Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Məmurların sayını 30 faiz azaltmaq mümkündür" - Deputat

Bölmə :
Müsahibə
Yayım tarixi :
23/12/2016 [15:35]
Baxılıb :
1078 dəfə

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi
 
- Bu günlərdə dünyada əsas müzakirə mövzularından biri Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətlə yetirilməsidir. Bu məsələyə münasibətiniz necədir?
 
- Bu, çox qorxaq, rəzil bir insan, yaxud insanlar, hansısa qruplar tərəfindən, ola bilər ki, arxasında hansısa dövlətlərin xüsusi xidmət orqanları da dayansın, törədilmiş alçaq cinayətdir. Səfir toxunulmazdır. Hətta orta əsrlərdə belə səfirlərə, elçilərə heç vaxt toxunulmayıb. Müharibə edən dövlətlərin belə biri digərinin səfirinə qarşı həmişə dözümlü davranıb.
 
Məsələnin ikinci tərəfi odur ki, haqq qazandırmaq mümkün olmasa da, Rusiyanın Suriyada yürütdüyü siyasət bu cür zorakılıqları doğurur. Rusiya Suriyaya daxil olanda əslində İŞİD terror təşkilatına qarşı döyüşəcəyini bəyan etmişdi. Amma Əsədin rejimini devirmək üçün vuruşan müxalif qüvvələrə qarşı daha amansız davranır, nəinki İŞİD-ə qarşı. Rusiya hərbi təyyarələrinin bombardmanı nəticəsində çoxlu sayda dinc insanlar ölür. Hələbdə faktiki bir insan faciəsi, böyük bir humanitar fəlakət yaşanır. Bunun iştirakçılarından, başında duranlardan biri də Rusiyadır. Bu baxımdan düşünürəm ki, Rusiya da öz siyasətinə yenidən baxmalıdır. Ümumiyyətlə, dünyada insanlar get-gedə çox qəddarlaşır. Ona görə də siyasi xadimlər, dövlət xadimləri təkəbbürü, mənəmliyi bir kənara qoyub, öz siyasətlərinə yenidən baxmalıdırlar. Zorakılıq hər zaman zorakılıq doğurur. Motivlər isə o cinayətin törədilməsində tam fərqli ola bilər. Məsələn, Türkiyə televiziyaları Hələbdə yaşanan fəlakəti həddindən artıq geniş işıqlandırırlar. Bir az əsəbləri zəif olan insanlar göstərilən o süjetlərin təsiri altına düşərək fərdi qaydada o cinayəti törədə bilərlər. İnsanların təhsil səviyyəsi, dünyagörüşü fərqlidir.
 
Hər halda bu məsələdə bütün versiyalar, mümkün variantlar araşdırılmalıdır. Bu cinayət Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü ərəfəsində törədilmişdi, burada böyük dövlətlərin də marağı ola bilər. Rusiyadan da Türkiyəyə böyük bir istintaq qrupu gedib. Yəqin ki, bütün məsələlər ciddi araşdırılacaq və müəyyən həqiqətlər üzə çıxacaq.
 
Təəssüf ki, səfiri öldürən şəxs sonradan qətlə yetirilib, onu sağ tutmayıblar. Yəqin ki, o, sağ ələ keçirilsəydi, daha çox şey öyrənmək mümkün olardı. Amma hər bir halda hər bir normal insan bu terror aktını şiddətlə qınamalıdır. Yəqin ki, bu qətldə başqa insanların, yaxud hansısa dövlətlərin xüsusi xidmət orqanlarının iştirakı, əli varsa, düşünürəm ki, regionda kifayət qədər böyük dövlətlər olan Rusiya və Türkiyə həmin şəxslərin cəzalandırılmasına nail ola biləcəklər.   
 
- Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirə olunub, qəbul edildi. Millət vəkilləri bu müzakirələrdə daha aktiv və tənqidçi idi. Gələn ilin büdcəsi ilə nə edə biləcəyik? 
 
- Əvvəla deyim ki, Milli Məclisin həmişəkindən aktiv olması müsbət haldır. Çünki Milli Məclis hakimiyyətin bir qanadıdır, ali qanunverici orqandır. Həm də nümayəndəli orqandır, parlamentdə təqribən hər 40 min insanın birbaşa seçdiyi nümayəndəsi var. Bu orqan da hökumətlə xalq arasında sanki bir bağdır. Yəni parlamentlə hökumət bütün məsələlərdə eyni mövqedə olanda,  hökumətə neqativ, yaxud tənqidi münasibət dərhal hakimiyyətin bütün qanadlarına yönəlir. Amma mən düşünürəm ki, bu, belə olmamalıdır. Parlament ciddi şəkildə hökumətin üzvlərini, yeri gələndə nazirləri, komitə sədrlərini də dəvət etməli,  dinləmələr də keçirməli, hətta ciddi tənqid də olmalıdır. Bu, həm də ölkənin demokratikliyinin göstəricisidir. Konstitusiyada əksini tapan hakimiyyətin bölgüsü prinsipinin reallıqda görsənişidir. Bu baxımdan alqışlamaq lazımdır ki, büdcə müzakirələrində deputatlar aktiv və tənqidçi idilər.
 
 
Mən büdcənin əleyhinə səs vermişəm. Düşünürəm ki, büdcə vəsaitləri ədalətli bölüşdürülməyib. Amma hər halda büdcə qəbul olunub. Hökumət çalışmalıdır ki, büdcəni icra etsin və islahatları sürətləndirsin. İslahatların aparılması istiqamətində “ Strateji yol xəritələri” təsdiqlənib. Biz partiya olaraq yol xəritələrinin təsdiqlənməsini alqışladıq. On bir istiqamət üzrə yol xəritəsi hazırlansa da, təəssüf ki, elm və təhsili inkişafı üzrə yol xəritəsi yoxdur. Amma nəzərə almaq lazımdır ki, elm və təhsili inkişaf etdirmədən ölkədə ciddi nailiyyətlərə imza atmaq mümkün deyil. Vaxtilə hörmətli Ramiz Mehdiyev deyirdi ki, işə qəbul etməyə savadlı hüquqşünas tapa bilmir. Bu yaxınlarda Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da savadlı iqtisadçı tapa bilmədiyini deyirdi. Əgər savadlı hüquqşünaslar, iqtisadçılar yoxdursa, bu ölkədə o islahatları kimlər, hansı mütəxəssislər həyata keçirəcək?! Elm və təhsilin inkişafı ilə bağlı Dövlət Komissiyası yaradılmalı, həmçinin xarici dillərin öyrədilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul edilməlidir. Xaricdə təhsillə bağlı ayrıca xüsusi dövlət proqramı qəbul edilməlidir. Belə bir Proqram vardı, 2015-ci ildə başa çatdı. Proqramda 5 min nəfərin xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulsa da, təqribən 3 min 700 adam göndərildi. Bizim hökumət 7 il ərzində 5 min nəfər tapıb, xaricdə təhsil almağa göndərmədi. Sağ olsun, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndən sonra axırıncı illərdə xarici ölkələrə təhsil almağa göndərilənlərin sayı 2 dəfə artdı. Amma 2015-ci ildə Proqramın vaxtı qurtardı, yenə də 5 min nəfərə çatmadı. Hazırda maliyyə çatışmazlığı olsa da, xaricdə təhsillə bağlı yollar da var. Ən azı hər il 100 nəfəri dövlət hesabına xaricə təhsil almağa göndərmək olar. Qalan bir neçə yüz nəfər gəlincə,  məsələn, iri şirkətlər öz kadr tələbatlarını təmin etmək üçün xaricə təhsil almağa gənclər göndərə bilərlər. Tutaq ki, vergi güzəştləri də nəzərdə tutmaq olar. Yəni xaricdə bir neçə tələbəni oxudan şirkətlərə müəyyən vergi güzəştləri nəzərdə tutula bilər. Beləliklə, şirkətlər xaricdə təhsil alanları maliyyələşdirsinlər, o uşaqlar nüfuzlu, reytinqli universitetlərdə təhsil alsınlar.     
 
Mən hesab edirəm ki, bir-iki universitet istisna ilə, Azərbaycanda dövlət universitetləri təcili surətdə özəlləşdirilməlidirlər. Universitetlər özəlləşdiriləndən sonra sual ortaya çıxacaq ki,  universitetlər pulu olanda kasıb uşaqları necə olsun?! Təhsil Konsepsiyasında əksini tapmalıdır ki, təhsil kreditləri verilsin.  Yəni universitetə qəbul olan istənilən şəxs qəbul kağızını banka verib, 25 il müddətinə çox cüzi bir faizlə təhsil krediti almalıdır. O pulu götürüb öz təhsilinə verən tələbə başa düşəcək ki, həmin pulu gələcəkdə qaytarmalıdır. Ona görə də çalışacaq ki, yaxşı oxusun, yaxşı mütəxəssis olsun və o pulu gələcəkdə qaytara bilsin. Həmçinin orta məktəb tikintisi stimullaşdırılmalıdır. Hazırda Azərbaycanda bəzi məktəblərdə iki, hətta üç növbəli dərslər var. İki, üç növbəli dərslər qəti olaraq ləğv olunmalı, yeni məktəb tikintisi stimullaşdırılmalıdır. Yeni məktəb tikintisinin stimullaşdırılması üçün dövlət pulsuz torpaq sahələri ayırmalıdır. Yaxud həmin məktəbi tikən şirkət, müəssisə vergidən tamamilə azad edilə, yaxud simvolik bir vergi müəyyənləşdirilə bilər. Bununla sahibkarlar tərəfindən məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisinə pul qoyula bilər.
 
 
- Nazirlər Kabinetində islahatları necə görürsünüz?
 
-Vitse-prezidentlik institutu yaradılanda söylədim ki, Nazirlər Kabineti ləğv olunmalıdır. Lakin bu baş vermədi, Konstitusiyada Nazirlər Kabineti institut olaraq qalır, yəni ləğv etmək mümkün deyil. İranda da müxtəlif sahələrə nəzarət edən 8 vitse-prezident var. Amma düşünürəm ki, Azərbaycanda vitse-prezidentlik institutu yaranacaqsa, vitse-prezidentlər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək. O halda baş nazirin müxtəlif sahələrə nəzarət edən müavinlərinin postları ləğv olunmalıdır. Çünki idarəetməni şişirtmək lazım deyil, əslində idarəetmədə ixtisarlar aparmaq lazımdır. Maliyyə böhranı ilə üzləşən ölkələrdə ilk növbədə idarəetmə ilə bağlı xərclər azaldılır. Yəni tək Nazirlər Kabineti yox, ayrı-ayrı nazirliklərdə də ixtisarlar aparılmalıdır. Hesab edirəm ki, hazırda Azərbaycanda dövlət idarəetmə xərclərini, dövlət məmurlarının sayını 30 faiz azaltmaq mümkündür. Nazirliklərdə bir sıra əməkdaşlar bütün günü kompüterin arxasında oturub, oyun oynayır, mənasız vaxt keçirirlər.  
 
Eyni zamanda bələdiyyələrlə bağlı məsələ həllini tapmalıdır. Bələdiyyələri ona görə yaratdıq ki, icra orqanlarının müəyyən vəzifələri, gördükləri işlər bələdiyyələrə verilsin. Bələdiyyələr yarandı, amma bu sahədə icra orqanlarında heç bir ixtisar aparılmadı. Belə çıxır ki, böyük bir bələdiyyə məmurları ordusunu Azərbaycan xalqı yenidən yedirtməyə başladı. Bələdiyyələr indi nə edirlər? Gəlib mənzil, torpaq, zibil vergisi alırlar. Bu pulu yığır, sonra da bu pulu bələdiyyənin işçiləri arasında bölüşdürürlər. Belə çıxır ki, bu xalq əlavə bir  məmur ordusu yedirtməyə başladı. Axı bələdiyyə yaradılmışdısa, bütün mənzil-təsərrüfat idarələri ləğv olunmalı, onların səlahiyyətləri bələdiyyələrə verilməli idi. İcra hakimiyyətlərinin səlahiyyətlərinin 80 faizini bələdiyyələrə vermək mümkün idi. İcra hakimiyyətində də o sahələr üzrə kadrlar bələdiyyələrə cəlb edilməli, bir hissəsi də ixtisar olunmalı idi. Belə çıxdı ki, bizdə hansısa işlər görülmürmüş, ona görə də o işləri görmək üçün bələdiyyə yaratdıq, guya bələdiyyələr də hazırda həmin işlərlə məşğuldurlar. Axı bələdiyyələr yaranana qədər o işləri görən icra orqanları vardı. Deməli, bələdiyyə yarananda onlar ləğv olunmalı idi. Azərbaycanda bu da olmadı, xalqa əlavə yük yarandı.
  
- Deputatlardan biri icra hakimiyyətlərinin ümumiyyətlə, ləğv edilməsini təklif etmişdi. 
 
- Mən indiki dövrdə icra hakimiyyətlərinin tam ləğv olunmasını qeyri-real sayıram. Amma onların səlahiyyətlərinin 80 faizi alınaraq bələdiyyələrə verilməlidir. Mütləq bunu etmək lazımdır. Rayon icra hakimiyyəti başçılarında rayonlardakı bütün problemlərə görə məsuliyyətli görürlər. Amma bu səlahiyyətlər bələdiyyələrdə olan zaman insanlar fikirləşəcəklər ki, özlərinin seçdikləri insanlardır, yaxşı işləmirsə, sabah başqalarını bələdiyyə üzvü seçəcəklər. Bu baxımdan bələdiyyələr camaata daha yaxındır.
 
- Gələn ilin büdcəsi rayonların böyük əksəriyyətinin, 34 rayonun dotasiyadan azad olunması ilə də diqqət çəkir. Bunu həyata keçirmək mümkün olacaqmı? 
 
- Yəqin ki, müvafiq hesablamalar aparılıb ki, bu rayonlar dotasiyasız yaşaya biləcək. Mən isə hesab edirəm ki, regionları inkişaf etdirmədən onları dotasiyadan məhrum etmək həmin rayonlardakı vəziyyəti xeyli dərəcədə ağırlaşdıra bilər. Regionların inkişafı üçün orada qurulan emal müəssisələri üçün vergi güzəştləri nəzərdə tutulmalıdır ki, Bakı yüklənməsin. Baxın, Bakıda yaratdığımız sənaye parklarını vergidən azad edirik, amma rayonlarda yaradılacaq istehsal, emal müəssisəsini vergidən azad etmirik. Əslində, Bakı, Sumqayıt onsuz da birləşib, inkişaf etmiş sənaye mərkəzləridir. Rayonlarda müəyyən bir müddət ərzində ciddi vergi güzəştləri nəzərdə tutula bilər, sahibkarlar regionlara sərmayə qoysunlar, regionlar inkişaf etsinlər.
 
- Parlamentdə təmsil olunan siyasi partiyaların büdcədən maliyyələşdirilməsi sahəsində durum necədir?
 
- Büdcədə bu istiqamətdə dəyişiklik olmadı. Hesab edirəm ki, bu da düzgün deyil. Gələn ilin büdcəsində qeyri-hökumət təşkilatlarına (QHT) ayrılan vəsaitin də həcmi azaldıldı. Bu, başa düşülür, ümumi büdcə azalırsa, QHT-lərə ayrılan vəsait də azalacaq. Amma bizim ölkədə bir çox problemlərimiz korrupsiya ilə əlaqəlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Bank, keçmiş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər göstərir ki, böyük miqdarda dövlət vəsaitləri mənimsənilib. Bütün bunlar ilk növbədə ona görə baş verib ki, hüquq-mühafizə sistemində kifayət qədər boşluqlar var ki, bunu vaxtında aşkar etmək mümkün olmayıb. İkincisi, maliyyə nəzarəti yaxşı təşkil olunmayıb. Maliyyə nəzarəti dedikdə söhbət hökumətdə tək bir qurumun digərinə nəzarətindən getmir. Söhbət həm də ictimai nəzarətdən, QHT-lərin, mətbuatın nəzarətindən gedir. Bunların da fövqündə dayanın ölkədə güclü siyasi müxalifət olmalıdır. Çox təəssüf ki, Azərbaycanda müxalifət dağınıq vəziyyətdədir, ölkədə proseslərə real təsir etmək, ictimai və siyasi nəzarəti həyata keçirmək imkanlarına malik deyil. Buna görə də korrupsiyaya qarşı mübarizə aparan hökumətin vəzifəsi həm də demokratik islahatları genişləndirmək olmalıdır ki, normal siyasi müxalifət formalaşsın. Bunun üçün də partiyaların maliyyələşdirilməsi bu istiqamətdə ən vacib addımlardan biridir. Hazırda partiyalara ayda təqribən 7 min manata qədər pul verilir. Buradan bütün sosial xərclər, ödəmələr, kommunal xərclər çıxılandan sonra mərkəzi aparatda bir neçə nəfərə normal əmək haqqı verməkdən başqa heç bir problemi həll edə bilmir. Məsələn, nəzərə alınsa ki, partiyanın beynəlxalq əlaqələri, ezamiyyə xərcləri var, bu vəsait simvolik xarakter daşıyır. Partiyaların ciddi maliyyələşdirilməsinə ehtiyac var. O cümlədən ədliyyə sistemində ciddi islahatlara ehtiyac var.
 
 
Azərbaycanda hakimlərin seçilməsi, yaxud prokurorluq orqanlarında işə qəbul şəffaf həyata keçirilir. Amma hakimlərin sayını artırmaq lazımdır. İndi dəhşətli bir vəziyyətdir, bir hakim gündə 9 işə baxır. Bu halda hansı səmərəli işdən söhbət gedə bilər? Hələ mən bura sanksiyaları, icra qaydasında işlərə baxılmasını aid etmirəm. Söhbət sırf mülki işlərdən gedir. Mülki sahədə də məhkəmə qərarları keyfiyyətli olmayanda sahibkar artıq investisiya qoymağa da qorxur ki, sabah hüququ pozulsa, məhkəmədə hüquqlarını ədalətli şəkildə qoruya bilməyəcək. Ona görə də hakimlərin, o cümlədən vəkillərin sayı artırılmalıdır. Azərbaycanda 17 min nəfərə 1 vəkil düşür. Məsələn, ABŞ-da 50 nəfərə 1 vəkil, Polşada 700 nəfərə 1 vəkil düşür.
 
Bu islahatların hamısını həyata keçirmək olar və lazımdır. Artıq Azərbaycan inkişafının elə bir mərhələsinə gəlib çatıb ki, bundan sonra biz ölkəmizi inkişafın yeni bir mərhələsinə keçirməliyik.  Bu islahatlar aparılmadan buna nail olmaq xeyli dərəcədə çətindir. Bu islahatlar aparılacağı halda əminəm ki, ölkəyə investisiya axını olacaq. İnsanlarımız çox bacarıqlıdırlar.  Ölkənin potensialı çox böyükdür, islahatlar aparılacağı təqdirdə Azərbaycan qısa müddətdə böhranı dəf edə bilər.
 
Amma burda bir məqamı xüsusi vurğulamaq istəyirəm. Əgər xalqın özü bu yenidən quruculuq proseslərinə aktiv şəkildə qoşulmasa, əhəmiyyətli nəticə əldə edilməyəcək. Azərbaycanlılar sərmayələri Gürcüstana, Türkiyəyə, Ukraynaya, Qazaxıstana yox, Azərbaycanda sərmayə qoymasa, sonra da ona problem yaradan qurumların, məmurların üzərinə getməsə, heç nəyə nail olmaq mümkün deyil. Prezidentin bu sahədə siyasi iradəsi ortadadır, ən əsas da odur. Problem yarananda prezidentdən, siyasi partiyalardan, hüquq-mühafizə orqanlarından, insan haqlarını müdafiə təşkilatlarından, ictimaiyyətdən açıq kömək istəmək lazımdır. Pulu Azərbaycana qoymaq lazımdır ki, Azərbaycanı dəyişə bilək. Yoxsa Azərbaycan vətəndaşı oturub gözləsə ki, nə vaxtsa kimsə gələcək, sehirli çubuq vasitəsi ilə tam demokratik, qanunun aliliyinə söykənən, bütün bürokratik əngəllərin qaldırıldığı bir cəmiyyət quracaq, sonra da o, investisiya qoyacaq, bu, olmayacaq. Vətəndaşın pulu varsa, qorxmadan sərmayə qoymalı, sonra da qorxmadan mübarizə aparmalıdır. Önəmli olan siyasi iradədir, o iradə də prezident tərəfindən ortaya qoyulub. Vətəndaşlar quruculuq prosesinə elliklə qoşulmasalar, xalq iştirak etmirsə, heç bir siyasi qüvvə ölkədə böhranı aradan qaldıra bilməz. Əgər çox böyük məmnuniyyətlə yenə də rüşvət verirsə, özü rüşvət təklif edir, rüşvət istəyənə özü rüşvət verirsə, heç bir haqsızlığa qarşı çıxmırsa, necə vəziyyəti dəyişmək olar? Bu, mümkün olan bir şey deyil. Məmura deməklə ki, sən rüşvət alma, guya o da almayacaq, bundan böyük sadəlövhlük ola bilməz. Mühit elə olmalıdır ki, məmur o rüşvəti istəyəcəyi halda ifşa olunacağından, rüşvət alacağı təqdirdə məsuliyyətə cəlb olunacağından qorxsun. Bunu da ancaq vətəndaşlar edə bilər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]