Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bizə 900 milyon investisiya lazımdır

Bizə 900 milyon investisiya lazımdır
Bölmə :
Araşdırma
Yayım tarixi :
27/12/2016 [22:25]
Baxılıb :
749 dəfə
Uyğun qiymətə mənzillərin əlçatanlığına risklər açıqlandı
Vəsait çatışmazlığı, tenderlərin qeyri-şəffaflığı, miqrasiya əngəl ola bilər

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi-nin detalları ictimailləşdirilib. 

Bizimyol.info Strateji Yol Xəritəsinin konturlarını araşdırıb. Sənədə görə, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi mənzil fondunun inkişafı məqsədilə uyğun qiymətə mənzil təminatı layihələri hazırlayacaq və mənzil bazarının səmərəli fəaliyyətinə şərait yaradan əsas mexanizmlərin formalaşdırılması və həyata keçirilməsini təşkil edəcək. Bunlara dövlət dəstəyi, layihə resurslarının birləşdirilməsi, özəl sektor tərəfdaşlarının iştirakı və ipoteka bazarının səmərəliliyinin təmin edilməsi aiddir. Agentliyin tabeliyində olan “MİDA” MMC tikinti layihələrində sifarişçi qismində çıxış edərək, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə yaradılıb. 

Mənzil tikintisi ÜDM-ni 240 milyon artıra bilər

2020-ci ilədək strateji baxışda ölkədə mənzil ehtiyacının ödənilməsi və bu məqsədlə yaşayış binalarının və müvafiq sosial infrastrukturun (məktəb, xəstəxana və s.) tikilməsində Agentliyin mövqeyinin gücləndirilməsi, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışda şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması, sonrakı dövr üçün hədəf baxışda isə rayonlarda da uyğun qiymətə mənzil sektorunun davamlı inkişafı ilə bağlı çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur. Bu məqsədlə, 2020-ci ilədək olan dövr üçün uyğun qiymətə mənzil təminatı sahəsində strateji hədəflər müəyyən edilib. 

Hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 milyon və dolayı 81 milyon manat olmaqla ümumilikdə 240 milyon manat artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Hədəfin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına investisiya qoyuluşu tələb edir. Aparılan hesablamalara görə, 2020-ci ilin sonunadək uyğun qiymətə mənzil təminatı layihələri üçün tələb edilən investisiyanın məbləğinin 900 milyon manata yaxın olacağı proqnozlaşdırılır.

Türkiyədə şirkətlər ƏDV-də güzəştlidir, torpaq vergisindən azaddır

“Uyğun qiymət” anlayışı dünyanın müxtəlif ölkələrinin təcrübələrində fərqli şəkildə izah edilir. Lakin mənzilin alınması üçün çəkilən xərcin ailənin gəlirinin 40-50 faizindən çox olmaması əksər ölkələrdə qəbul olunmuş standartdır. Aparılan hesablamalara görə, bu gün dünyanın inkişaf etməkdə olan, eləcə də inkişaf etmiş ölkələrində təxminən 330 milyon ailə uyğun qiymətə keyfiyyətli mənzil almaq problemi ilə üz-üzədir və bu göstərici getdikcə artır. Beynəlxalq təcrübədə mənzil xərclərinin azaldılması və əhalinin standartlara cavab verən mənzillərə ehtiyacının ödənilməsi üçün əsasən dörd istiqamətə diqqət yetirilir: uyğun qiymətə mənzillərin tikintisi üçün əlverişli torpaq sahələrinin müəyyənləşdirilib ayrılması; mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi ilə bağlı dövlət dəstəyi mexanizmlərinin tətbiq edilməsi; tikinti prosesində səmərəliliyin təmin edilməsi; maliyyələşdirmə mexanizmlərinin və benefisiarların seçilməsi.

Torpaq xərcləri mənzil xərcinin əhəmiyyətli hissəsini təşkil etdiyindən, həmçinin, mənzilin yerləşdiyi ərazi mənzilin keyfiyyətinə və sakinlərin yaşayış səviyyəsinə ən çox təsir edən faktorlardandır. Türkiyədə uyğun qiymətə mənzil təklif edən müvafiq qurum - TOKİ dövlətdən əldə etdiyi və ya əvəzləşdirdiyi torpaqlardan özəl podratçılarla birlikdə uyğun qiymətə mənzillərin inşası üçün istifadə edir. Bu zaman TOKİ həm ƏDV güzəştlərindən faydalanır, həm də torpaq vergisindən azad edilir. Bələdiyyələr uyğun qiymətə mənzil təminatı agentliklərini müvafiq torpaq sahələri ilə təmin edib. TOKİ belə torpaq sahələrindən birbaşa istifadə edərək əhalisi 40 mindən artıq olan şəhərlərdə, portfeli doldurduqdan sonra isə əhalisi 40 mindən az olan şəhərlərdə mənzil təminatı layihələri həyata keçirib. Dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə gəldikdə, dövlət belə torpaq sahələrini mənzil-tikinti layihələri üçün saxlayır və ya mənzil təminatı agentliyinə həmin torpaq sahələrində mənzil tikmək səlahiyyəti verilir. TOKİ-yə dövlət mülkiyyətində olan boş torpaq sahələrini seçmək səlahiyyəti verilib. Çin dövləti öz mülkiyyətində olan torpaq sahələrində ev tikmək hüququnu 70 illik icarə əsasında satmaqla, bu məqsədi həyata keçirib. 

Qonşularımızda ucuzluğa səbəb xərclərin aşağı olmasıdır

Azərbaycanda dövlət mülkiyyətində olan boş torpaq sahələrindən istifadə etməklə uyğun qiymətə mənzil təminatı layihələri çərçivəsində həyata keçirilən mənzil tikintisinin xərclərinə qənaət etmək mümkün olacaq. Bu model digər ölkələrdə müsbət nəticə verib. Türkiyədə mənzilin orta bazar qiyməti bir kv/m üçün 620 dollardır, lakin uyğun qiymətə mənzil təminatı layihəsi çərçivəsində tikilmiş mənzillərin qiyməti daha aşağı, yəni bir kv/m-ə görə təxminən 420 dollar təşkil edir. Ucuzluğun səbəbi torpaq və tikinti xərclərinin aşağı olmasıdır.

Böyük Britaniyada təmirlə bağlı ev sahiblərinə həvəsləndirmələr və yardımlar verilir. Benefisiarların mənzil xərclərinin azaldılmasının digər yolu ipoteka kreditləri təklif edən kredit təşkilatlarının maliyyə qaynaqlarına çıxış imkanlarının genişləndirilməsidir. Malayziyada milli ipoteka təşkilatı digər kredit təşkilatlarına tətbiq edilən bir sıra qaydalardan və məhdudiyyətlərdən azad edilib. Nəticədə, bu təşkilat aşağı faizlə ipoteka krediti təklif edə bilir. ABŞ və Böyük Britaniyada mənzil xərclərinin azaldılması məqsədilə uyğun qiymətə mənzil tikintisi layihələrində iştirak edən şirkətlərə aşağıfaizli kreditlər və vergi güzəştləri tətbiq etməklə, mənzil qiymətlərinin daha da aşağı salınması hədəflənir. Uyğun qiymətə mənzillərin satışından əlavə, Niderland Krallığı və ABŞ-da müəyyən meyarlara cavab verən şəxslər üçün kirayə mənzil imkanı da təklif olunur və onlara kirayə haqqının ödənilməsində dövlət tərəfindən yardım edilir. Türkiyədə isə benefisiarlar müəyyən edilmiş müddətdə kirayə haqqı ödədikdən sonra mənzilin sahibinə çevrilirlər.

Məvacibi 1100 manatdan çox olanlar ipoteka krediti alır

Sənəd yazanlara görə, ölkədə ipoteka krediti alan şəxslərin gəlirlərini bölüşdürdükdə belə nəticəyə gəlmək olar ki, belə kreditləri alan ortagəlirli sakinlərin sayı azdır. Faktiki olaraq, ipoteka krediti alan şəxslərin 8 faizinin aylıq məvacibi 500 manatdan aşağıdır. İpoteka krediti alanlar arasında ən böyük qrup isə aylıq məvacibi 1100 manatdan yuxarı olanlardır. Bakı şəhərində verilmiş ipoteka kreditinin maksimum məbləği 50 min manat, bölgələrdə bu rəqəm 27 min manat təşkil edib. Güzəştli ipoteka kreditlərinin 78 faizi hərbi qulluqçulara verilib. Odur ki, ipoteka şərtlərində də liberallaşma zəruridir. 
Aparılan hesablamalara əsasən, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Agentliyin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq. 

Hər il 10 mindən artıq mənzilə tələbat ödənmir

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə 16237 mənzil istifadəyə verilib. Bu o deməkdir ki, illik tələbat 30 min mənzil olduğu halda 10 mindən artıq mənzilə olan tələbat ödənilmir. 5 il ərzində müəyyən sayda mənzil tikintisini öz üzərinə götürən (məsələn, 500-dən çox mənzil) mənzil-tikinti şirkətlərinə, eləcə də uyğun qiymətə mənzil alan şəxslərə ”AİF” ASC və Sahibkarlığa Kömək Milli Fondu kimi yerli qurumlar və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə maliyyə və kredit dəstəyi veriləcək. “MİDA” mənzillərin tikintisində tərəfdaş kimi yerli və beynəlxalq tikinti şirkətlərinin xidmətlərindən yararlanacaq. Son illərdə tikinti işlərinin həcmi uyğun qiymətə mənzil təminatı layihələrinə namizəd olan yerli tikinti şirkətlərinin imkanları paralel olaraq artır. 2005-ci ildə tikinti işlərinin həcmi 1,6 milyard manat təşkil edib. 2015-ci ildə isə bu rəqəm artaraq 7,3 milyard manat olub və bunun 60 faizi yerli özəl podratçıların payına düşüb.

Xəritəni reallaşdırmağa “bir balaca” problem var

Uyğun qiymətə mənzil təminatı layihələrinin reallaşdırılması məqsədilə ayrılan büdcə vəsaitlərinin kifayət qədər olmaması əsas risklərdən biri hesab edilir. Belə ki, büdcə planlamasının tikinti sektorunda və ya əsas materiallar bazarında gedən dəyişikliklər nəzərə alınmadan aparılması layihələrin icrası zamanı maliyyə çatışmazlığı problemi yarada bilər. Bölgələrdə mənzil tikintisinin həcminin baş verməkdə olan demoqrafik dəyişikliklər nəzərə alınmadan planlanması mənzillərə olan tələblə təklif arasında uyğunsuzluğa gətirib çıxara bilər. Əhalinin təbii artım sürəti və ölkədaxili miqrasiya demoqrafik dəyişikliklərin ölçülməsi zamanı nəzərə alınmalı olan əsas faktorlardandır. Bölgələrdə potensial və mövcud təsərrüfat artımı, yeni iş yerlərinin açılması ölkədaxili miqrasiyaya təsir edir. Bu baxımdan mənzil tikintisində əhəmiyyətli artım iri şəhərlərdə gözlənilən təsərrüfat artımı ilə uzlaşdırılmalıdır.

Tenderlərin keçirilməsi zamanı şəffaflığın təmin edilməsi uyğun qiymətə mənzil təminatı proqramlarının qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmasını şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan, mövcud layihələrin reallaşdırılması məqsədilə özəl sektor tərəfdaşlarının seçilməsi prosesinin elektron qaydada təşkil edilməsi daha məqsədəuyğundur. Mənzillərin inşası ilə əlaqədar qabaqcadan müəyyənləşdirilmiş keyfiyyət standartlarına riayət edilməsi olduqca vacibdir. Belə ki, xüsusilə xərclərin optimallaşdırılması zamanı və tikinti normaları müəyyən edilərkən, keyfiyyət standartlarının pozulması hallarının baş verməməsinə diqqət yetirilməlidir.

Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün tələb olunan 900 milyon investisiya dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondu və digər dövlət kredit və investisiya təşkilatlarının vəsaitləri, yerli büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, xarici investisiyalar, ölkənin bank sisteminin kreditləri, qiymətli kağızlar, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, qrantları, texniki yardımı, “AİF” ASC və vətəndaşların ödədikləri vəsaitlər hesabına maliyyələşdiriləcək. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]