/2017 [22:50]
Baxılıb :
12537 dəfə

Bir balaca mütaliə edib dünyagörüşünün daim sıxılan sərhədlərini itələyib bir balaca genişləndirmək istərkən daim irili-xırdalı məyusluqlarla üzləşməli olursan. Məsələni böyüdüb insan hüquqlarının pozulmasına qədər şişirtməyə qəti ehtiyac da yoxdu. Əgər sən qadınsansa hər yazılan kəlmədə, məqalədə, hətta ötəri bir xəbərdə bostanına atılan daşların vıyıltısından qulaqların tutulacaq. Ona görə də vaxtaşırı bu daşları yığıb geriyə tolazlamaq bir növ təmişlik işləri aparmağa bərabər tutula bilər. 

Gender məsələlərini daim olmazın dərəcədə qabardan Avropa ölkələri bu mövzuda danışmaq istəyəndə həmişə müsəlman ölkələrində, ya da inkişaf etməmiş ölkələrdə qadının vəziyyətini əlində bayraq edib səs-küy salır. Bu ölkələrin qadını incitməkdən başı ayılmayan, ya da savadsız olduğundan nə yazılanları oxuya bilən, nə də layiqli cavab verə bilməyən kişi zümrəsi sevimli məşğuliyyətindən ayrılmadan və demək olar xoşbəxt bir həyat sürür. Boş vaxtları qalsaydı irad tutanların, məsələn ingilisin tarixinə burun soxub deyərdi ki, “Alə, siz bu yaxınlaracan arvadlarınızı satırdız ki?!”.  İngilis öz adçıxarmış təmkiniylə bu iradı dinləyər, oxumuş, yəni faktlardan xəbərdar olduğundan həqiqəti danmaz, bəlkə bu sözü eşitdiyindən bir qədər məyus olar. Heyvanlara, ümumilikdə bütün canlılara qarşı mərhəmətli olmaq prinsipi ilə tərbiyə aldığından yəqin mütləq gülümsəyər, sözünü “Əziz dostum” xitabı ilə başlayıb bəlkə əlini çiyninə də qoyar. Amma o, ingilis kişisinin qadına olan münasibətinin məxfi özəlliklərini sənə heç vaxt danışmaz. Bəli, vaxt olub ingilis kişisi də öz qadınını heyvan kimi satırmış. Özü də bu, hardasa uzaq zamanlarda, Orta əsrlərdə deyil, 18-19-cu əsrlərdə baş verirmiş. Kişi zəhlətökən arvadının boğazına ip keçirib bazara çıxarırmış. Bu faktı təsdiqləyən qüzlərlə qravürlər, rəsmlər Avropanın çeşidli muzeylərində bərk-bərk qorunur. Tomas Xardinin “Kestenbric meri” əsərində bu səhnələr təfərrüatı ilə təsvir edilib. 
Satılan qadın ən çox pul verənə qismət olurdu. Hətta dövrün qəzetləri hadisələri işıqlandırırdı da. 1733-cü ildə Samuel Uaytxaus adlı birisi arvadını bir funt sterlinqə sata bilmişdi. Bu, ən bahalı sövdələşmə kimi qeydə alınıb. Amma çox vaxt satışa çıxarılan qadının qiyməti bir pennidən başlayırdı deyən tənha fermerlər az qala baş yarırdı. Nə qədər qəribə olsa da qadının satışa çıxarılması hər iki tərəfin qarşılıqlı istəyi üzrə baş verirdi. Yəni evlilik bezdirəndə qadın və kişi belə çıxış yolu tapırdı. Bax burda artıq demokratiya cücərtiləri görünməyə başlayır. Tarixçılər alqı-satqının ən pik dövrü 1780-1850-ci illər arası 300-ə qədər hadisənin artıq sənədləşdirildiyini deyir. Boşanma baha idi, zəhləngetmiş həyat yoldaşından və bezdirən arvaddan qurtulmağın abırlı çıxış yolu yox idi. 1830-cu ildə maraqlı fakt qeydə alınıb. Ər arvadını satmaq üçün meydana çıxarıb, alış-verişə təzəcə başlayıbmış, amma fikrini dəyişib. Bunu görən qadın ərini şillələyib çığıraraq “Mən mütləq bu gün satılmalıyam! Mən dəyişiklik istəyirəm!” deyib. İngilisin öz arvadını satmaq məsələsində son qeydiyyat 1913-cü ilə düşür. Bu tarixdən sonra ola bilər bütün ingilislər özünü yığışdırıb. Daha doğrusu ingilis qadınını satmaqdan əl çəkib müstəmləkə ölkələrində, müharibə zonalarında başqa millətlərlə istəklərinin tam məcmusunu reallaşdırıblar. 

Əslində kişinin qadından pul qazanması yeni, ya da gözlənilməz xəbər deyil. Texnoloji inkişafın indiki durumunda belə qadın bədəni, qadın gözəlliyi ən yaxşı gedən, dəyərdən düşməyən və yüksək qiymətləndirilən maldır. Müasir şou biznesin “babası” sayılan amerikalı Fineas Teylor Barnumun fəaliyyətinə diqqət versək “dünyada alınıb satılmayan heç nə yoxdu” fikrinin təsdiqində əmin olarıq. Onun yaratdığı sirkdə dünyanın ən heyrətamiz heyvanları ilə bərabər eybəcərlər, qeyri-adı istedad sahiblər də çıxış edirdi. Cəmi 25 sentə onun yaratdığı ləzzət imperiyasında muzeydə gəzib, zooparka girib, frik-şouda, teatrda iştirak edib hər cür əylənmək mümkün idi. O, hətta 80 yaşlı zənci qadının eksponat kimi nümayiş etməkdən, sonra onun ölümündən və sonunda mexaniki kukla olmadığını sübut etmək məqsədilə bədənini yarmaqdan da şou düzəldə bilmişdi. 

Danılmaz tarixi faktları sadaladıqdan sonra adamın yerli kişiləri heç söyməyi gəlmir. Əlbəttə, total narazılıq şəraitində, “Nəsə çatmır axı” fikri ilə yaşayırsan. Nə alan var, nə satan, nə də şou yapan. Xoşbəxtlik axtarırsan, hər tinbaşı həyat təcrübəsinə ilişirsən. Hərdən elə bilirsən ki, bax elə indilərdə xoşbəxtlik yağacaq başına, yerə də növbəti təcrübəni belinə şələyirsən. Arabir haqsızlıqları görüb var gücünlə söyüş söymək istəyirsən. Sonra dilini dişləyib saxlayırsan: Xeyir, olmaz, axı mən lediyəm... Bəziləri kimi meydana atılıb “Mən dəyişiklik istəyirəm!” çığıra da bilmərəm. Bura Şərqdi, kişili-qadınlı qoy arxamca danışsınlar. Onların danışdığı həmişə daha maraqlı olur. Bircə onu heç anlaya bilmirəm ki, bu ingilis qadını onun boynuna ip salıb satışa çıxaran kişisindən belə qısa müddətə necə adam qayıra bilib?..

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]