Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Yoldaşımın həlak olduğu təsdiqlənsəydi...”

“Yoldaşımın həlak olduğu təsdiqlənsəydi...”
Bölmə :
KİVDF
Yayım tarixi :
6/4/2013 [12:46]
Baxılıb :
1146 dəfə
Şəhid ailəsi sığorta pulu almaq üçün məhkəmənin qətnamə çıxaracağı ümidi ilə yaşaylr
Elmira Gülbabayeva: “Qanun bizim tərəfimizdədir, qalır məhkəmənin lazımi qərar verməsi”

Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə dövlət tərəfindən sığorta pulu verilir. İtkin düşən hərbi qulluqçuya sığorta pulunun verilməsi üçün qanuna müvafiq surətdə itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsi olmalıdır.

1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarmızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşüb. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb.

1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri döyüş əməliyyatlarında itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçular məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin oldüyü gün hesab olunur.

Sığortadan məhrum olan ailə

Döyüş əməliyyatları zamanı ailə üzvünü itirən şəxslərdən biri də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 3, mənzil 52 ünvanında yaşayan Gülbabayeva Elmira Pirməd qızıdır. O, hərbi qulluqçunun varisi kimi sığorta pulunu almaq üçün Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Ərizəçinin nümayəndəsi “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin hüquqşünası Telman    Əbilovdur. Məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş  elan edilməsi” barəsində olan 32-ci fəslinin tələblərinə əsasən xüsusi icraat üzrə müraciət olunub. 

Elmira Gülbabayeva ərizəsində bildirir ki, həyat yoldaşı Gülbabayev Əlyar Balbaba oğlu 1993-ci ildə Bakı şəhəri  Qaradağ Rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb: “1994-cü ilin may ayının əvvəllərində Ağdərə rayonunun müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşüb. Müvafiq dövlət orqanları ilə birgə aparılan axtarışlar nəticəsində həyat yoldaşım Gülbabayev Əlyar Balbaba oğlunun dirisi və ölüsü barəsində heç bir məlumat əldə olumadığı üçün həlak olması barəsində 46 saylı, 2 iyun 1994-ci il tarixli ölüm haqqında şəhadətnamə də verilib”.  

Şikayətçi xidmət zamanı itkin düşən həyat yoldaşının ölümü barəsində verilən həmin ölüm haqqında şəhadətnaməyə əsasən şəhid ailəsi statusu alaraq, şəhid ailəsinə verilən müəyyən güzəştlərdən istifadə etsə də, itkin düşən əri barəsində müvafiq məhkəmə qətnaməsinin olmaması ucbatından bəzi imtiyazlardan məhrum olunub: “Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə əsasən hərbi xidmətə cağırılan hər bir hərbi qulluqçu dövlət tərəfindən məcburi qaydada sığorta olunur və həlak olanda onun varisinə sığorta məbləğinin 100 faizi miqdarında pul verilir. Həlak olan hərbi qulluqçunun varisi kimi mən, yəni Gülbabayeva Elmira Pirməd qızı hələ də, həmin sığorta pulunu ala biləmişəm. Səbəbini də onunla izah edirlər ki, itkin düşən hərbi qulluqçuya sığorta pulunun verilməsi üçün qanuna müvafiq surətdə itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsi olmalıdır. Hərbi əməliyyatlar zamanı itkin düşən hərbi qulluqçuların olmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin vacibliyi müvafiq normativ hüquqi aktlarla da təsbit olunmuşdur. Bundan əlavə, son illərdə Qarabağ münaqişəsi zamanı şəhid olanların ailə üzvlərinə qanuna müvafiq surətdə şəhid adının verilməsinin qanuniliyi və bu adlardan saxtakarlıq yolu ilə istifadə edənlərin qarşısını almaq üçün bütün şəhid ailələrinin sənədlərinin qanuniliyi yoxlanılmışdır. Şəhid ailəsi olaraq mənə də sənədlərin sahmana salınması və itkin düşən həyat yoldaşımın ölmüş elan edilməsi barəsində qanuna müvafiq surətdə məhkəmə qətnaməsinin verilməsinin təmin etilməsi tövsiyə olunmuşdur”.

E.Gülbabayevanın sözlərinə görə, bütün bu tələbləri yerinə yetirmək üçün şəhid ailəsi aidiyyəti üzrə qeydiyyatda olduğu rayonun Məhkəməsinə müraciət etməlidir: “Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər”.

İtkini düşdüyü vaxtdan 16 il keçir... 

Ərizəçinin nümayəndəsi “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin hüquqşünası Telman Əbilov deyir ki, həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, “Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə  qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab olunur”. Onun sözlərinə görə, Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan elan edilməsi haqqında ərizə ərəzəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 

“Həmin məcəllənin 313-cü maddəsində isə göstərilir ki, hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barəsində ərizədə hərbi əməliyyatların qurtardığı vaxt göstərilməlidir. Bununla əlaqədar onu bildirirəm ki, Qarabağ Müharibəsi hələ qurtarmasa da,  Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında 1994-cü ilin may ayının 12-də cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barəsində (atəşkəsin elan olunması barəsində) Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində  “Bişkek razılaşması” imzalanmışdır. Həmin vaxtdan sonra da cəbhə xəttində atəşkəsin pozulması halları davam etsə də, həmin tarix hərbi əməliyyatların qurtardığı tarix hesab olunur. Müvafiq qanunvericilikdə döyüş əməliyyatlarında itkin düşən hərbi qulluqçuların ölmüş elan edilməsi üçün müddət, döyüş əməliyyatlarının dayandırılmasından sonra  2 ilin keçməsi nəzərdə tutulmuşdur. Lakin göründüyü kimi, hərbi qulluqçu Gülbabayev Əlyar Balbaba oğlunun itkini düşdüyü vaxtdan 16 ilə yaxın vaxt keçmişdir”, -deyə Telman Əbilov bildirdi.

Gecikən məhkəmə qətnaməsi
 
Hüquqşünasın sözlərinə görə, bütün yuxarıda göstərilənlər təsdiq edir ki, xeyli vaxt keçməsinə baxmayaraq Gülbabyeva Elmira Pirməd qızının hərbi əməliyyatlar zamanı itkin düşən həyat yoldaşı Gülbabyev Əlyar Balbaba oğlunun ölmüş elan edilməsi barəsində indiyə qədər məhkəmə qətnaməsi veriləyib. Həmin məhkəmə qətnaməsinin olmaması Gülbabayeva Elmira Pirməd qızının şəhid ailəsi olmasını şübhə altında saxlamaqla bərabər, həm də onu həlak olan hərbi qulluqçunun varisi kimi bəzi imtiyazlardan da məhrum edib. 

“Belə ki, yuxarıda göstərdiyim kimi “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən hərbi xidmətə çağırılan və hərbi xidmətə könüllü daxil olan hər bir hərbi qulluqçu xidmətə çağırıldığı vaxtdan  məcburu qaydada dövlət büdcəsi hesabına sığorta edilir. Hərbi xidmət zamanı həlak olan və itkin düşərək məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçulara həmin sığorta məbləği qanuna müvafiq surətdə ailə üzvlərinə verilməlidir. İtkin düşən hərbi qulluqçulara sığortanın verilməsi üçün, itkin düşən hərbi qulluqçunun məhkəmə qaydasında ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin olması vacibdir. Çünki ölüm haqqında verilən şəhadətnamədə baş verən ölüm hadisəsi barəsində aparılan qeydlərin əsası göstərilməlidir. Həmin əsas da cəsədi dəfn olunan şəxs üçün həkim rəyi, cəsədi tapılmayan şəxs üçün isə müvafiq məhkəmə qətnaməsidir. Qanunun tələblərinə əsasən məhkəmə qətnaməsi olmadan verilən ölüm haqqında şəhadətnamə də hüquqi müstəvidə qanunsuzdur”, -deyə hüquqşünas qeyd etdi.

T.Əbilov bütün bunları nəzərə alaraq məhkəmədən xahiş edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2 və 41.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 312 və 313 maddələrinin tələblərinə əsasən, 1994-cü ilin may ayının əvvəllərində Ağdərə rayonu uğrunda aparılan hərbi əməliyyatlar zamanı itkin düşərək həlak olması ehtimal olunan hərbi qulluqçu Gülbabayev Əlyar Balbaba oğlunun ölmüş elan olunması və  məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günün  itkin düşənin ölmüş günü hesab edilməsi barəsində qətnamə çıxarılsın.
 
Şəhid ailələrinə sığorta pulu ödənilməsi barədə məhkəmə qətnaməsi təcrübəsi var

Müsahibimiz deyir ki, dünyanın əksər ölkələrində hərbi qulluqçuların sığorta məsələsi aktual mövzulardan hesab olunur: “Xarici ordularda hərbi qulluqçular xidmətə başlamazdan əvvəl sığorta müqaviləsi bağlayırlar. Əgər onların başına bədbəxt hadisə gəlsə, yaxud həlak olsalar, həmin sığorta pulu ailələrinə verilir. Türkiyədə bu sahədə daha ciddi işlər görülüb. Qardaş ölkədə əsgərlər hərbi xidmətə gələndə özlərinə qarşı baş verə biləcək təhlükə zamanı daxili orqanlarının bağışlanma məsələsindən də ağah edilirlər. Onlar təqdim olunan sənədlərə öləcəkləri halda orqanlarının kimlərəsə bağışlanıb-bağışlanmamasına dair sənədə ya "hə", ya da "yox" cavabını yazılı qeyd edirlər. Onlar həm də sığorta müqaviləsi bağlayırlar. Əslində, hər iki qanun onları sığorta edir, həm də baş verə biləcək hüquq pozuntularının qarşısını almağa kömək edir”.

Onun sözlərinə görə, Azərbaycanda da "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun mövcuddur: “Qanuna əsasən, hansısa hərbi qulluqçu xidmət dövründə həlak olarsa, ya da xəsarət alarsa, bədəninin bir üzvünü itirərsə, onun ailəsinə kompensasiya ödənilir. Sığorta pulunun alınması məsələsində tələb olunan sənədlər verildikdə, məbləğin tam şəkildə ödənilməsi baş tutur”. 

Hüquqşünasın sözlərinə görə, əməliyyatlar zamanı itkin düşən və məhkəmə qaydasında ölmüş elan olunan şəhid ailələrinə sığorta pulu ödənilməsi barədə məhkəmə qətnaməsi təcrübəsi var: “Dəfələrlə məhkəmə qətnamələrini almışıq. Hazırda Azərbaycanda hərbi qulluqçuların sığortasının qiyməti 11 min manatdır. 2007-ci ilə kimi 1100 manat olub”. 

Qeyd edək ki, Dövlət Kommersiya Sığorta Şirkəti də dəfələrlə əməliyyatlar zamanı itkin düşən və məhkəmə qaydasında ölmüş elan olunan şəhid ailələrinə sığorta pulu ödənilməsi barədə çıxarılmış məhkəmə qətnaməsini həyata keçirib. Şikayətçi ümidvardır ki, onun məsələsi tezliklə həllini tapacaq.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]