Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Özünə “YOX” demək

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
6/1/2017 [23:42]
Baxılıb :
10762 dəfə

Ola bilər dünyanın alt-üst olduğu bir zamanda, insanın insana, bütün canlı aləmə qənim kəsildiyi vaxtda intibahı özünə “yox” deməyi öyrənməkdən başlamalıyıq. Söhbət bu gün kabab yeyim, ya yox, yaxud özümə 15-ci dəst ayaqqabını alım, ya yox səviyyəsində deyil, daha incə və nazik səviyyələrdə getməlidir. Əlbəttə, məqsədimiz sonuncu tikəsini yeyib sabaha “Allah kərimdi” kəlməsi ilə başlayan birisinə “Özünə “yox” deməyi öyrənməlisən!” təlimatı ilə təhqir etmək deyil. Amma maddi təminatından asılı olmayaraq insan, sözün böyük mənasında özünü dərk edərək cılız arzular və istəklərindən qurtulub nəhayət qlobal düşünməyə başlamalıdır. 

Bəşəriyyət isteriya halını yaşayır. Cəmiyyətdə özünə yer qazana bilməyənlər qəribə, indiyədək tanınmayan psixoloji problemlərlə qarşılaşır. Şopoqolikləri də indi alkoqolik və narkomanlar kimi müalicə edirlər. Bazar dükanda alış-verişə aludə olub hər yeni mağazadan mal almamış keçə bilməyənlərə şopoqolik deyilir. Bu xəstəlik xüsusilə endirimlər zamanı şiddətlənir. Psixoloqlar bu xəstəliyi maddi təminat, pul xərcləmək imkanı ilə deyil məhz özünütəsdiqlə əlaqələndirirlər. Yəni, aramsız pul xərcləmək ehtirası cəmiyyətdə özünə yer qazana bilməyənlərdə daha artıq müşahidə edilir. Cəlbedici rənglərin, sayrışan işıqların şopoqoliklərə təsirini öyrənən və çox yüksək maaşla dəyərləndirilən ixtisas növləri də artıq mövcuddur. Bayramqabağı endirimlərdə şəhərin brend dükanlarında gedən batal səhnələri, saçyolduya qədər gedib çıxan dartışmaları müşahidə etmək mümkün idi. Brend marka dedikdə kifayət qədər bahalı mallar nəzərdə tutulsa da kasıblığından şikayətli şəhərimizdə bir həftə ərzində dükanlar günə 80-100 min manat arası alver elədi. Amma bu, insanların gözəl yaşayışının, rifahının göstəricisi deyil. 

Buna bənzər iddiaları səsləndirirkən təbiətcə skeptiklər müşahidə etdiyimiz mənzərələrin insanı idarə etməyə çalışan qurumların, gizli sektaların bilərəkdən çıxardığı hoqqalar kimi qəbul edir. Ola bilər, həqiqətən də xəz dəri uğrunda, təbiətdə olmayan rəngdə ayaqqabı, ya da paltarın astarında xırda, görünməyən şriftlə yazılmış məşhur brendin loqosu naminə saç yolmağa hazır insan sosial ədalətsizlik, korrupsiya, ölkə, planetar miqyasda təbii resursların talan edilməsinə qarşı çıxmayacaq. Onunçün əsas məsələ odur ki, əynindəki kürk təbii dəridən olsun və mütləq hansısa yazıq heyvanın, ya da onlarla heyvanın əzablı ölümü nəticəsində başa gəlsin.

Anoloji proseslərin bütün dünyada getdiyini müşahidə etmək bir qədər toxdaqlıq gətirir. Yoxsa ki, planetin ən qəddar, vecsiz, gələcəyi düşünməyən zümrəsindən olmaq o qədər də xoş deyil. Amma bəzi xalqlar inkişaf edərək irəli çıxır, bəzən bizim mənasız saydığımız sahədə gözlənilməz qərarlarla adamı diksindirirlər. Bu yaxınlarda Yeni Zellandiya, bəli-bəli, bizim sevdiyimiz dadlı kərə yağlarını istehsal edən, yəqin ki, bunun üçün çoxlu inək saxlayan bir ölkə heyvanların şüurlu canlı olduğunu rəsmi şəkildə qəbul edib. Qəbul edilmiş qanunda deyilir ki, heyvanların da şüuru, bizim qədər duyğuları və müvafiq olaraq hörmətlə qarşılanmalı instinkləri var. Təbiətsevərlərin onsuz da inandığı bu fikri rəsmi qəbul etmək cəmiyyətdə və ən vacibi insan şüurunda dəyişiklik yaratmalıdı və bununla da heyvanlar müdafiə edilmək hüququ qazanır. “Animal Welfare Bill” qanunvericiliyinə görə heyvanlarla sərt və qəddar davranan insanlar mütləq cəzalanacaq. Eləcə də heyvanlar üzərində təcrübələr, ov və heyvanı qapalı saxlamaq qanunsuz hərəkətdir. Bu qərar heyvanların cəmiyyətdə yeri barədə tamam fərqli müddəalar gətirəcək və indiyədək heyvan saxlama fermalarında mövcud qaydalara yenidən baxılacaq. 

Heyvanların taleyində dəyişiklik gətirəcək qərar əlbəttə, sevindirir. Artıq neçə vaxtdır dünya ölkələri heyvanları istismar edən sirkləri və dözülməz şəraitdə saxlanılan heyvanxanaları yığışdırmaq barədə cəmiyyətdə fikir formalaşdırır. Heyvanın əzabından ləzzət almaq insana yaraşmaz. Səmimi etiraf etməliyik, biz indi “Kabab yemək yaxşı deyil, quzular da yazıqdı” fikrini heç kimin beyninə yerləşdirə bilməyəcəyik. Çünki hələ də xəstəxanarımız ağrıdan mələşən körpə insan balalarına etinasız həkimlərlə, iynə vuranda valideynin əlinə baxan “şəfqət bacıları”, qızdırmalı uğaqların başına çığıran tərbiyəçilər, mütiliyi alqışlayan müəllimlərimiz və ən vacibi, bütün yaxşılıqları maliyyələşdirəcək pulları mənimsəyən məmurlarımız var. 

İnsan özünə “yox” deyəndə ruzusunun mənbəyi, haram-halal olması barədə bir anlıq olsa da düşünür. İnsan aramsız arzularının qabağında sədd çəkə bilsə cəmiyyətdə də, təbiətdə də insafsız israfçılığın qabağı alınar. Başqa ölkələr heyvan hüquqlarının müdafiəsinə çırmalandığı vaxt ölkədə insan hüquqlarının tanınması barədə düşünməyin tam zamanıdır. Heç vaxt gec deyil. Antropoloqlar deyir ki, adamyeyən qəbilələrin milli adətlərini unutdurmaq heç də asan olmadı, çünki böyük müqavimət vardı. Amma onları koko kola, mobil telefon və rəngbərəng süvenirlərlə aldatmaq mümkün oldu...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]