Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

SOCAR-ın bu müəssisələrinin səhmləri satılacaq

SOCAR-ın bu müəssisələrinin səhmləri satılacaq
Bölmə :
Araşdırma
Yayım tarixi :
13/1/2017 [21:50]
Baxılıb :
1878 dəfə
Şirkətdə qiymətli kağızların ticarəti ilə məşğul olmağı düşünürlər

SOCAR öz filiallarının ilkin səhmlərin yerləşdirilməsini (IPO) həyata keçirə bilər. Bunu SOCAR Capital-ın investisiyalar və əməliyyatlar üzrə direktoru Elxan Həsənov deyib. O, qeyd edib ki, satışa çıxarılacaq səhmlərin hansı müəssisələrə aid olduğu siyahı və dəqiq tarix hələlik məlum deyil: “"Milli iqtisadiyyatın perspektivlərinə dair Strateji yol xəritəsi"nə əsasən, hökümət milli neft şirkətlərinin bəzi müəssisələrinin, məsələn, polimerin istehsalı və ya yanacağın pərakəndə satışı ilə məşğul olanların yerli bazarda ilkin səhmlərinin yerləşdirmə məsələsinə baxa bilər. Sənəd müəlliflərinin fikrincə, belə yanaşma şirkətlərə əlavə maliyyələrə yol açmaqda kömək edər".
SOCAR neft-qaz yataqlarının kəşfiyyatı və hazırlanması, neft, neft məhsulları və qaz çıxarma, onların nəqli, idxalı və ixracı və əhalinin qazla təchizatı ilə məşğuldur. Hazırda şirkətin tərkibinə 30-dan çox ortaq müəssisə, 18 əməliyyat şirkəti və 30 müxtəlif struktur, həmçinin zavodlar və institutlar daxildir.

27 struktur barədə qərar gözlənilir

Şirkətin strukturuna daxil olan müəssisələrdən Azneft İstehsalat Birliyi, Azərikimya İstehsalat Birliyi, Azəriqaz İstehsalat Birliyi, Bakı Ali Neft Məktəbi, Dalğıc və Qəza xilasetmə İşləri İdarəsi, Ekologiya İdarəsi, Fontana Qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsi, Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Heydər Əliyev adına Neft Emalı Zavodu, Karbamid Zavodu, Kompleks Qazma İşləri Tresti, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Neft Qaz Emalı Neft Kimya Kompleksi, Neft Kəmərləri İdarəsi, Neftqazelmitədqiqatlayihə Institutu, Neftqaztikinti tresti, Nəqliyyat İdarəsi, Qaz Emalı Zavodu, Qaz İxrac İdarəsi, Sosial İnkişaf İdarəsi, Sərmayələr İdarəsi, Təhlükəsizlik İdarəsi, Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Əmək şəraiti normalarının işlənməsi idarəsi, Azərbaycan Neft Təsərrüfatı Jurnalı var.  

Birgə Müəssisələrin də vaxtı çatıb

Birgə müəssisələr A”M "Atəşgah” Sığorta Şirkəti QSC, AzFen BM, "AzGerneft MM", "AzLab” MMC, "Azneftqaztikinti” MMC, "Azərbaycan Con Braun” QSC, Azəri Drillinq Kompani MMC, "Azəri M İ Drillinq Fluids" BM, "Bakı Gəmiqayırma Zavodu” MMC, BosŞelf MMC, "Caspian Pipe Coatings" MMC, "Ekol Mühəndislik Xidmətləri” QSC, Karlina Oversiz Korporeyşn MM, "Kaspian Drillinq Kompani" MM, "Kaspian Geofizikal Kompani" MM, Kaspian Şipyard Kompani Limited, "Kros Kaspian Oyl and Qaz Lojistiks” MMC, "SOCAR Fuqro" MMC, "İnterfaks Azərbaycan" MMC, “Enerci Soluşnz Qrup” QSC-dən, birgə müəssisələr N”Z isə "Oyl and Qaz ProServ" MMC, "SARMATİA" MMC, SOCAR CONSRUCTİON MMC, SOCAR Foster Viler Mühəndislik Xidmətləri, SOCAR Gas İmport Export, SOCAR Turkey Enerji A.Ş., "SOCAR AQŞ" MMC, "SOCAR Bağlan" QSC, "SOCAR Cape" MMC, "SOCAR Energy Georgia" MMC, "SOCAR KPŞ" MMC, "SOCAR Petroleum" QSC, "SOCAR ÜMİD" MMC, “SOCAR DALÄžIC” MMC, “SOCAR KBR” MMC, “SUPRA Holdinq” MMC-dən ibarətdir. 

Alyanslara ARDNŞ HC Heavy Crane, "ARDNŞ Maersk”, SOCAR Optilan, SOCAR Petrofac, SOCAR SCNBV, SOCAR TGP, Hasilatın Pay Bölgüsü Sazişlərinə dənizdə "Abşeron", "Azəri” "Çıraq” yataqları və "Günəşli” yatağının dərinsulu hissəsi, "Bahar”, "Qum Dəniz”, Şahdəniz, "Şəfəq Asiman”, quruda "Balaxanı" və digər yataqlar bloku, "Kürovdağ", "Kürsəngi Qarabağli", "Mişovdağ Kəlaməddin", Muradxanlı və digər yataqlar bloku, "Neftçala" və digər yataqlar bloku, "Padar", "Pirsəhhət", "Suraxanı", "Zığ Hövsan" aiddir. 

Onlar dövlətsizləşdirilməyə çoxdan hazırdır

“Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” 1995-ci ilin sentyabrında qəbul olunub. Həmin proqramda özəlləşdirilməli olan dövlət mülkiyyət obyektlərinin konkret sahələri göstərilib. Yanacaq-energetika kompleksi, elektroenergetika, neft, təbii qaz çıxaran və emal edən müəssisələr, neft ixracı bazaları, milli əhəmiyyət kəsb edən neft bazaları, hava, dəniz və çay nəqliyyatı müəssisələri, mühəndis-infrastruktur obyektlərindən elektrik, istilik, qaz təchizatı, su və kanalizasiya təsərrüfatı, şəhər işıqlandırılması obyektləri, kommersiya bankları və maliyyə idarələrinin özəlləşdirilməsi qadağan deyil, onların özəl əllərə keçməsi barədə qərarı dövlət başçısı verir. 

Prezidentin 2003-cü il tarixli  844 nömrəli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qaz Çıxarma İstehsalat Birliyi və Quruda Neft və Qaz Çıxarma İstehsalat Birliyi birləşdirilib, onların bazasında "Azneft" İstehsalat Birliyi, Xarici İqtisadi Əlaqələr İdarəsi və "Azərnefttəchizat" Birliyi birləşdirilərək "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Magistral Neft Kəmərləri" İstehsalat Birliyinin bazasında "Neft Kəmərləri" İdarəsi, "Şelflayihətikinti" İstehsalat Birliyinin bazasında "Bakı Dərin Özüllər Zavodu", "Azərneftyağ" İstehsalat Birliyinin bazasında "Azərneftyağ" Neft Emalı Zavodu, "Azərneftyanacaq" İstehsalat Birliyinin bazasında "Azərneftyanacaq" Neft Emalı Zavodu yaradılıb. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq  ARDNŞ-in tərkibindəki "Xəzərdənizqazmatikinti" Tresti, "Xəzərdənizneftsosialtikinti" Tresti və Avtonəqliyyat Kontoru isə özəlləşdirməyə açılıb. Hazırda "Azneft" İstehsalat Birliyi, "Geofizika və Mühəndis Geologiyası" İstehsalat Birliyi, "Neft Kəmərləri" İdarəsi, "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Xarici Sərmayələr" İdarəsi, "Azərneftyağ" Neft Emalı Zavodu, "Azərneftyanacaq" Neft Emalı Zavodu, "Bakı Dərin Özüllər Zavodu" SOCAR-ın müəssisələri olaraq qalır. Bu müəssisələr 22 mart 2001-ci il tarixli neft və qaz yataqlarında kimyəvi və texnoloji şirkətlərin özəlləşdirilməsi ilə bağlı sərəncamda əksini tapıb.

SOCAR-ın özəlləşdirilməsi ilə bağlı ziddiyyətli bəyanatlar

Yola saldığımız il də özəlləşdirmənin yeni mərhələsi ilə bağlı dövlət başçısı bir sıra fərman və sərəncamlar imzalayıb. Bir müddət əvvəl prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bir bəyanatla çıxış etmişdi. O, SOCAR-ın özünün səhmlərinin satışa çıxarıla biləcəyini söyləmişdi. "Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var. Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər. Lakin bunun üçün şirkətlərin görəcəyi bir çox işlər var ki, bunlardan əsası korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflığın artırılması, maliyyə açıqlığının təmin olunmasıdır. SOCAR bu gün bu standartlara cavab verir. Buna görə, bir gün SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil", - deyə o bildirib.

Amma prezident İlham Əliyev SOCAR-ın özəlləşdirilməyəcəyini qətiyyətlə bildirib. Deyib ki, yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq. Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.

Alt şirkətlərin səhmləri birjada satılacaq

SOCAR prezidenti Rövnəq Abdullayev də belə bir məsələnin gündəmdə olmadığını deyib: “SOCAR Azərbaycan dövlətinin 100% səhmlərinə sahib olduğu bir şirkətdir və şirkəti xüsusi dövlət imtiyazları var. SOCAR Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edir və ölkəmiz üçün olduqca strateji əhəmiyyətə malikdir. Ancaq bildiyiniz kimi, SOCAR-ın 36 birgə müəssisəsi, 18 əməliyyat şirkəti, holdinq və çox sayda digər müəssisələri mövcuddur. Bu şirkətlərin səhmləri fond birjasında satışa çıxarıla bilər. Biz müvafiq bir şirkət qurmuşuq, davamlı bazar araşdırmaları aparırıq və qlobal təcrübə və tendensiyaları yaxından izləyirik. SOCAR-ın alt şirkətləri vasitəsilə “Tekfen”, “Saipem” kimi bir çox şirkətlə ortaqlıqları mövcuddur, ancaq bizim hazırda başlıca məqsədimiz alt şirkətlərimizin səhmlərinin birjada satılmasını təmin etməkdir, çünki bu proses həm vətəndaşlarımıza, həm daxili kapital bazarlarının inkişafına, həm də SOCAR-a olduqca faydalıdır. Həmin səhmlərin gələcəkdəki satışı prosesinə başda yerli investorlarımız olmaqla, xarici investorları da cəlb etmək istəyirik".

Müəssisələrin səhm paylarının bir hissəsi özəl əllərə verilə bilər

Bu, o deməkdir ki, SOCAR-ın yuxarıda sadalanan struktur bölmələri, birgə müəssisələrinin az bir qisminin tam şəkildə özəl əllərə verilmə ehtimalı var. Əsasən müəssislərin səhm payının müəyyən hissəsi satışa çıxarılacaq. Buna qədər şirkətin strukturuna daxil olan bir neçə müəssisə çek hərracında satılmışdı. Amma bu özəlləşdirmə uğursuz olmuşdu. Həmin müəssisələrin bəziləri yenidən şirkətin strukturuna qaytarılıb, digərləri qanunsuz ləğv olunub, yerdə qalanlar da iflic vəziyyətdədir. Onlardan yalnız "Xəzərdənizqazmatikinti" Trestinin bazasında yaradılmış "Cənubtikintiservis" ASC işləkdir, əsasən şirkətin sifarişlərini yerinə yetirdiyi üçün ayaqdadır.    

SOCAR-ın istirahət müəssisələri satılmaq üçün startdadır

Bu yaxınlarda bir sıra cəlbedici dövlət müəsssələri özəlləşdirilməyə açıldı. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir. Əlavə olaraq, dövlət başçısının Fərmanına əsasən 215 müəssisə və obyekt də özəlləşdirilməyə açıq elan olunub. Bununla da, ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb. Onların arasında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yardımçı təsərrüfatı və Sosial İnkişaf İdarəsi üzrə 22 obyekt, o cümlədən "Sevil" pioner düşərgəsi, “Sahil” pansionatı, "Şəfa" gecə sanatoriyası, keçmiş 6 nömrəli uşaq bağçasının binası, İsmət Qayıbov adına Təlim İdman Bazası, eləcə də Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ”, Ağsuda “Duruçay” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var.

Türkiyə təcrübəsi tətbiq edilir

SOCAR-a aid olan məssisələrin səhmlərinin satılması onların tamamilə şirkətin nəzarətindən çıxacağı anlamına gəlmir. “SOCAR Turkey Enerji A.Ş.” da zaman-zaman “Petkim Petrokimya Holding”dəki payının müəyyən hissəsini satışa çıxarır. Bununla belə 53.32 faizədək səhmi qalır. Qeyd edək ki, “Petkim”in əsas səhmdarı SOCAR-dır. Ən son satılan pay 152 milyon türk lirəsi (49 milyon ABŞ dolları) dəyərində olub. Səmlərin satışı xüsusi səbəblə bağlı deyil. Bu, sadəcə Türkiyə dövlətinin fond birjasının fəaliyyəti ilə əlaqəlidir. Bütün inkişaf etmiş ölkələrdə belə müəssisələrin səhmləri daim birjalarda alqı-satqı predmetidir. Biz də uzun müddətdir əlavə maliyyə mənbəyi kimi çıxış yolu olaraq şirkətlərin səhmlərinin alış satşının optimal olduğunu yazırıq. SOCAR prezidenti artıq bu yolda irəlilədiklərini təsdiqləyib. Bu, həm də Bakı Fond Birjasının işinin fəallaşmasına yol açacaq.   

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]