Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Türkiyədə hökumətin potensialı getdikcə tükənir”

“Türkiyədə hökumətin potensialı getdikcə tükənir”
Bölmə :
Müsahibə
Yayım tarixi :
13/1/2017 [21:10]
Baxılıb :
17397 dəfə
Elxan Şahinoğlu: «Hökumət problemləri həll edə bilməsə, növbəti seçkidə müxalifət doğru-dürüst strategiya həyata keçirsə, böyük ehtimalla cəmiyyət başqa partiyaya səs verəcək»
“Kampaniyalar vasitəsilə lirəni xilas etmək çətin olacaq”

Türkiyədə baş verən proseslərlə bağlı “Bizim Yol” qəzetinin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır. 
  
- Türkiyədə hazırda gedən proseslərin necə qiymətləndirirsiniz? Terror aktlarından sonra iqtisadiyyatda ciddi problemler meydana çıxıb, həm xarici sərmayə qoyuluşları, həm turist axını, həm də ölkdən çıxan valyuta həcmində ciddi dəyişikliklər var. Ölkə hara gedir?

- Türkiyə çox ciddi çağırışlarla üz-üzədir. Mən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın o fikri ilə hardasa razıyam ki, cümhuriyyət uğrunda savaşından sonra ikinci ən böyük sınaqla üz-üzədirlər. Bir tərəfdən terrorla savaş, digər tərəfdən iqtisadi problemlər, Türkiyəni bölmək istəyənlər, üstəlik xarici dövlətlərlə gərginləşən münasibətlər və ətrafda baş verənlər əlbəttə ki, qardaş dövlətə ciddi təsir edir. Bundan başqa, Türkiyə çox ciddi konstitusiya dəyişikliklərinə gedir. Neçə illik parlament respublikası prezident üsul-idarəsi ilə əvəzlənməlidir. Bunun özü də çox ciddi çağırışdır, çünki cəmiyyət hələ yeni struktura öyrəşməyib, ciddi siyasi qarşıdurmalar var. Amma düşünürəm ki, Türkiyə bu cür təhlükələrdən çıxmağa çalışacaq. Başqa alternativi də yoxdur. Əlbəttə ki, iqtisadi problemlər, infilyasiya artır, lirənin qiyməti düşür. Amma bütün bu çağırışlardan Türkiyə müsbət çıxmağa çalışacaq. Çünki nə qədər problemlər olsa da, problemlərin həlli sitiqamətində də ciddi addımlar atılır. Məsələn, terrorla mübarizə gedir, Türkiyə Suriyada çox fəal bir oyunçuya çevrilib, Rusiya ilə ittifaq da yaradıb, baxmayaraq ki, Qərbdən dəstək ala bilmir. Düşünürəm ki, lirənin sürətlə dəyərdən düşməsinə bxamayaraq, iqtisadi islahatlar da sürətlənə bilər. Türkiyə iqtisadiyyatı Azərbaycandan fərqli olaraq yalnız bir məhsuldan asılı deyil və xarici bazara çıxarmaq üçün onlarla məhsulu var. Türizmdə müəyyən geriləmələr olsa da, hazırda Türkiyə Rusiya ilə münasibətlərin normallaşması dövrünü yaşayır. Hesab edirəm ki, yay aylarında Türkiyəyə turist axını artacaq və bu da ölkənin əsas gəlir mənbələrindən biridir. Elə terrorçuların əsas məqsədi də terror yolu ilə turist axınının qarşısını almaq, bu yolla Türkiyəyə ziyan vurmaqdır. Düzdür, İstanbul və Ankarada terror aktları həyata keçirlir, turistləri qorxutmağa çalışırlar, amma bunlar müvəqqətidir. Bu hal başqa ölkələrdə də olur və bir müddət sonra özünə gəlirlər. Türkiyə də özünə gələcək və turist məsələsini həll edəcək.  

Sadəcə o problemi görürəm ki, istənilən yaxşı hökumətin hakimiyyətdə qalma ili çoxalırsa, insanlar onlardan yorulurlar, yeni nəfəs lazım olur. Ərdoğan və onun partiyası artıq 14 ildən şoxdur ki, hakimiyyətdədirlər, neçə seçkidə qələbə qazanıblar. Bilmirik ki, növbəti seçkilərdə cəmiyyət necə səs verəcək, bu hakimiyyəti müxalifətə göndərəcək ya yox, amma bütün hallarda yeniliyə ehtiyac var.  O yeniliyi bu hakimiyyət həyata keçirə bilməsə, cəmiyyət bu hakimiyyəti dəyişib, yeni simalarla Türkiyəni gücləndirməyə çalışacaq. 

- Hakimiyyət iqtisadiyyatı normal məcraya döndərə biləcəkmi? Türk lirəsi kəskin ucuzlaşaraq rekordları qırıb. Hökumətin dollar xırdalamaq kampaniyası effekt vermədi. Bu istiqamərdə nələr gözlənilir?

- Bəli, dollarla bağlı aparılan kampaniyaya hətta çox sayda tanınmış insan da qatıldı, 20 milyarda yaxın dollar xırdalandı. Amma sizinlə razıyam ki, kampaniya effektiv olmadı. Bu, sadəcə piar kampaniyası idi. Bu istiqamətdə struktur islahatları gücləndirilməlidir ki, uğur əldə edilsin. Yoxsa, kampaniyalar vasitəsilə lirəni xilas etmək çətin olacaq. İdxal-ixrac əməliyyatları gücləndirilməli, özəlləşdirmə genişləndirilməlidir. Bir daha deyirəm ki, hökumətin potensialı getdikcə tükənir. Düzdür, yeni baş nazir Əhməd Davudoğludan və digər baş nazirlərdən fərqli olmağa çalışır. Yeni siyasət yürüdür, yeni körpülər açılır, yeni yollar istifadəyə verilir və s. Amma təəssüf ki, bunların iqtisadiyyata birbaşa təsiri çox azdır. Sənaye istehsalı o qədər artmalıdır ki, xarici bazara daha çox məhsul çıxara bilsinlər. Amma bu da təkcə Türkiyədən asılı olan məsələ deyil. Başqa ölkələrdə də iqtisadi böhran yaşanırsa, bunun birbaşa Türkiyə iqtisadiyyatına da təsiri var. Çünki Azərbaycan iqtisadiyyatından fərqli olaraq, Türkiyə iqtisadiyyatı dünya iqtisadiyyatı ilə vahid bir məkan təşkil edir. Əslində, Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyə iqtisadiyyatında olan problemlərin bir çoxunu həll etdi. Amma indi özü bundan daha dərin problemlərlə üz-üzə qalıb. Əgər indiki hökumətin bu problemləri həll etməyə potensialı yoxdursa, növbəti seçkidə müxalifət doğru-dürüst strategiya həyata keçirsə, böyük ehtimalla cəmiyyət başqa partiyaya səs verəcək. Lirəni xilas etmək, ölkə infilyasyadan qurtarmaq, idxal-ixrac əməliyyatları artırmaq üçün hökumət iqtisadiyyatda hansı yenilik etməlidir, bunu emək çətindir. Ümumiyyətlə, Türkiyə ilə bağlı gələcəyə proqnoz vermək çətindir. Çünki digər məsələlər də iqtisadiyyata mənfi təsir edir. Hökumət enerjisinin 90 faizini terrorla mübarizəyə, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına sərf edir. İndi də Kipr məsələsinin həlli gündəmə gəlib. 

 - Türkiyə iqtisadiyyatdakı problemler Azərbaycanın bu ölkədəki sərmayələrinə necə təsir göstərə bilər? 

- Türkiyə iqtisadiyyatının Azərbaycanın iqtisadiyyatına və sərmayələrinə birbaşa təsiri olacağını güman etmirəm. Çünki bizim əsas neft boru xətlərimiz Türkiyədən keçir. Alıcılarımız Türkiyə ilə yanaşı başqa ölkələrdir. İsrailin özü də neftə olan tələbatının 40 faizini bizdən alır. Azərbaycanın bir sıra investisiyaları da var. Türkiyədə kimya sənayesinə də SOCAR sərmayə qoyub. O cümlədən, Bakı-Tiflis-Qars və s. nəqliyyat xətləri var. Bu layihələr işlənmə mərhələsindədir və bir-iki ildən sonra onların bəhrəsini görə bilərik. Ona görə də indi bu layihələrdə axsama olacağını düşünmürəm. İqtisadi əlaqələr də o qədər böyük deyil ki, geriləmələr Azərbaycan iqtisadiyyatına təsir etsin. Azərbaycan iqtisadiyyatının özünü problemləri var və onları həll etməliyik. İllər uzunu neft satıb pul qazandıq, iqtisadiyyat şaxələnmədi. İndi deyirlər ki, iqtisadiyyat şaxələnməli, məhsullar xarici bazara çıxarılmalıdır. Bizim durumumuz Türkiyənin vəziyyətindən fərqlidir. Bizdən fərqli olaarq, onalrın oturuşmuş strukturu var. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında deyir ki, pambıq, fındıq istehsalını artırmalıyıq, baramaçılığı inkişaf etdirməliyik. Türkiyə bu mərhələni artıq keçib, sadəcə üzləşdiyi problemlər fərqlidir. 

- Bu günlərdə konstitusiya dəyişikliyinə baxılır. TBBM-də kəskin diskusiyalar gedir. Bu dönəmdə Türkiyəyə belə dəyişiklik lazım idimi?

- Görünür ki, Ərdoğan bu konstitusiya dəyişikliklərini çoxdan hədəfləyib və indi imkan düşüb, həyata keçirməyə çalışır. MHP ilə faktiki ittifaq da onun işini bir qədər asanlaşdırır. Yəni lazım olandan artıq səs topladılar və yəqin ki, artıq məsələni referenduma çıxaracaqlar. Atatürk dövrünə istinad edirlər ki, onun vaxtında da Türkiyə konstitusiyası bu şəkildə idi və cumhur başqanının səlahiyyətləri böyük idi. Deyirlər ki, guya bu yolla Türkiyəni idarə etmək, terrorla mübarizə aparmaq, iqtisadiyyatda uğur əldə etmək daha yaxşı olacaq. Bunu isə zaman göstərəcək. Mən özüm isə hər zaman parlament üsul-idarəsinin tərəfdarı olmuşam.  

- Referendumdan hansı sonuclar gözləyirsiniz?

- Məncə referendumda hakimiyyət istədiyi nəticəni əldə edəcək. Onsuz da bütün məsələlərdə - həm seçkilərdə, həm də referendumda cəmiyyətin böyük bir hissəsi bu hakimiyyətə dəstəyini verir.

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]