Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Çexiya hər yoldan ötən ərəbi içəri almağa həvəs göstərmir»

«Çexiya hər yoldan ötən ərəbi içəri almağa həvəs göstərmir»
Bölmə :
Müsahibə
Yayım tarixi :
26/12/2016 [13:24]
Baxılıb :
1323 dəfə
«Çexlər bəzən özlərinə Avropada yaşayan vəhşi şərqli deyirlər»
Zamiq Məmmədli: «Camaat pis-yaxşı öz vətənində yaşayır, mən gör, haralardayam?»

Bu dəfəki həmsöhbətim Praqa Metropolitan Universitetinin və Ankara Universitetinin əməkdaşı Çexiyada yaşayan həmyerlimiz Zamiq Məmmədlidi. 

- Zamiq bəy, gəl elə, məşhur “hardansan?”sualından başlayaq. 

- Mənim valideynlərim Zəngilanın Vənədli kəndindəndilər. Ordubadda da Vənəd kəndi var, ola bilsin eyni nəsildi. Ancaq mən rayonun özündə böyümüşəm, orta məktəbə də orda getmişəm. 

- Zəngilan işğal olunanda neçə yaşın vardı?

- Biz oradan 1993-cü il, oktyabrın axırlarında çıxmışıq. Onda mən yeddinci sinfə təzəcə gedirdim. Zəngilanın itirildiyi günlər idi. Biz bir zülmlə öz torpaqlarımızdan İrana, oradan da İmişli rayonuna gəldik. Atam könüllülərlə birlikdə vuruşduğuna görə Qarabağa, döyüş bölgəsinə qayıtmışdı. 

O, döyüşlərin birində yaralanaraq Bakıya hospitala gətirilmişdi. Sonra biz də biryolluq Bakıya köçdük. 

Təhsilimi Bakıda davam etdirəsi oldum. Ancaq sənədlərimiz qaçqınlıq vaxtı it-bata düşdüyündən bizi məktəblərə götürməkdə problemlər yaranırdı. Atam xəstəxanadan buraxılandan sonra məni birtəhər 111 nömrəli məktəbə bərpa eləyə bildi.

- Sonra da ali təhsil...

- Bəli, BDU-nun Biologiya fakültəsinə qəbul oldum. Biz elə nəsillikcə müəllimik. Atam tarix müəllimidi, babam orta məktəbdə mənim biologiya müəllimim olub. Tələbəlik illərim ölkədəki ən qaynar ictimai-siyasi hadisələrə təsadüf edirdi. 

Siyasi proseslərlə maraqlandığım həmin illərdə Zərdüşt Əlizadənin partiyasına meyilləndim. O partiyaya əsasən ictimai mühitin rusdilli kəsimi toplanmışdı. Zərdüşt bəylə görüşüb onun partiyasına üzv olmaq arzumu bildirdim. Baxdı ki, Zəngilandanam, mənə dedi, bizim partiyanın profili başqadı, biz millətçilik eləmirik, yaxşısı budu sən AXCP-yə, ya da Müsavat partiyasına gedəsən. Ancaq məni partiya intellektualları  maraqlandırmışdı, ona görə elə Zərdüşt bəyin partiyasında fəaliyyət göstərəsi oldum. Orada əsasən, yazı-pozu işlərinə baxırdım. Yəni, Zərdüşt Əlizadəni ilk siyasət müəllimim hesab edirəm. 

- Bəs Universiteti bitirdikdən sonra harada çalışdın?

- Ali təhsili başa vurduqdan sonra 5 nömrəli məktəbin daxilindəki 6 nömrəli Zəngilan qaçqın məktəbində öz ixtisasım üzrə il yarım dərs dedim. Baxırdım ki, müəllim maaşımla maddi ehtiyaclarımı qarşılaya bilməyəcəm. Partiyamızın da durumu ürəkaçan deyildi. Artıq hansısa xarici ölkəyə getmək barədə  düşünürdüm. İş elə gətirdi ki, 2005-ci ildə Türkiyəyə yollanası oldum. Təxminən, bir ilə kimi Ankarada yaşadım, ancaq orada da özümə ürəkaçan bir həyat qura bilmədim. Bir il başa çatar-çatmaz Çexiyaya getdim.  2006-cı ilin martında artıq Çexiyada yerləşmişdim. 

- Bildiyimə görə, həmin ölkənin vətəndaşısan...

- Artıq beş ildi ki, o ölkənin vətəndaşıyam. Proses belə gedir, sən ilk əvvəl orda çex dilini öyrədən hazırlıq kursuna gedirsən, sonra həmin dildən imtahan verirsən. Ümumiyyətlə, Avropada ölkəsinin rəsmi dilini yaxşı bilməyən adama vətəndaşlıq vermirlər. Mən çex dilini mükəmməl mənimsədikdən sonra Praqa Metropolitan Universitetinə daxil olub, Beynəlxalq Münasibətlər və Avropa Araşdırmaları ixtisası üzrə ali təhsil aldım. Bundan sonra Diplomatik Akademiyanın üç aylıq ali kursunda oxudum.  

- Bəs, indi orada nə işlə məşğulsan?

- Əsasən müxtəlif proyektlər əsasında işləyirəm. Məsələn, sonuncu işim bizim Universitetlə Ankara Universiteti arasında olan müqavilə əsasında qurulmuşdu. Mən Ankaraya ezam olundum və orada bir ilə yaxın yaşayası oldum. Türkiyədə məlum terror aktları intensivləşdikdən sonra məni geri çağırdılar. İndi Azərbaycandan qayıtdıqdan kimi yenə Universitetimizin Türkiyə mühacirləri üçün hazırladığı proyektlərdə çalışmağa davam edəcəyəm. Proyektdaxili çalışmalara daha çox Türkiyədən gəlmiş immiqrantların sənədlərinin tərcüməsi, dilmanclıq və digər kargüzarlıq işləri aiddi. 

- Zamiq bəy, Çexiyanın əhalisinin sayı nə qədərdi?

- On milyondan çoxdur.  

- Bəs Slovaklar?

- Slovaklar təxminən beş milyonu keçir. 

- Onların dilləri çoxmu fərqlidi? 

- Demək olmaz. Dialekt fərqinə bənzəyir,  təqribən, osmanlılarla bizim kimi.

- Bəs, öz aralarında necə dolanırlar, biri-birilərinə qarşı kinlidilərmi? 

- Deməzdim. Əslində, mehriban dolanırlar. Yadınızdadı da, əvvəllər hər iki ölkə eyni respublikanın - Çexoslovakiyanın tərkibində idi. 1993-cü ildə Slovakiya Çexiyadan ayrıldı. Həm də bu proses çox rahat, referendumsuz, dava-şavasız  getdi. Sadəcə, Federasiyanın baş naziri respublikaların ayrılması üçün protokola imza atdı və Şərqi Avropada Slovakiya adlı yeni bir dövlət yarandı. Hər iki ölkə Şengen ərazisinə daxil olduğundan aralarında  sərhəd yoxdu. Sosial həyata gəlincə, çexlər əsasən müasir sənaye növləri ilə, slovaklar isə aqrar təsərrüfatla məşğul olmağa üstünlük verirlər. Buna görə slovaklar çexlərə nisbətən geridəqalmış  təsiri bağışlayır. Ancaq hər iki millət etnik kökəncə qərb slavyanları qrupuna daxildi. 

-  Zamiq bəy, Çexoslavakiya uzun müddət SSRİ-nin nüfuz dairəsində olan ölkələrdən idi, əhalisinin damarlarından da slavyan qanı axır. De görüm, çexlər məsələn, almanlar kimi sakitləşə bilibmi, yoxsa elə ruslar kimi idarəolunmazdılar? 

- İkisinin arasındadırlar, deyərdim. Çexlər bəzən özlərinə Avropada yaşayan vəhşi şərqli də deyirlər. Ancaq, onların ruslar qədər aqressiv olduğunu görməmişəm.
 
- Hər halda çex də slavyandı, restoranda, barda yeyib-içib dava salanı olurmu?

- Belə hadisələr o qədər az olur ki, yox kimi görünür. İnsanlar biri-biri ilə çox nəzakətli davranırlar. Onlar içkili olanda daha nəzakətli olurlar. Məsələn, bir sərxoş başqasının üstünə yıxıla bilər. Yıxılan dərhal üzr istəyər, qarşı tərəf isə onu anladığını xoş üzlə hiss elətdirər.

- Zamiq bəy, Çexiya dünyada öz pivəsi ilə məşhurdu. Oradan gələndə Bakı pivəsini rahat içə bilirsənmi?

- Doğrusu, spirtli içkilərdən əsasən pivəyə üstünlük verirəm. Bu mənada, pivənin vətənində yaşamağı özüm üçün xüsusi komfort sayıram. Praqada pivə içmək üçün kafedə oturub menyunu açırsan, ən azı bir səhifə pivə çeşidi təklif olunur. Çexlərin 550-yə yaxın pivə növü var. Yəni, çex pivələrinin hamısının dadına baxmaq üçün Çexiyada, ən azı, 550 gün yaşamalısan. Bakı pivələri məlum məsələdi, “poroşok”dan hazırlanır. Ancaq bunu da içirəm, neynim, vətən pivəsidi. 

- Əlbəttə, çexlərin, almanların və başqa avropa xalqlarının pivə bişirmə təcrübəsi əsrlərlə hesablanır. 

- Elədi. Məsələn, çexlərin elə pivə markaları var ki, tarixi beş əsr bundan əvvələ gedib çıxır. Ancaq pivə bişirmə ənənələri, təbii ki, daha qədimdi. Pivənin yaxşı alınması üçün çoxlu şərtlər var. Arpanın növləri, onun becərilməsi, qurudulmasI, bişirilmə qaydası, saxlanma şəraiti, qatılan suyun tərkibi və s. Adicə, pivəyə qatılan xmel adlı bitkinin əkilməsi, becərilməsi, gübrə verilməsi xüsusi bir elmdi.

- Alman pivəsi ilə müqayisədə çex pivəsi hansı haldadı?

- Almanlar pivə məsələsində heç vaxt çexlərə çata bilməzlər. Ancaq çoxlu sayda brend sayılan alman pivəsi var ki, çexlərinkindən ötə sayılır. Əslində, həmin pivələr heç də çexinkindən içməli deyil, sadəcə, almanların öz pivəsini dünyada brendə çevirmək imkanları daha genişdi. 

- Bizdə pivəni balıq, noxud, duzlu püstə, yaxud saçaq pendirlə içirlər, orda necədi?

- Orda pivənin yanına çərəz qoşma ənənəsi yoxdu. Çexlər pivənin dadını başqa qidalarla qaçırmaq istəmir. Həm də təmiz arpa suyundan çəkilmiş çex pivəsinin tərkibindəki qida kifayət eləyir. 

- Zamiq bəy, Praqada təkmi yaşayırsan? Yəni, doğmalarından yanında olanı varmı? 

- Biz ailədə iki qardaş, iki bacıyıq. Anamızı itirəndə mənim 10 yaşım vardı. Qardaş-bacılarım da ali təhsillidilər, Bakıda yaşayıb işləyirlər. Atam da Bakıda yaşayır, ancaq müharibədən aldığı yaralara görə indi arabada gəzir. Mən də fürsət düşən kimi doğmaları görmək üçün Vətənə dönürəm. 

- Zamiq bəy, Bakı üçün çoxmu darıxırsan?

- Bilirsiz, mən Bakıya doğma Zəngilanı itirəndən sonra gəlmişəm. Uzun müddət elə bilmişik Bakıda müvəqqətiyik, ona görə bu şəhərə heç vaxt qanım qaynamayıb. Bakını mənim üçün əziz edən yalnız doğmalarım və dostlarımdı. 

- Heç olubmu, məsələn, Praqada öz evində tənha divanda uzanasan və fikirləşəsən, ey dadi-bidad, bu nə həyatdı bəxtimə düşüb, bu nə qürbətdi? Camaat pis-yaxşı öz vətənində yaşayır, mən gör, haralardayam? 

- Olub, əlbəttə. İmmiqrasiya həyatına qədəm qoyan hər bir adam ilk aylarda o hissi yaşayır. Ancaq bu vəziyət haqda mənim bir konsepsiyam var, konkret qərara gəlmək üçün insan gərək ilin dörd fəslinin dördünü də qürbətdə yaşasın. Bundan sonra darıxıb darıxmadığını təyin edə bilər. Yəni olar ki, sən yayda darıxasan, ancaq qış gələndə tam sakitləşəsən. 

- Hiss eləmişəm, sən həmişə vədələşdiyimiz vaxtın dəqiqəsinə qədər dəqiq gəlib çatırsan, xeyli avropalılaşmısan, deyəsən.

- Hə, elədi, gecikməyi sevmirəm. Avropalılar qarşıdakı adama hörmət əlaməti olaraq, heç vaxt gecikməzlər. Kimisə yersiz gözlətməyə, onun vaxtını mənimsəməyə ədəbsizlik kimi baxıram. Ancaq Bakıda buna o qədər də yaxşı riayət eləmək olmur, çünki adicə, küçədəki tıxaclar adamı yubadır.

- Bəs, Praqada tıxac məsələsini necə yoluna qoyublar?

- Praqanın mərkəzi küçələrində əsas marşrut bütün sutkada işləyən tramvaylardı. Orda tramvaylar sürət qatarı kimi işləyirlər, dəqiqəbədəqiqə. Ekologiya üçün də bu marşrut çox qiymətlidi. Avtobuslar isə, əsasən, şəhər ətrafında işləyir. Metro səhər beşin yarısından gecə birin yarısına kimi  fəaliyətdədi. Ölkənin qatar sxemi hörümçək torunu xatırladır, orada hər bir kiçik qəsəbəyə belə, qatar işləyir. Özü də bu sistem Çexiyada lap qədimdən mövcuddu. 

- Bəs, çexlərdə başqa millətlərə qarşı şovinist münasibət hiss olunurmu?

- Şovinist münasibət sayılmaz, onlarda ümumi bir ksenofobiya var, yaxından tanıyana qədər yad millətin nümayəndəsindən ehtiyat edirlər. Məsələn, mən ayrı-ayrı firmalarda çalışmışam. Çexlərlə yaxından qaynayıb-qarışandan sonra məni evlərinə dəvət ediblər, onlarla yaxınlıq, dostluq eləmişəm.

- Bəs çex qadınlardan sevgilin olubmu?

- Bir yerdə çalışdığım kollektivdə yaxın münasibət qurduğum çex xanımı olub, əlbəttə.

- Son dövr ərəb axınına Çexiyada necə reaksiya verirlər?

- Çex hökuməti immiqrant məsələsində çox ciddidi, yəni, hər yoldan ötən ərəbi içəri almağa həvəs göstərmir. Ora  multikultural deyil, əsasən, turist ölkəsi sayılır.  Ərəblər özləri də Çexiyanı seçməyə üstünlük vermirlər. Onlar əsasən Almaniyaya can atır, çünki orada ayrı-ayrı şəhər və qəsəbələrdə kompakt yaşamaq imkanları var. Həm də onlar Almaniyada türklərin, ərəblərin kök saldığı yerlərdə özlərinə uyğun olan ət yeməklərini rahat tapa bilirlər. 

- Çexlər arasında dindarlıq hansı səviyyədədi?

- Statistika göstərir ki, Avropada ən çox ateistin yaşadığı ölkələrdən biri, bəlkə də elə birincisi Çexiyadı. Əhalinin təxminən 85 faizi ateistdi.

- Bunun bir səbəbi varmı?

- Çexlər xristianlığın katolik qoluna aid olublar. Tarixdə katolik kilsəsinə ən güclü zərbəni vuran Yan Qus üsyanı və ideyaları bu ölkədə yetişib. Protestantlığın özü elə mahiyət etibarilə dinsizliyə daha yaxındı. 

- Yəqin, katolik kilsəsinin əsrlərlə davam edən inkvizisya dalğası da bir növ insanları ənənəvi dindən bıkdırıb...

- Sözsüz, bu faktı danmaq olmaz. İnkivizisiya dövrünün qanlı mancanaqları xristianlığın antihumanist keçmişinin qalıqları kimi bu gün muzeylərdə saxlanılır. Müasir çex üçün o faciəli dindar keçmişə qayıtmaq bütün hallarda arzuedilməzdi. 

- Müsahibə üçün çox sağol.

- Siz də sağolun. Saytınıza uğurlar arzulayıram.

Murad Köhnəqala

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]