Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Elektrik xaricə 4 sentə, əhaliyə 11 qəpikdən satılır

Elektrik xaricə 4 sentə, əhaliyə 11 qəpikdən satılır
Bölmə :
Araşdırma
Yayım tarixi :
20/12/2016 [13:31]
Baxılıb :
22631 dəfə
İxrac iki dəfə aşağı düşüb, idxalda yeyinti məhsulları üstünlük təşkil edir
Göndərilən məhsulların dəyərində isə 30 faiz geriləmə mövcuddur

Bizimyol.info gömrük statistikasına istinadla xəbər verir ki Azərbaycanda ən çox idxal və ixrac edilən məhsulların həcmi get-gedə azalır. Belə ki, 2015-ci ilin 11 ayı ərzində ölkəyə statistik dəyəri 8 209 278.58 min dollar olan məhsul idxal edilib. Bu ilin anoloji dövründə idxal mallarının ümumi statistik dəyəri 7 716 723.78 min dollara enib. Bu isə əvvəlki ildəkinin 94%-i deməkdir. Beləliklə, azalma 6% təşkil edir. 

Ərzaq məhsullarına tələbat getdikcə artır

11 ayda 1 196 770.33 min dollarlıq yeyinti məhsulları gətirilib. Keçən ilin eyni dövründə idxal olunan yeyinti məhsullarının həcmi bundan az - 889 400.81 min dollar olub. Bunlardan dəyəri 35 530.40 min dollar olan 31 755.40 ton ət (əvvəlki ilin müvafiq dövründə bundan iki dəfədən də az - 17 064.44 min dollarlıq 12 414.61 ton məhsul), 7 139.13 min dollar dəyərində 4 849.24 ton süd (keçən ilin müvafiq dövründə 5 231.90 min dollar dəyərində 7 786.60 ton), 45 305.46 min dollar dəyərində 13 465.12 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (keçən ilin analoji dövründə 20 646.17 min dollar dəyərində 12 331.59 ton), 118 188.74 min dollar dəyərində 282 929.28 ton meyvə-tərəvəz (keçən ilin eyni dövründə 51 206.34 min dollarlıq 200 750.41 ton), 38 820.26 min dollar dəyərində 11 117.46 ton çay (əvvəlki il 13 471.54 min dollarlıq 6 133.28 ton), dəyəri 266 196.15 min dollar olan 1 441 440.71 ton buğda (keçən ilin 11 ayında 275 997.44 min dollarlıq 1 249 698.59 ton), 129 369.22 min dollar dəyərində 138 869.77 ton bitki və heyvan mənşəli piylər və yağlar (analoji dövrdə 74 666.33 min dollarlıq 115 978.72 ton), 149 207.51 min dollar dəyərində 359 052.88 ton şəkər (müvafiq olaraq 114 333.35 min dollar və 266 322.20 ton) idxal olunub.

Dərman qıtlığı statistikada da hiss olunur

Idxal edilən tütün və tütün məmulatlarının ümumi dəyəri 140 839.90 min, keçən ilin müvafiq dövründə 278 948.66 min dollar təşkil edib. Sement idxalı ötən illə müqayisədə aşağı düşüb. Bütün statistik göstəricilər tikinti sektorunda işlərin əhəmiyyətli şəkildə zəiflədiyini göstərir. 11 ayda ölkəyə 17 348.74 min dollarlıq 371 436.05 ton, keçən ilin eyni dövründə 25 518.82 min dollarlıq 438 747.17 ton sement idxal olunub. Bu dövrdə 179 379.48 min dollar dəyərində 9 864.41 ton həcmində əczaçılıq məhsulları (ötən ilin müvafiq dövründə 243 618.94 min dollarlıq 13 071.01 ton), 257 704.25 min dollar dəyərində 138 937.59 ton plastmas və onlardan hazırlanan məmulatlar (188 420.98 min dollarlıq 147 542.45 ton), 171 414.06 min dollar dəyərində oduncaq və ondan hazırlanan məmulatlar (211 615.63 min dollar), 1 046 625.75 min dollar dəyərində 771 415.45 ton qara metallar və onlardan hazırlanan məmulatlar (1 425 651.96 min dollarlıq 1 165 388.26 ton), 98 990.07 min dollar dəyərində mebel və onun hissələri (89 591.60 min dollar), 1 865 881.13 min dollar dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (2 117 467.88 min dollar), 648 688.63 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri (1 120 112.75 min dollar) gətirilib. 

Avtomobil idxalı 5.3 dəfə azalıb

Yeri gəlmişkən, 2016-cı ilin 11 ayı ərzində Azərbaycana 4820 ədəd nəqliyyat vasitəsi idxal olunub. Ötən ilin anoloji dövrü ilə müqayisədə bu, 5,3 dəfə azdır. 2015-ci ilin yanvar-noyabr aylarında ölkəmizə 25 647 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. Bu ilin 11 ayında 4194 ədəd minik avtomobili, 80 ədəd avtobus, 463 ədəd yük avtomobili, 83 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib. Təkcə noyabr ayında 471 ədəd nəqliyyat vasitəsi, o cümlədən 419 ədəd minik avtomobili idxal olunub.

Son 11 ayda ən çox ixrac edilən məhsulların siyahısına nəzər salanda görürük ki, keçən il ölkədən xaricə 11 881 359.56 min dollar dəyərində məhsul ixrac edilib. Bu ilin müvafiq dövründə bu rəqəm 8 314 908.13 min dollar məbləğindədir. Bu isə keçənilkinin 69.98 faizi qədərdir. Ümumilikdə göndərilən məhsulların həcmində 30.02 faiz azalma mövcuddur. 

Elektrik enerjisi xaricə 4, qaz isə 15 sentdən verilir

İxrac edilən xam neftin miqdarı 19 098 957.90 ton, statistik dəyəri 5 895 873.75 min dollar (2015-ci ilin müvafiq dövründə 20 127 926.05 ton və dəyəri 8 259 922.60 min dollar), neft məhsulları 1 388 452.58 ton, dəyəri 358 277.92 min dollar (1 992 844.93 ton və 688 761.76 min dollar), təbii qaz 6 181 493.76 min kub metr, dəyəri 925 127.73 min dollar (7 589 930.06 min kub metr və 1 449 701.88 min dollar), elektrik enerjisi 463 408.13 min kVt/saat, dəyəri 19 875.41 min dollar (273 587.87 min kVt/saat və 16 132.70 min dollar) olub. 1 kVts Elektrik enerjisi xaricə 4 sentdən satılıb. Qazın kub metri isə xaricə 15 sentdən satılır. Xatırladaq ki, Tarif Şurası təbii qazın və elektrik enerjisininn ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib, əhali üçün müvafiq kvota müəyyənləşdirilib. Artıq elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə - yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanır. Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Bu da gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək. 

Ən çox ixrac edilən məhsulların siyahısı dəyişmir

İxracda yer alan digər məhsullardan çay 1 041.00 ton, dəyəri 5 584.39 min dollar (3 760.70 ton və 17 146.79 min dollar), bitki və heyvan mənşəli piylər və yağlar 13 791.23 ton, dəyəri 14 660.10 min dollar (68 983.80 ton və 140 412.80 min dollar), şəkər 104 871.66 ton, dəyəri 59 786.95 min dollar (197 419.48 ton və 194 820.37 min dollar), kimya sənayesi məhsulları 270 548.91 ton və 53 690.74 min dollar (229 942.87 ton və 77 504.53 min dollar), spirtli və spirtsiz içkilərin dəyəri 16 748.16 min dollar, ötən ilin müvafiq dövründə 24 694.36 min dollar olub. Sadalanan sahələrdə əhəmiyyətli dərəcədə azalma müşahidə olunub. Amma yenə də ən çox ixrac edilən məhsulların siyahısındadır.

Bahalaşma ona görə baş verir ki”¦

İxracın digər sahələrində artım baş verib. Belə ki, bu il 336 248.23 ton, statistik dəyəri 336 431.79 min dollar olan meyvə-tərəvəz (keçən il uyğun olaraq 258 340.97 ton və 278 834.68 min dollar) xaricə satılıb. Təkcə bir ayda 72 min tonndan çox məhsul xaricə göndərilib. Belə ki, keçən ay 264 005.67 ton, statistik dəyəri 270 842.63 min dollar olan meyvə-tərəvəz xaricə satılmışdı. Bu məhsulların ixracı artdıqca daxili bazarda qiymətlər də bahalaşmaqda davam edir. Sözügedən dövrdə plastmas və onlardan hazırlanan məmulatlar 137 491.01 ton və 90 259.58 min dollar (142 358.09 ton və 101 976.45 min dollar), pambıq iplik 8 803.69 ton və 16 762.01 min dollar (7 636.67 ton və 12 964.58 min dollar), qara metallar və onlardan hazırlanan məmulatlar 201 580.37 ton və 87 533.61 min dollar (75 367.55 ton və 31 335.67 min dollar), alüminium və ondan hazırlanan məmulatlar 59 342.70 ton və 86 191.40 min dollar (57 146.92 ton və 79 748.08 min dollar) müxtəlif ölkələrə ixrac edilib. 

İxrac iki dəfə azalıb

Müqayisə üçün 2014-cü ilin də eyni dövrünün idxal statistikasına da nəzər salaq. Keçən ilin 11 ayında ölkəyə ən çox idxal olunan malların dəyəri 8 196 177.79 min dollar idisə, ondan əvvəlki ilin analoji dövründə 8 112 522.88 min dollar təşkil edib. Iki il arasında cəmi idxalın dəyərində 83,6 milyon dollar fərq var. Həmin dövrdə idxal olunan yeyinti məhsullarının dəyəri 941 697.50 min dollar, sonrakı il 875 748.10 min dollar təşkil edib ki, burada da yenə 66 milyonluq bir fərq yaranıb. 2014-cü ilin 11 ayında 20 713 460.68 min, sonrakı il 10 619 195.45 min dollarlıq məhsul ixrac olunub. Iki dəfə azalma var. Əsas azalma xam neft və neft məhsulları, təbii qazın ixracında baş verib. 

Ticarət dövriyyəsində Çin ABŞ-ı sıxışdırıb

Ən çox idxal və ixrac olunan məhsulların tərkibi həmişəki kimi dəyişməz qalır. Dəyişən isə yalnız həcm və məbləğlərdir. Ticarət dövriyyəsində də əsas ölkələrin adı sabit qalır, yerlərini isə bir qədər dəyişiblər. Belə ki, sıralamada ilk beşlikdə Türkiyə (2 120 739.93 min dollar), Rusiya (1 735 250.58 min dollar), İtaliya (1 725 885.20 min dollar), Almaniya (942 738.90 min dollar), Çin (841 969.29) gəlir. İxracda İtaliya, Türkiyə, Tayvan (Çinin əyaləti), Almaniya və İsrail, idxalda isə Rusiya, Türkiyə, Çin, Böyük Britaniya Amerika Birləşmiş Ştatları üstünlük təşkil edir. Ötən il ticarət dövriyyəsində əsas ölkələrin ilk sıralamasında İtaliya, Almaniya, Rusiya, Türkiyə, ABŞ vardı. Bu il sıralamada Türkiyə önə keçib, ABŞ-ın da yerini Çin zəbt edib.   

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]