Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Bu içkiləri qəbul etmək olmaz, ayılmalıyıq!»

«Bu içkiləri qəbul etmək olmaz, ayılmalıyıq!»
Bölmə :
Araşdırma
Yayım tarixi :
22/12/2016 [23:06]
Baxılıb :
2147 dəfə
Azərbaycan bazarlarında insa həyatını məhv edən saxta məhsullar dolub, daşır
Eyyub Hüseynov: «Azərbaycanda içki bazarı ən çox çirklənmiş sektordur»

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb. Bizimyol.info-nun RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib. Onun sözlərinə görə, ümumilikdə konsentratdan 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir. Rusiyada araq baha olduğundan çox adam bilərəkdən tərkibində alkoqol olan kosmetik və təmizləyici vasitələri spirtli içki əvəzinə qəbul edir. Üzərində zəhərli tərkibiylə bağlı xəbərdarlığa baxmayaraq, “Boyarışnik” losyonu da içki kimi çox alınan kosmetik vasitələrdən biridir.

Prokurorluq losyonu içənlər arasında ölüm halları artdığından, evlərdə, ya da evsiz içki düşkünlərinin toplandığı məkanlarda tapılan meyitlər çoxaldığından onun pərakəndə satışını qadağan edib. Rəsmilərin dediyinə görə, bu, Rusiyada son illər ərzində ən çox itkiyə səbəb olan kütləvi zəhərlənmə halıdır. Kreml hadisəni “dəhşətli faciə” adlandırıb.

Qonşu ölkədə baş verən hadisə ölkəmizdə də içki bazarında vəziyyətin nə yerdə olması ilə bağlı hər kəsi düşünməyə vadar edir. Tək spirtli içkilərin yox, digər qazlı və qazsız içkilərin, eyni zamanda enerji içkilərinin təkibinin nə qədər təmiz olması və insan sağlamlığına təsiri düşünülməsi gərəkən problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudan zəhərlənir. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə xəstəlik tapır. Belə olduğu halda təkibində müxtəlif qatqılar olan içkilərdən zəhərlənmələrin olması istisna deyil. Elə bir neçə gün öncə mətbuatda yer alan məlumatların birində 22 yaşlı gənc oğlanın enerji içkisindən zəhərləndiyi qeyd olunmuşdu. Ölkədə içkilərdən zəhərlənmə nə səviyyədədir? Ümumiyyətlə satılan spirtli, enerkilər nə dərəcədə təmiz məhsullardır?

“Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov deyir ki, spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə hazırda mərkəzdə 3 nəfər müalicə alır. Onun sözlərinə görə, son bir neçə gündə daha 7 müraciət daxil olub. Spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə il ərzində 52 nəfər xəstəxana şəraitində müalicə alıb. Amma bu zəhərlənənlərlə bağlı dəqiq statistika deyil. Çünki daha ağır vəziyyətdə olanlar təcili yardımla yaxın xəstəxanalara aparılırlar. “Biz xəstələrin qəbul etdiyi arağın saxta olub-olmadığını və ya keyfiyyətini yoxlaya bilmirik. Amma xəstələrin məhz içkidən zəhərləndiyi bəllidir”.

Bundan başqa A.Maqsudov bidlirib ki, spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar ay ərzində 4-5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir. Onun sözlərinə görə, mərkəzə sərxoş halda müraciət edənlərin sayı daha çoxdur: "Belə ki, ay ərzində 10-15 nəfər sərxoş halla bağlı müraciət edir, onlar müayinə və müalicə edilib, evə buraxılır. Spirtli içkilərdən, əsasən araqdan zəhərlənmə ilə bağlı müraciətlər edilir. Arağın təsiri nəticəsində zəhərlənmə olur, qaraciyərin fəaliyyəti pozulur, ürəkbulanma, qusma, qarın ağrısı, baş gicəllənmə, mədə nahiyyəsində ağrılar meydana gəlir”. 

A.Maqsudovun sözlərinə görə, bu il spirtli içkilərdən zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb: "Keçən il bir nəfər araqdan zəhərlənmə ilə dünyasını dəyişmişdi. Bu il belə hadisə baş verməyib”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, spirtli içkilər bazarın ən çox çirklənmiş sektorudur: “Əhali bilməlidir ki, araqların saxlanma müddəti bir ildən, konyaklar 3 ildən, şərablar isə 6 aydan artıq deyil. Monitorinq apardığımız zaman məlum olub ki, spirtli içkilərin 95 faizinin üzərində buraxılma tarixi yazılmayıb. Yaxud yerli spirtli içkilərin üzərində müddətsiz yazılıb. Bu o deməkdir ki, mağazada satılan spirtli içkilər ağır metallarla zənginləşdirilmiş içkilərdir. Bura istər xaricdən gətirilən, istərsə də daxildə istehsal olunan içkilər daxildir. Yəni, saxlanma müddətinin olmaması spirtli içkinin təhlükəli olmasının göstəricisidir. Bakı ətrafında heç bir üzüm plantasiyası olmadığı halda naməlum mayelərdən spirtli içki istehsal edən müəssisələr var. Xaricdən gətirilən içkilərdə də problemlər yaşanılır. Rusiyada yaşanan hadisə bizim üçün həyəcan zəngi olmalıdır. Biz ayılmalıyıq. Hətta Rusiyanın özündə istehsal olunan mallarda problemlər var. Düzdür, təhlükəli mal müəyyən partiyadan olanlara aiddir. Həmin zəhərlənmə olan spirtli içkilərin etiketində olanlar bizdə də satılır. Ona görə də dövlət orqanları araşdırma aparmalıdır ki, satılan mallar həmin partiyaya aiddir ya yox. Ümumiyyətlə bu məsələyə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cavabdeh olan dövlət orqanıdır”.

Avropa Ərzaq Təhlükəsizliyi Agentliyinin (AƏTA) məlumatına görə Avropa Birliyinə daxil olan 16 ölkədə böyüklərin təxminən 30 faizi (18 yaşdan yuxarı), yeniyetmələrin 68 faizi (10-18 yaş arası) və 10 yaşınadək uşaqların 18 faizi müntəzəm enerji içkiləri istehlakçılarıdır. Energetiklərin ən çox gənc azarkeşləri Çex respublikasındadır - yeniyetmələrin 82, uşaqların 40 faizi.

AƏTA-ya görə, 18-29 yaş arası gənclərin 70 faizi energetiklərin spirtlə qarışığını içirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərib ki, bu cür kombinasiyanın aqibəti spirtli içkinin özündən daha pisdir. Bu, kokteylin tərkibinin fərqli təsiri ilə bağlıdır: energetiklər sinir sisteminə stimullaşdırıcı təsir göstərir, spirt sıxıntı verir. Bu isə ona gətirib çıxarır ki, insanlar qəbul etdikləri içkinin həcminə nəzarəti itirirlər. Belə ki, kofein müəyyən müddət sərxoşluğun dərəcəsini maskalayır və adamlar bunu hiss etmədiklərindən həmişəkindən çox içirlər. ABŞ-da 1 ildə energetiklərin spirtlə qəbul edilməsindən tələbələr arasında 5 minə yaxın zəhərlənmə hadisəsi qeydə alınıb. Bundan başqa, belə kokteyllərin qəbulu ilə bir çox ağır cinayətlərə - cinsi zorakılıq, müxtəlif xəsarət və qəza, dava-dalaş, narkotik istifadəsi, intihar halları və s.-nin kəskin artması arasında şübhəsiz əlaqə ortaya çıxıb. Hazırda Azərbaycan bazarında “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” və sairə kimi energetik içkilər satılır. Onların içərisində daha məşhuru olan “Red Bul” energetik içki bazarının 70 faizini təşkil edir.

E.Hüseynov bazarımızda satılan digər içilərlə də bağlı öz fikrini bildirib. Ekspertin sözlərinə görə, satışda olan enerji içkiləri arzuolunmaz içkilərdir: “Azad İstehlakçılar Birliyi olaraq gücümüz ona çatdı ki, məktəb bufetlərinin standartları hazırlandı və enerji içkilərinin orada satışına qadağa qoyuldu. Bu günki standartlara uyğun olaraq məktəb bufetlərində enerji içkiləri satılmamalıdır. Monitorinqlərimiz göstərir ki, bu heç də effektli şəkildə yerinə yetirilmir. Enerji içkilərinin nə dərəcədə təhlükəli olduğunu bir neçə yolla bilmək olar. Birincisi, isti havalarda həmin enerji içkilərini içdikdə insan sərinləyir. Bu isə fizika qanunlarına görə bədəndən enerjinin ayrılması baş verir. İkincisi, səhərlər Bakı bulvarında gəzən zaman həmin içkilərin, “cola”, “fanta” və digər bu kimi içkilərin yerə tökülərkən qır kimi mərmərə yapışıb qaldığını görəcəyik. Çox təəssüflər olsun ki, cəlbedici reklamlarla bu içkilərin satışını həyata keçirilər”.

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]