Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Ağıllı adamlar çınqılı dəniz kənarında, yarpağı meşədə gizlədirlər”

“Ağıllı adamlar çınqılı dəniz kənarında, yarpağı meşədə gizlədirlər”
Bölmə :
Müsahibə
Yayım tarixi :
21/12/2016 [15:13]
Baxılıb :
914 dəfə

"Sayları 200-ü keçməyən  insan dünya zənginliyinin yarısından çoxunu, qlobal kütləvi informasiya vasitələrini  idarə edirsə, geniş beynəlxalq əlaqələrə malikdirlərsə, onlar güclüdür, yoxsa maaşdan maaşa baxan, çox da güclü savadı olmayıb öz dar “dünyaları” içində güzəranını keçirməyə çalışan milyardlarla sadə insan?" 

Moderator.az siyasi elmlər üzrə fəlsəfə doktoru,  konspiroloq Fuad Hilalov ilə müsahibəni təqdim edir.

- Fuad bəy, mən sizə oxucularımıza politoloq, jurnalist, konspiroloq kimi təqdim edirəm. Bəs siz özünüzü necə təqdim edərdiniz?  
- Tədqiqatçı demək məncə ən uyğunudur. Politologiya sahəsində elmi dərəcəm olsa da, özümü politoloq olaraq görmürəm.  Konspiroloq tanımını isə kifayət qədər qeyri müyyən və ziddiyəti məfhumdur.  

- Niyə ki? Axı yazılarınız və fikirləriniz daha çox konspirologiya sahəsinə aiddir. 
- Bilirsiniz, müasir dövrdə konspirologiyanı kifayət qədər qeyri ciddi bir hala gətirib çıxarıblar. Artıq konspirologiya dedikdə ağıllara “Kurtlar Vadisi” kimi üçüncü sinif seriallarda nümayiş etdirilən ağ ləbbadə geyinmiş və latın dilində ayinlər keçirən qara maskalı  adamların, az qala uşaq qanı içəcək qədər şeytanlaşmış masonların, güya hər yerdə hakimiyyət qurmuş mifik “İllüminatlar” təşkilatının dünyanı idarə etmələri,  bəzi Rusiya KİV-lərindəki ağlasığmaz mülahizələr, hətta Den Braunun yarı mistik qəhramanları gəlir. Nəticədə konspirologiya gözdən salınır. 

- Yəni əslində bütün bunların heç biri yoxdur? 
- Əslində bunların hamısı var, amma yuxarıda dediyim mənbələrin göstərdikləri kimi birmənalı şəkildə deyil. Məsələn, İllüminatlar  1776-cı ildə Almaniyanın İngolstadt şəhərində kabbalistik hüquqşunas Adam Veispaut tərəfindən yaradılan gizli bir təşkilat olub. Amma bu təşkilatın ömrü cəmisi 10 il sürüb. Daha sonra onun rəhbəri yox olub və təşkilatın fəalliyətinə son qoyulub. Başqa məsələ var ki, bu təşkilatın ortaya qoyduğu fikirlər, ideyalar bu günə qədər bu və ya başqa şəkildə qüvvədədir. Məsələn, keçən əsrdə ABŞ-ının Yel Universiteti nəzdində yerləşən “Kəllə və sümüklər” təşkilatı,  “İllüminatların” fikirlərindən istifadə ediblər. Qeyd etmək lazımdır ki, Amerika Mərkəzi Kəşfiyyat idarəsinin qurucularından Allen Dalles, II Dünya müharibəsi vaxtı Almaniya ilə ticarətdən küllü miqdarda sərvət əldə etmiş keçmiş ABŞ prezidenti Corc Buşun babası Preskot Buş “Kəllə və sümüklərin” aktiv üzvləri olublar. 

- Bəs masonlar?...  
- Hazırda dünyanın bir çox ölkəsində mason təşkilatları var. Onlar daha çox intellektual klublar xarakteri daşıyırlar. Yəni onların hazırkı proseslərə təsir imkanları kifayət qədər mübahisəlidir. Amma tarixdə onların rolu qədər heç bir gizli təşkilatın rolu olmayıb. XVII əsrdə Avropada güclənməyə başlayan mason lojaları, qarşılarına qoyduqları bütün məqsədlərə XIX əsrin sonlarına yaxın nail oldular. Qərbi Avropada və Amerikada hakimiyyətə gələrək dövlətləri öz nəzarətləri altına ala bildilər. Və bu tarixdən sonra artıq lojalara, təşkilatlara, gizli qurumlara bir növ ehtiyac qalmadı. Bizim dövrdə masonlar haqqında miflər yuxarıda qeyd etdiyim “sənət” növlərindən zövq alan insanlar üçündür. Real pərdəarxası güclər isə başqadır. Axı hər şey bir filmlə, bir romanla açılmış olsa nə var idi ki...  Amma mən sizin icazənizlə əsl konsipirologiya haqda fikirlərimi bölüşmək istərdim...
 
- Bir elm olaraq konspirologiyaya nəyi öyrənir?    
- Məncə bu daha çox nəzəriyyədir.  “Konspirologiya” sözü ingilis dilindəki “conspiracy” - sui qəsd sözündən gəlməkdədir. O sözün kökündə isə latın dilində olan və “ahəng”, “harmoniya”, “həmrəylik”, “birlik” və “gizli saziş”, “sövdələşmə”, “sui-qəsd” və hətta “qiyam” mənasını daşıyan “conspirate” sözü dayanır. Bir nəzəriyyə olaraq konspirologiya tarixdə və hazırda baş verən hadisələrin qanunauyğunluq və kütləvi proseslərin yox, gizli mübarizələrin, müəyyən pərdə arxası qüvvələrin danışılmış qəsdi nəticəsində olduğunu şərh edir. Ənənəvi politologiya ilə konspirologiya arasındakı fərq də budur. Əgər ənənəvi politologiya dünya siyasətinin, xüsusilə də iqtisadi siyasətin daha çox üzdə olan, görünən tərəflərini öyrənirsə, konspirologiya daha çox səhnə arxasında, ictimaiyyətə gizli qalan tərəflərini öyrənməyə üstünlük verir. Məsələn, hər hansı bir filmdə tamaşaçılar daha çox aktyor oyununa diqqət yetirirlər. Hansınısa bəyənir ya da bəyənmir, hansısa səhnədən təsirlənirlər. Amma çox vaxt bu filmi bizim nümayişimizə təqdim edənləri, filmi hazırlanmasında daha böyük rol oynamış prodüserə, ssenari yazarına, rejissora, montaj edənə, operatora elə də fikir vermirik. Halbuki filmin ərsəyə gəlməsində əsas rolu onlar oynayır və əsas qazancı da prodüserlər əldə edir. Müasir politologiya ancaq aktyorları tədqiq etdiyi halda, konspirologiya səhnə arxasındakı əsas oyunçuları öyrənməyə çalışır. Kinomatoqrafiya ilə qlobal siyasətin əsas fərqi isə odur ki, filmlərdə, titrlərdə də olsa onu hazırlayanların adı göstərilir. Siyasət səhnəsində isə əsl güclər pərdə arxasında qalır və onları öyrənmək daha çətindir.     
   
- Bəs siz “səhnə arxasındakı güclər” dedikdə əvvəldə qeyd etdiyimiz təşkilatları nəzərdə tutmursunuz? 
- Tam yox. Təbii ki gizli təşkilatların, mason lojalarının yuxarıda dediyim kimi tarixi əhəmiyyəti şübhəsizdir. Amma bunlar 3-cü ya da 4-cü məsələrdir. Daha maraqlı daha vacib daha əhəmiyyətli məsələr var. Məsələn, sizə bir sual verim. Henri Kissincer kimdir? 

- ABŞ-ın keçmiş dövlət katibi...
- Bəli, 1969-1975-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri, 1973-1977-ci illərdə isə ABŞ-ın dövlət katibi. İndi isə baxın: 93 yaşlı bu “təqaüdçü” 2012-2016-cı illər ərzində dörd dəfə Rusiyaya gəlib. Hər səfərində dövlət başçısı Putin tərəfindən prezidentlərdən belə yüksək səviyyədə qəbul olunub, onlar arasındakı danışıqların mahiyyəti isə qaranlıq qalıb. Yalnız bunu deyə bilərik ki, 2012-ci ildə Putinin üçüncü dəfə  prezident seçilməsindən əvvəl Moskovaya gələn Kissincerin 2013-cü ilin payızındakı səfərindən sonra Ukrayna böhranı başladı. 2016-cı ildəki gəlişindən sonra isə Qərb ölkələrinin Ukraynaya qarşı münasibətində köklü dəyişiklərin şahidi olduq. 93 yaşlı bir təqaüdçünün 4 ildə dörd dəfə Moskva kimi uzaq bir səfərə çıxması, Putinin də işini gücünü ataraq onu ən əziz qonaq olaraq qəbul etməsini sadəcə “çay içmək üçün görüş” adlandıra bilərikmi? Məsələ ondadır ki, Kissincer qlobal pərdəarxası oyunların planlaşdırıldığı təşkilatların aktiv üzvlərindən biridir və hər dəfə Putinlə görüşəndə “kimlərinsə” ona olan mesajlarını çatdırır və müzakirə edir. 11 sentyabr hadisələri, “Ərəb baharı” “rəngli inqlablar” və bunlara bənzər prosseslərin rəsmi versiyaları ancaq “obivatellər” üçündür, bir az ağlı başında olan insanlar bu hadisələrin daha dərin səbəb və nəticələrini görə bilir. Uzağa getməyək, elə götürək 3 il bundan əvvəl başlayan Ukrayna böhranını. Bu gün artıq demək olar ki, heç kimin ölkəni təmamilə tənəzzülə aparan bu hadisələrin arxasında Qərb ölkərinin müəyyən qruplarının dayandığı şübhəsi qalmır. İş o yerə çatıb ki, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da başlayan iğtişaşların arxasında Corc Sorosun dayandığı rəsmi olaraq irəli sürüldükdə Trampın seçki gərargahının yaydığı bəyanatda Sorosa “Ukraynada etdiyi kimi! qanuni yolla seçilmiş prezidenti yıxmağa imkan verməyəcəklərini” rəsmi şəkildə bəyan etmişdilər.    
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Kissincer heç də  keçmişdə yüksək vəzifələr tutan indi isə sadə bir təqaüdçü həyatı yaşayan birisi deyil. 

- Elə isə o, kimdir? 
- Dediyim kimi - Kissincer müəyyən təşkilatların, qlobal qrupların nümayəndəsidir. 

- Belə çıxır ki əfsanəvi “dünya hakimiyyəti” mövcüddür?  
- Xeyr. Mövcüd olduğunu demək hələ çox tezdir. Başqa məsələdir ki, buna çalışan çox nəhəng və dəhşətli dərəcədə güclü, yarı gizli, qapalı qurumlar var. Bunlara “qlobal səhnəarxası” və ya “qlobal proseslərin razılaşdırılması və idarəetməsi üçün yaradılmış fövqəlmilli strukturlar” adını verə bilərik. Məsələ burasındadır ki, hazırda dünyada hakim olan kapitalist sistemi kifayət qədər mürəkkəb, çətin və ziddiyətli bir sistemdir. O, özündən əvvəlki heç bir sistemə bənzəmir. Kapitalist sistemin ziddiyətlərindən biri ondan ibarətdir ki, iqtisadi cəhətdən qlobal xarakter daşısa da siyasi cəhətdən milli dövlətlərə parçalanmış bir dünyaya hökm edir. Və bu ziddiyəti aradan qaldırmaq, beynəlxalq aləmdə özlərinin iqtisadi maraqlarını reallaşdıra bilmək üçün transmilli şirkətlər, beynəlxalq maliyyə qurumları və ən vacibi - iqtisadi  və zəngin  ailəvi qruplaşmalar özlərinə bu cür yarı gizli, qapalı təşkilatlar yaradırlar. 

- Məsələn, hansılarının adlarını çəkə bilərsiniz? 
- Təbii ki bunların hamısının adlarını nəinki mən, heç illərini bu sahəyə həsr eləmiş mütəxxəsislər belə  bilmir. Amma bilinənlər içərisində  “Bilderberq klubu”, “Roma klubu”, “Rodsun qrupu”, “Bohemiya klubu”,  “Century” (əsr) və “Circle” (dairə) və s qruplaşmaların adlarının çəkmək olar. Təbii ki bunlar qapalı gizli təşkilatlardır. Bilirsiz,  kimlərinsə ictimai sistemin və ya hakim təşkilatların əsil mahiyyətini, onlar haqqında həqiqətləri dərk etməsi hakim dairələrin maraqlarına ziddir. Onlar hər vəchlə buna mane olur, bu məsələlər haqqında geniş, xüsusilə də akademik tədqiqatlar aparılmasına maneçilik törədirlər. Nəticədə isə tədqiqat mərkəzlərinin onlara pul ayıran sponsorların verdikləri sifarişi yerinə yetirməkdən başqa çarələri qalmır.  Çox vaxt görürük ki, daha hiyləgər variantlara əl atılır. Müəyyən bir qaranlıq mövzü o qədər bayağı, səviyyəsiz şəkildə təqdim olunur ki, hər tərəfdən tənqidə məruz qalır və bu məsələnin üstü birdəfəlik bağlanır. Bir daha o məsələ ilə maraqlananlar qeyri-ciddi adam olmaq, tənə və lağa qoyulmaq təhlükəsi ilə qalırlar və məsələnin üstü birdəfəlik örtülür. Çox vaxt belə “ifşa edici” materillar müəyyən təşkilat və ya şəxs barədə həqiqətən də ciddi tədqiqatın ortaya çıxması ərəfəsində baş verir. Bununla da əvvəlcədən şişirdilmiş əfsanələri ortaya atmaqla, ciddi araşdırmaların dəyəri gözdən salınır.  Əslində isə həqiqətləri görə bilmək, dərk edə bilmək o qədər də çətin deyil. Gəlin unutmayaq ki, ağıllı adamlar çınqıl parçasını dəniz kənarında, yarpağı isə meşədə gizlədirlər. Yəni əslində hər şey göz qabağındadır. Məsələn, Azərbaycanda yaşayan insanlar monopoliyanın nə olduğunu gözəl bilirlər. Bir və ya bir neçə şirkət, bazarda müəyyən bir malın gətirilməsi və istehsalını necə deyərlər “özəlləşdirir”. Nəticədə öz şərtlərini diktə edir, mallara özü istədiyi qiyməti qoyur və rəqibi olmadığı üçün müştəriləri ancaq onun malını almağa məcbur edərək faktiki olaraq “soyur”. Elə deyilmi?  

- Təəssüf ki, elədir”¦  
- Qlobal iqtisadiyyat haqqında danışanda isə bizə “sərbəst bazar iqtisadiyyatından”, onun nə dərəcədə açıq və şəffaf olmasından dəm vururlar. Amma bu həqiqətən də belədirmi? Eşitdiyimiz, xəbər tutduğumuz milyarderlərdən neçə faizi öz sərvətini qanuni, necə dəyərlər “halal” yolla əldə edib? Bu gün iş o yerə çatıb ki, ziyalı, alim axşam evə gedərkən balasının qarnını necə doyuracağını düşündüyü zaman yanından ötüb keçən bir neçə yüz min dollarlıq avtomobildə oturan gəncin buna necə sahib olduğu sualını belə verə bilmir. Çünkü cəmiyyətdə bütün murdarlıqlara bəraət qazandıran “bacarana can qurban” fəlsəfəsi formalaşıb. Ən dəhşətlisi də budur. Amma bu mənzərə və bu fəlsəfə yalnız Azərbaycandamı mövcüddür? Sizə bir sual verim: Planetimizin əhalisinin sayı nə qədərdir? 

- 6 milyarddan çox...
- Bu ancaq rəsmi rəqəmdir. Həqiqətdə nə qədər olduğunu demək olar ki heç kim bilmir. Amma olsun 6 milyard. Bu 6 milyard insanın nə qədər hissəsi mobil telefonlardan istifadə edir? 

- Əhəmiyyətli bir hissəsi. 
- Bəli insanların mobil telefonlara olan aludəliyindən danışmağa ehtiyac yoxdu. Yaxşı bəs onda dünyadakı insanların mobil telefona olan ehtiyacını neçə şirkət  ödəyir? Neçə telefon istehsal edən şirkət adı çəkəbilərsiz?     

- Samsung, Apple, Nokia...
- Daha bir iki dənə var ki, onların dünyadakı bazar payı əhəmiyyətsizdir. Yəni əslində 5 dən çox olmayan mobil telefon istehsal edən şirkət var və bunlar da öz aralarında bir-birləri ilə əlaqəlidirlər. 
Eyni şeyi dünyanın avtomobil istehsalçıları haqqında da demək olar. Dünya avtomobil bazarının 80 %-nə cəmisi 11 şirkət nəzarət edir ki, bunlar da öz aralarında çox sıx şəkildə bağlıdırlar. Bu monopoliya deyilsə bəs nədir? Əminsinizmi ki, kifayət qədər maddi sərvətiniz belə olsa onların arasında yer ala bilərsiz?!
  
- İqtisadiyyatın başqa sahələrində də bu belədir? 
- Bundan 5 il əvvəl Sürixdə yerləşən  məşhur İsveçrə Federal Texnologiya İnstitutu maraqlı bir elmi tədqiqat apardı. Ceyms Qlattfelderin rəhbərliyi altında alimlər dünya iqtisadiyyatının ayrı-ayrı eleməntlərini tədqiq etmək üçün Orbis 2007 məlumat bazasına daxil olan dünyada yerləşən 37 milyon şirkət və investora aid məlumatları super kompyuterə daxil edərək onların arasındakı əlaqələri öyrənməyə çalışdılar. Nəticlər şok effekti yaratdı, belə ki, ilkin hesablamalarda bu 37 milyon şirkətin aid olduğu 43 min transmilli şirkət ortaya çıxdı. Daha dərin analizdən sonra alimlər onların da aid olduğu 1318 şirkətlik bir “nüvənin” olduğunu gördülər. Bu “nüvənin” içindəki hər şirkət təxminən 20 başqa şirkətin sərmayəsində iştirak edir. Beləliklə, bu “nüvə” dünya ümumdaxili məhsulunun təxminən 60%-nə nəzarət edir.  İsveçrəli alimlər daha dərinə gedərək və bu “nüvənin” (1318 şirkət) içində daha 147 Transmilli şirkət olan daha kiçik bir “nüvə” tapırlar.  Bu kiçik “nüvə” haqqında məlumatlar isə o qədər də çox deyil. 

Birincisi, bu 147 şirkət bir-birləri ilə kapitallarından qarşılıqlı istifadə etmək yolu ilə sıx bağlıdırlar. İkincisi, kiçik nüvənin əsas hissəsini (75%) banklar, sığorta şirkətləri və digər maliyyə qurumları təşkil edir. Bunların arasında Barclays Bank, JP Morgan Chase, UBS AG, Merrill Lynch, Deutsche Bank, Goldman Sachs və başqaları var. Üçüncüsü, isveçrəli alimlərin gəldiyi qənaətə görə, “kiçik nüvə” dünya aktivlərinin 40%-nə, o cümlədən bank sektorunun 90%-nə nəzarət edir.    
Bununla yanaşı qeyd etmək lazımdır ki, isveçrəlilərin analizi bir qədər səthidir. Çünki, şirkətlər arasındakı əlaqə ancaq bir-birlərinin kapitalında iştirak etmək deyil ki... İndiki dövrdə təzyiq göstərmə və idarəçilikdə iştirak etmənin əsas üsullarından biri də verilən kreditlərdir. Banklar şirkətlərə kreditlər verdikdə istər istəməz onların işində bu və ya başqa şəkildə iştirak edir, bu faktor da nəzərə alındıqda yuxarıda adı çəkilən “nəhənglərin” dünya iqtisadiyyatında payı daha çox artır.    
Əslində tədqiqatlardan əvvəl də bütün bunlar bilinirdi. Məsələn, məşhur amerikalı alim Yustas Mullinsin (Eustace Mullins) “The Secrets of the Federal Reserve” kitabını xatırlatmaq olar. Bu kitabında o, Amerika Federal ehtiyat bankının səhmdarlarının siyahısını verir. Bəli, internetdə belə kiçik bir araşdırma aparmaq kifayətdir ki, Amerika Milli Bankı funskiyasını icra edən və dolların emissiyası təşkil edən Federal Ehtiyat Sisteminin əslində özəl bankların səhmdarı olduqları dövlətin idarəsində olmayan bir qurum olduğunu görək. Yəni bütün dünyada hegemon valyuta olan dolları əslində heç ABŞ deyil, nəhəng bankların təşkil etdiyi və sadəcə olarak mərkəzi bank funskiyasını daşıyan özəl bir bank buraxır. Üstəlik dollar əslində maddi varlığa əsaslanmır. Nə qızıla, nə neftə, nə də başqa bir şeyə. Yəni dollar əslində kağız parçasıdır. 

Yustas Mullinsin “The Secrets of the Federal Reserve” kitabında bu səhmdarların siyahısını verir və kitabın 1952- ci ildə nəşr olunmasına baxmayaraq biz bu siyahıda da isveçrəli alimlərin ortaya çıxartdığı bank adlarına rast gəlirik.  

- Belə çıxır ki, siyasi proseslərdə xalqların, vətəndaşların heç bir rolu yoxdur? 
- Təbii ki, böhranların, inqlabların və diğər siyasi proseslərin  kökündə obyektiv və sistematik əsaslar da, kütləvi proseslər də dayanır. Ancaq Enşteyn belə deyirdi ki “dünya kəmiyyətlə deyil keyfiyyətlə idarə olunur”. Dünyada böyük olmasalar da, yaxşı təşkil olunmuş, əllərində böyük maliyyə, var-dövlət və informasiya resursları olan  qrupların gücü, böyük kütlələrin, hətta ayrı-ayrı ölkələrin gücündən belə dəfələrlə artıqdır. Məsələn, Larry Fink adlı birisi haqqında eşitmisinizmi?
 
- Xeyr...  
- Təəcüblü deyil. Adətən dünyanın ən varlıları dedikdə ilk ağla Forbes jurnalının varlılar siyahısına çıxan adamlar, Bill Gates, Warren Buffett, Abramovich, Zuckerberg və s. gəlir. Ancaq rəsmi olaraq planetin ən zəngin insanı sayılan Bill Gatesin cəmi 75 milyardı olduğu halda yuxarıda adı çəkilən Larri Fink 13 trillion dollar sərvətə sahibdir. Bəli 13 trillion! Onun sahip olduğu Blackrock maliyyə koorparasiyası dünya nəhənglərindəndir. Bir başqa qəhrəmanımız Jamie Dimon - JP Morgan Chase kimi ən nəhəng ABŞ banklarından birinin rəhbəridir. Təkcə onu demək bəsdir ki, 2008-ci ildə J.Dimon dolların emissiyası ilə məşğul olan və bizə indiyə qədər ABŞ-ın mərkəzi bankı olaraq “sırınan” Federal ehtiyat sisteminin Nyu-York şöbəsindəki şuranın üzvü olduqdan sonra öz bankına 55 milyard dəyərində kredit “təşkil edib”. Və bu iki nəfər kimi tanımadığımız, bilmədiyimiz o qədər insan var ki... Demək istədiyim odur ki, bunlar kimi insanların iştirak etdiyi qrupların təsiri müasir dünya siyasəti və iqtisadiyyatında həlledici rola malikdir. 13 trillion dollar bu gün dünyadakı bir çox ölkənin sahib olduğu bütün mal varlığından daha çoxdursa, onda siyasi proseslərə ölkələr daha çox təsir edə bilər, yoxsa bu cür adamların toplaşdığı Transmilli şirkətlər və yarı-gizli qruplar?  İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman deyirdi: “Müasir siyasi iqtisad bizə yaxşı təşkil olunmuş kiçik qrupların maraqlarının çox vaxt geniş kütlərlərin maraqlarını üstələdiyini öyrədir”. Bu sözlər hansısa konspiroloqa yox, məşhur amerikalı iqtisadçı, iqtisadi şərhçiyə aiddir. Hələ Kruqmandan çox əvvəl XX əsrin əvvəllərində Oqüst Koşen Böyük Fransız inqlabının timsalında kiçik və yaxşı təşkil olunmuş qrupların böyük miqyaslı tarixi proseslərdəki rolundan danışırdı. 

- Bəs prezident seçkiləri, səsvermələr, dövlət başçılarının siyasi mövqeyi? 
- Prezident seçkilərindən söhbət getdiyi vaxt sıravi vətəndaşlar arasında aparılmış sorğuları elə gözümüzə soxurlar ki, sanki kuklalarla onları oynadanların rəyi arasında heç bir fərq yoxdur. Bizim əksəriyyətin fikrinin nə olduğunun böyük əhəmiyyətindən danışırlar. Bəs nədir bu əksəriyyət? Deyək 100 canavar ilə 10 000 qoyun qarşı qarşıya gəlirsə burda güc bəyəm sayca əksəriyyətin əlindədir? 100-200-ə yaxın insan dünya zənginliyinin yarısından çoxunu, qlobal kütləvi informasiya vasitələrini  idarə edirsə, geniş beynəlxalq əlaqələrə malikdirlərsə, onlar güclüdür, yoxsa maaşdan maaşa baxan, çox da güclü savadı olmayıb öz dar “dünyaları” içində güzəranını keçirməyə çalışan milyardlarla sadə insan? 
 
- Bundan başqa Rotşildlər və Rokfellerlər gücündən də axır vaxtlar çox danışılır...
- Bəli... Adını çəkdiyiniz bu klanlar, həmçinin onlara bağlı ailələrin qlobal siyasət və iqtisadiyyata təsir gücü haqqında ayrıca danışmaq lazımdır... Ancaq bunlar barədə artıq gələn söhbətlərimizdə... 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]