Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Şəhid anası ev arzusunda...

Şəhid anası ev arzusunda...
Bölmə :
KİVDF
Yayım tarixi :
5/4/2013 [11:35]
Baxılıb :
1811 dəfə
Oğlunu vətən yolunda itirmiş Sudabə Əliyeva dövlətin yardım əlini uzadacağına ümid edir
Nazirlik: “Əlillərə və şəhid ailələrinə diqqət-qayğı davam edəcək”

Ölkəmizdə əlil və şəhid ailələrinin mənzillə təmin olunması istiqamətində xeyli işlər görülsə də, problem hələlik tam şəkildə həllini tapmayıb. Bu təbəqədən olan və mənzil almaq ümidi ilə yaşayanlardan biri də, 1993-cü ildə Murov dağı bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında şəhid olan Babayev İskəndər Teymur oğlunun anası Əliyeva Sudabə İsrafil qızıdır. 

Mənzil almaq istəyən şəhid anasının nümayəndəsi Telman Əbilov bununla bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Müraciət şəhid ailəsinin mənzillə təmin edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair olub.

İş materiallarında göstərilir ki, bu xanım oğlu 1992-ci ildə itkin düşsə də, ona 2009-cu ildə şəhid statusu verilib. Belə ki, məhz həmin vaxt Xəzər Rayon Məhkəməsi tərəfindən itkin düşən oğlunun ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsi verildikdən sonra, əsgərə şəhid adı, ailəsinə isə şəhid ailəsi statusu verilib.

Mənzilləri olmadığı üçün şəhid anası kimi elə həmin vaxtdan dəfələrlə aidiyyəti üzrə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq, mənzil növbəsinə düşə bilməyib. Uzun yazışmalardan sonra şəhid ailəsi 2010-cu ilin ortalarında mənzil növbəsinə götürülüb. Qanunla mənzilə ehtiyacı olan şəhid ailələrinə birinci növbədə mənzil verilməli olduğu halda, onlara indiyə qədər mənzil verilməyib.

Qanun onun tərəfindədir...

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” Haqqında Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixində qəbul olunmuş və 2004-cü ilə qədər müvafiq dəyişikliklərlə qüvvədə olan Qanununun 5-ci maddəsində göstərilib ki, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli İcra Hakimiyyəti orqanları məşğul olurlar. Həmin Qanununun 4-cü maddəsində isə göstərilib ki, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə Respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Yuxarıda göstərilən Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixində qəbul edilmiş və 2006-cı ilə qədər müvafiq dəyişikliklərlə qüvvədə olan 10 saylı Qərarı olub. Həmin Qərarın 3-cü maddəsi ilə şəhid ailələrinin hüquqları və onlara edilən güzəştlər göstərilib. Həmin maddənin 3.2.16-cı maddəsində göstərilib ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahələri ilə birinci növbədə təmin edilirlər.

İddia ərizəsində bildirilir ki...

Şəhid anasının redaksiyamıza ünvanladığı müraciətdə yazılır ki, bütün bunlara baxmayaraq şəhid ailəsi indiyə qədər mənzillə təmin olunmayıb və indiyədək kiçik qızı ilə birgə kürəkəninin mənzilində yaşayırlar.

“Bizim şəhid ailəsi olaraq iddia ərizəmizdə cavabdeh tərəf kimi ancaq Xəzər Rayon İcra Hakimiyyəti göstərilsə də, normativ hüquqi aktlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu işdə məsuldur. Belə ki, Prezidentin son məlum sərəncamından sonra şəhid ailələri üçün tikilmiş mənzillərin bölgüsünü mərkəzləşdirilmiş qaydada həmin nazirlik aparır”, -deyə müraciətdə yazılıb.

Şəhid anasının nümayəndəsi bütün bunları nəzərə alaraq iddia tələbini Xəzər Rayon İcra hakimiyyəti ilə birlikdə, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı da yönəldib.

“Problem həllini tapacaq”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən redaksiyamıza bildirildi ki, ölkəmizdə Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğı göstərilir: “Son illər respublikamızda Qarabağ əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, hər cür rahatlığı olan yaşayış binalarının istifadəyə verilməsi, onların minik maşınları ilə təmin olunması bunun bariz nümunəsidir. Ölkədə bu istiqamətdə uğurlu addımlar atılır və atılacaq da. Əlillərə, şəhid ailələrinə diqqət və qayğı davam edəcək”.

Nazirlikdə onu da qeyd etdilər ki, ötən il Bakının Xəzər rayonunun Pirallahı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan doqquzmərtəbəli, 81 mənzilli yaşayış binaları istifadəyə verilib. Mənzillərin təqdimatında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov görülən işlər barədə belə məlumat verib: “Son illərdə ölkəmizin iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir, dövlət siyasətində mühüm yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir”.

“Bu, bizim borcumuzdur”

Mövzu ilə bağlı Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyevlə də söhbətləşdik. Onun sözlərinə görə, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda 10 minlərlə şəhid verilib ki, bunlardan 138 nəfəri 20 Yanvar hadisələri zamanı, qalanları isə Qarabağda və sərhədyanı bölgələrdə şəhid olub.

“Torpaqlarımız nə qədər ki, mənfur düşmənlərimizdən təmizlənməyib şəhidlərin sayının artacağı istisna deyil. Bu hal nə Azərbaycan xalqını, nə də ordumuzu sarsıda bilməz. Çünki mərhum prezident Heydər Əliyevin qurub yaratdığı və bizlərə əmanət etdiyi Azərbaycan dövlətini qorumaq, düşmən həmlələrindən müdafiə etmək hər birimizin müqəddəs borcumuzdur. Azərbaycan Prezidenti tərəfindən imzalanmış qərar və sərəncamlar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə dərc etdiyimiz “Şəhid Ailələrinə verilmiş imtiyazlar” adlı broşurada ardıcılıqla yazılıb. Bu kitabçada 20 Yanvar şəhidləri, milli qəhramanlar və başqa-başqa tarixlərdə şəhid olmuş soydaşlarımız haqda qərarlarla yaxından tanış olacaqsınız”, - deyə təşklat rəhbəri bildirdi.

R.Ağamalıyev əlavə etdi ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq, şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi işinin təşkilinə bilavasitə cavabdeh olan bəzi yerli icra strukturaları biganəlik edir: “Şəhid ailələri bilmirlər ki, bu problemlərin həll olunması istiqamətində hara, kimə və necə müraciət etsinlər. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə dərc etdiyimiz “Şəhid Ailələrinə verilmiş imtiyazlar” broşurası hər bir şəhid ailəsinin öz hüquqlarını, onlara verilən imtiyazlar haqda qanunları bilməsinə yaxından köməklik edəcək, onlara yardımçı olacaq”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]