Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Adam herbarisi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
27/12/2016 [18:56]
Baxılıb :
2605 dəfə
Yaxud kuzəyə çığırmaq, sevgilinə güzəştə getmək necə olur?

Botaniklər bitki aləmindən baş açmaq üçün herbari düzəldir. Bir vaxt günəşdə şellənən, küləkdə yellənən, adamların gözünü sevindirən gözəl yarpaqları, budaqları havasız yerdə, qaranlıqda saxlayıb canını alıb qurudur. Yəni günəşini, suyunu, gücünü alıb öldürür, balalarına yarpaqların formasının göstərmək xətrinə qaxaca döndərib “Mən canlı aləmi öyrənirəm” bəhanəsini utanmazcasına səsləndirir. Bitkilər quruca formanı adamlara təslim edəndə etiraz keçirməz. Keçirsə də insan bu incə vibrasiyaları əsla duymaz.

Bəzən bitkini qurudandan sonra da ondan heç nə qalmır. Nazik bir pərdəyə çevrilmiş bitki əl dəyən kimi ovulub gedir. İnsanlarla da elədir. Bəzən ölüb gedəndən sonra iz qalmır onlardan. Müdrik kişilər deyər ki, izin qalsa yaxşıdı, demək həyatının mənası olubmuş. İz qalmaq məsələsində sənət adamlarının şansı daha çoxdur. Səndən sonra bir melodiya, bir sətir, ya bir rəsm, bir fikir qalsın heç olmasa. Zaman keçmiş quruca fotolara baxıb desinlər ki, həyatda varmış belə bir adam...
Bəlkə də həmin səbəbdən rəssam emalatxanalarında çoxlu qədim əşya, bitki herbariləri, insan kəlləsi və s. qəribə əşyalar olur. Bunlar rəsm əsərləri ilə yanyana durub fani dünyanın qaçılmaz qanunlarını insana xatırladır. Yazan, düzəldən, fikir yürüdən, rəsm çəkən - bir sözlə heç nədən nələrsə yarada bilənlər az keçmiş ən yaxşı halda quru formanı qoyub gedəcəklərini çox yaxşı bilir. Sətri həyata gətirən enerji, rəsmi canlandıran istək, fikri formalaşdıran nazik vibrasiyalar bir müddət fəzada dolaşdıqdan sonra müəllifi xatırlayanlarla birgə ardınca nazik bir iz qoyaraq yoxa çıxır. Əlbəttə, bu məqamda “Dəyərmi?!” sualı adamın ürəyini deşir. Dünyanın özü boyda dərdi sürükləməyə,  hər gün içinin astarını geriyə dürtüşdürüb ağrısını çəkə-çəkə adam arasına çıxmağa, emalatxanaya qayıtdıqdan sonra yenidən bütün dünyanı qusub iyrənə-iyrənə içində inci axtarmağa, yem dalınca qaçmağa, özünü təsdiqləməyə, nələrisə göstərməyə, nələrdənsə imtina etməyə, hər gün əzab maskasını geyməyə və gülümsəməyə dəyərmi?! Kim bilir...

Bu sualları təzəlikcə dünyasını dəyişmiş rəssam İsmayıl Məmmədovdan soruşmağa macal tapmadım. Köşə yazılanda cümədir, ruhların azad olduğu bir gündür, çağırıb soruşmaq da olardı. Qırxı hələ çıxmayıb, yerdən hələ qopmuş olmaz. Amma o, sözünü çox deyib, çox çəkib, çox dost qazanıb, sevdikləri və onu sevənlər də çoxdur. Bakıda ziyalı təbəqəsindən olan və evində heç olmasa rəssam İsmayılın bir rəsmi olmayan adam çətin tapıla. Kiməsə qara qələmlə çəkilmiş portret, kiməsə Bakının memarlıq abidələrindən, küçələrindən, dalanlarından, xəritələrindən, kiməsə “rəngli yuxularından” pay düşüb. Əksəriyyəti onu yaxşı tanıdığını düşünür. Bu günlərdə rəssamın Feysbuk səhifəsi anım məkanına çevrilən vaxt orda bir məqalə işardı. 2000-ci illərin əvvəllərində “Bakinskiy raboçiy” qəzetinə verdiyi müsahibədə İsmayıl Məmmədov tamam fərqli, dramatik, deyərdim faciəvi obrazda göründü. 

Müsahibəni rəsssamın emalatxanasında aparmaq qismətini yaşayanlar hamısı məqaləni eyni cür başlayır. Hamı sanki tərpənən cansız əşyalardan, səni kətan üzərindən izləyən baxışlardan, sivişib içinə rahatca girə bilən obrazlardan, palitrada quruyub qalmış amma hələ də dingildəyən rənglərdən - onun məişətinin canlı varlıqlarından yazır. Amma heç kim rəssamın daxılı halını təsvir etməyə cürət etmir. Çünki gülərüzdü. Adı çəkilən müsahibədə İsmayıl Məmmədov deyir ki, “Mən maskada çox oluram, çünki ağrımı başqasına yükləməyi sevmirəm. Bilirəm ki, yükün çoxu sevdiklərimə düşür. Ona görə də hərdən özünü boğub “kuzəyə çığırmaq” lazım gəlir. Belə hala düşəndə mən gecələr emalatxanamda qapanıb qeyri-insani səslə qışqırıram”.

Bu sətirlərdən adamın tükü ürpəşir. Tanınmış, başını qaşımağa vaxtı olmayan, teatrda, müxtəlif layihələrdə çalışan və sevilən rəssam nədən çığıracaq hala gəlsin axı?! Səbəb cəmiyyətin basqısı, ya tənhalıq duyğusu deyil, əskinə, sərf edilməmiş enerji və işdən sonra qalan narazılıq duyğuları idi. İnsan bütün potensialını son damlasına qədər sərf eləməsə çox bədbəxt olur. Gecənin tənhalığında çığırmaq istəyi 90-cı illərin izidir. O vaxtlar hamı bir parça çörək dalıyca qaçarkən yalnız ən zirəkləri, alver işini bacaranlar maddi təminat qazandı. Yerdə qalanı dar günə olan ehtiyatını, hətta gələcəyə ümidlərini də itirdi. Həmin illərdə başlayan “rəngli yuxular” seriyasında rəssam ilk 30 vərəqdə son dərəcə bədbin və ümidsiz olurdu. Sonra rənglər açılmağa, ümidlər işarmağa, gələcək görünməyə başlayırdı. Ona görə də rəssamın emalatxanasında sonsuz sayda monotiplər, yəni eyni kompozisiyanın müxtəlif rəng çalarlarına rast gəlmək olar. Həmin dövrdə o, sanki baron Münxauzen kimi özünü saçından tutub bataqlıqdan çıxara bildi. Ümidsizlik, zülmət, çarəsizlik bir qədər geri çəkildi.  Zaman qaranlığa salmaqla, ümidini kəsməklə yaradıcı insandan “herbari” düzəltmək işini artıq başlamışdı.

Öz dərdini kağıza ötürə bilən adam xoşbəxtdi. Ağrısını rəngə, sözə, zümzüməyə çevirənlərin iz qoymaq şansı var. Amma insan nə qədər böyük olsa da yaradılmışların içində ən zəifi, ən qüsurlusudur. İsmayıl Məmmədovun daha bir xatirəsindən: “Bir dəfə Qaxda olarkən çox səs-küylü bir şəlalənin altından keçirdim. Burda dayanıb emalatxanamda olduğu kimi var gücümlə çığıra bilərdim, heç kim eşitməzdi. Amma mən susdum, çünki təbiətlə qarşıdurmaya girəcək qədər güclü olmadığımı anladım. Mən qayalara çaxılıb səs salan suyun səsinə güzəştə getdim”. İnsan böyük ola bilər, nəhəng də, dünyanı alt-üst çevirəcək qədər qüdrətli də ola bilər. Amma onun yaratdığını, illər uzunu çəkdiklərini, kətana, vərəqə köçürdüklərini bir kibrit çöpündən qopan alov məhv edə bilərsə, sellər yuyub apara, küləklər əlindən alıb dörd tərəfə apara bilərsə, torpaq bütün sevdiklərini canına alıb gübrələnib sonra bir çiçək şəklində sənə qaytara bilərsə özündən razı gəzib dolanmağa haqqı yoxdu. 

İsmayıl Məmmədov şəlalə ilə üzbəüz qaldığı məqamda dərdini, xəstəliyini suya verə bilmədi: “Mən anladım ki, təbiətin qarşısında son dərəcə acizəm və mən indi çığırsam səsim təbii səslənməyəcək. Mən susdum və necə deyərlər, təbiətə güzəştə getdim. Bu, sevdiyin adama güzəştə getməyə bərabər olan bir duyğu idi”.  Ola bilər ruhunu Allaha tapşıranda da rəsmlərini həmvətənlərinə bəxş etmiş rəssam təxminən buna bənzər hissləri keçirirmiş...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]