Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Zəlzələ olsa, yenə ermənilərə kömək edərəm"- Erməniləri xilas edən azərbaycanlı ilə müsahibə - VİDEO+FOTO

Bölmə :
Müsahibə
Yayım tarixi :
13/12/2016 [16:16]
Baxılıb :
26068 dəfə

1988-ci ilin dekabrın 7-də Ermənistanın Spitak, Leninakan şəhərlərində gücıü zəlzələ baş verdi. Həmin vaxt Azərbaycandan da o dövrdəki rəhbərliyin tapşırığı ilə xilasetmə işlərinə ehtiyatda olan hərbçilər göndərildi. I qrup Vaqif Əhmədovun rəhbərliyi ilə dekabrın 8-də Leninakana göndərilmişdi. Azərbaycandan Ermənistana dekabrın 11-də göndərilən ikinci xilasetmə qrupu “İl-76” təyyarəsində Ermənistan səmasında naməlum səbəbdən partladı. 78 nəfər şəxsi heyət qəzada həlak oldu.

Femida.az həmin hadisələrin şahidi, Leninakanda erməniləri dağıntılar altından xilas edən, 11923 saylı hərbi hissənin komandiri olmuş Vaqif Əhmədovla həmsöhbət olub.

Vaqif Əhmədov 1952-ci ildə Şəkidə anadan olub. 1968-ci ildə Şəki şəhər 3 saylı məktəbi bitirdikdən sonra, Neft və Kimya İnistutunun (İndiki Neft Akademiyasının ) Mexanika fakültəsinə daxil olub. İxtisasca mühəndis-mexanikdir. Oxuduğu müddətdə Bakıda bir zavodda işləyib. 1977-ci ildən etibarən öz istəyilə Qazaxıstanın Manqışlak neft mədənlərində işləməyə göndərilib. 8 il böyük mexanik, sahə rəisi vəzifələrində çalışdıqdan sonra 1985-ci ildə vətənə dönüb. Əvvəlcə Bakıda maşınqayırma zavodlarından birində, sonra isə Sumqayıt Kompressorlar Zavodunda mühəndis-mexanik vəzifəsində işləyib.

- Sizin həyatınızın mühüm bir hissəsini Ermənistanda baş vermiş 1988-ci il dekabr zəlzələsi ilə bağlıdır. Həmin tarixdən danışaq. 

- 1988-ci ilin dekabrında işlədiyim zavodda ağır qəza vermişdi. Qəzanın aradan qaldırılması üçün gecəni də orada qalırdım. Birdən katibəm yaxınlaşdı ki, Vaqif müəllim, sizi hərbi komissarlığa çağırırlar. Təəccüb etdim ki, məni niyə hərbi komissarlığa çağırsınlar. Onların göndərdikləri maşına minib getdim. Gördüm ki, orada çoxlu çağırışçı var. Bura çağrılmağımın səbəbini soruşduqda dedilər ki, bizi Biləcəridə təlim keçməyə aparırlar. Bəs axşam evə qayıdacağıq. Ailəmlə görüşməyə belə icazə vermədilər. Biləcəridə partiya biletimdən başqa bütün sənədlərimi aldılar. Biləcəridə olan hərbi hissənin dəhlizində hərbi rütbəmi tikən zaman televizorda müraciət eşitdim. Xəbərlərdə deyildi ki, ölkədə fövqəladə vəziyyət elan edilib. 

Rəhbərlik Ermənistana yardım üçün müraciət edirdi. Mən artıq hərbi formamı geyinmişdim. Birdən çöldə etiraz səsləri eşitdik. Cəbhəçilər binanın qarşısında toplaşıb, bizim Ermənistana yardıma göndərilməyimizə etiraz edirdilər. Biləcəridə olan hərbi hissə tanklarla əhatə olundu. O vaxtlar Bakının Komendantı olan general-polkovnik Tiqnov gəldi. O bizə dedi ki, bu beynəlxalq missiyadır. Bütün ölkələr Ermənistana yardıma göndərilməlidir. Burada iki yol var. Ya, Ermənistana köməyə getməlisiniz, ya da həbsə. Generala yaxınlaşıb dedim ki, mənim brounum var. Müdafiə Nazirliyinin müəssəsində işləyirəm. Mənim ora getməyim qanunsuzdur. Tiqnov dedi: “Qanunu yazan da bizik, pozan da.” Beləliklə biz Ermənistana - Leninaka göndərildik. 

- Sizin heyətdə neçə nəfər var idi?

- 2 təyyarə ilə yola düşdük. Birinci təyyarədə 28 nəfər, ikincidə isə 78 nəfər yerləşdik. Ayın 9-u səhər 8-ə qalmış Leninakanda idik. Bir nəfər səliqəli geyimli şəxs mənə yaxınlaşdı. Azərbaycan dilində bizdən soruşdu ki, hardan gəlmişik. Cavab verdim ki, Azərbaycandan, Sumqayıtdan. Həmin şəxs heç bir söz demədən çıxıb getdi. Bir neçə saat keçməsinə baxmayaraq bizə bir söz deyən olmadı. Orada bir general var idi. Ona yaxınlaşıb, məruzə etdim ki, Azərbaycandan gəlmişik. Hansı işi görməliyik? Artıq 11 saat keçmişdi. General bizə göstəriş verdi ki, sağda olan hündür binaya doğru gedək. Sol tərəfdə isə baraklar idi. Oradan yaralılar daşınırdı. Uşaqlara dedim ki, heç kim binaya girməsin. Elə bunu deyəndə elə bir partlayış səsi eşidildi ki. Bina ani zamanda yox oldu. Zəlzələ geri qayıdırdı. Aləm yenidən qarışdı. 

Üstündən bir qədər keçdikdən sonra kortej gəldi. Maşından bir ordu generalı düşdü. Bu Türkmənistan cəbhəsinin generalı Zayçev idi. Mikail Qarbaçov Ermənistana gəldiyi üçün o əvvəlcədən təhlükəsizlik məsələsinə görə gəlmişdi. Özüm şəxsən ona yaxınlaşıb, bizim nə işlə məşğul olacağımızı soruşdum. Zayçev həmin dəqiqə orada olan generalı çağırıb, bizə texnika verilməsini tapşırdı. Bundan sonra biz ərazidə çadırların qurulmasına başladıq. Məni şifahi əmrlə komandirin əvəzi təyin etdi. Bizimlə Sumqayıtdan bir erməni baş leytenantı da gəlmişdi. Onu da yanımdan buraxmırdım. Onu da götürüb, təcili yardım maşını ilə hərbi hissəyə getdik. Oradan texnika götürməli idik. Hərbi hissədən bizə dedilər ki, maşınlar artıq göndərilib. 

Vəziyyət çox gərgin idi. Oradan maşına minib təyyarə limanına getdik. Bizim üçün maşınlar artıq ayrılmışdı. Çadırlar da gəlib çıxdıqdan sonra biz şəhərcik quraşdırdıq. Mən də orada yaradılan qərərgahın üzvü oldum. Bundan sonra mən maşınla Türkiyənin sərhəddinə, Azərbaycan kəndinə çıxdım. Orada bizi qarşılayanlar danışığımızdan bildilər ki, azərbaycanlıyıq. Həmin kənddə bir dənə də olsun dağıntı yox idi. Bu da Allahın möcüzəsidir. Oradan ərzaq götürdükdən sonra uşaqların yanına qayıtdım. İşimizi davam etdiridik. Gecə qəfildən bizə erməni millətçiləri tərəfindən hücum oldu. Bu barədə qərərgaha dərhal məlumat verdikdən sonra bizim təhlükəsizliyimiz üçün hərbçilər verildi. Bizə hücum edənlər ermənilərin partiya üzvləri idi. Bu hadisədən sonra uşaqlara da göstəriş verdim ki, kənara çıxmasınlar. Ancaq daxildə olan işləri görsünlər.

- Bayaq qeyd etdiniz ki, sizinlə bərabər bir erməni leytenantı da var idi. Heyətdə daha hansı millətin nümayəndələri var idi?

- Bir 2 təyyarə ilə uçmuşduq. Heyyətdə olanların əksəriyyəti Quba-Qusar tərəfdən idi. Bundan əlavə Bakıdan və Sumqayıtdan da olanlar var idi. Böyük əksəriyyəti ehtiyatda olanlar idi. Həqiqi xidmətdən cəmi 5 nəfər çağırılmışdı. Erməni baş leytenantı da həqiqi hərbi xidmətdən çağrılanlardan idi. Bizim sıralarımızda ruslar, tatarlar da var idi.

- Siz neçə erməninin həyatını xilas etmisiniz?

- Xilasetmə işlərinə Azərbaycandan gələn “İL-76” təyyarəsinin vurulmasından sonra başladıq. Ona kimi yaralıların yerləşdirilməsi ilə məşğul idik. Leninakanda çadır qurduğumuz vaxt gördüm ki, 80-85 yaşında qadın daşın üstünə uzadılıb. Altında və üstündə heçnə yox idi. Ədyalı yerə salıb onun üstünə qoydum. Həmin vaxt erməni qadın qoltuğundan çörəyi çıxarıb mənə uzatdı. Bunu görən nəvələri üstünə hücum çəkdilər ki, türkə niyə çörək verirsən? Qadın nəvələrinə acıqlandı ki, o türk deyil, mənə kömək edir. Mən o çörəyi götürmədim. İşimizi davam etdirdik. 

- “İL-76” təyyarəsinin qəzası ilə bağlı nə bilirsiniz?

- Həmin təyyarə bizdən sonra ermənilərə köməyə gəlirdi. H.Z.Tağıyev qəsəbəsində yerləşən hərbi hissənin təyyarəsi idi. Onların əksərriyəti də həkimlər idi. Həmin vaxt biz ora yaxın ərazidə işlər aparırdıq. Birdən güclü partlayış səsi eşitdim. Həmin istiqamətə hərəkət etdim. Mənə ora getməyə heç kimj göstəriş verməmişdi. Ora çatanda gördüm ki, artıq təyyarə yerə çırpılıb. Yaxınlıqda bir dağ da var idi. Deyilənə görə təyyarə dağa çırpılmışdı. Həmin təyyarənin içərisndə ermənilərə yardım üçün maşın və heyyət gətirilirdi. Təyyarədə bu günə qədər adı çəkilməyən rus baş leytenantı Aleksandr Proxorov da olub. Onun zəlzlədən bir həftə əvvəl uşağı dünyaya gəlibmiş. Uşağını xəstəxanadan götürməyə getdiyi üçün təyyarəyə kecikibmiş. 

Təyyarə qəzaya uğrayan zaman cəmi iki nəfər sağ qalmışdı. Onlardan biri azərbaycanlı Fəxrəddin Balayev və həmin rus baş leytenantı olub. Onların da sağ qalmasına səbəb belə olub. Bunlar təyyarəyə gecikdikləri üçün təyyarəyə yerləşdirilən yük KAMAZ-ın arxa hissəsində oturublar. Qəza zamanı bort mexanikin əli təsadüfən açılış pultuna toxunur. Çıxış qapısı açılan zaman içərisində iki nəfər olan həmin maşın yana-yana yerə çırpılıb. Maşın 4 təkəri üstündə düşdüyü zaman bunlar yerə yıxılırlar. Fəxrəddin əks itiqamətə, Aleksandr digər tərəfə qaçıb, daşın arxasında gizlənir. Təyyarənin yerə düşən ikinci hissəsi təkrar partlayan zaman həmin rus leytenant daha çox zədə aldığı üçün o dəqiqə ölür. Mən hadisə yerinə çatan zaman gördüm ki, kimsə “Ana” deyib, zarıyır. Onun ana deməsindən başa düşdüm ki, kimdirsə azərbaycanlıdır. Ona qədər bilmirdim ki, bu bizim təyyarədir. Biz meyitləri özbək hərbçilərinin köməyi ilə morqa daşıdıq. Oradan da meyitləri hazırlayıb, hava limanına yola saldıq. Fəxrəddini isə İrəvana hospitala apardılar.
(Azərbaycandan köməyə gedən şəxslərin adlı siyahısı)

- Sizin sonrakı fəaliyyətiniz nədən ibarət oldu?

- Bu işləri gördükdən sonra bizim uşaqlarımız olan yerə qayıtdım. Uşaqlar mənə dedilər ki, iki nəfər üzü saqqalı şəxs məni axtarır. Onlar bilirdilər ki, komandir mənəm. Onlar mənə yaxınlaşıb dedilər ki, uçqunun altından səs gəlir. Ora baxmaq lazımdır. Öz uşaqlarımızı çıxarmağa qorxduğum üçün 4 nəfər özbək əsgəri ilə ora getdik. Həmin yerə çatanda göstərilən yerdə işə başladıq. Beton piltəni qaldıran zaman daşa yapışmış bir sarı uşağın meyiti çıxdı. Onu qaldırıb, kənara qoydum. Daha sonra digər tərəfdən səs gəldi. Beton piltəni qaldıran zaman oradan saçı üzünə tökülmüş bir qadın və iki uşaq gördüm. 

Onların yolunu açan vaxt həmin saqqallı erməni məni arxadan vurdu. Huşumu itirdim. Bir də gözümü açdım ki, hospitaldayam. Hospitala çatanda mənə dedilər ki, qəzaya uğrayan təyyarədən sağ qalan Fəxrəddin Balayev də burdadır. Özümə gələndən sonra Fəxrəddinin yatdığı palataya getdim. Gördüm ki, onun yatdığı palata üfunət iyi verir. Böyrəkləri də “otkaz” etmişdi. Həmin hospitalda Leninqraddan gələn ləzgi həkim də var idi. Mən başa düşdüm ki, erməni millətçiləri burada olduğumuzu bildikləri üçün bizi öldürəcəklər. Ona görə də, ləzgi həkimin köməyi ilə Fəxrəddinin palatasını dəyişdik. Bizə təklif etdilər ki, ikimizi də Moskvaya göndərsinlər.Mən Moskvaya getməyə etiraz etdim. Amma Fəxrəddini dekabrın 20-də Moskvaya göndərdilər. Təyyarədə həlak olan hamının evinə Leninakandan ölüm məktubu göndərilmişdi. Həmin ölüm məktubu bizim də evimizə gəlibmiş.Elə biliblərmiş ki, ölmüşəm. 

- Bəs, siz Azərbaycana necə geri qayıtdınız?

- Həmin vaxt belə bir söhbət çıxdı ki, Azərbaycandan Ermənistana gedən və Ermənistandan Azərbaycana gələnlər geri qayıdır. Sonuncu vaqonda mən də Azərbaycana qayıtdım. 1988-ci ilin dekabrın 23-də məni yarımçıq müalicə ilə hospitaldan çıxardılar. Yol pulu vermədən belə məni dəmir yolu vağzalına gətirdilər. Orada Azərbaycandan olan bir zabitlə rastlaşdım. O SSRİ ordusunda xidmət edirdi. Onunla oturub yemək yeyəndə erməni millətçiləri bizə hücum etdi. Bu vaxt vağzala hərbi patrullar girdi. Millətçi ermənilər onları gördükdən sonra qaçdılar. Bundan sonra məni qatar bələdçisinin yerinə uzatdılar. Beləcə oradan çıxdım. 

- Sizinlə ora gedən digər şəxslərin sonu necə oldu?

- Mənim başıma qəza gələndən sonra ermənilər onlara bir neçə dəfə hücum etmək istəyiblər. Bundan əlavə onlar işlərini görüb, qurtardıqları üçün onları dekabrın 29-da yük vaqonunda yola salıblar. Heç onlara yol pulu, yemək də verməyiblər. Həmin vaxt bizim uşaqlardan biri vaqona minərkən onu elektrik cərəyanı vurub.Elə oradaca ölüb. O haqda indiyə kimi heçnə deyilmir. Onları gətirib Gürcüstan çöllərində tökmüşdülər. Çox çətinliklə gəlib Azərbaycana çıxmışdılar. 

- Sumqayıta qayıtdıqdan sonra Fəxrəddin Balayevlə görüşdünüzmü?

- Bəli. Elə onların qapısına çatanda yoldaşı səsimdən məni tanıdı. Dedi : “Bu Vaqif müəllimdir. Bizə telefonla Fəxrəddin barədə məlumat verən.” Fəxrəddin hələ İrəvanda müalicə alanda mən onun ailsəinə məlumat vermişdim ki, sağdır. Fəxrəddin 2011-ci ildə vəfat edəndə xəbərim olmayıb. Həmin vaxt mən də xəstə idim. Ona görə də xəbər tuta bilməmişdim.

- Qeyd etdiniz sizinlə birlikdə bir erməni baş leytenantı da var idi. Onun sonrakı taleyi necə oldu?

- Həmin baş leytenantın adını unutmuşam. O Bakı ermənisi idi. Ayın 10-u səhər onunla birlikdə su çəni gətirməyə getdik. 11-i səhər bizim təyyarəmiz vurulanda o yanımda yox idi. Həmin hadisədən sonra onu görmədim. Çünki təyyarəmiz partlayanın axşamı məni də başımdan vurdular. Hospitala düşdüyüm üçün o ermənidən xəbərimiz olmadı. Amma o Bakıya qayıtmamışdı. 

- Bəs, yenidən Ermənistanda güclü zəlzələ baş versə, köməyə gedərdinizmi?

- Prezidentimiz tərəfindən bir fərman verilsə, imtina etmərəm. Biz dövlətin əsgəriyik. Bizim xalqımız da, dövlətimiz də humanistdir. Amma qarşı tərəf dən bunun tam əksini görmüşük.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]