Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İri müəssisələr investisiya müsabiqəsinə çıxarılır

İri müəssisələr investisiya müsabiqəsinə çıxarılır
Bölmə :
Araşdırma
Yayım tarixi :
26/12/2016 [23:45]
Baxılıb :
770 dəfə
Onların bazar payı yoxdur, borcu çoxdur, qiyməti də bahadır
“Azərbaycan” mehmanxanası, Prezident Aparatı, Aerovağzal, Dəniz Vağzalı, Dərin Özüllər Zavodunu tikən şirkət böyrü üstədir

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iri səhmdar cəmiyyətlərini kütləvi şəkildə investisiya müsabiqəsinə çıxarır. Bizimyol.info xəbər verir ki, ümumilikdə 14 müəssisə təqdim olunub. 


Komitənin web-saytında investisiya müsabiqələri bölümündə indiyədək yerləşdirilən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin adı çıxarılıb, əvəzində adıçəkilən müəssisə də daxil olmaqla digər iri ASC-lərin elanı birlikdə verilib. Xatırladaq ki, “Daşkəsən Filizsaflaşdırma” üzrə investisiya müsabiqəsi oktyabr ayından elan edilib, ölkənin metallurgiya nəhənginin 1 milyard manat qiymətləndirildiyi deyilir. Hətta metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə elan olunan tenderin qalibi də müəyyənləşib. Bu, “KPMG Azerbaijan Limited” şirkətidir. Amma ASC-nin 600 milyon dollarlıq investisiya öhdəliyi, 16,6 milyon borcu və əlavə ödənişləri də nəzərdə tutulub. Bununla belə istifadəyə yararlı texnologiya və avadanlığı yoxdur. Odur ki, indiyə qədər satılmaması təəccüblü deyil. 

İnvestisiya müsabiqəsinə çıxarılanlar siyahısında “Bakı Elektroavtomat”, “Daşkəsən Filizsaflaşdırma”, “Mingəçevir Şüşə Lifi”, “Mingəçevir Texniki Rezin”, “Mingəçevir Regenerat”, “Ceyranbatan Dəmir Beton”, “Bakı Dəzgahqayırma”, “Sumqayıt Superfosfat”, “Azərenerjitikintiquraşdırma”, “Azərnəqliyyatyoltikinti”, “Gəncə Mənzil Tikinti”, “Muğansutikinti”, “Sumqayıt Tikinti Xidmət”, “Oğuz Şərab” açıq səhmdar cəmiyyətləri yer alıb. “Bakı Elektroavtomat”ı “ayağa qaldışərmağ”a 5 milyon lazımdır Paytaxtda yerləşən bəzi maraqlı müəssisələrə dair məlumatları oxucularla paylaşırıq. Belə ki, 1961-ci ildə istismara verilən Binə qəsəbəsindəki Bakı Elektroavtomat zavodu 1990-cı ildən 2002-ci ilə kimi fəaliyyətini dayandırıb, 2003-cü ildən isə işini qismən bərpa edib. 2001-ci ildə onun bazasında “Bakı Elektroavtomat” ASC yaradılıb. 

Müəssisənin fəaliyyət sahəsi 20 adda müxtəlif elektrik avadanlıqlarının istehsalı və satışıdır. Müəssisədə ildə 4-5 min ədəd müxtəlif çeşidli elektrik avadanlıqları istehsal edilib. Nizamnamə kapitalı 1 255 478 manat, buraxılmış səhmlərin sayı 627 739, satılmış səhm zərfinin həcmi 4 143 (0,66 %), hazırda satılan səhm zərfinin həcmi 623 596 ədəddir (99,34%). Xarici investorlar torpaq sahəsini yalnız icarəyə götürə bilərlər. Bu qadağa bütün müəssisələr üçün mövcuddur. Istehsal üçün əsas xammal daxili bazardan alınır. Müəssisənin son maliyyə ilinin nəticələrinə görə gəliri 116 917 manat, zərəri 44 826 manat, kreditor borcları 893 334 manat təşkil edib. İşçilərin sayı ştat üzrmüəsə 54 olub. Müəssisənin torpaq sahəsi 9.32 ha, tikilialtı sahəsi 3.77 ha-dır. İllər əvvəl cəmi 4 143 səhmin hansı şəraitdə və nə məqsədlə satıldığı bəlli deyil. İndiki səhm zərfi nominal qiymətinə satılsa 1 247 192 manata təklif olunacaq. 1 milyona yaxın da kreditor borcu və zərəri var. 

İstehsal sahəsinin sağlamlaşdırılması üçün elektrik presslərinin və qəliblərinin bir hissəsi təmir edilərək işə buraxılıb. Plastik kütlələrin emalı sahəsinin avadanlıqları enerji tutumlu və köhnə olduğundan yeniləşdirilməsi tələb olunur. Digər əsas istehsal sahəsi elektrik avadanlıqlarının yığılması, keyfiyyət xarakteristikasının yoxlanması, standartlara uyğun işlərin görülməsidir. Bu sahənin də avadanlıqlarının yenilənməsinə ehtiyac var. 

Vaxtilə müəssisə ölkənin ən iri şirkətləri olan SOCAR və “Azərişıq” ASC üçün sifarişlər yerinə yetirib və güman edilir ki, bu bazarı qismən də olsa qaytarmaq imkanı mövcuddur. 1,5 milyon dollara yaxın investisiyanın yatırılacağı təqdirdə müəssisə fəaliyyətini genişləndirmək imkanlarına malik olacaq. Bugünkü məzənnə ilə 2 643 300 manat. Müəssisənin elə 5 milyon qiyməti “üstündədir”. Amma “Daşkəsən Filizsaflaşdırma”nın dəyərinə baxılsa, bu müəssisəyə də yüksək qiymət qoyulacaq. İstehsal etdiyi məhsullara tələbat hazırda ölkə xaricindən, MDB dövlətləri, Avropa və Asiya ölkələrindən külli miqdarda idxal olunan elektrik hissələri hesabına ödənilir. Bu isə daxildə istehsal olunan məhsulların maya dəyərinə təsir edərək qiymətlərin artmasına zəmin yaradır və istehsalda maya dəyərinin 70-75 faizini təşkil edir. Müəssisə daxili bazarın təqribən 5-10 %-nə malik olub. İstehsal edilən elektrik avadanlıqlarının 90 faizi ölkə daxilində əsasən tikinti, energetika, neft, qaz və rabitə sənayesində, 10 faizi isə MDB dövlətlərinə ixrac olunub. Müəssisənin daxili bazarda əsas rəqibi “Bakelektro” ASC-dir. Hazırda bazarın 75%-ə qədəri bu cəmiyyətə məxsusdur. Bununla yanaşı bazarda xaricdən (Çin, Türkiyə, Almaniya, İtaliya) idxal olunan məhsullar da var ki, onların bazardakı xüsusi çəkisi 10%-ə qədərdir. 

Əmlak Komitəsi milyardlıq müəssisələri alıb...  icarəyə verməyi təklif edir 

Müsabiqəyə çıxarılan digər bir müəssisə Biləcəri qəsəbəsində yerləşən “Bakı Dəzgahqayırma” ASC “Azərdəzgahsənaye” İstehsalat Birliyinin baş müəssisəsi olan Bakı dəzgahqayırma zavodunun çevrilməsi nəticəsində yaradılıb. Zavod 1982-ci ildən istismara verilib. O zaman üç zavoddan ibarət olan bu müəssisə ölkədə mexaniki dəzgahlar istehsal edən ən iri təşkilat olub. Bakı şəhərində ümumi sahəsi 5 hektar, istehsal sahəsi isə 19.000 kv/m olan ərazidə yerləşib. İllik istehsal gücü 120 mexaniki dəzgaha bərabər olub. Tam həcmdə fəaliyyət göstərdiyi illərdə 850 işçi çalışıb. Əsas xammal daxili bazardan əldə olunur. Hazırda müəssisə yalnız kiçik həcmi sifarişlər olduqda fəaliyyət göstərir. Nizamnamə kapitalı 1 785 976 manat, buraxılmış səhmlərin sayı 892 988 ədəd, satılmış səhm zərfinin həcmi 2 688 (0,3%), hazırda satılan səhmləri 890 300 ədəddir (99,7%). Bunun da vaxtilə cəmi 0,3% səhmi satılıb. Nizamnamə kapitalı 1,8 milyon olan müəssisənin səhmlərinin çox cüzi bir hissəsinin satışına necə izin verildiyi müəmmalıdır. Amma belə müəssisələrin idarəçiliyi həmişə ƏMDK-də olur və müəssisənin borc içində boğulmağının səbəbi də budur. Belə ki, müəssisənin son maliyyə ilinin nəticələrinə görə gəliri 210 000 manat, zərəri 46 487 manat, kreditor borcları 204 290 manat, debitor borcları da 30 4560 manatdır. Ştatda 28 işçi var. Torpaq sahəsi 9,78 ha, tikilialtı sahə 2,7 ha təşkil edir. Fəaliyyət göstərdiyi dövrdə yeni istehsal sahəsinin tikilməsi daxil olmaqla, yeni rəqəmli proqramla idarə olunan dəzgahlar quraşdırılıb, lakin hazırda onlar fiziki və mənəvi cəhətdən aşınıb. Səhmdar cəmiyyətinin Azərbaycanda rəqibinin olmadığını nəzərə alaraq, onun inkişaf perspektivinə malik olduğu qeyd edilib. Müəssisə neft sənayesindən sifarişlər ala bilsə, habelə istifadə edilməyən bəzi bina və avadanlıqları icarəyə verilsə maliyyə vəziyyəti müəyyən qədər sağlamlaşa bilər. Bu şəkildə Komitə uğuru ehtimala bağlayıb. Dəzgahqayırma avadanlığı üzrə hazırda yerli bazar mövcud deyil. Müəssisə dəzgahlarını Türkiyə, Çex Respublikası, Polşa kimi ölkələrə ixrac edirdi, hazırda özünün ixrac bazarını tamamilə itirib. Müəssisə öz məhsullarını Rusiya Federasiyasına çətinliklə ixrac edə bilir, çünki qonşumuz öz dəzgahqayırma müəssisələrini çevik tarif siyasəti hesabına qoruyur. İxrac bazarlarına qayıtmaq üçün reklam və marketinq tədbirlərinə külli miqdarda investisiyalar tələb olunacaq. 

5 milyon kreditor borcu olan cəmiyyətə sərmayəçi axtarırlar

 Bakının mərkəzi Səbail rayonu, Z.Əliyeva küçəsindəki “Azərenerjitikintiquraşdırma” müəssisəsi 1939-cu ildə fəaliyyətə başlayıb, 1969-1991-ci illərdə “Azərenerjitikinti” Tresti adı ilə fəaliyyət göstərib. 1993-cü ildə “Azərenerjitikintiquraşdırma” Dövlət Şirkəti yaradılıb və 1998-ci ildə həmin şirkətin bazasında “Azərenerjitikintiquraşdırma” ASC yaradılıb. Bu müəssisə respublikada energetika tikintisi sahəsində ixtisaslaşmış təşkilat olub. Son 30 ildə müəssisə tərəfindən 4 su elektrik stansiyası və 1 dövlət rayon elektrik stansiyası (DRES) tikilib. Müəssisə eyni zamanda bir çox keçmiş SSRİ respublikalarında DRES-in tikintisini həyata keçirib, Kuba, Yəmən, Vyetman, Suriya və digər ölkələrdə istilik və atom elektrik stansiyalarının qurulmasında iştirak edib. 

Hazırda müəssisə fəaliyyət göstərmir. Nizamnamə kapitalı 1 446 200 manat, buraxılmış səhmlərin sayı 723 100, qiymətli kağızın ilkin ticarət qiyməti 2 manat, hazırda satılan səhm zərfinin həcmi 475 857 ədəd (65,81 %) təşkil edir. İşçi sayı 5-dir. Kreditor borcları 5 077 864 manat, torpaq sahəsi 9.4 ha-dır. Müəssisəyə məxsus tikililər müxtəlif illərdə inşa edilib. Tikililərdən başqa balansında avtonəqliyyat vasitələri də var. İnvestisiya qoyuluşu üçün müəssisənin üstün cəhətləri elektroenergetika sahəsində əhəmiyyətli təcrübənin olması, ucuz işçi qüvvəsinin mövcudluğu, iqtisadiyyatda elektroenergetika sisteminin köklü yenidənqurulması və modernləşdirilməsidir. Hazırda fəaliyyət göstərmədiyi üçün bazarda hər hansı paya malik deyil. Lakin tam gücü ilə fəaliyyət göstərdiyi dövrdə onun 2000-ə yaxın işçisi olub və xidmətlərini keçmiş SSRİ respublikalarına da ixrac edib. 

Prezident Aparatını tikən təşkilata iş “tapılmır”

 Nobel prospektində yerləşən “Azərnəqliyyatyoltikinti” müəssisəsi 1954-cü ildə “Kaspromstroy” adı altında yaradılıb. 1971-ci ildə “Azərnəqliyyatyoltikinti” trestinə çevrilib. Prezidentin Fərmanı əsasında “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkəti adlandırılıb, 1998-ci ildə isə şirkətin 9 müəssisəsinin bazasında səhmlərinin 51%-i dövlətə məxsus olmaqla, “Azərnəqliyyatyoltikinti” ASC yaradılıb. Torpaq sahəsi 10,003 ha-dır. Müəssisə “Azərbaycan” mehmanxanası, “Prezident Aparatı”nın binası, “Aerovağzal” kompleksi, “Dəniz Vağzalı”, Milli Məclis üçün yaşayış binası, “Dərin Özüllər Zavodu”nun binası və çoxsaylı yaşayış binalarının tikintisini həyata keçirib. Xəzər dənizində hidrotexniki qurğular, gəmilər üçün dayanacaqlar, tərsanələr, Bakı dənizkənarı bulvarı, dənizkənarı sahil bərkitmə işlərini, o cümlədən, Xəzər dənizinin Qazaxıstan, Dağıstan, Türkmənistana aid olan hissələrində hidrotexniki qurğuların tikintisini də yerinə yetirib. Hazırda müəssisə fəaliyyət göstərmir. Nizamnamə kapitalı 5 906 036 manat, buraxılmış səhmlərin sayı 2 953 018 ədəd, səhmlərin ticarət qiyməti 2 manat, hazırda satılan səhm zərfinin həcmi 1 939 002 ədəddir (65,66 %). Tam gücü ilə fəaliyyət göstərdiyi dövrlərdə 200 nəfərə qədər işçi heyətinə malik olsa da, hazırda 4 nəfər çalışır. Müəssisənin kreditor borcları 2 428 114 manat təşkil edir. Bu ASC də 2005-ci ildən fəaliyyət göstərmədiyi üçün bazarda hansısa paya malik deyil. Bu da investorlara “cəlbedici” təklif. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]