Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Tikinti şirkətlərinin ipoteka hiyləsi

Tikinti şirkətlərinin ipoteka hiyləsi
Bölmə :
Araşdırma
Yayım tarixi :
16/12/2016 [12:18]
Baxılıb :
6713 dəfə
MTK-lar mənzilin dəyərini müştəridən nağd alıb, iki-üç il də ekstradan pul qoparırlar

Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditlərini dayandırıb. Bununla bağlı tikinti şirkətləri daxili ipoteka qaydalarının tətbiqinə başlayıblar. Fins.az yazıb ki, şirkətlərdən  əldə edilən məlumatlara əsasən, indi tikilməkdə olan binalarda mənzillər 3 illik müddətinə faizsiz və manatla satılır. 20-yə yaxın layihəsi olan “Kristal Abşeron” və “Melissa Park” mənzilləri bu şərtlərlə satır. Nəticədə “Melissa Park”da 1 otaqlı mənzil üçün ilkin ödəniş 23 467 manat, aylıq isə 1521 manat olacaq.
“Renanssans Palace”da mənzillər 2 illik faizsiz kreditlə satılır. İlkin ödəniş mənzil dəyərinin 30%-i məbləğində olacaq. Bu şirkətdə mənzilin 1 kv/m-i 1650 manatdır. 1 otqalı ev üçün ilkin ödəniş 32 min manat, aylıq 3200 manat olacaq. Mənzilin sahəsi artdıqca ödənişlərin məbləği artır.

“Şərur İnşaat” da yeni kredit şərtlərini açıqlayıb. Bu şirkət də mənzilləri 2 illik müddətə faizsiz kreditlə satır. “Yeni Həyat” şirkətində isə müddət daha azdır. Şirkət cəmi 1 il müddətinə daxili kredit tətbiq edəcək. Bu zaman 1 otaqlı mənzilin  aylıq ödənişi 1300 manat olacaq. 

1 otaqlı “qara tikili” daxili ipoteka ilə 78 minə başa gəlir

Bizimyol.info daxili ipotekanın mahiyyətini araşdırıb. Məlum olur ki, faizsiz olduğu iddia edilsə də, daxili kredit şərtləri olduqca ağırdır. Məsələn, “Melissa Park”da 1 otaqlı mənzil üçün ilkin ödəniş 23 467 manatdırsa, aylıq ödəniş 1521 manatdan 36 ay ərzində 54 756 manat edəcək. Bu isə o deməkdir ki, 1 otaqlı “qara tikili” onu alana 78 223 manata başa gələcək. Birotaqlı mənzilin maya dəyəri 10 min manatdan çox deyil. Buna qədər dövlət vəsaiti hesabına inşa edilən, ya da fərdi şəkildə aparılan tikintilərin iş həcmlərini və qiymətlərini araşdırmışıq. Tikinti aparan mütəxəssislərin özlərinin hesablamaları deməyə əsas verir ki, ölkədə tikintinin maya dəyəri bazarda satış qiymətindən dəfələrlə aşağıdır. Onlar hələ maya dəyərinə orta təmiri də daxil edirdilər. 2-3 ay əvvəl yuxarıda barəsində söhbət gedən şirkətlərdən birində kampaniya keçirilirdi, 1 otaqlı təmirsiz mənzilin nağd qiyməti 18 min manat idi. 1 otaqlı mənzil uzaqbaşı 40 kv/m. sahəyə malikdir (hətta sahəsinin 36 kv/m. demişdilər). Adıçəkilən şirkətin web saytında sahəsi 26 kv/m olan mənzil də var, 43 kv/m də. Sahibkara həmin mənzil 10 min manatdan az başa gəlməsə, onu heç vaxt 18 minə satmazdı. Bizdə sahibkarlar faizlə qazanca qane olmurlar, gərək götürdükləri mənfəət dəfə ilə ölçülsün. Bir otaqlı mənzil üçün 23 467 manat olan ilkin ödənişə maya dəyəri ilə bərabər həm də tikintidən götürülən qazanc daxildir. 10 min maya dəyəri, 13 467 manat da şirkətin mənfəətidir. 3 il ərzində ödənəcək 54 756 manat isə ekstradan qazancdır.

32 min mənzilin dəyəri, sahibkarın qazancı, 77 min ekstradan qazancıdır

Qeyd olunur ki, “Renanssans Palace”da mənzillər 2 illik faizsiz kreditlə satılır. İlkin ödəniş mənzilin dəyərinin 30%-i məbləğində olacaq. Bu şirkətdə mənzilin 1 kv/m-i 1650 manatdır. Halbuki, şirkətin tikdiyi binalar mərkəzdən bir xeyli uzaqdır. Bu qiymətə mənzillər yalnız paytaxtın 9-cu zonasında yerləşir. 1 otqalı ev üçün ilkin ödəniş 32 min manat, aylıq 3200 manat olunca kredit faizsiz olmaqdan çıxır. 24 ay ərzində aylıq 3200 manat ilkin ödənişdən əlavə 76 800 manat deməkdir. Son nəticədə alıcı 1 otaqlı dörd divar üçün 108 800 manat pul ödəmiş olacaq. Bunun harası faizsizdir? Hətta kv/m-in 1650 manatdan olduğunu real qiymət kimi qəbul etsək də, 1 otaqlı tikili 70 min manata başa gəlməlidir. Aradakı 40 min manatlıq “fərq” əlbəttə ki, keditin faizidir. Özü də normal ipotekada olduğu kimi 20-25 ilə yox, cəmi 2-3 ilə götürülür. 32 min mənzilin maya dəyəri, üstəgəl sahibkarın qazancıdır. 76 800 manat onun ekstradan qazancıdır. Bu qiymətə “Ağ Şəhər”-də Atkins layihəli mənzillər satılır.   

“Yeni Həyat” şirkətində müddət daha azdır. Şirkət cəmi 1 il müddətinə daxili kredit tətbiq edəcək. Bu zaman 1 otaqlı mənzilin  aylıq ödənişi 1300 manat olacaq. Mənzillərin qiyməti yazılmayıb. 

Bu evlərdə yataq otağı olmur

Mənzil də deyirəm. Əslində, bunlara normal yaşayış üçün mənzil demək olmaz. Sığınacaq daha uyğundur. 25.8 kv/m-lik tikilidə mənzil 18.2 kv/m studio (mətbəxlə salon bir yerdə), 1.8 kv/m. hol, 3.4 kv/m. sanitar qovşağı, 2.4 kv/m. eyvandan ibarətdir. Alan bu “mənzil”in harasında yatsın? Hol dedikləri də içəri girib ayaqqabınızı çıxartdığınız yerdir. 1.8 kv/m. də hol olar? Holda gərək ən azından rahat şəkildə divanda oturub televizora baxmaq üçün yer olsun. Mənim gördüyüm tikintilərdə hol yoxdur, sadəcə giriş var. Özü də bu tikililərin hamısı təmirsizsizdir. Ya da 43.5 kv/m-lik tikili 15.3 kv/m. qonaq otağı, 12 kv/m. mətbəx, 3,8 kv/m. dolab, 5.1 kv/m hol, 4.1 kv/m. sanitar qovşağı, 3.2 kv/m. eyvandan ibarətdir. Yenə yataq otağı yoxdur. Bunlardan birini ləğv edib oraya yatağınızı yerləşdirməlisiniz. Sadəcə “yatağınızı” deyirəm, onlrdan bir otaq belə düzəltmək olmaz. Amma yataq otağı olmayan bir “mənzil” sizə 80 minə başa gəlir.

Tikinti şirkətləri “daxili ipoteka” ilə bank funsiyasını yerinə yetirirlər

Manata etibar etməməklə bərabər ortada müştərilərə qarşı bir hiylə var. Şirkətlər bu başdan mənzillərə çəkdikləri xərci və qazanclarını nağd götürüb, insanları daha artıq bir borcun altına salırlar. Ölkədə aparılan tikintilərdə istifadə edilən materialların böyük bir qismi yerli istehsaldır və onların dollarla bir əlaqəsi yoxdur. Dərdləri qurtarıb ki, gedib başqa ölkələrdən material gətirib tanımadıqları adamlara ev tiksinlər. Ölkədə keyfiyyətsiz materiala nə gəlib? Sahibkarların əlinə daha bir bəhanə düşüb. İndi bundan sonra qiyməti bahalaşdırmalarını enerji tariflərinin qalxması ilə izah edəcəklər. Enerjinin qiymətləri tikintinin maya dəyərində nə qədər rol oynayır ki? Lap rol oynasın. Onun da ikiqatını müştəridən çıxarmaq üçün startdadırlar. Bu, məsələnin bir tərəfi. 

Digər tərəfdən, şirkətlər daxili ipoteka verdiklərini iddia edirlər. Bu gün valyuta satan məntəqələrin fəaliyyəti qadağandır. Çünki, pul satıb, pul almaq bankların səlahiyyətindədir. İpoteka krediti vermək də bankın səlahiyyətindədir, hər yerindən qalxan tikinti şirkəti krediti özü verməklə məşğul olsa, heç banklara, İpoteka Fonduna da ehtiyac qalmaz. Amma faktiki şirkətlər bank funksiyasını yerinə yetiririlər. Onlar müştəriyə mənzili borc şəklində sata bilərlər. “Daxili ipoteka”nın qanunsuz olduğunu bildikləri üçün də adını “faizsiz kredit” qoyurlar. Amma sübut elədik ki, bu kreditlərin heç biri faizsiz deyil. Deməli, əsl kreditdir.  

Ümumiyyətlə, bu gün ölkədə faizsiz kredit ifadəsini hər gün eşidirik, amma bizdə belə bir kredit növü mövcud deyil. Məsələn, məişət texnikası satışı ilə məşğul olan firmalar müəyyən kampaniyalar keçirirlər. amma qiyməti iki dəfə artıq qoyurlar. Çünki, faizini də satış qiymətinə əlavə edirlər. Əks halda ödəniş fantastik dərəcədə qalxmaz. 

Orta aylıq əməkhaqqı ilə mənzil almaq mümkünsüzdür

Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 493,8 manat təşkil edib. Təsəvvür edin  ki, bir ailədə iki nəfər orta aylıq əməkhaqqı qədər məvacib alsa belə, onların ikisinin maaşı birlikdə birotaqlı mənzilin ipotekasını ödəməyə yetməz. Heç vəzifədə olanlar bu gün öz kürsülərində nə qədər qalacaqlarından əmin deyillər, muzdlu işçilər iş yerlərini, ən azından kredit ödədikləri dövrdə, qoruyacaqlarına necə güvənə bilərlər? 

Xalq artan qiymətlərin arxasınca qaçmaqla məşğuldur

Ipoteka Fondunun şərtləri ilə də orta aylıq əməkhaqqı ayaqlaşa bilmir. Yalnız yüksək əməkhaqqı alanlar üçün işıq ucu var. “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitlərinin böyük bir hissəsi hər il istifadə edilməmiş qalır. Bu ilin yanvar-avqust aylarında Fondun müvəkkil bankları dövlət xətti ilə 1,1 milyon manat ipoteka krediti verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 dəfə azdır. Bu isə o deməkdir ki, ölkədə yüksək əməkhaqqı alanlar çox deyil. Gələn ilin dövlət büdcəsi layihəsində Azərbaycan İpoteka Fondu və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hər birinə 50 mln. manat olmaqla cəmi 100 mln. manat vəsait ayrılması nəzərdə tutulub. Çox güman ki, bu vəsaitə də toxunulmayacaq. Əhalinin gəlirlərinin artdığı iddia edilsə də, xalq qiymətlərin arxasınca qaçmaqla məşğuldur. Ölkədə yaşayış şərtləri hər gün bahalaşır.

Qonşu Türkiyədə yoxsullar üçün ipotekanı əlçatan ediblər. Ayda cəmi 100 lirə ödəməklə pensiyaçılar, yoxsullar mənzil sahibi olurlar. Ilkin ödəniş yox, faiz yox. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]