Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yuxarılarda eşidilməyən hıçqırıq...

Yuxarılarda eşidilməyən hıçqırıq...
Bölmə :
Reportaj
Yayım tarixi :
18/6/2012 [12:57]
Baxılıb :
991 dəfə
“Üzü dönsün görüm o ağuya dönmüş çörəyin, Yaxşı möhtac elədi...”

“Mənim oğlum cəbhədə sizləri qoruyur, ay vicdansızlar, sizsə mənim anamdan əmdiyimi burnumdan gətirirsiniz. Elə bil Vətəni qoruyan əsgər anası yox, düşmənəm. Necə ürəyiniz gəlir məni söyüb təhqir etməyə?”.
Qəfil duyduğumuz bu qışqırıqdan tükümüz ürpənir. Bir anlığa nə baş verdiyini ayırd etməyə çalışırıq. Səs tam redaksiyamızın qarşısından gəlir. Tələsik bayıra çıxırıq. Biz çıxanadək önümüzdən ağ rəngli, 90- ... -888 (seriyanı tam görə bilmirik) dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil şütüyüb keçir. Yan tərəfdən içərisindəkiləri ötəri görürük - iri bədənli, saçları ağarmağa başlamış, 50-55 yaşlarında iki kişi. Birinin əynində dövlət işçisinə məxsus uniforma var. Avtomobilin ardınca isə orta yaşlı, gözünəmli bir qadın söylənir.
Qadını tanıyırıq, üzbəüzdə (Mirəli Seyidov 53) yerləşən, üzərinə “Məktəb və ofis ləvazimatları” yazılmış, içərisində isə digər xırdavat məhsullarının satıldığı dükanda çalışır. Hicabından və davranışlarından ibadət əhli olduğu hiss olunur. Və məsələni öyrənmək üçün, özünü Nərminə Məmmədova kimi təqdim edən qadının ardınca dükana keçirik.
- Nolub, bibi?
- Nə olacaq, Allah bunların bəlasını versin. Artıq əllərindən başımızı hara soxaq, bilmirik.
- Kimdir ki, onlar?
- Qarınlarının yekəliyini, altlarındakı maşını görmürsən? Vergidən gəliblər.
- ... (Barmağımızı dişləyirik -müəl.)
- Bilirsən mənə nələr dedilər? Vallah, utandığımdan qızardım. Axırda hay-haraya siz çıxdınız deyə çıxıb getdilər. Hələ gedəndə “görün sizin başınıza nə oyun açacağıq” deyib barmaq da silkələdilər. Buraların da, mənim də şəklimi çəkdilər. Az qalırdılar mən qadın xeylağını təpiyin altına salıb döysünlər.
- Axı nə istəyirlər, nələr dedilər?
- Dərd-sərləri puldur, başqa nə istəyəcəklər... Deyir ki, bizə dəxli yoxdur, acsınız-yalavacsınız, qazanırsınız-qazanmırsınız, pulumuzu verin. Deyirəm, vallah-billah kasıbçılıqdır, alver üçün camaatda pul yoxdur, arendanı və boğazımızı güclə çıxarırıq. Mənə nə desə, yaxşıdır?
- Nə?
- Deyir, baş-gözünü də sarımısan, yəqin Dubaya da gedib-gəlirsən. Ay Allah sizə qənim olsun, adam da mən yaşda, abırda qadına belə söz deyər? Ardınca da üstümə qışqıra-qışqıra hədələməyə başladılar məni. Bu vaxt qardaşım özünü yetirdi ki, sizdən şikayət edəcəm, dedilər, hara istəyirsiniz, şikayət edin.
- Bayaq onların arxasınca “oğlum cəbhədə sizi qoruyur” deyirdiniz...
- Hə elədir. Gözümün ağı-qarası bir övladım var (Elçin İbadlı), o da Ağdamda, Əhmədağalı kəndində cəbhə bölgəsində xidmət edir. Axırıncı atışma onların “çastında” olmuşdu. Balam günlərlə ölümlə əlləşdi, sinəsini güllələrin qabağına verdi, Allaha min şükür salamatdır. Ancaq bu vicdansızlar kasıb bir əsgər anasına dünyanın zülmünü çəkdirirlər.
- Nə qədər pul istəyirlər ki?
- Konkret heç nə demirlər, amma danışıqlarından hiss olunur ki, az-mazla qane olası deyillər. Lap az olsun, axı niyə verməliyəm? Hardan alım əlavə pulu? Burda satıçı işləyib 150 manat alıram, dükandakı malların da 3 sahibi var. Oğlumun əsgərlikdəki ehtiyaclarınımı ödəyim, öz boğazımımı saxlayım, yoxsa bu yekəqarınların ciblərinimi doldurum? Onlar havayı, haram pul qazanıb, gövdələrini yekəldəcəklər, biz fəqirlər də onlar üçün işləyəcəyik? Dünyanı insana zindan ediblər artıq.
- Hər dəfə eyni adamlar gəlir?
- Yox əşşi! Ona da yanıram ki, bu qədər vergi işçisi olar? Gözümüzü açmağa macal tapmırıq, iki gündən bir biri gəlir ki, pul ver! İndi bunlar da təzələrdir.
- Ailənizin başqa çörəkpulu gətirəni yoxdur?
- Yox! Əsgərliyə getməzdən əvvəl oğlum “Çudo Peçka”da işləyib evə kömək edirdi. İndi təkbaşıma qalmışam. Həyat yoldaşım da 17 il əvvəl pul qazanmaq adıyla Rusiyaya getdi, amma o gedən bu gedən oldu. Ondan bu yana nə xəbər var, nə ətər.
- Bəs, heç maraqlanmadınız ki, sağ-salamatdırmı?
- Çox maraqlandıq xeyri olmadı. İndi də “Səni axtarıram”a müraciət emişik.
- Nə demək olar, Sizi başa düşməyə çalışırıq...
- Sağ ol, amma gərək yuxarıdakılar da başa düşməyə çalışsınlar. Burdan lap yuxarıda oturanlara üzümü tuturam - canımızı bu yezidlərin əlindən qurtarın!
Bir əsgər anasının dərdinə çarə tapa bilmədiyimizdənmi, bizimlə danışarkən yanaqlarına süzülən acı göz yaşlarındanmı, yoxsa cəmiyyətimizin üzqızardan gedişatındanmı - bilmirik, onu bilirik ki, redaksiyaya dönərkən, utancdan üzümüz qızarmışdı...

Tural TALEHOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]