Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Oxu, yaz, düşün və xəyallar qur...

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
13/1/2017 [21:32]
Baxılıb :
8865 dəfə

Yeni ildən qlobal bəd xəbərlər gözlədiyimiz vaxt 2017-ci ilin irili-xırdalı o qədər də xoş olmayan, ürək bulandıran, dodaq qaçırdan, məyusluq yaradan və s. bu qəbildən xəbərlər yayıldıqca “Hələ ki, o qədər də pis deyil” fikrini əsas tutaraq ardını yaşamaq olur. Əlbəttə, camaatın yanacağın qiymətini artmasını dəhşət hissi ilə gözlədiyi vaxt Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası abunə xidmətlərini 20 yox, lap yüz dəfə qaldırsa da cəmiyyətdə təlatümlər yaranmayacaq. Ölkədə nə qədər kitab oxuyan varmış ki, hiddətlənsin. Kitab oxuyanlar dili söyüşlü, əli silahlı və qəzəbli zümrədən olmadıqlarından qətiyyən təhlükəli deyillər. Sosial şəbəkədə bir qədər deyinəcəklər və sakitləşəcəklər. 

Amma Azərbaycanın, yəni döyüşlər, itkilər, qurbanlar bahasına qurulmuş bir dövlətin Milli, yəni milli maraqlarını güdməyə borclu olan Elmlər, yəni cəmiyyətin daha oxumuş, savadlı və müvafiq olaraq şüurlu zümrəsinin Akademiyası, yəni seçilmişlərin seçilmişi, nurlu, zəkalı insanlarının toplandığı yerin kitabxanası illik abunə haqqının 100 manata qaldırmaqla qapılarını Akademiyadan kənar adamlarçün demək olar bağlamağına etinasız durmaq da ayıb olardı. Əslində dənizi hasarlanmış, milli sərvətlərinin heç ucunu də görməyən, dövlətin, xalqın pulunu rahatcana yeyən məmurlara heyrət və həsədlə baxan, maaşla yaşamağı artıq unutmuş xalqın kitabxanası da pullu olmalıdı. Qiymət artımına reaksiya olaraq “Ayıb olsun, mənim kitablarımı özümə satırsan?!”, “Xalqdan utanmadızmı?!”, ya da “Elə bilirsiz kitab oxuyanların qabağını ala biləcəksiz?!” kimi iradları səsləndirmək əvəzinə təmkinli olub üzümüzü dünyaya çevirək və görək başqa millətlər kitab məsələsində, cəmiyyətin savadlanması, maariflənməsi istiqamətində haralara gedib çıxa biliblər.

Kitab mədəniyyətdir

Müasir kitabxanalar nəinki öz zəngin fondları və kitab seçimi ilə, təkcə yeni texnologiyaların tətbiqi ilə deyil, üstəlik memarlıq və dizayn sahəsində tətbiq etdikləri qeyri-standart yeniliklərlə seçilir. Artıq müasir insan sevimli kitabını quru kresloda oturub oxumaqla kifayətlənmir. Göz heyrətamiz bədii həlli ilə seçilən dizayn və parlaq rəngləri görmək, şüur bütün bunlardan da ləzzət almaq istəyir. 
2004-cü ildə Amerikanın Kanzas-Siti şəhərinin ictimai kitabxanası ilk milli bankın artıq boş qalmış binasına köçürüldü. İki il keçmiş yeni ünvanda tələblərə uyğunlaşmaq, yəni oxucuların rahatlığını təmin etmək üçün maşın parklanma yerləri yaratmaq lazım gəldi. Bu yenilik binanın memarlıq simasını pozacağından parklanma yerini nəhəng kitab rəfi şəklində divar tikməklə gizləmək qərarı verildi. Burada hər “kitab”ın hündürlüyü 8 netr, eni 2 metrdir. “Rəf”də Mark Tvenin “Heklberri Finnin macəraları”,  Con R.R. Tolkinin “Üzüklərin hökmdarı”, Herbert Uelsin “Görünməz adam”, Qabriel Qarsiya Markesin “100 il tənhalıqda”, Uilyam Şekspirin “Romeo və Cülyetta” və s. başqa dahi əsərlər yanbayan dayanıb. Bu kitablar Kanzas-Siti kitabxanasının apardığı sorğu əsasında seçilib. Amma içəridən kitabxana bank ofisi üslubunda, binanın keçmişinə hörmət əlaməti olaraq ciddi dizaynda tərtib edilib. 

Kolumbiyanın kokain paytaxtı sayılan Medelyin şəhərinin  pis ad-sanını yalnız kitabxana ilə düzəltmək mümkün idi. Cənubi Amerika kartellərinin toplaşdığı yerin mənfi şöhrətini düzəltmək üçün Kolumbiya hökuməti Pablo Eskobarın vətənində şəhəri canlandırmaq xətrinə mədəni sahədə yeniliklər eləmək qərarına gəlir. “Pargue Espana” kitabxanasının 2007-ci ildə açılması bu layihələrdən biri idi. Fərqli dizayna görə bu kitabxana nəhəng qaya parçalarını xatırladır. Bu çoxbucaqlı qayaların içində mədəniyyət mərkəzləri, çoxsaylı oxu zalları, müasir kompüter otaqları var. Kitabxananı tikmək üçün dağın döşündə salınmış gecəqondu daxmalarından ibarət kvartalları sökmək və sakinləri daha yaxşı yerlərə köçürmək lazım gəldi. İndi bu daxmaların yerində üç “gəmiriləsi elm qraniti” ucalır.

Memarlıq baxımından maraqlı sayılan daha bir kitabxana binası var ki, dünyanın ən çox adam qəbul etmiş heykəli sayılır. Bu, 2002-ci ildə Fransa memarları İvom Bayar və Fransis Şapyunun tikdiyi “Lui Nüsyer” kitabxanasıdır. Nəhəng insan kəlləsi formasında tikilmiş bu abidə dərhal kurort yeri sayılan Nitsa şəhərinin simvoluna çevrildi.  Bu kəllənin içində kitabxananın inzibati hissəsi yerləşdiyindən adi oxucu mütləq kitabxananın “beyin” hissəsindən keçməli olur. Oxu zalları və fond isə yaxınlıqdakı ənənəvi binalarda yerləşir. Abidənin hesabına hətta oxumaq istəməyənlər də  bura gəlməyə can atır.   
 
İtaliyanın Perudci şəhərinin “Sandro Penna” kitabxanasını ilk dəfə görənlər onu uçan boşqaba oxşadıb UNO aparatının yerə endiyini zənn edə bilər. Bu kitabxana-boşqab ilk əvvəl çəhrayı şəffaf divarları ilə diqqəti çəkir. Amma içəri daxil olanlar futuristik interyer, süni işığın düzgün yerləşdirilməsi sayəsində qəribə görünən və xüsusi səs boğucu izolyasiyası olan zallar və gecə-gündüz işləyən kitabxanadan ləzzət ala bilər. Hadisəni öz gözləri ilə müşahidə edənlər deyir ki, çəhrayı “boşqab”ın içinə girib heç olmasa bir kitab oxumaqdan adam özünü saxlaya bilmir. 
Niderlandın Delft texniki universiteti Avropanın həmişə zamanla ayaqlaşa bilən tədris müəssisələrindən biridir. Bu qabaqcıl universitetin 1997-ci ildə tikilmiş kitabxanası kənardan kiçik təpəcik kimi görünür. Ona görə də kitabxananın həm içi kitab oxuyanlara, həm də çölü otluqda rahatlanmaq istəyənlərə xidmət edir. Kitabxanada oxu zalı, nəşriyyat, cildləmə sexi və kitab dükanı da var. Otaqlar hava hücumu zamanı sığınacaq olacaq bunker şəklində hazırlanıb. 

ABŞ-in Kaliforniyanın San-Diyeqo Universitetinin Geyzel kitabxanası məşhur yazıçı və misenatın adını daşıyaraq unikal kitabxanalar sırasına daxildir. “Bilik ağacı” adlandırılmış bu kitabxana Teodor Syuz Geyzelin hesabına keçən əsrin 70-ci illərində formalaşıb. Binanın üçüncü mərtəbəsi ehtiyat çıxış üçün boş saxlanır. Girişində isə “Oxu, yaz, düşün və xəyallar qur...” devizi oxuculara sehirli aləmə girişi və bilik ağacında irəliləyişi müşayiət edir

Maarifçilik və biliyə can atma prosesi Sinqapurdan da yan keçməyib.  İnnovasiyalara həssas “LOOK Architects” agentliyinin layihəsi üzrə tikilmiş Bişan kitabxanası Hazırda Sinqapurun ən görməli yerlərindən biri sayılır. Kitabxananın ən maraqlı hissəsi səs izolyasiyasası ilə təmin edilmiş müzakirə zallarının olmasıdır. Bura “Fikir zalı” adlanır və hər kəs oxuduğu kitabın burada müzakirəsini aça bilər. Zallara rəngli şüşələrdən tərtibat verilib və göz qamaşdırır. Kitabxanada sifarişçi kitabı ən geci 5 dəqiqəyə əldə edir. 

Sadaladığımız şəhər kitabxanalarının sırasına daha birini, Çinin Xuayjou əyalətində tikilmiş Liyuan kitabxanasını da qatmalı olacağıq. Buranı bəzən kitab məbədi də adlandırırlar. Sinxau Universitetinin professoru Li Syaodunun layihə etdiyi, taxta qəsri xatırladan bu kitabxana şüşə və 45 min taxta çubuğundan hazırlanıb. İçəridə nə masa, nə də stul yoxdur. Əvəzində çoxpilləli terraslar var ki, kitablarla doludur. Mərtəbəli terras-rəflərdə həsirlər sərilib ki, uzanıb kitabı oxumaq mümkün olsun. Kitabxanada elektrik yoxdur və ona görə də maraqlı təbii işıqlandırma sistemi var. Ona görə də oxucular 16.30-dan sonra çıxıb getməyə məcburdur. 

2 min əvvəl məhv edilmiş Misirin əfsanəvi Aleksandriya kitabxanasıın yerinə ucaldılan Yeni Aleksandriya Kitabxanasının tikilməsinə 238 milyon dollar xərclənib. Bu kitabxana tam şəkildə 2002-ci ildə oxucularını qəbul etməyə başlayıb. Bina günəş allahı Ranın şərəfinə, eləcə də biliyin günəş kimi çıxıb batmasının simvolu olaraq dəyirmi disk şəklində tikilib. İçində hovuzu da, 8 milyon kitabdan ibarət fondu, çoxsaylı oxu zalları, konferensiya zalı, gözdən əlillər üçün xüsusi kitabxanası, 4 dənə sərgi qalereyası, planetari və qədim əlyazmaları bərpa edən laboratoriyası var. Əsas oxu zalı 11 pilləli səviyyədən ibarət olub 70 min kvadrat ərazini tutur. Asuan qraniti ilə üzlənmiş divarlarda 120 dünya dillərində qrafik sistemlər cızılıb. 2011-ci ildə Misir inqilabı zamanı kitabxananın işçiləri və oxucuları bu memarlıq abidəsinin ətrafına canlı divar çəkərək binaya hücum edən soyğunçu dəstələrdən qoruya bildilər. 

Kurort yerləri və spesifik massajı ilə ad şıxarmış Tailandda Samuy adasında “The Library Resort”  adlı kitabxana-otel inşa edilib. Burada istirahət edənlər təkcə fiziki relaks deyil həm də açıq havada, hovuz ətrafında kifayət qədər zəngin fondu olan kitabxanadan mütaliə etmək imkanı da təklif edilir. Oxu zalları olsa da hamı hovuz  ətrafında oxumağa üstünlük verir. Burada hər kəsə kompüter və havayı internet bağlama da təqdim edilir. 

Kitabların kross hərəkatı - bukkrossinq 

Gil lövhələrdən ibarət ilk kitabxana-qoruqlar Qədim Şərqdə təxminən eramızdan əvvəl 2500 il bundan qabaq yaranıb. Camaatın savadı artdıqca müvafiq olaraq kitabxana istifadəçiləri və oxucu maraqları da yaranırdı. Müasir zamanda, xüsusilə də texnoloji vasitələr və informasiya əldə etmək üsulları artdıqca kitabxanalar saxlamaq bahalı və çətin bir işə çevrilib. Bütün dünyanın kitabxanaları özünü təmin etmək və fondu saxlamaq üçün bəzən müxtəlif üsullardan, hətta bicliklərdən istifadə etməli olur. Ona görə də yeni mütaliə zonaları, üsulları yaranmaqdadır. İndi kitab rəflərindən ibarət köşklər, bibliokafe, bibliobus, ümumdünya kitab hərəkatı “Bukkrossinq” və s. yeniliklərlə kimsəni təəccübləndirə bilməzsən. 

Kubada “Vixiya” adlı bir kitab nəşriyyatı var ki, burada hər nüsxə əl işidir. Hər kitabın ümumi tirajı 200-dən artıq olmur. Kitabxananın ümumi fontu 600-dən artıq deyil. Amma burada hər kitab  unikaldır. Məsələn, nəşr edilmiş şeir kitablarından biri kiçik evcik şəklində hazırlanıb, kitab evciyin içindədir. Onu götürmək üçün evin damını qaldırmaq lazımdır. 

Mexikoda bir qəribə kitabxana var. O, Buenavista dəmir yoluna yarışıq binada yerləşir. Şəhər ətrafına gedən, amma vaxtından əvvəl dəmir yoluna gəlmiş sərnişinlər gözləmə zalında darıxmaq əvəzinə xarici dillər kursunda iştirak edə, filmə baxıb, musiqi dinləyə, tetral tamaşaya, sərgiyə baxa, hətta rəqs dərsi ala da bilərlər. Əgər kitab oxumaq istəməsələr... 

İtaliyanın Bari şəhərinin hava limanındakı kitabxanadan hər kəs bir qəpik ödəmədən kitab götürüb onu uçuş amanı oxuya bilər.  Burada nə kataloq, nə ədəbiyyat siyahısı, nə də gözünü maaşa dikən kitabxanaçılar var. Hər şey insana etibar üzərində qurulub. Bu, aeroportların sahibi Apuliya Domeniko Di Paolanın ideyasıdır. O öz kitabxanasının bir hissəsini burada yerləşdirib. Kitabı geri qayıdarkən, ya da poçt vasitəsi ilə qaytarmaq mümkündü. 

Berlində köhnə telefon köşklərini tullamırlar. Onlar bizim qədər “varlı” deyil axı. Onları kiçik şəhər kitabxanaları kimi tətbiq edirlər. Layihə iştirakçıları köhnə köşklərin görkəmini öz zövqlərinə uyğun rəngləyir və taxta rəflər quraşdırırlar. Layihənin devizi “Kitab gətir, kitab götür, kitab oxu”dur. Bu köşklərə də nəzarət var, amma yalnız rəflərdə nasist, ya da pornoqrafik ədəbiyyatın əmələ gəlməsinin qarşısını almaq üçün. Deyirlər ki, layihənin mövcud olduğu 40 ay ərzində bir dənə də köşk sındırılmayıb. 

Bibliobuslar isə hətta sovet zamanı da vardı və kifəyət qədər məşhur idi. Çox vaxt kitabxanası olmayan əraziləri, dağ kəndlərinin təhciz edərdi. Belə təcrübə dünya ölkələrində çoxdu. Məsələn Yaponiyada 2011-ci ildə sunami daimi kitabxanaları məhv edəndən sonra bibliomobillər müəyyən qrafiklə yaşayış yerlərinə gəlib insanları biliyə susamağa qoymur. 

Dünyada yüzlərlə kitab kafeləri, interyerinin ayrılmaz parçası kitab olan, kitab mübadiləsindən həm pul, həm mənəvi ləzzət alan kafelər var. Bukkrosinq, yəni kitabların  əldən ələ gəzib əvəzlənməsi cavanların sevib bəyəndiyi bilik mübadiləsi üsuludur. Nyu-Yorkda mini-kitabxana kimi fəaliyyət göstərən kiçik köşklərdə həm yağışdan qorunmaq, həm də kitab oxumaq mümkündü. Todd Bol və Rik Bruksun start verdiyi bukkrossunq hərəkatı hazırda bütün dünyanı başına alıb. Kitablar ödənişsiz, azad şəkildə əldən ələ gəzərək, əvəz edilərək asan əldə edilən, yəni hamı üçün olub. “Kiçik azad kitabxanalar” adlanan evciklərin hərəsinin öz saytı və GPS koordinatı var. Rusiyada bu xəttin davamçıları, yəni ödənişsiz kitab oxumaq imkanını artırmaq istəyənlər evsiz-eşiksizlər üçün də kitabxanalar açmağa cəhd ediblər.  

Bizdə də bilik almaq gözəl və rahatdırmı?

Bu qaydada kitabın dünya turnesini izlədikdə proseslərin sonunda kitablar asan əldə edilən, havayı, rahat yerdə oxumaq imkanı və s. üstünlükləri olan vasitə kimi canlanır. Sadaladığımız özəlliklərə evdən çıxmadan, düyməni basmaqla evinin  içinə tökülüşən elektron kitabxanaları da əlavə etsək ən əvvəl “Bilik almaq necə gözəl və necə də rahatdı” düşünə bilərik. Ona görə də oxucudan 20 dəfə artıq abunə almaqla maddi problemləri həll etməyə çalışan AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlünün  “Hazırda kitabxanada qiymətli kitablar, nüxsələr saxlanılır. Azərbaycanın ən qədim 15 kitabı var. Bəs bunlardan biri itsə, kim cavabdeh olacaq?! Çox xahiş edirik ki, oxucular da bizi doğru anlasınlar” üzürxahlığını qəti anlamaq olmur. Oxucular sizi çətin anlaya. Oxucular sadəcə soruşa bilər: “Niyə indiyədək nadir kitablar elektronlaşmayıb? Axı onlara oxucu əli qəti şəkildə dəyməməlidi”. Bu isə tamam başqa bir araşdırma mövzusudur...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]