Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Tədbirlər görülməsə, bank sektoruna inam tam sarsılacaq»

«Tədbirlər görülməsə, bank sektoruna inam tam sarsılacaq»
Bölmə :
Müsahibə
Yayım tarixi :
23/12/2016 [23:16]
Baxılıb :
18015 dəfə
Əkrəm Həsənov: «Gələn il böhranın daha da dərinləşməsini, milli valyutanın kəskin devalvasiyasını gözləyirəm»
«Böyük bankların biri xarici vətəndaşın 1 milyon dollarını qaytarmır»

Bank sektoru üçün ən ağır olan 2016-cı il başa çatmaq üzrədir. 2015-ci iin əvvəlində və sonunda olan iki kəskin devalvasiya, bunu ardınca “üzən məzənnə” rejimində olan manatın dəyərdən düşməkdə davam etməsi maliyyə sektorunun bütün sahələri kimi bank sistemini də sarsıdıb. İlin əvvəlindən başlayaraq çox sayda bankların bağlanması, əmanətlərin qaytarılmasındakı çətinliklər, problemli kreditlərin həcminin artması, kütləvi ixtisarlar  və digər problemlər bu sektor üçün xarakterik olub.. Bəs 2017-ci ildə bankları nələr gözləyir? Bu məsələlər ətrafında “Bizim Yol” qəzetinin suallarını bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov cavablandırır:

- Bank sektoru bu ili necə başa vurdu, ümumi mənzərəni necə qiymətləndirmək olar? 

- Bank sektoru ili ağır itkilərlə başa vurur. Sistemə etimad azalıb. 11 bank bağlanıb, onların içində dövlətin xilas edə bilmədiyi ən iri bank - “Ban Standard” da var. Bağlanan banklarda sığortalanmış əmanətləri öz hesabına qaytara bilməyən Əmanətlərin Sığortalanması Fondu faktiki müflisləşib və Mərkəzi Bankdan xeyli kredit alıb. Bağlanan banklarda sığortalanmamış əmanətlər və sahibkarların, şirkətlərin milyonlarla vəsaiti faktiki batıb. Bankların ləğvetmə prosesi qeyr-şəffaf və korrupsiya şəraitdə gedir. Mövcud banklar da öhdəliklərini tam icra edə bilmir, o cümlədən əmanətləri qaytara bilmirlər. Hesablaşmalar sistemində di ciddi problemlər yaranır. Təbii, məsələnin kökü devalvasiya və dollar kreditlərinin qaytarılmamasıdır. İl ərzində devalvasiya davam etdi, manat tam etimadı itirdi. Problemli kreditlər məsələsi daha da kəskinləşdi.

- Bankların depozit itkilərinin həcmi təxminən nə qədər olar? 

- Təəssüf ki, bankların cəmi depozit itkisini hələlik bilmirirk. Çünki hüquqi şəxslərin hesablarındakı vəsaitlər haqda tam məlumat yoxdur. Hətta bağlanan banklarda belə sadəcə vətəndaşların sığortalanmış və sığortlanmamış əmanətlərin məbləğini deyirlər.  Amma hüquqi şəxslərin cari hesablarında nə qədər vəsait qalması açıqlanmır. Halbuki həmin vəsait bəzən əmanətlərin məbləğindən də çox olur. Məsələn, təkcə “Bank Standart”da bir neçə sahibkarın milyonlarla pulu qalıb. Bu məlumatları açıqlamasalar da, ən azı məlumdir ki, depozitlərin həcmi azalıb. Fiziki şəxslərin əmanətlərində isə konkret hiss edilir. 10 ay ərzində fiziki şəxslərin əmanətlərinin azalması üzrə rəqəm var. Yanvarın 1-nə 9473,9 mlrd. manat əmanət olub. Noyabrın 1-ə 7413.1 mlrd. manat qalıb. Əmanətlərin əksəriyyəti dollarda olduğu üçün devalvasiyanı da nəzərə almaq lazımdır. İlin əvvəlində dolların rəsmi məzənnəsi 1,5610 manat idi. Noyabrın 1-ə isə 1.6381. Deməli, ilin əvvəlində banklarda 6,069 mln. dollar əmanət var idi. Noyabrın 1-ə isə 4,525 mlrd. dollar qalıb. Bu yalnız oktyabrın sonuna olan məlumatdır və noyabr-dekabr ayları ərzində daha da azalma gözləniləndir. Bu isə təbbidir, çünki bank sisteminə etimad yoxdur. 

- Əmanətlərin qaytarılmasında vəziyyət nə yerdədir?

- Bu sahədə də ciddi problem var. Hətta fəaliyyətdə olan bir çox banklar da əmanətləri qaytarmır. Böyük banklarımızın birində xarici vətəndaşın 1 milyon  dolları var, 3-4 aydır ki, bank əmanəti qaytarmaqdan imtina edib. Biz o bankı artıq məhkəməyə vermişik. Yaxınlarda adını açıqlayacağıq. Belə banklarımız və əmanətlərimiz çoxdur. Sadəcə vətəndaşlar əmanətlərini banklardan çıxara bilmirlər. Bu kimi hallarla bağlı xəbərlər yayılanda da, hamı gedib əmanətlərini çıxarmağa cəhd göstərəcək. Ona görə “cəhd göstərəcək” deyirəm ki, çünki banklar qaytarmırlar. Təbii ki, belə halda heç kim gedib o banka əmanət qoymaq istəməyəcək. 

- Belə vəziyyətdə bank sektoruna inamın tam sarsıldığını söyləmək olarmı? 

- Tam sarsılma da demək olmaz. Çünki banklarımızda pullarını saxlayanlar hələ də var. Hətta eləsi var ki, bağlanan bankdan pulunu çıxararaq aparıb digər banka qoyur. Bu isə o deməkdir ki, hələ etimad tam itməyib. Vəziyyət pisləşməyə doğru getdiyi üçün, təcili tədbirlər görülməsə, ola bilər ki, gələn il bu etimad tam sarsılsın. Təəssüf ki, hələlik o təcili tədbirləri də görmürük. Bu gün dövlət orqanları tərəfindən atılan bütün addımlar yalnız problemli kreditlərin qaytarılması üçündür. 

Məsələn, Strateji Yol Xəritəsinə baxsaq, orada “kreditorların hüquqlarının müdafiəsi” bəndi var. “Kreditor” dedikdə yalnız bank özü başa düşülür. Bankların problemli kreditlərini necə qaytarmağın yolları barədə deyilir ki, qanunu sərtləşdirək və s. Yaxşı, bəs bankda olan pulların qaytarılması? Bax, bu ən böyük səhvdir ki, banka olan borcları düşünürlər, bankın borcunun vaxtında qaytarılması yada düşmür. Bank sisteminə etimad pula bağlıdır, bəs bank öz öhdəliyini necə icra edir? Qanunla bank vətəndaşın əmanətini maksimum 5 iş günü ərzində qaytarmalıdır.  

- Məlumatlatlara görə Azərbaycanda bank kapitalinin 80 faizi ilk onluqda olan 7 bankın əlindədir. Bu təmərküzləşmə sektorun inkisafina necə təsir göstərəcək? 

- İnhisarçılıq heç vaxt xeyir gətirməyib. Aydındır ki, hazırda bunun üçün obyektiv səbəblər də var. Yəni zəif banklar sıradan çıxır və böyük banklar qalır. Son nəticədə Azərbaycanda 10-15 bankın qalması gözlənilir. Bütün hallarda, inhisarçılığı yaxşı hal saymıram. Bu da onun nəticəsidir ki, uzun illər ərzində bank tənzimlənməsi düzgün aparılmayıb. İnhisarçılıq ona səbəb olacaq ki, bank xidmətlərinin keyfiyyətinin artmasına şərait yaranmayacaq, kreditlər üzrə bank faizləri düşməyəcək, əmanətlər üzrə faizlər artmayacaq. Bu tendensiyalar isə onsuz da ağır vəziyyətdə olan bank sisteminə mənfi təsir göstərəcək, istehlakçıların xeyrinə olmayacaq.  

- Gələn il bu sektorda hansı dəyişikliklər gözləyirsiniz? 

- Böhranın daha da dərinləşməsini, nəticədə milli valyutanın kəskin devalvasiyasını gözləyirəm. Birmənalıdır ki, dolların məzənnəsi 2 manatı keçəcək. Harda dayanacağını isə bu gün proqnozlaşdırmaq olmur. Banklardan əmanətlərin çıxarılması da artacaq. Problemli kreditlər böyüyəcək, əmanətlər azalacaq, müflisləşən bankların sayı artacaq. Xarici valyitada, xüsusilə dollarla ola kreditlərin məsələsi daha da kəskinləşəcək. Hələlik gələn il üçün bank sektorunda müsbət bir hal gözlənilən deyil. 2016-cı il isə əldən getmiş il oldu və bank sistemini idarə edənlər heç bir addım atmadılar deyə, 2017-ci ilə müsbət nəsə gözlənilmir.  Yalnız ümid edirəm gələn ildən nələrsə etməlidirlər ki, 2018-ci ildən vəziyyət yavaş-yavaş yaxşılığa doğru getsin. 

- Dövlət bankları olan “Beynəlxaq Bank” və “Azər Türk Bank”ın özəlləşdirilməsi mümkündürmü? 

- Özəlləşdirmə nəinki mümkündür, hətta zəruridir. Çünki bu bankların vəziyyəti elə pisdir ki, dövlətin üzərində yükdürlər. Yəni dövlət bankı statusundan sui-istifadə yolu ilə dövlət vəsaitlərini cəlb edərək, səmərəsiz bank kreditləri verirlər. Sonra da bu kreditlər qayıtmır. Valyuta bazarına mənfi təsir göstərirlər və s. Yəni dövlət özü bu bankları saxlamaqda maraqlı deyil, çünki xeyir vermirlər. Əlbəttə ki, özəlləşdirmənin əsas məqsədi bazar iqtisadiyyatını inkişaf etdirmək, ümumiyyətlə iqtisadiyyatın səmərəliliyini təmin etməkdir. Amma məqsədlərdən də biri odur ki, dövlət bu özəlləşdirmədən gəlir götürməlidir. İndiki şəraitdə dövlət bundan az gəlir əldə edə biləcək. Çünki hər iki bankın vəziyyəti ürəkaçan deyil, özlərinin də borcları var. Belə banklara görə çox pul verən olmayacaq. Bu baxımdan, qorxuram ki, adıçıkilən bankların özəlləşdirilməsi, sadəcə onlara məxsus olan daşınmaz əmlakın özəlləşdirilməsindən ibarət olacaq.  Yəni bank kimi onların elə bir qiyməti yoxdur. Amma hər bir halda bu bankların özəlləşdirilməsi vacibdir. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]