Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Daha 500 köçkün ailəsinə müjdə

Daha 500 köçkün ailəsinə müjdə
Bölmə :
KİVDF
Yayım tarixi :
9/4/2013 [11:30]
Baxılıb :
1842 dəfə
Mingəçevir şəhərində məcburi köçkünlər üçün yeni şəhərçik salınıb
Elçin Qədimov: “10 hektar ərazidə salınan qəsəbədə 10 ədəd 9 mərtəbəli yaşayış binası, 480 şagird yerlik məktəb və 50 yerlik uşaq bağçası inşa edilib”

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər davam etdirilir. Bu işlər sırasında, dövlət büdcəsi hesabına Mingəçevir şəhərində məcburi köçkünlər üçün şəhərçik salınıb. Şəhəçik yaxın gələcəkdə istifadəyə veriləcək. Bu barədə “Bizim Yol” qəzetinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verdi. 

“Mingəçevir şəhərində müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə şəhərin şərq hissəsində ayrılan 10 hektar ərazidə yeni qəsəbə salınıb. Yəni ora müstəqil yaşayış kompleksi olacaq. Kompleks tam hazır vəziyyətdədir. Açılışı olandan sonra məcburi köçkünlərin köçürülməsi prosesinə başlanacaq”, -deyə Komitə rəsmisi bildirdi.

Elçin Qədimovun sözlərinə görə, həmin ərazidə 502 ailə üçün 9 mərtəbəli olmaqla 10 yaşayış binası, 480 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub və 2 mərtəbəli inzibati bina inşa edilib: “Həm binalarda, həm də sosial obyektlərdə artıq tamamlama işləri görülür.
Yaşayış binalarında 34 bir otaqlı, 259 iki otaqlı, 182 üç otaqlı və 27 dörd otaqlı mənzillər olacaq. Qəsəbə içməli su, elektrik, təbii qaz, kanalizasiya, qazanxana sistemi ilə təchiz olunubdur”.

QMKİDK sözçüsünün bildirdiyinə görə, yeni yaşayış kompleksinin inşası işlərinə eyni vaxtda 13 şirkət, 1300-ə yaxın inşaatçı və 150 ədəd maşın və mexanizm cəlb olunub: “Yeni mənzillər yaxın vaxtlarda Mingəçevir şəhərindəki orta məktəblərdə, yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istifadəsinə veriləcəkdir. Qəsəbə 10 ədəd doqquz mərtəbəli bina, 1 məktəb, 1 uşaq baxçası, 1 inzabati bina və 1 klub-icma mərkəzindən ibarət olacaq”.

423 məcburi köçkün ailəsi üçün qəsəbə

Elçin Qədimov qeyd etdi ki, hazırda qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması işi sürətlə aparılır. O dediklərini əsaslandırmaq üçün 2012-ci ildə aparılan işlərdən danışdı: “Ötən ilin sentyabr ayında Prezident İlham Əliyev Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışını etdi. Prezident Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etdi. Dövlətimizin başçısı Şuşadan olan məcburi köçkün Vaqif Hüseynovun evində də oldu. Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu. Burada ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Dövlət başçısı qəsəbədə tikilən 360 şagird yerlik Ağdam 29 nömrəli məcburi köçkün tam orta məktəbinə gəldi. Məktəbdə yaradılmış şəraitlə tanış oldu. Müasir təlim-tədris avadanlığı ilə diqqəti cəlb edən bu məktəbdə müəllim və şagird kollektivi üçün hər cür şərait yaradıldı”.

Komitə sözçüsü qəsəbədə 50 yerlik uşaq bağçası da inşa olunduğunu da vurğuladı: “Bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alındı. Ərazidə klub-icma mərkəzi, inzibati bina, ambulatoriya və poçt binaları da inşa edildi. Bu qəsəbə Şəki rayonunun Kiş bələdiyyəsinin ərazisində Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni qəsəbəyə Şəki rayonundakı fin tipli qəsəbədə məskunlaşan 372 ailə və ya 1551 nəfər, o cümlədən məktəb binasında yerləşən 51 ailə və ya 209 nəfər, ümumilikdə 423 ailə və ya 1760 nəfər köçürüləcəkdir. Məcburi köçkün ailələrindən 149-u Ağdamdan, 168-i Laçından, 53-ü Kəlbəcərdən, 44-ü Şuşadan, 9-u isə Xocalıdandır. Qəsəbənin ərazisi 84 hektardır və buradakı evlərdən 17-si birotaqlı, 211-i ikiotaqlı, 175-i üçotaqlı, 20-si isə dördotaqlıdır. Qəsəbənin elektrik, su və qaz təchizatı şəbəkələri Şəki rayonunun kommunikasiya sisteminə qoşulub”.

Daha 195 ailə mənzillə təmin olunub

Elçin Qədimov deyir ki, Şəkidən sonra Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin də açılışı olub: “Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışı oldu. Açılış mərasimində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov iştirak etdi. Elə o vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Laçın, Kəlbəcər və Ağdam rayonlarından olan 16 nəfər müharibə veteranına minik avtomobillərinin açarları təqdim olundu. Yeni qəsəbəyə Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 ailə və ya 831 nəfər məcburi köçkün köçürüldü. Onlardan 129 ailə Laçın, 46 ailə Ağdam, 20 ailə isə Kəlbəcər rayonlarındandır. 

Yeni qəsəbə 134 hektar ərazini əhatə edir. Bunun 38,45 hektarı tikinti üçün, 95,55 hektarı isə sakinlərə pay torpaqları kimi nəzərdə tutulmuşdur. Bu qəsəbədə tikilmiş 195 evdən 15-i bir, 98-i iki, 72-si üç, 10-nu isə dörd otaqlıdır. Qəsəbənin ərazisində 198 yerlik məktəb, 25 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, felşer-mama məntəqəsi və poçt binası tikilib. Qəsəbə elektrik və qazla tam təmin olunub”.

72 qəsəbədə 120 minə yaxın məcburi köçkün...

QMKİDK rəsmisi İmişli rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilərək, istifadəyə verilən yeni müasir tipli qəsəbədən də söz açdı: 
“İmişlidə inşa olunmuş qəsəbənin açılışında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatları, məcburi köçkün və ətraf rayonların icra hakimiyyətlərinin başçıları və digər rəsmi şəxslər iştirak etdi. Təkcə 2012-ci ildə qaçqın və məcburi köçkünlər üçün müasir tipli, hər cür şəraiti olan 72 yeni qəsəbə salınıb, 120 minə yaxın məcburi köçkün həmin qəsəbələrdə məskunlaşıb”.

Onun sözlərinə görə, İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni yaşayış qəsəbəsi salınıb: “Qəsəbənin ərazisi 100 hektar (ha) sahəni əhatə edir ki, bundan 32,54 ha qəsəbənin tikintisi üçün, 44,96 ha isə həmin qəsəbəyə köçürüləcək məcburi köçkünlərə pay torpaqları kimi nəzərdə tutulub. Bu qəsəbədə inşa edilmiş 325 evdən, 30-u birotaqlı, 163-ü 2 ikiotaqlı, 115-i üçotaqlı, 17-si isə dördotaqlıdır. Bundan əlavə, qəsəbənin ərazisində 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi tikilib. Qəsəbənin elektrik və qaz təchizatı şəbəkələri İmişli rayonunun kommunikasiyalarına qoşulub. Qəsəbədə qazanxana, istirahət parkı, su anbarı, eləcə də pay torpaqlarını və həyətyanı sahələri suvarmaq üçün 2,7 kilometr uzunluğunda qapalı suvarma şəbəkəsi, qrunt sularını kənarlaşdırmaq üçün isə qəsəbə ərazisində 4 kilometr uzunluğunda drenaj şəbəkəsi tikilib”.

Mənzil arzusu ilə yaşayanlar...

Beləliklə, Mingəçevirdə salın yeni yaşayış kompleksi ev arzusunda olan xeyli sayda məcburi köçkünün ümid yerinə çevrilib. Mingəçevir şəhəri, Sağ Sahil qəsəbəsi, Məhsəti küçəsi 3 saylı ünvanda yerləşən, dəmiryol işçilərinin yataqxanasında yaşayan məcburi köçkün Adil Quliyev də mənzil aruzusu ilə yaşayır ki, onun da yeni şəhərciklə bağlı ümidləri var.

Yaxud Mingəçevirin “Tərəvəzçilik Sovxozu” adlanan ərazisində müvəqqəti məskunlaşan Əli Nadirov... O da yaxın gələcəkdə mənzillə təmin olunacaqlarına ümidvardır. Mingəçevir şəhəri “Azərkabel” zavodunun laboratoriyasının binasında məskunlaşan məcburi köçkün ailələri də yeni mənzil ümidi ilə yaşayırlar. Onların məskunlaşdığı həmin bina əvvəldən qəzalı vəziyyətdə olub. Bu faktı Mingəçevir şəhər İcra Hakimiyyətindən də təsdiqlədilər. Oradan bildirildi ki, dünən ərazi üzrə “Qaçqınkom”un nümayəndələri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin işçiləri ərazidə olublar.

İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev isə bildirib ki, məcburi köçkünlərin dediyi kimi, bina qəzalı və insan həyatı üçün təhlükəli vəziyyətdə deyil: “Bina qəzalı vəziyyətdə deyil. Sadəcə zavod çoxdandır fəaliyyət göstərmir, ona görə də orada təmir işləri aparıılmır. Binada xırda təmir işlərinə ehtiyac var ki, biz də bununla bağlı şəhər İcra Hakimiyyətinin adından “Azərkabel” Zavodunun rəhbərliyinə məktub göndərmişik”.

R.Paşayev deyib ki, məcburi köçkünlər Mingəçevirdə tikilən yeni qəsəbəyə köçmək istəyirlər: “Amma həmin qəsəbə məktəblərdə və fin tipli qəsəbələrdə yaşayan məcburi köçkünlər üçün nəzərdə tutulub. Onlara oradan ev düşmür. Həmin ailələr də evlə təmin olunmaq istəyirlərsə, “Qaçqınkom”a müraciət etsinlər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, Miqrasiya və Məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov bildirib ki, onlar hər zaman məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün çalışırlar: “Bu məsələ ilə bağlı bizə hər hansı müraciət daxil olmayıb”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]