Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dağlarda nağıl kimi yeni il... - FOTOLAR + VİDEO

Dağlarda nağıl kimi yeni il... - FOTOLAR + VİDEO
Bölmə :
Müsahibə
Yayım tarixi :
6/1/2017 [13:18]
Baxılıb :
8063 dəfə
""Qarlı dağlar aşaraq Şaxta Baba gəlsin” deyə biz də qarlı dağları aşaraq kəndbəkənd gəzmişik" - Cavid Qara

Bir neçə gündür sosial şəbəkələrdə 6 gəncin həyata keçirdiyi iş hər kəs tərəfindən alqışlanır. Şaxta Baba libasında Azərbaycanın dağ kəndlərinə gedən gənclər, orada yaşayan uşaqları sevindirərək onlara nağıl kimi bir yeni il yaşadıblar.

“Camping Azerbaijan” səhifəsi artıq ikinci ildir ki, bu layihəni həyata keçirir. Şaxta Babanı qarşılarında görən uşaqların gözəl simalarında əks olunanan gülüşlər isə onların nə qədər sevindiyini göstərir. Bəs balacaları sevindirmək, bu qədər qarlı yolu qət etmək gənclər üçün nə dərəcə çətin olub? 

Bizimyol.info olaraq, layihənin rəhbəri və uşaqların sevimli Şaxta Babası olan Cavid Qara ilə əlaqə saxlayıb, bir balaca söhbət apardıq. İlk öncə belə bir layihəni həyata keçirdiklərinə görə onlara öz təşəkkürümüzü bildirdik. Sonra isə baş tutan layihə haqqında məlumat aldıq. 


Cavid bildirdi ki, layihə onun şəxsi təşəbbüsü sayıla bilər. 

İki il öncə o bu məsələ ilə tək məşğul olurmuş: “Bələdçilik fəaliyyəti ilə məşğul olduğumdan dağ kəndlərinə gedib gəlirdik. O zaman dostumuz fotoqraf Zaur Mirzəyevlə  belə bir fikir ağlımıza gəldi ki, belə bir layihə başlatmaq lazımdır. Keçən il isə ilk dəfə bu fikrimizi həyata keçirdik. O zaman təxminən 200 uşağa hədiyyə aparmışdıq və 80 kilometr getmişdik. Ancaq bu il keçən ilkindən fərqli olaraq marşrutumuzu bir qədər genişləndirdik. Keçən ildən “facebook”da öz məqsədimizi elan etdik. Çoxlu insan bizə dəstək oldu. Toplama məntəqəsinə gələn hədiyyələri keçən il 3 nəfər ilə aparmışdıq.

Bu il isə bu layihə daha çox diqqət cəlb etdi. 384 uşağa hədiyyə çatdırdıq. 6 nəfərlik komanda ilə 100 kilometrlik yürüş etdik. Bu ilki marşrutumuz daha çətin və uzun idi. Keçən il 7 gün getmişdik. Bu il isə 10 gün getdik”.


- Bəs kənd əhalisi, xüsusi ilə də uşaqlar sizi necə qarşıladılar?  

- Bizi çox gözəl qarşıladılar. O kəndlərdə dəfələrlə olmuşuq. Əhali arasında tanışlarımız var. Bir neçə kənddə tanışımız yox idi. Onlar da bizi çox yaxşı qarşıladılar. Təmənnasız bizi öz evlərində qonaq edirdilər. 6 nəfər qonaq qəbul etmək bilirsiniz ki, darısqal kənd evlərində heç də asan deyil. Ancaq buna baxmayaraq bizi çox xoş qarşıladılar. Biz də hədiyyələrimizi paylayıb, növbəti kəndlərə gedirdik. 

- Bəs həmin kəndlərdə məktəblərin vəziyyəti necədir? Şəkillərdə gördüyümüz qədəri ilə bəzi yerlərdəki məktəblər heç də ürək açan deyil...

- 14 kənddə olduğumuz müddətdə məlum oldu ki, elə kəndlər var ki, orda ümumiyyətlə məktəb yoxdur. Elə kəndlər var ki, orada çox qəşəng məktəblər var. Məsələn, Xınalıqda böyük məktəb var və yatılıdır. 

Hətta bir neçə kənddən gəlib orda qalmaq olur. Girzahdakı 4 illik məktəbdir. Zıxırda 9 illik məktəbdir və vəziyyəti çox acınacaqlıdır. Təmirsiz, istilik sistemi olmayan bir məktəbdir. Dalıqayada 2 otaqlı 4 illik məktəbi var. Orada uşaq sayı da imkan vermir ki, böyük məktəb tikilsin. Söhübdə məktəb böyük və təmirlidir. Ancaq biz məktəbə girməmişik. Rük kəndində məktəb 9 illikdir və pis vəziyyətdədir.


Bərbad vəziyyətdə olan məktəblər uşaqların başlarına uçmasa da, tam təmirsiz vəziyyətdə və külək üfüləyən, soyuq bir yerdir. Yəqin ki, onlar odunla da təmin olunmurlar. Uşaqlar siniflərdə palto ilə otururlar. Adurda ümumiyyətlə məktəb yoxdur. Qışda ordan çox ailə köçüb gedir, kənddə bir neçə ailə qalır. Bir də yazda qayıdırlar. Yaz, payız aylarında 30-40 ailə yaşayır. Ancaq orda elə uşaqlar var ki, ümumiyyətlə məktəb üzü görməyiblər. Halbuki, 4 kilometr o tərəfdə başqa kənddə məktəb var. Məktəb olmasa belə, onların transportunu təşkil edib, o uşaqları məktəbə çatdırmaq olar. 

- Qarşıdan yaz ayları gəlir. Novruz bayramı üçün uşaqlara nəsə sürpriz etməyi düşünürsünüzmü?


- Fikirləşirik. Ancaq tam dəqiq deyil. Əslində paylaşımlardan sonra insanlar arasında biraz yanlış anlaşılma oldu. Bizim əsl fəaliyyətimiz bu tip layihələr təşkil etmək deyil. Bizim əsas fəaliyyətimiz bələdçilikdir. Yerli və xarici turistləri dağlara aparıb gəzdiririk. Sadəcə olaraq öz fəaliyyətimizi buna uyğunlaşdırıb, getdiyimiz ərazilərdə əsl şaxta baba ruhunu yaratmaq istədik. “Qarlı dağlar aşaraq Şaxta Baba gəlsin” deyə biz də qarlı dağları aşaraq kəndbəkənd gəzmişik. Maşından belə istifadə etməmişik. Bir dağı aşaraq başqa dağın arxasında olan kəndə getmişik. Əsl şaxta baba kimi...

- Maşından istifadə etmədən bu şəkildə kəndləri gəzməyiniz sizin üçün çətin oldumu?


- Çətinlik deməzdim. 6 nəfərdən 5-i təcrübəli dağçılardır. Peşəkar olmasa da ən azından dağçılıq təcrübəsi olan, fiziki cəhətdən dözümlü olan uşaqlar idi. Hava şəraiti də çox yaxşı idi. Hədiyyələri çantalara doldurmuşduq. Keçən ilkindən fərqli olaraq bu il 6 nəfər olduq deyə bir o qədər də ağır olmadı. Hədiyyələr lap çox idi deyə, öncədən bəzi kəndlərə hədiyyələri göndərmişdik ki, çantalarımız boşaldıqda oradan doldura bilək. Həmin kəndlərə çatanda çantalarımızı yükləyib yola davam edirdik.

- Kənd ərazilərindən keçərkən hər hansı bir maneə ilə rastlaşdınızmı?

- Yerğikek adlı yaşayış məntəqəsi var ki, ora Azərbaycanın ən yüksək yaşayış məntəqəsidir. 2370 metr yüksəklikdə yerləşir. Qışda 7-8, yayda isə 12 ailə orada yaşayır. Ora sərhəd zonasına düşdüyünə görə kəndə xarici vətəndaşların girişinə ciddi problem yaradırlar. Yerli vətəndaşlara da icazə istəyirlər. Ancaq bildiyim qədəri ilə Azərbaycan Respublikası daxilində bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə piyada hərəkətin təmin olunması ilə bağlı bir qanun var. Ancaq ora getməyə bizə problem yaradırlar. Vətəndaş olaraq düşünürəm ki, əgər o yaşayış məntəqəsinə mən rahat gedə bilmirəmsə o yaşayış məntəqəsi Azərbaycanda olmuş ya olmamış nə fərqi var mənə? Məsələn, ora getmək üçün biz mühafizədən yayınıb təhlükəli yollardan istifadə etmişik. Hətta qanunu pozmaqdan çox narahat olduq. Ancaq yeni ili orda keçirmək istəyirdik.  

Aysel İsgəndərli / Bizimyol.info

Fotoların müəllifi: Elmar Əzimli

Fotolara daha ətraflı BURADAN baxa bilərsiniz.




Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]