Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qış günəşi parlaqdı, amma isitmir

Qış günəşi parlaqdı, amma isitmir
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
5/1/2017 [12:54]
Baxılıb :
487 dəfə

İsveçin Linköpinq şəhərində ilin ilk günü günəşliydi. Pəncərədən baxsan, deyərdin bəs yazdır. Amma çöldə şaxta vardı. Günəşli şaxta elə bahar illüziyalı qış kimidir. Bir növ pessimist ovqatlı adamın üzündəki optimist təbəssümə oxşayır”¦

İsa Qəmbərin İsveçə gəldiyini eşidəndə dedim mütləq gedib görüşməliyəm. Nə vaxt azlığı, nə yolun uzaqlığı bəhanə ola bilərdi. Başqa ölkələrə baxmayın, İsveçə hər deyəndə vətəndən belə qonaq gəlmir.

Bir-iki atüstü salam-sağolu nəzərə almasam, İsa bəylə son on ildə rahat söhbətimiz olmayıb. Həm də neçə vaxtdır ölkənin, xalqın ”“ elə dünyanın da ”“ bu günü, sabahı barədə pessimist duyğularımı bölüşməyə (izahlar almağa) adam gəzir, fürsət axtarırdım.

Onunla ünsiyyətdə olanlar bilir, İsa Qəmbər hər mövzuya intellektual baxışı olan maraqlı həmsöhbətdir, həm də “Yaxşı olacaq!” sözünə özü inanaraq inandırmağı bacaran siyasətçidir. Hər halda onu belə tanıyıram.

İstər axşam dostumuz Sərdar Ağayevin açdığı vətən qoxulu süfrə başında, istər hotelin ağzında bir siqaretlik zaman kəsiyində, istərsə də səhər “Waynes Coffee”nin sarışın gözəlinin dəmlədiyi qəhvəni içəndə xoş ovqata köklənən söhbətlərin içində girəvələyib məni rahat buraxmayan gümanlarımdan da söz salırdım. Vətənin stress dolu həyatından gəlmiş qonağı ağır mövzularla yükləməyin yaxşı iş olmadığını bilsəm də, belə söhbətə ehtiyacım vardı.

Nə idi söhbətin mövzuları? Bir-ikisini deyim, siz də bilin.

Ac qılınca çaparsa?.. Çoxdan proqnozlaşdırılan neft mənşəli iqtisadi böhranın doğurduğu kütləvi yoxsulluq fonunda toxların harınlığı “acların qiyamı”na fürsət yaradır. Bu gün görünən mənzərə budur.

Tanrı vətəni harın toxlara qızan acların qəzəbindən qorusun ”“ dəhşətli sonucları olur belə qəzəbin.

Deyir bir dəfə parad vaxtı hərbi texnikanın keçidindən sonra zəhmətkeşləri nəzərdə tutan Stalin tribunada yanındakılardan birinə belə deyib: “İndi qoyunlar keçəcək”.

Seçicisi qaçqınlar olsa da qaçqınların seçmədiyi bir millət vəkilimiz dolanışıq ucbatından yad ellərə səpələnən adamlara “otxod” deyirsə, daha yüksək postlu dövlət adamlarının ürəyində hansı sözlər var görən!

Ümid Allaha qalarsa?.. Özünə güvəni itirən toplum nicatı kənar qüvvədə axtarır. Aclıq və səfalət dini fanatizmin çiçəklənmə mənbəyidir.

Rifah cəmiyyətlərində din ibrətamiz söz məcmusundan başqa bir şey deyil. Bir araşdırmada oxumuşdum ki, İsveç əhalisinin 35 faizi ateistdir. Öz kor-koranə müşahidəmlə isə görürəm ki, bu ölkədə aqnostiklər, yəni dinə şübhəylə yanaşanlar lap çoxdur.

Dində vətəndaş olmur!

Bizdə iqtisadi çöküşlə mənəvi aşınma fonunda dini xurafatın çiçəyi çırtlayıb.

İstanbulun gecə barında terror qurbanı xanım soydaşımızın ölümünə sosial şəbəkələrdə sərgilənən münasibət yalançı namus-qeyrət təəssübkeşliyi kimi ötəri bir hal deyil, dini radikal fikirlərin şüurlara total təsirinin parlaq nümayişidir. Bu, tək sosial şəbəkələrdə yox, elə küçə-bazarda, yol-rizdə, evlərdə də edilən söhbətdir, şübhəniz olmasın.

Görün bir vaxtlar sekulyar, tolerant olmuş Azərbaycan toplumu indi hansı durumdadır!

Regionda başlamış qlobal yüklü olaylar dövlətçiliyimizə təhdid deyilmi?.. Rusiyanın Putinləşdiyi, Türkiyənin Ərdoğanlaşdığı, Amerikanın Tramplaşdığı, Avropanın “Brexit”ləşdiyi zamanda Azərbaycanın öz milli sekulyar zəka kəsimindən savayı bir ümid yeri varmı? Toplumda “sekulyar zəka”nın çəkisi nə qədərdir? Bu çəki dünyanın indiki iqtisadi-siyasi-mənəvi çalxalanmasından Azərbaycanı salamat çıxarmağa yetərlidirmi?

Hələ nə qədər başqa söhbətlər vardı. Mövzuların üstündən çaparaq keçdik. İsa bəyin hər mövzuya optimist baxışı beynimin pessimist dumanını dağıtmağa cəhdlər idi. Onun söylədiklərini bura yazmıram, əvəzində jurnalist dostlara ipucu verirəm, onunla bu mövzularda maraqlı müsahibə edə bilərlər.

***

Qayıdanbaş maşının güzgüsündə gördüm ki, üzümdə qəribə bir hal var ”“ bir suyu optimist təbəssümə oxşayırdı. Bilirsiniz, maşında güzgü geridə qalan yolu ömrün yaşanmış illəri kimi göstərir, amma sən qabağa baxırsan. Mən də qabağa baxırdım, qarşıda isə səhər günəşinin şəfəqləri yerdən çıxırmış kimi düz gözümə girirdi. Sanki içimin pessimist buzunu əritmək istəyirdi.

“Sizdə bu qədər optimizmin qaynağı haradır, İsa bəy?”

“Mənbəyi birdir, elə sizin pessimistliyiniz başlayan yerdir!”

Onun dünyamıza ümid dolu baxışları xoşuma gəldi. Şaxtanı isitməyə can atan qış günəşinə bənzəsə də”¦

Vahid Qazi

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]