Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zərdüşt necə varsa

Bölmə :
Köşə
Yazar :
Nemət Məmmədli
Təqdimat :
Lütfi-Zadə adına BMEA-nın həqiqi üzvü
Yayım tarixi :
20/12/2016 [16:50]
Baxılıb :
dəfə

Nəhayət, zamanı gəldi, çoxdan arzusunda idim,  özümü toplayıb oxuduqlarımı və bildiklərimi nizama salıb, təfəkkürünə  heyran  olduğum  bir  dahi,  Zərdüşt  peyğəmbər  haqda  yazmağa  qərar  verdim.    

Zərdüşt  peyğəmbər  titanik,   əzabkeş  və  məhrumiyyətlərə  dözə  bilən,  nitqi  ilə  kütlələri  ardıyca  aparıb  düz  yol  göstərmək  iqtidarında  olan  əzəmətli  şəxsiyyətlərdəndir.  Həm  də  dünya  tərəfindən  ikili  münasibətə  məruz  qalanlardandır.  Bir  tərəfdən  o,  çoxallahlılıqdan  təkallahlığa  keçidi gerçəkləşdirən  bir  şəxs  kimi  tanınırsa,  digər  tərəfdən  bu  keçid  Allahı  cismə  bağlamaq hesab olduğundan   islamda  qəbuledilməzdir.  Çoxallahlılıq  Allaha  olan inamı  azaldır  və  insanlarda  çaşqınlıq  yaradırdı.  Əsrlər  boyu  insanlığın  fəlakəti  məhz  oradan  qaynaqlanıb.  
On  il  dağda  qalan  Zərdüşt  peyğəmbər  xalq  kütlələri  ilə  ilk  görüşlərində Günəşin  qüdrətindən  elə  danışırdı  ki,  hamı onu  canfəşanlıqla  dinləyir  və dediklərini  qəbul  edirdi.  Günəşin  istilik  törədicisi  kimi  qəbulu gözlənilən  idi.  Odun-atəşin  alınması  və  saxlanması  uzun  illər  problem  olaraq  qalırdı.  İnsanın  ilk  yaranışından  enerji  problemi  olub  və  indi  də  aktual  olaraq  qalır.  İndi  biz  alternativ  enerji  mənbələrindən  danışırıq.  Çünki  əlimizdə  olanlar  ya  tükənir,  ya  da  ekoloji  cəhətdən  qəbul  edilməzdir.

Məhəmməd peyğəmbər (s.ə.s.)  deyirdi  ki,  “Biz  Allahı  yüksəklərə,  gözəgörünməzlərə  qaldırırıq,  bütpərəstlər  isə  onu  yerə  endirirlər”  Yəni  hörmətsiz  edirlər.  Zərdüştçüləri  ərəb  xilafəti  dövründə  atəşpərəst  adlandırırdılar,  onları  bütpərəstlərlə  eyni  tutur  və  onların  atəşgahlarını  dağıdır,  malikanələrini  viran edirdilər.  Zərdüşt  peyğəmbərin  zamanında  və  ondan  sonrakı  atəşpərəstliyin  intibahı dövründə çox böyük ərazidə Hindistandan ta İtaliyaya qədər yüzlərlə  atəşgahlar  yaradılmışdı.  İnsanlar  orada  qızınır,  dualar  edir,  həm  də  günlərini  keçirirdilər.  Onların  bir  saylı  vəzifəsi  odu  qoruyub  saxlamaq  idi.

İndi  həftədə  bir  dəfə  evlərimizə  qaz  gəlməyəndə  sanki  aləm  dağılır,  narahatlıq  və  narazılıq  baş  verir,  dedi-qodu və  s.  yaranır. Bəs  illərlə,  aylarla  odsuz-istisiz  qalanlar  neyləməliydilər?  İstisiz  hansı  komfortdan  danışmaq  olar?  Biz  indi  atom  enerjisindən  də,  elektrik  enerjisindən  də,  hidroenerjidən də istifadə  edirik,  onlarsız  keçinə  bilmirik,  amma  adımız  müsəlmandır,  xaçpərəstdir,  ateistdir  və s.

Silah  alırıq,  silah  satırıq,  atəş  açırıq,  atəş  saçırıq,  amma  atəşpərəst  deyilik.  Bəs  Zərdüşt  peyğəmbər  neyləmişdi?  Atəş  açmışdı,  silah  satmışdı?  Odla  adam  öldürmüşdü?  Xeyr!  İstinin,  odun,  alovun  xeyirli  tərəflərindən  danışmışdı.  Zərdüşt  peyğəmbər  haqda  çoxlu  kitablar  yazılıb. İstənilən zövqə uyğun nəsə tapmaq mümkündür.  Onun fəlsəfi fikirləri   araşdırılıb, lakin hələ indiyə qədər tam yetkin obraz  formalaşmayıb.  Çünki  dünyada  çox  lazımsız  sözgüləşdirmələri  gedib  və  hələ  də    getməkdədir.  Bizcə  dahilərin  millətini  heç  axtarmaq  da  lazım  deyil.  Min ildən  sonra  kimin  hansı  millətdən  olması bir o qədər də əhəmiyyət  kəsb  etmir.  Çünki  dahilərdən  bütün  dünya  bəhrələnir.  Dahilərin  bütün  külliyatı  dünyanın  informasiya  sahəsindədir.  Kim  nə  qədər  istəyir  götürsün.  Dahilərin  vətəni  də  simvolik səciyyə daşıyır.  Bütün  kainat  onların  vətənidir.  Dahilər  sadəcə  Yerin  övladlarıdırlar.  Fövqəl  insanları  koordinata  bağlamaq  naqislik  əlamətidir.  

Mənbələrin  çoxunda  yazılıb  ki,  Zərdüşt  peyğəmbər  indiki  İran  ərazisindəki  Urmiya  gölünün  yaxınlığında,  eramızdan  əvvəl  VII  əsrin  ortalarına  yaxın illərdə  dünyaya  göz açıb.  Urmiya  dünyanın  ən  qədim  yaşayış  məskənlərindən  sayılır.  Torpağı  kül  rəngindədir.  Çox  işlənmiş  torpaqdır.  Urmiyanın  meyvələri  bütün  Avropaya  aparılırdı.  Şəhər  ətrafında  450  şirə  zaveti (onlar  zavoda  zavet  deyirlər)  var.  Avtomatlaşdırılmış  müasir  texnologiya  ilə  işləyən  zavodlar  bütün  Avropanı  yüksək  keyfiyyətli  müxtəlif  çeşidli  şirələrlə  təmin  edir.  Bizim  orada  yediyimiz  meyvələrin  dadı  indiyə  kimi  damağımızdadır.  Ömrümüz  boyu  yediyimiz  meyvələrin  heç  biri  oranın  meyvələrinə  bənzəmir.  Çox  heyif  ki,  soruşduqlarımızın da  heç  biri  Zərdüşt  peyğəmbərin kəndi  haqda  düz-əməlli  bir  məlumat  verə  bilmədi.  Onlar  da  yalançı  tarixdən  gələn  qaralamadan  danışdılar.  

Tanınmış  iş  adamı  əslən  Təbrizli,  xeyriyyəçi  və  naşir  Əli  Poladın  2015-ci  ildə  nəşr  etdirdiyi  “Mədəniyyətlərin  beşiyi:  Təbriz”  kitabında  yazılana  görə  Zərdüşt  Makidoniyalı  İsgəndərdən  258  il  əvvəl,  yəni  e.ə.  644-cü  ildə  Azərbaycanın  güneyində  yerləşən  Urmiya  şəhərində,  Zbar  dağının  ətəyindəki  Dərəcə çayının  sahilində  tikilmiş  sarayda  anadan  olmuşdur.  Atasının  adı  Puruşaspa,  anasının  adı  Doqda  imiş.  Orta  əsrlərdə  yaranmış  “Zərdüştnamə”  kitabında  yazılana  görə  uşaqlıqda  Zərdüşt  öz  yaşıdlarından  heç  zaman  ağlamaması  və  daima  gülüşlə  evlərini  ilahi  nuruna  qərq  etməsi  ilə  seçilirmiş.  Hələ  uşaq  çağlarında  öz  müdrüklüyü  ilə  fərqlənirmiş.  Erkən  yaşlarından  ruhanilərdən  dərs  alan  Zərdüşt  15  yaşından  kamil  bir  din  xadimi  kimi  həqiqət  axtarışı  ilə  dünyanı  dolaşmağa  başlamışdır.

Zərdüşt  öz  təlimini  “Avesta”  adlandırdığı  müqəddəs  kitabda  ifadə  edib.  Zərdüştlük  əxlaqı  xeyirxah  fikri,  sözü,  əməli  nəzərdə  tutur,  səxavəti,  doğrunu  arzu  və  istəklərdə  təmizliyi  təbliğ  edir,  zülm  və  qanunsuzluqlardan  çəkinməyə  çağırır.  Zərdüştlük  nəinki  Şərqdə,  hətta  Qərbdə  də  yayılır.  Bu  dünyanın  ən  qədim  dini  idi.  Bu  din  bütün  özündən  sonra  gələn  dinlərin  inkişafına  təkan  vermişdir.  Sonradan,  zorla  müsəlmanlaşdırılan  zərdüştilər  Azərbaycanı  bu  dinin  və  Zərdüştün  vətəni  hesab  edirdilər.

Zərdüşt  dininə  iman  gətirənlər  inanırdılar  ki,  həyatın  əsasını  təşkil  edən  od,  su,  torpaq  və  havadır.  Yəni  onlar  dörd  ünsürdən  biri  olan  oda  üstünlük  verirdilər.  Dünyada  ilk  dəfə  1871-ci  ildə  ingiltərəli  alim  Henri  Kavendiş,  təcrübi  olaraq  suyu  yanar  havada  (hidrogenlə  oksigenin  qarışığında)  almışdır.  1783-cü  ildə  isə  müasir  kimyanın  yaradıcılarından  biri  sayılan  fransalı  alim  Antuan  Loran  Lavuazye  hidrogen  və  oksigeni  yandıraraq  2,5q  su  almışdır.  Ən  nəhayət,  XX  əsrin  70-ci  illərində  Nobel  mükafatı  laureatı  Pyotr  Kapitsa  qaz  boşalması  aralığında  (plazma  mühitində)  5  qeyri-üzvi  maddədən  {H2; O2; CO2; NH3 ammonyak  və  CH3 (metan)}  üzvi  molekullar  zənciri  almışdır.  Bu,  Zərdüşt  peyğəmbərə  göstərilən  ən  böyük  sayğıdır.  Çünki  cansızdan-canlıya  keçid  probleminin  həlli  istiqamətində  atılan  ən  uğurlu  addımdır.  Oksigen  yanma  prosesinə  kömək  edir.  Hidrogen  oksigen  mühitində  yanır.  Hidrogenin  yanma  prosesində  su  əmələ  gəlir.  Su  da  öz  növbəsində  yanğın  söndürəndir.  Demək,  dövrə  qapanır.  Bu  dünyanın  ən  maraqlı  möcüzələrindən  biri  sayılır.  Elm  olmayan  zamanlarda  Zərdüşt  peyğəmbərin  oda  sitayiş  etməsi,  odu təbliğ   etməsi  təqdirə  layiqdir.  Hadisənin  məğzinə  varmayan  islamçılar  zərdüştçüləri  Hindistana  kimi qovub  vətəndən  uzaqlaşdırdılar.  Qatlarda (dana dərisindən olan lövhələrdə) yazılmış  “Avesta” nın ilk nümunələri  çoxlu  müdaxilələrə  məruz  qalmışdır.  Əsərdəki  bütün  personajların  adları  dəyişdirilmişdir.  Hər  halda  yenə  nəsə  qalıb,  buna  da  şükür.  İndi  Zərdüşt  təliminin  yenidən  pöhrələnən  vaxtıdır.  
Dünyaya  Zərdüştü  peyğəmbər  kimi tanıdan alman filosofu Fridrix Nitşe olmuşdur.  Onun  XIX  əsrin  sonlarında  yazdığı  “Zərdüşt  belə  deyirdi”  kitabı Avropada birmənalı  qarşılanmadı, qalaq-qalaq kitablar yandırıldı.  Çünki  Zərdüşt  təlimi   hər  cürə  haqsızlığa qarşı  üsyan  edirdi.  Mütləqiyyət  bununla barışa  bilmirdi.  Nitşenin  vaxtında  bütün  dünyanın  qənimi  vərəm  xəstəliyi  idi.  Vərəm  çöplərini isə günəş  şüaları  məhv  edir.  Avropada  yaşayanlar  bu  xəstəliyə  tutulanda  üz  tuturdular  İtaliyaya.  Nitşe də  ömrünün  son  illərini  orada  müalicədə  keçirib.  Yəni  o  da  xəstəliyinin  ucbatından  Günəşə  doğru can  atırdı.  Yazdığı  kitabdan  və  bacısının  məktublarından  açıq-aydın  Günəşə  olan  məhəbbət  duyulur.  O,  1900-cü  ildə  56  yaşında  vəfat  edib  Günəşin  fəaliyyətilə  bağlı  çox  hadisələrdən  xəbərsiz  getdi.  Düzdür, onun zamanında artıq işığın  elektromaqnit  dalğası  olması,  onun  dualizmi,  işığın  təzyiqinin  Stoletov  tərəfindən  ölçülməsi, foto-effekt hadisəsi, bitkilərdə fotosintez hadisəsi məlum idi.  İndi  günəş  spektrinin  bütün  tərkib  hissələri,  onların  tətbiq  sahələri,  fotonun  enerjisi ,  elektromaqnit  dalğalarının  gündəlik  həyatımızda  geniş  rolu, optik liflər, orqanizmdə işığın fəaliyyəti ilə bağlı hadisələr nəinki  elm  adamlarına,  hətta  adi  vətəndaşlara  da  məlumdur. 

Biz  içməli  suyun  xassələrini  tədqiq  edərkən  elektromaqnit  dalğalarının  suya  təsirini də  öyrənmişik.  İnsan  orqanizmi  70%,  beyin  isə  90%  sudan  ibarət  olduğundan  aydın  məsələdir  ki,  suyun  xassələrini  dəyişə  bilən  hər  hansı  fiziki  təsir  insanların  da  əhvalına  və  ya  sağlamlığına  təsir  etməlidir.  Mikrodalğa  sobalarında istifadə  olunan  santimetrlik  dalğalarla  biz  10, 20, 30  dəqiqə  müddətlərində,  qabaqcadan  səthigərilməsi  ölçülmüş  sulara  təsir  göstərmişik.    Ətrafımızdakı  şüalanmanın  fonunu  bilərək  biz  fondan  azacıq  fərqlənən  elektromaqnit  şüaları  ilə  suya  təsir  göstərmişik. Təcrübələrin  nəticələri  göstərdi  ki,  təsir  müddəti   artdıqca  suyun  səthigərilməsi  daha  çox  azalır.  Yəni  su  aktivləşir,  orqanizm  üçün  daha  faydalı  suya  çevrilir.  Adi  su  aktivləşərkən  müalicə  etmək  qabiliyyəti  kəsb  edir. Həm də orqanizmdə gedən biokimyəvi  reaksiyaların sürəti və    fizioloji  proseslərin  səciyyəsi  tam  suyun  keyfiyyətindən  asılıdır.  

Bütün  bunlar  göstərir  ki,  zamanına  görə  Zərdüşt  peyğəmbər  çox  böyük  iş  görmüşdür.  O  insanı  heç  bir  ictimai-siyasi   məsələlərə  qatmaq  olmaz.  Əgər  hər  hansı  insan  yaranışından  ta  gedişinə  kimi  müsbət  dəyərləri  təbliğ  edibsə,  o  hamınındır,  bəşəriyyətindir  və  əbədiyyətindir.  Nitşenin  kitabında  Zərdüştün  mahnısı  “Bir  daha”  və  ya  “Əbədiyyət  naminə”  kimi  dəyərləndirilən  şer  parçası  insan  mənəviyyatının  məğzini-cövhərini  ifadə  edir:



Dostum,  qulaq  as  mənə,
Köklən  gecə deyənə.
Qəflət yuxusundaydıq,
Nə  yaxşı  ki,  oyandıq.
Dünya  dərin  dünyadır
Gündüz  sezilə  bilməz
Hüznün  dərinliyi
Sevinci  ötə  bilməz.
Əbədi  həyat  eşqi
Daima  qamçılayır
Ölümün  kölgəsini.
Əbədiyyət  naminə,
Dünyanın  qüssəsini.  
Yəni  ən  dərin  fikirlər,  dünyanın  mütləq  anlanması  yalnız  təklikdə  və  gecə  ola  bilər.  Çünki  gündüz  fikri  dağıdan  faktorlar  çoxdur.  Səs-küy,  dolu  mədə  və  işıq.  İşıq göz qamaşdıran,  fikir  dağıdan,  həm də  orqanları  çalışdırandır.  İnsan  dərin  düşünmək  üçün zülmət və  sükunət  axtarır.  Dünyanı  yaşadan  sevincdir.  İnsanlar  sevinc  əldə  etmək  üçün  lazım  olan  və  olmayan,  hətta  başqalarına  əziyyət  verən  addımlar  atırlar.  Dünya  tarixinə  məlum  dəhşətlərin  hamısı  “Əbədi  həyat”  naminə  müəyyən  sevincə  nail  olmaq  məqsədilə  törədilmişdir. 


Fridrix  Nitşe  deyirdi  ki:  “Hər  bir  peyğəmbərin  özünün  xəzinəsi, min  illik səltənəti  mövcuddur.  Bu  səltənətlərin  hamısına  ehtiram  vacibdir.  Çünki  insanlığın  bugünkü  səviyyəyə  çıxmasında  hər  birinin  rolu  var.  İnsanlıq  yorulmadan  çalışıb  ayrı-ayrı  dahilər,  fövqəl  insanlar  yetişdirməlidir.  Yalnız  budur,  başqa  heç  bir  şey  onun  məqsədi.”  Belə  dahilərdən  biri  də  əzabkeş  Zərdüşt  peyğəmbər  olmuşdur. Olmuşdur  yox,  o  həmişə  bəşəriyyətlədir.  Zərdüşt  peyğəmbəri  tam  başa  düşmək,  anlamaq  üçün  xeyli  öyrənmək,  biliklər  əldə  etmək  lazımdır.  Biz  zərdüştçülükdən  danışanda  əsasən  görünən  işıq,  od  və  alovdan danışırıq.  Elektromaqnit  dalğaları  şkalasında  görünən  hissə  dar  bir  zolaqdır.  Bu  şkalanın  ayrı-ayrı  hissələrinin  çox  geniş  tətbiq  sahələri  var.  Bugünkü  rabitə  sistemlərinin  iş  prinsipi  bu  işdə  yardımçımız  ola  bilər.  Zərdüşt  peyğəmbər  on  il  dağda  qartalı  və  koramalı  ilə  qalandan  sonra  çox  mənalara  yiyələnə  bildi.  Özümüzü  bircə  anlıq  onun  yerində  hiss edək.  Bu  10  ilin  10  qışı,  yazı,  yayı,  payızı  var.  Bir  keçə  kilimlə 10  il  ömür  sürmək  asan  işdirmi?  Əlbəttə  yox!  Zərdüşt  peyğəmbər  üç  informasiya  mərkəzindən  istifadə  edirdi.  Özü,  koramalı  və  qartalı.  Koramal Yerlə  əlaqədar  informasiyaları  verə  bilərdi.  Qartal  ətraf  ərazilərdə  olanlara  göz  qoyub,  hərəkət  edən  cisimlər  barədə  xəbər  gətirə  bilərdi.  Bütün  informasiyalarda  Süleyman  peyğəmbərin  (Zərdüşt  peyğəmbərin  dövründə  yaşamışdır)  bütün  heyvanat  aləminin dilini  bildiyi  deyilir.  Zərdüşt  peyğəmbər  də  qartalın  və  koramalın  dilini  bilirmiş.  Əslində  yaxşı  müşahidə  qabiliyyəti  olan  həssas  insan  hər  bir  canlının  mimikasından,  davranış  tərzindən  xeyli  informasiya  ala  bilər.  Müxtəlif  canlıların  ayrı-ayrı  fəsillərdə  görüntüləri  də,  vərdişləri  də,  təmasa  münasibətləri  də  fərqlidir.  Faktiki  olaraq  ilk  dəfə  dünyada  çoxallahlıqdan  təkallahlığa keçidi  Zərdüşt  peyğəmbər  təklif  etmişdir.  Yəni,  ekstremal  şəraitə  düşən  kamil  insan  əvvəl  axır  hiss  etməlidir  ki,  Yer  kürəsində  baş  verən  təbiət  hadisələrinin  hamısı  Günəşin  fəaliyyətindən  asılıdır.  Allahın  qüdrəti  özünü  birinci  növbədə  Günəşin  fəaliyyətində  göstərir.  Fəsillərin  yaranması,  suyun  böyük  və  kiçik  dövranı,  canlı  aləmin  həyat  fəaliyyəti  tam  Günəşin  varlığı  ilə  bağlıdır.  Zərdüşt  peyğəmbərin  yaşadığı  illərdən  bəri  günəşin  fəaliyyətinin  daha  incə  tərkib  hissələri  öyrənilmiş  və  hələ  də  öyrənilməkdədir.  İndi Günəşin  fizikası  ayrıca  tədqiqat  sahəsidir  və  dünyada  yüzlərlə  elmi-tədqiqat  institutları  həm  günəşdə  gedən  hadisələri,  həm  günəş  spektrini,  həm  də  günəşin  fəaliyyəti  ilə  bağlı  hadisələri  tədqiq  edirlər.  Günəş  spektri  üzərində çoxlu  sayda  (20 mindən  çox)  müxtəlif  kimyəvi  elementlərin  udulma  xətləri  (Fraunqofer xətləri)  olan  kəsilməz  spektrdir.  Günəşin  ətrafa  şüalandırdığı  enerji  3.8 ”¢ 1023 kVt-dır.  Yer  kürəsi  bu  enerjinin  2 ”¢ 1017  Vt-nı  qəbul  edir.  Yer  səthindən  bir astronomik  uzunluq  vahidi  qədər  (149.6 mln. km.) məsafədə, Yerin atmosfer  qatından  yuxarıda  günəş  şüalarına  perpendikulyar  yerləşdirilmiş,  səthinin  sahəsi  1m2  olan  müstəviyə  1370 Vt   enerji  gəlir. 

Belə  işlərdən  xəbəri  olmayan  insanların  (indiki dövrdə)  Zərdüştə  sataşması  təəssüf  doğurur.  Şəxsən  mən  Zərdüşt  peyğəmbərin  heç  bir  siyasiləşmiş  demaqogiyaya  qatılmasını  istəməzdim.  O,  “Avesta”sında  bazar  milçəyindən  tutmuş  hökmdarlara,  din  xadimlərindən,  allahsızlara  kimi  hamı  haqda  yazıb.  Yəni,  yerin  altını  da  bilirmiş,  üstünü  də.  Elə bir  şəxsiyyəti  bəyənməyən  və  ya  ona  qulp  qoyan  adamı  necə  adlandırmaq  olar?  Yalnız  onu  demək  olar  ki,  yazmağı-oxumağı  öyrədiblər,  amma düşünməyi  yox.  Əfsus.  

İndi  elə  vaxtdır  ki,  internet  müxtəlif  materiallarla  doludur.  Ərinməyən  oradan  götürüb  istənilən  sahədən  danışar  və  hətta  yazar da.  Qətiyyən  ad  çəkmək  fikrində  deyiləm,  lakin  hadisələrin  içində  olanlar  məni  anlayarlar.  Bizim  din,  təriqət,  məslək  və s.  haqda  bilgilərimiz  emissarların  canfəşanlığından  başqa  bir  şey  deyil.  Emissar  fəaliyyətinin  bəhrəsi  ilə  xalq  və  millət  haqda  fikir  söyləmək  yazıqlıq  əlamətidir. Qədim  tarixin hamısı  müəyyən  dini  cərəyanların  sifarişi  ilə  tərəfkeşlik  və  qərəzçilik  mövqeyindən  yazıldığından  faktları araşdırarkən  həssaslığı  əldən vermək  olmaz.  Təxəyyüllə  də  tarix  yazmaq  olmaz, günahdır.  Heç  bir  təqsiri  olmayan  xalq  kütlələrini zərbə  altına  qoymaq  olar.  Saxtakar  erməni  tarixçiləri  görün  milləti  nə  günə  salıblar. Bu  gün  xalq  sərgərdan və   didərgin  olub  qoltuqlardadır.  Elə  bilirsiz,  ermənilərin  içərisində  bütün  bunları anlayanlar  yoxdur?
Mütləq var  və  haqq-ədalət  əvvəl-axır  yerini  tapacaq.  Millətin  uzun  illər  çəkdiyi  əzab-əziyyət  isə  batacaq.

Biz  və  bizim  kimi  kiçik  xalqlar  özləri  müstəqil  olaraq  ağıllarına  gələni  edə  bilmirlər.  Biz  yalnız  pərsəng  ola  bilirik.  Kiməsə  qoşulub  kommunist  oluruq,  kiməsə  qoşulub  internasionalist  oluruq,  nə  bilim  solçu,  sağçı,  qırmızı,  yaşıl,  sarı,  qərəz...  Bakının  işıqları.  Axırda  yenə  var  olsun  Bakının  işıqları.  Bakının  işıqlarının  daimi  olması  naminə biz  çox  da  ifrata  varmamalıyıq.

Yoxsa,  bir  nəfər  o  biri  nəfərə  məktub  göndərir  ki,  bəs  biz  heç  zaman  Zərdüştçü  olmamışıq.  Heç  Azərbaycan  Zərdüştün  vətəni  də  deyil,  bizə  şər  atırlar.  Atəşgah  da  bizim  deyil,  hindlilərə  torpaq  satmışıq,  onlar  gəlib  XVII  əsrdə  özləri  üçün  tikiblər.  İndi  hindlilər  də gəlsinlər  ki,  bəs  atəşgah  bizimdir.  Keyfimiz  istəyir  yerində  atom  elektrik  stansiyası  tikirik.  O da  odun-atəşin,  enerjinin  bir  növüdür.  İndi gəl  çıx  altından  görüm  necə  çıxırsan. 


İkili  şəxsiyyətlərə də  yerindən  və  düşüncə tərzindən  asılı  olaraq  münasibət  fərqlidir.  Məsələn, İsveçrənin   Sürix şəhərinin  mərkəzində,  antikvar  əşyalardan  hədiyyələr  mağazasının  vitrinində  Leninin  üzü  küçəyə  baxan  bir  büstü  qoyulmuşdur.  Elə  büstlərdən  keçmiş  Sovetlər  ölkəsinin  bütün  idarələrində  görmək  olardı.  Lakin  bu  büst  xüsusi  büstdür,  ona  baxan  insanlar  üçün  xeyli  informasiya  daşıyır.  Büstün  xüsusiliyi  orasındadır  ki,  onunla  üzbəüz  duranda  Lenin  necə  varsa  olduğu  kimi  görünür.  Bir  addım  sağa  atanda  büstün  sol  üzü  qızarır,  bir addım  sola  atanda  sağ  üzü  yaşıl  rəngə  boyanır.  Bu  o  deməkdir  ki,  Vladimir  İliç  dünya  üçün  ikili  şəxsiyyətdir.  Siyasətçi  olmadığıma  görə  mən  yalnız  onu  edə  bilərəm  ki,  rənglərin  dünya  tərəfindən  qəbul  edilən  simvolikalarını  nəzərinizə  çatdırım.  Beləliklə,  yaşıl  rəng:  ümid,  sülh,  rahatlıq,  məhsuldarlıq  və  qəm-qüssə.  Qırmızı  rəng:  qan,  həyat,  məhəbbət,  azadlıq,  və  ehtiras.  Bütün  bunlardan  oxucu  özü  nəticə  çıxarsın,  uzun  məsələdir,  çox  vaxt  aparandır  təqaüdçü  adamam,  həm  vaxtım  yoxdur,  həm  də  mənlik  deyil.

Mən  həmişə  yazı  yazanda  nədənsə  tez-tez  ədəbiyyat  dərsində  müəllimimiz  rəhmətlik  Kamil  Mirbağırovun  dediyi  sözlər  yadıma  düşür.  O  deyərdi  ki,  eramızdan  əvvəl  və  eramızın  əvvəllərində, hələ  dramaturgiya  inkişaf  etməyən  vaxtlarda  Afinada  sirklərdə-tamaşa  salonlarında  hər  tamaşadan  sonra  bir  neçə  tamaşaçının  öldüyü  məlum  olurmuş.  Çünki  müəlliflər  ardıcıl  olaraq  3-4  saat  müddətində  ya  camaatı  ağladar  ya  da  güldürərdilər.  Bəzilərinin  ağlamaqdan  ürəyi partlayar,  bəzilərinin  isə  gülməkdən  qarnı  cırılarmış. 

Bizim  tarixçilərimiz  də  “dramaturgiyanı”  yaxşı  bilməlidirlər.  Məncə  istənilən  millət  haqda ardıcıl, çox  kəskin  yaramaz  sözlər  demək  qəti  yolverilməzdir.  Görürsünüzmü,  ikinci  Dünya  müharibəsində  milyonlarla  insanların  ölümünə  səbəb  olmuş  alman  xalqını  yox,  alman  faşistlərini, yəni  millətin bir  hissəsini  lənətləyirlər.  Bütün  xalq  heç  vaxt  pis  ola  bilməz.  Təriqətlər  də  elədir.  Özünüzə  hesabat  verirsinizmi,  hadisənin  episentrindən  minlərlə  kilometr  məsafədə  yaşayan  hər  hansı  millətin  yarısı  bir  təriqətdən,  digər  yarısı  başqa  təriqətdən  olsun.  Halbuki,  min  illərlə  yedikləri  bir,  adət-ənənələri  və  inancları  da  bir  olub.  Odur  ki,  məndən olsaydı əgər,  işimi-gücümü  atıb  tarixçilərə  də,  müxtəlif  sözçülərə  də  böyük  həvəslə  ürəkdən-candan  fizika  və  riyaziyyat  öyrədərdim.  İnsanlığın  yüksəliş  sürəti  məhz  dərin  düşüncə  tərzinin  formalaşmasından,  zəkanın-təfəkkürün  itiliyindən  asılıdır.  Siyasət  dərindən  də  dərin,  zülmətdən  də  qaranlıq  məsələdir.  Hər  yazıb-oxuyan  min  illərin  tarixini  ələk-vələk  edə  bilməz.  Qısa  zaman  kəsiyində  biz  nələri  gördük.  Ağlımıza  da  gəlməzdi  “20 Yanvar”. Bəs  üç  günlük  müharibə  necə?

Bizim  istənilən  variantda  müstəqil  olmağımız  özü  böyük  hədiyyədir.  Bu  hədiyyəni  qiymətləndirmək  gərəkdir.  Müvəffəqiyyətdən  başgicəllənməsi  olmasın.  Biz  bütün  qonşularla  yalnız  dost  ola  bilərik.  Bizə  bir  düşmən kifayətdir,  başqasına  ehtiyacımız  yoxdur, heç  gücümüz  də  çatmaz. Ümumiyyətlə,  istənilən  variantda  düşmən  axtarmaq  yüz  faiz  dəqiqliyi  olmayan  hadisələri  çözələmək  ağılsızlıq  əlamətidir.     

Beləliklə,  biz  tarazlaşdırılmış, qoşulmamaq (İsveçrə modeli)  siyasəti  yeritməliyik.  Hər  birimiz,  hər  gün  özümüzə  hesabat  verməliyik ki,  bu  sahədə  bu  gün  nə  iş  görmüşük.  Vəssalam!  

P.S.  Söhbətimizin  içimizdən   rahat  keçməsi  məqsədilə  universitet  həyatından  tez-tez  yadıma  düşən  xatirələrdən  söhbət  açmaq  istəyirəm.  Əslən  bakılı,  (İçəri şəhərli) Buzovna  qəsəbəsində  yaşayan  “Tərsimi  həndəsə”  müəllimimiz  Qasımxanov  Fətəli  müəllimin  çox  qəribə  dərs  demək  üslubu  var  idi  və  məzəli  söhbətləri  ilə  özünü istədirdi.  Həmişə  əlində  böyük  bir  çantası,  çantanın  da  içində  xeyli  kitab-dəftər, müxtəlif  həndəsi  fiqurlar, yemək-içmək  və  ən  nəhayət,  bir  baş  qırmızı  soğan  olardı.  Nahar  vaxtı  adətən  yeməkxanada  eyni  yerdə  əyləşər,  gur  səslə  danışar,  zarafatlaşar,  məzəli  söhbətlər  edərdi.  O  özünə  yemək  alıb  əyləşən  kimi  çantasından  bir  baş  soğan  çıxarıb  əzər  və  iştahla  yeməyə  başlayardı. 

Mühazirə  vaxtı  patoka  sual  verəndə,  bir  də  görürdün  uşaqlardan  biri  lazımlı  cavabın  yerinə  nəsə  sadə  bir  fikir  söyləyəndə    Qasımxanov  o  saat  bəli,  “Kor  Eyvaz  bulaq  tapıb”  deyərdi.  Yəni  bunu  bilirik,  bəs  orijinal  cavab hansıdır?   O,  “Kor  Eyvaz”  məsələsini  bizim  üçün  danışmışdı.  Bir  dağ  kəndində  bulağın  suyu  itir,  camaat  susuzluqdan  əziyyət  çəkir.  Günlərin   birində  bütün  kənd  camaatı  gedir  dağa  su  axtarmağa.  Günortadan  xeyli  keçmiş,  kor  Eyvaz  da  dözməyib  çıxır  kəndin  ortasına  su  axtarmağa.  Kənd  camaatı  gələn  suyun  itən  yerini  tapıb  boruları  bərpa  edirlər  və  su  böyük  axınla  dolur  kəndə  və  Eyvazın  ayaqları  islanır.  O  da  çığırır  ki,  ay  camaat,  bəs  tez  olun  gəlin  mən  bulağı  tapmışam.  Yəni  məlum  şeyi,  hamı  biləni  deyəndə  deyirlər  “Kor  Eyvaz  bulaq  tapıb.”

Fətəli  müəllimin  digər  lətifəsi  belə idi:  bir  gənc gedir  Ərəbistana,  bir  az  qart-qurt  öyrənir  və  ərəb  dili  bilməsilə  öyünürmüş.  Özünü  göstərmək  üçün  bazarın  şirniyyat  şöbəsində  satıcıdan  soruşur: “ Sizdə  mürəbbəəə...  var?”  Yəni,  mürəbbə  sözünün  ə-sini  xeyli  uzadır  və  bildirmək  istəyir  ki,  bu  ərəb  dili  biləndir.  Satıcı da  arif  adam  imiş,  dərhal  deyir:  “var,  ancaq  o  qatılıqda  deyil,  bir  az  durudur”.  Bu  misalı  da  çəkirlər  bir  məsələni  lüzumsuz  uzadanda.  Yəni  elə  şeylər  var  ki,  yüngülcə  demək  kifayətdir,  çox  uzatmaq  olmaz,  ziyan  eliyər.

Birini  də  deyim,  daha  bəsdir,  Fətəli müəllim deyirdi:  Şəkinin  bir  dağ  kəndində  axşam  çağı  heyvanlar  örüşdən  qayıdanda  məlum  olur  ki,  bir  ailənin  inəyi  yoxdur.  İnək  sahibi  oğlunu  da  götürüb  gedir  dağa  inəyi  axtarmağa.  Xeyli  vaxtdan  sonra  inəyi  dərəyə  aşıb  ölmüş  görürlər.  İnəyin  leşini  ağacların  üstünə  qoyub  çox  çətinliklə,  gecə  qaranlığında  evə  gətirərkən  oğlu  atasına  deyir:  “ay  ata,  kaşki  həyətimizə  girəndə  ala  inək  həyətdə  olaydı.”  Ata  da  deyir  “hə, ay  oğul  nolaydı  olaydı.”

Yəni,  nə olaydı  bütün  yazarlar,  nəyisə  yazanda  təsir  altına  düşməyib,  haqqı-ədaləti  üstün  tutub  yazaydı, milləti, xalqı çaşdırmayaydı.

Nemət Məmmədli
Lütfi Zadə adına BMEA-nın həqiqi üzvü 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]