Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Demokratiyanın yayılması dönəmi bitdi» - Xaləddin İbrahimli

«Demokratiyanın yayılması dönəmi bitdi» - Xaləddin İbrahimli
Bölmə :
Müsahibə
Yayım tarixi :
15/12/2016 [12:12]
Baxılıb :
10885 dəfə
Xaləddin İbrahimli: «Türkiyənin yerləşdiyi coğrafiyada çox faciəli və qorxulu proseslər gedir»
««Ərəb Baharı»nın amacı demokratik bir məkan yaratmaq deyildi»

Dünyada və bölgəmizdə baş verən proseslərlə bağlı «Bizim Yol» qəzetinin və bizimyol.info saytının suallarını Türkiyədə yaşayan politoloq, professor Xaləddin İbrahimli cavablandırır.

- Son dönəmlər dünyanın artıq çoxqütblü olduğunu iddia edən yazılar var. Siz nə düşünürsüz, dünya artıq təkqütblü deyilmi?

- Bəli, dünya artıq təkqütblü deyil. Sovetlər dağılandan sonra ABŞ Qara və Xəzər dənizləri arasındakı koridoru və buradan da Orta Asiyanı nəzarətə götürməklə bir neçə hədəfi gözaltı etmişdi:
 

1. Rusiyanın şərqi ilə qərbi arasında əlaqələri zəiflətmək; 2. Xəzər hövzəsinin karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyini təmin etmək; 3. Qafqaz və Orta Asiyada möhkəmlənməklə Rusiya ilə İranın arasında tampon bölgə yaratmaq; 4. Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarına Çinin əlinin çatmasına imkan verməmək; 5. Əfqanıstana müdaxilə imkanları qazanmaq və s. Ona görə də ABŞ sözügedən bölgəni tam nəzarətə götürmək üçün TRASEKA proqramına start verdi, GUAM formatını yaratdı, Yeni İpək Yolu strategiyasını həyata keçirməyə başladı. Bunların üçü bir yerdə bir sıra böyük kommunikasiya layihələrinin həyata keçirilməsinə təminat yaratdı. 2000-ci illərdə ABŞ ciddi yanlışlara yol verdi. Həmin yanlışların nəticəsi olaraq Özbəkistan GUAM-dan çıxdı, Gürcüstan bir göz qırpımında Rusiya tərəfindən işğal edildi və Krımın işğalına, Ukraynanın de-fakto bölünməsinə yol açıldı. Beləliklə, Rusiya post-sovet məkanında əski gücünü əsasən yenidən bərpa etmiş oldu. Diqqət yetirsəniz görərsiz ki, bu gün GUAM, TRASEKA və İpək Yolu strategiyasından, eləcə də yeni enerji layihələrindən danışan yoxdur.

- ABŞ-ın səhvləri deyəndə nələri nəzərdə tutursuz?

- ABŞ postsovet məkanında gah rəngli inqilabları dəstəklədi, gah da stabillik arxasınca düşdü. Rəngli inqilabların başarılı olduğunu söyləmək yanlışlıq olardı. Ukrayna, Gürcüstan və Qırğızıstanda baş verən inqilablar çevrədəki rejimləri qorxutdu və onlar ABŞ-la öncə ehtiyatlı davranmağa başladılar, sonra isə tədricən uzaqlaşdılar. Nəticədə, bu ölkələrin, demək olar ki, hamısında müxalifətlər rejimlər tərəfindən zəiflədildi, bəzi yerlərdə ortadan qaldırıldı. ABŞ, bütövlükdə Qərb indi onların heç birini müdafiə edə bilmir. Ancaq, öncə demokratiya üçün mühit yaradılmalı, Rusiyadan gələn təhlükələr ortadan qaldırılmalı idi. Rəngli inqilabları dəstəkləmək yox, Rusiyanın öz çevrəsinə təsir gücünü ortadan qaldırmaq lazım idi. İstər Qara və Xəzər dənizləri hövzələrində, İstərsə də şərqi Avropanın postsovet respubliklarında mövcud rejimlərlə əməkdaşlıq etməklə Rusiyanı cilovlamaq siyasəti ən münasib siyasət idi. Gürcüstan, Ukrayna, Moldova NATO-ya üzv alınmalı idi. ABŞ isə gah rəngli inqilablara, gah da stabilliyə, bəzən də ikisinə bir arada üstünlük verdi. Adı çəkilən ölkələrin NATO-ya alınmasında ləngidi, tərəddüd etdi. Eyni zamanda, böyük bir coğrafiyada Türkiyənin gücünün artacağından da qorxdu və 1995-ci ildən sonra Ağ Evdə Rusiyanın bölünməsində maraqlar haçalandı. Nəticə göz qabağındadır - Rusiya artıq post-sovet məkanında əski gücünü bərpa etmişdir. Bu, həm də o deməkdir ki, hələ bilmədiyimiz zaman çərçivəsində demokratiyanın inkişaf tempini Rusiya müəyyənləşdirəcək, yaxud hansısa post-sovet reespublikasının Rusiyadan bir addım qabaqda demokratik olmasını gözləməyin. Təbii ki, Baltikyanı ölkələr xaric.

- Amma Gürcüstan bu kontekstdə fərqli deyilmi...


- Doğrudur, Gürcüstan hələ Qərbin təsir dairəsində görünür-inteqrasiyanın vektoru dəyişməyib, amma əmin ola bilərsiniz ki, bu müvəqqətidir və diqqət yetirsəniz görərsiniz ki, bu ölkədə də demokratiyanın səviyyəsi Rusiyadakı səviyyəyə yaxınlaşır, yavaş-yavaş geriyə gedir. Yaxın zamanlarda bənzərlik daha da artacaq. Rusiyanın Gürcüstana basqı imkanları maksimumdur. O, sabah Gürcüstanı tamamən və açıq işğal edə bilər və beynəlxalq ritorikadan başqa heç nə ilə qarşılaşmaz. Yaxud bu ölkədə yenidən hərbi bazalarını qura bilər. Gürcüstan indi Rusiyaya heç bir problem yaratmır.

- Türkiyədə durum necədir? Deyəsən ölkə dollar basqısından qoruna bilir?

- Məncə də uğurla qorunur. İyulda çevriliş cəhdindən sonra Türkiyəni ikinci dəfə sarsıtmaq istədilər. Bu dəfə də dövlət millətə üz tutdu və millət lazım olanı etdi. Bu da hərbi çevrilişə qarşı lazım olan mütəşəkillik kimi birlik tələb edirdi və hər millətin bacarmadığı bir iş idi. Deyəsən dünyada ABŞ-ın dollar basqısına qarşı ilk dirəniş nümunəsi ortaya çıxdı və yaxın gələcəkdə bir çox ölkələr Türkiyədən örnək götürə bilər. Rusiya, Çin, Pakistan, Səudiyyə, Latın Amerikasının bəzi dövlətləri bir arada eyni valyuta siyasəti yürütsələr ABŞ-ı dünya hakimi edən silahlardan biri və ən önəmlisi zəifləyə və dünyada yeni şərait yarana bilər. Deyəsən bu məsələ ilə bağlı iqtisadçılar daha ətraflı düşünməlidir. Təəssüf ki, təhlillər az və birtərəflidir. Son terror aksiyasının amaclarından biri də, məncə, dollar pozma aksiyasının təsirini azaltmaq idi. Çünki Türkiyənin ən ağrılı yeri terrordur. Başqa sahədə çətinə düşən güclər, bir qayda olaraq terrora əl atır. 

Bəzən dövlət institutlarını qınayırlar ki, terrorla bacara bilmirlər. Lakin Tükiyəyə qarşı terrorun arxasında çoxsaylı birliklər, dövlətlər və onların maliyyə, istihbarat qurumları dayanır. Dünyada heç bir dövlətə qarşı bu qədər total terror səfərbərliyi olmayıb. Türkiyə həm içdə, həm də xaricdə savaş aprır. Bunu doğru dəyərləndirmək lazımdır.

- 2017-ci ildə Orta Doğuda ciddi dəyişmələr gözlənirmi?


- 2015-ci ilə baxanda 2016-cı ildə Türkiyə ciddi uğurlar qazana bildi. 2015-də sərhədlərinə sıxışdırılmışdı və göz açmağa imkan vermirdilər. Suriya və Rusiya savaş təyyarələri dalbadal sərhəd pozuntuları həyata keçirirdi. 2016-da Türkiyənin, öz torpaqlarından kənarda təhlükəsizliyini qoruduğunu görürük. 2017-də TSK bir qədər də cənuba doğru irəliləməli, təhlükəsizlik zolağını böyütməlidir. 2017-ci il həlledici ildir. Görünür ki, ABŞ-ın Orta Doğuda nüfuzu bir qədər də sarsıyacaq. Rusiya da Barak Obamanın yol verdiyi yanlışlıqlardan və Trampın bu siyasəti davam etdirmək istəməməsindən bəhrərlənərək ABŞ-a qarşı yeni qütblərin birmənalı möhkəmlənməsinə çalışır. Buna görə də Orta Doğuda Türkiyə ilə, Uzaq Şərqdə Çinlə sinxron hərəkət etməyə, uzlaşmaya üstünlük verir.

- Ancaq Trampın Putinlə uzlaşmalı siyasət yürütməsini gözləyənlər də çoxdur.

- Belə gözləntilər var. Dövlət Katibi təyinatı göstərir ki, ABŞ qarşıdakı illərdə kompromisslərlə, uzlaşma və anlaşma ilə çalışmağı düşünür. Tramp iş dünyasından böyük siyasətə gələn bir adamdır. Belə adamlar savaşla deyil, anlaşmalarla çalışmağa üstünlük verir. Corc Buş və Barak Obamadan fərqli olaraq onun xarici siyasətə iş adamını gətirmək istəməsi də burdan qaynaqlanır. Əvvəlkilər hərbçiləri, savaşçıları gətirmişdi və bu savaşa üstünlük veriləcəyinə dəlalət edirdi və belə də oldu. Ancaq Tramp ilk növbədə Rusiya ilə uzlaşmağa çalışacaq. Orta Doğuda da bu uzlaşma üzərindən hərəkət edəcək. Rusiya ilə uzlaşa bilsə Orta Doğuda başqa güclərin, o cümlədən Türkiyənin söz sahibi olmasına qarşı dayanacaq və Çinə basqı siyasətinə üstünlük verəcək. O Rusiya ilə anlaşıb Orta Doğuda nizam yaratmağı və Çinin iqtisadi qalxınmasını tormozlamağı və çevrəsinə təsirinin azaldılmasını, dollarla bağlı dünyada yarana biləcək presedenti ortadan qaldırmağı, Rusiya, Çin və Türkiyənin liderliyi ilə yeni maliyyə koalisiyasının yaranmasının qarşısının alınmasını düşünür. ABŞ-ı qayğılandıran önəmli məsələlər bunlardır - Rusiya, Çin, Orta Doğu və yarana biləcək yeni maliyə koalisiyası. Ancaq Rusiya burada mərkəz nöqtədir-o da bu mərkəzlə dil tapmağı, əməkdaşlıq etməyi Orta Doğu, Çin problemlərini onunla uzlaşmaqla həll etməyi düşünür.

- Bəs Avropa?

- ABŞ anlaşandan sonra Avropa da Rusiya ilə anlaşacaq. Embarqolar ortadan qalxacaq. 

- Türkiyənin Rusiya ilə uzun müddətli dostluğuna inanırsınızmı?

- Rusiya ilə Türkiyə heç zaman uzun müddət dost olmamışdır. Amma indiki zamanda ortada qarşılıqlı anlaşmalar var və bu iki tərəf üçün də faydalıdır. Faydalı olduğunu tərəflər dəyərləndirir və davam etdirmək istəyirlər. Nə qədər mümkünsə qarşılıqlı anlaşmanın ömrünü uzatmaq lazımdır. Bu Türkiyənin mövqeyini gücləndirəcək. ABŞ-Rusiya anlaşması baş tutarsa Rusiya-Türkiyə dostluğu da tədricən arxa plana keçəcək. Türkiyə belə ssenariyə hazır olmalıdır.

- Türkiyədə Anayasa dəyişməsinin nəticəsi necə olacaq, ölkədə avtoritar rejim yarana bilərmi?

- Bütövlükdə bu günkü dünyada avtoritar rejimlərin yaranmasına meyllənmə var. Demokratiyanın yayılması dönəmi bitdi. Trampdan sonra bu tendensiya daha da güclənəcək. Türkiyənin yerləşdiyi coğrafiyada çox faciəli və qorxulu proseslər gedir. Heç kim deyə bilməz ki, bu proseslər Türkiyəni orbitindən çıxara bilməz. Qısa zaman ərzində çox şeylər dəyişə bilər. Məncə Türkiyənin prezidentli bir respublika olması münasib bir variantdır. Ancaq  Türkiyə toplumunun demokratiya və laiklikdən uzaqlaşması qorxusu da yoxdur. Müxalifətin əndişələri başadüşüləndir və onun da belə mövqedən çıxış etməsi ümumi işin xeyrinədir. Dartışmalar əsnasında ortaya daha mükəmməl Anayasa çıxacaq.
 
- Din məsləsində də ciddi  narahatlıqlar var...

- Bu həssas bir məsələdir. Türkiyənin güneyinə baxın, dini radikal qruplaşmalar, məzhəb qütbləşmələri Orta Doğunun dəngəsini pozub, böyük bir məkan savaş meydanına çevrilib. Türkiyə bu coğrafiyada dinə necə biganə qala bilər? Din doğru siyasətlə stabillik yaradan gücə çevrilirsə, ondan nə üçün yararlanılmasın. İrana baxın. 1979-cu ilə qədər yüzildən çox bir zaman kəsiyində bu dövlət hər kəsin at oynatdığı bir əraziyə çevrilmişdi. İndi İran bölgə gücüdür. Orta Doğuda daxili stabilliyi normal vəziyyətdə olan azsaylı dövlətlərdəndir. Heç kim deyə bilməz ki, İranın bölgə gücünə çevrilməsində, iç stabilliyin yaranmasında din amili təsirsiz olmuşdur. Mən İranın teokratik yapısını və yürtdüyü siyasəti təqdir edənlərdən deyiləm. Amma qarşılaşdırma aparmaqda da fayda var. Türkiyə həyati təhlükə ilə üzləşəndə demokratiyaya da, insan haqlarına da yaranmış reallığa uyğun olaraq adekvat yanşmalıdır və məncə son zamanlar buna əməl olunmağa başlanıb. İnsanın və toplumun həyatına təhlükə yaradan nə varsa, öncə o ortadan qaldırılmalıdır. Doktor, qanaxmadan ölmək təhlükəsi ilə baş-başa qalan adama, xəstənin kəkli dağılıb onu daramaq lazımdır demir.


“Ərəb Baharı” ilə bölgəyə demokratiya gələcəyi iddia olunurdu. Belə demokratiya kimə və nəyə lazımdır? Savaşdan öncə Suriyada 18 milyon insan var idi, indi heç səkkiz milyon qalmayıb. Həm də “Ərəb Baharı”nın amacı demokratik bir məkan yaratmaq deyildi. Belə bir məqsəd olsaydı, monarxiyalar da prosesdən kənarda qalmazdı. Amma proses bölgədəki bütün monarxiyalardan yan keçdi. Bu aydın şəkildə ona dəlalət edir ki, amac heç də demokratiyanın yayılması deyildi. Demokratiya bir bölgədə seçmə üsulu ilə yayılmaz. 

- Belə nəticə çıxarmaq olar ki, postsovet məkanında demokratikləşmə prosesi dayandı.

- Dayandı demək olmaz, amma ləngiyəcək və ciddi sınaqlarla qarşılaşacaq. Dünyada demokratikləşmə prosesinin ləngiməsi ABŞ-ın sözügedən məsələ ilə bağlı imicinin, etbarının zədələnməsi və təsir gücünü itirməsi ilə bağlıdır. Tramp bu reallığı dəyərləndirəcək və ABŞ-ın mövcud durumuna baxıb praqmatik siyasət yürütməli olacaq. O da bir gerçəklikdir ki,  postsovet məkanı Orta Doğu deyil və daxili stabilliyə təhlükə olmadığına görə yerli rejimlər yaranmış beynəlxalq vəziyyətdən sui-istifadə etməməlidir. Demokratiya nə qədər imkan varsa gəlişdirilməlidir. Onun ən böyük fayda görənləri millətlər və dövlətlərdir.

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]