Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycanda süd sənayesi: İdxal ixracı üstələyir

Azərbaycanda süd sənayesi: İdxal ixracı üstələyir
Bölmə :
Araşdırma
Yayım tarixi :
20/12/2016 [15:00]
Baxılıb :
6115 dəfə
"İki inəyin südü ilə nə yağ çıxır ki, onu da satasan?" - Rəsmiyyə Əliyeva

“İki inəyim var, hər gün sağıram, süd boldur, kənddə də qonum-qonşuya satırsan, o da çoxunun heç olmasa, bir inəyi var”, şəmkirli Rəsmiyyə Əliyeva deyir. 

O, südün litrini 50-60 qəpikdən satır, ancaq pendir tutur və onu bazarda, qapısından istəyənlərə satır. “Kərə yağı daha bahadı, niyə kərə yağı eləmirsiz”, soruşanda o deyir ki, hərdən nəhrə yağı düzəldir, onu da özləri işlədirlər: “İki inəyin südü ilə nə yağ çıxır ki, onu da satasan? Elə lazım olanda özümüzə tuturam ki, yağa az pul verək”, Rəsmiyyə əlavə edir. 

O istəyərdi ki, onun inəklərinin sayı çox olsun və təsərrüfatını genişləndirsin: “O qədər nehrə yağı istəyən olur ki... Elə Bakıda qohumlar var, deyirlər, olanda bizə sat”.

Ancaq Rəsmiyyə Əliyeva bilmir ki, Azərbaycan kərə yağı ilə özünü təmin edə bilmir. Rəsmi statistikaya görə, ölkədə bəzi süd məhsulları yerli tələbatı ödəyir, kərə yağı istehlakının isə təxminən 40 faizi idxal hesabına təmin edilir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək”layihəsi çərçivəsində hazırladığı tədqiqatda göstərilir ki, ötən il Azərbaycan süd və süd məhsullarının idxalına milyonlar xərcləyib: “Birləşmiş Millətlər Təşkilatına məxsus və beynəlxalq ticarət statistikasına dair məlumatları əks etdirən “Comtrade” informasiya bazasına görə, 2015-ci ildə Azərbaycan süd və süd məhsullarının idxalına 137.5 milyon dollar xərcləyib. Ümumilikdə, 31 ölkədən Azərbaycana süd və süd məhsulları idxal edilib, lakin ümumi idxalın 71 faizi və ya 97.3 milyon dolları 4 ölkənin payına düşüb. Həmin ölkələrə Yeni Zelandiya, Türkiyə, Ukrayna və Rusiya daxildir”.

Kərə yağının idxalı 50 faiz artıb

İqtisadçı Rövşən Ağayev deyir ki, 2010-2015-ci illərdə ölkəyə süd və süd məhsullarının idxalında əsas artım kərə yağında müşahidə edilib: “Belə ki, qeyd olunan dövr ərzində kərə yağının idxalı 50 faizdən çox artaraq 22392.7 tona çatıb. Eyni zamanda, pendir və kəsmik idxalı da 50 faizdən çox artıb və 7203.9 tondan 11162.0 tona yüksəlib”. 

Ekspert əlavə edir ki, şəkərsiz qaymaq idxalı 4 dəfədən çox azalaraq 1496.3 ton, şəkər əlavə edilmiş qaymaq idxalı 2 dəfə azalaraq 4265.4 ton təşkil edib: “İdxalla müqayisədə Azərbaycandan süd və süd məhsullarının ixracı çox azdır. 2015-c ildə bu məhsullar üzrə ixrac cəmi 1.5 milyon dollar təşkil edib”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin tədqiqatçıları ölkədə süd və süd məhsullarının inkişafı üçün böyük potensial görürlər: “Örüş və biçənək torpaqlarının ətrafında su kanalları və yeraltı sular vasitəsilə heyvanların suvarılması üçün suvarma infrastrukturu yaratmaq imkanları var. Ölkədə süd məhsullarının emalı ilə məşğul olan, zəruri texnoloji imkanlara və iş təcrübəsinə malik müəssisələr var və yeni fəaliyyətə başlayan biznes onların təcrübəsindən yararlana bilər”. Tədqiqatda vurğulanır ki, ölkədə beynəlxalq (İSO) standartları ilə süd məhsulları istehsal edən müəssisələrin ixrac bazarlarına çıxış təcrübəsi digərləri üçün örnək ola bilər.

“Südçülük heyvandarlığın inkişafından asılıdır”

Tədqiqat müəlliflərindən biri Rövşən Ağayev “Bizim yol”a deyir ki, süd sənayesinin inkişafı ilk növbədə bu sahə üçün xammal bazası rolunu oynayan heyvandarlığın inkişafından birbaşa asılıdır: “Heyvandarlıq sektoru süd sənayesini keyfiyyətli, zəruri həcmdə və əlverişli qiymətə xammalla təmin etdikdə, bu sənayenin rəqabətqabiliyyətli sahə kimi dayanıqlılğını təmin etmək mümkün olmur. Əks halda daha ucuz və keyfiyətli idxal məhsulları yerli sənayeni sıradan çıxarmaq təhlükəsi yaradır”.   

Ekspert Azərbaycanı süd və süd məhsulları üçün kiçik bazar saymır, ancaq deyir, araşdırmalar göstərir ki, hazırda süd emalı sektorunda sahibkarlığın xüsusilə kişik və orta ölçülü müəssisələrin fəaliyyətin üçün bır sıra çətinliklər var: “Hələ ki, təzə süd istehsalı daxili tələbatı ödəyəcək səviyyədə deyil, emal müəssisələri ehtuyaclarına uyğun xammal toplamaqda böyük çətinliklərlə üzləşirlər. Nəhayət, süd istehsal edən fermer təsərrüfatlarının deəmk olar ki, hamısı kiçk ölçülü (orta hesabla 2-3 baş inəkdən ibarət) ailə təsərrüfatlarıdır. Kooperativlər, orta və iri  ölçülü (20 başdan çox sağmal inəyə sahib olan) fermalar olmadığından, emal müəssisləri bəzən gün ərzində yüzlərlə həyətdən süd toplamaq məcburiyyətində  qalır ki, bu həm nəql xərclərini artırır, həm də xammalın keyfiyyətinə nəzarəti müərəkkbələşdirir, labaratoriya xərclərini artırır”.

Ölkədə 10 əsas şirkət var

Tədqiqatçılar müəyyənləşdiriblər ki, ölkənin süd məhsulları bazarında əsas paya malik olan 10 aparıcı şirkət aşağıdakılar hesab edilir: 

Gilan Holdinqin “Sud Məhsullarının İstehsalat Birliyi” MMC müəssisəsi;
Gilan Holdinqin  “Zaqatala Sud emalı Zavodu” MMC müəssisəsi;
Azərsun Holdinqin “Kurdəmİr Sud Emalı Zavodu” MMC müəssisəsi;
Gəmiqaya Holdinqin “Gəmİqaya Bərəkət Qİda Məhsulları” MMC müəssisəsi;
“Bərdə yağ – Pendİr Azgida” MMC müəssisəsi;
Palmali Şirkətlər Qrupunun “NurSud” MMC müəssisəsi;
“BİləsuvarAqro” MMC;
“Göyçay-Sud” ASC
“Milk-Pro” MMC;
“Atena” MMC

Rövşən Ağayev hesab edir ki, kiçik və orta miqyaslı süd istehsalçılarınınnəhəng resurslara və böyük bazar payına, iqtisadiyyatda inhisarçı mövqeyə malik holdinqlərə məxsus, dövlət sifarişlərinə çıxışı olan iri süd emalı müəssisələri ilə rəqabət aparmaq imkanları xeyli çətindir. Onun sözlərinə görə, Türkiyədə sağılan südün 10 faizi müasir və meqa komplekslərdən, 50 faizi orta ölçülü fermalardan, 40 faizi isə ev təsərrüfatlarından toplanır: “Dünyada süd emalında aparıcı ölkələrdən olan Niderlandda süd istehsalında və emalında əhəmyyətli rolkooperativlərə məxsusdur. Hazırda bu ölkənin heyvandarlıq kompleksində 8 nəhəng kompaniyadan 6-ı məhz kooperativlərdir. Bundan əlavə, ölkədə süd istehsalı ilə 25 000 ferma məşğuldur. İstehsal olunan südün demək olar ki, hamısı emal zavodlarına satılır. Kooperativlər süd bazarındakı rəqabətdə uduzmamaq üçün məhsulun keyfiyyətilə yanaşı, onun maya dəyərini aşağı salmağı çalışırlar. Odur ki, süd emalı kooperativləri yeni texnologiyaların tətbiqi məqsədilə fermalara maddi dəstək proqramları həyata keçirirlər”.

“Potensial var”

Müsahibimiz vurğulayır ki, Azərbaycanın süd emalı sektorunun daxili bazarını tam idxaldan qurtarmaq üçün potensial imkanları mövcuddur və bundan istifadə etmək üçün bir sıra tədbirlər həyata keçirilməlidir: “Süd toplanmasında və daşınmasında itkiləri azaltmaq üçün süd toplama məntəqələrinin şəbəkəsi genişləndirilməli, “soyuq zəncir” təchizatı qurulmalıdır. “Soyuq zəncir” təchizatının mahiyyəti odur ki, soyutma vasitələri fermalardan və həyətlərdən götürülmüş südü emal prosesinə daxil olanadək keyfiyyətini itirmədən saxlaya bilən soyuducu avadanlıqlar və ya soyuducu maşınlarla təmin edilir”.

Rövşən Ağayev sadalayır ki, 20-50 baş intervalında sayda sağmal inəklər saxlayan ailə fermalarının yaradılması dəstəklənməli və stimullaşdırılmalıdır, dövlət sifarişi əsasında yerli süd emalı müəssisələrindən quru süd alışı və süd bazarına müdaxilə mexanizmləri işlənib hazırlanmalıdır, fəaliyyətdə olan bütün emal müəssisələrinin İSO standartlarına keçidi hökumətin əsas hədəfləri sırasına daxil edilməlidir: “Biz tədqiqatımızda hökumətin atmalı olduğu addımları göstərmişik. Bu tədbirlərin həyata keçirilməsi ölkənin süd sınayesini idxaldan qurtarar, üstəlik, Azərbaycan ixrac imkanlarını genişləndirə bilər. Buna ölkənin hər cür potensialı var”.

S.Mehdiyeva

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]