Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

MOSSAD şefindən sensasiyalı açıqlama

MOSSAD şefindən sensasiyalı açıqlama
Bölmə :
Dünya
Yayım tarixi :
20/6/2012 [11:54]
Baxılıb :
787 dəfə
Meir Daqan: “İrana hücum Tehranı daha da gücləndirəcək və xalqı rejim ətrafında birləşdirəcək”
İran kəşfiyyatının 3 ölkədə yəhudi diplomatlara qarşı terakt törətdiyi bildirilir

İranın nüvə probleminə dair «altılıq» ölkələrilə (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Almaniya) danışıqların birinci raundu başa çatıb, ikinci raund isə iyunun 19-da keçiriləcək. Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Bağıri məlumat verib. 
«Bu gün (dünən -red.) biz iki raund konstruktiv danışıq apardıq... Danışıqlar sabah davam etdiriləcək», deyə o bildirib.

““Altılıq” ölkələri bizimlə uzlaşmaya yaxınlaşır”

““Altılıq” ölkələri yavaş-yavaş İranla uzlaşmaya yaxınlaşır. Ancaq hələlik müsbət nəticə əldə olunmasını gözləmək olmaz”. Bunu isə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdi bildirib. Onun sözlərinə görə, “altılıq” ölkələri arasında fikir birliyi yoxdur: “Çin və Rusiya digər ölkələrə görə fərqli düşünür”.
Müzakirələrin müsbət nəticələndiyini deyən Ə. Burucerdi nüvə proqramı kimi kompleks mövzunun uzunmüddətli müzakirə tələb etdiyini də vurğulayıb. O, həmçinin əlavə edib ki, İran nüvə proqramını dayandırmayacaq və nüvə silahının yayılmaması barədə müqavilə (NPT müqaviləsi) çərçivəsində nüvə enerjisindən faydalanacaq: “Müqavilənin dördüncü maddəsi təzyiqlər qarşısında nüvə enerjisindən faydalanmaq haqqından imtinanı tələb etmir. İran NPT müqaviləsinə qoşulmuş bir ölkə olaraq bütü nüvə fəaliyyətlərini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında davam etdirir”.

MOSSAD şefi narahatdır

İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın keçmiş rəhbəri Meir Daqan isə yenidən müharibə variantı barədə ehtiyyatlı düşünməyə çağırıb. O bildirib ki, İrana hərbi müdaxilə əks effekt verə bilər.
Sabiq MOSSAD şefinin sözlərinə görə, İrana hər hansı hücum faydalı olmayacaq, əksinə Tehranı daha da gücləndirəcək. M. Daqan İrana hərbi müdaxiləyə qarşı çıxmasına üç səbəb göstərib: “Birincisi, İsrailin hərbi müdaxiləsi bu ölkənin mübahisəli nüvə proqramını dayandırmayacaq, ikincisi, İran xalqı nüvə proqramını dəstəkləyir və ən nəhayət, üçüncüsü, İranın nüvə obyektlərinə zərbə endirilməsi vəziyyətində xalqın ali dini rəhbərə dəstəyi də qat-qat artacaq”.

“İsrail diplomatlarına qarşı terrou Tehran təşkil edib”

Bu arada cari ilin fevral ayında Gürcüstan, Hindistan və Tailandda İsrail diplomatlarına qarşı həyata keçirilmiş terror aktlarının İran tərəfindən təşkil edildiyinə dair faktlar əldə olunub. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb. Xəbərdə bildirilir ki, üç terror aktı arasında da paralellik var və hücumlar iranlı bir şəbəkə tərəfindən təşkil edilib: “Tehranda nüvə alimi qətlə yetirildikdən bir neçə ay sonra beş nəfərdən ibarət iranlı qrup 2011-ci ilin aprelində Tailandın paytaxtı Banqkoka və Hindistanın paytaxtı Yeni Dehliyə hərəkət edib. Həmin şəxslər bir-biriləri ilə əlaqədə olublar, yerli sakinlərdən tutduqları köməkçilər vasitəsilə pul transferlərini reallaşdırıblar və hədəfləri ilə bağlı kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Fevralın 13-də Yeni Dehlidə həyata keçirilən və İsrailin bu ölkədəki səfirliyinin hərbi attaşesinin həyat yoldaşı ilə birlikdə yaralandığı terror aktına qatıldığı iddia edilən Huşəng Aşar İrani hadisədən dərhal sonra Malayziya üzərindən Dubay yoluyla Tehrana dönüb. Bu şəxs 2011-ci ilin aprelində də Yeni Dehliyə gedib və 2012-ci yanvarın 29-da İrana geri qayıdıb. Onun son səfəri terror aktının həyata keçirildiyi gün reallaşıb”.
Qəzet yazır ki, Banqkokdakı terror aktından əvvəl də beş iranlı Tailanda gedib: “Terror aktına qatıldığı düşünülən 31 yaşlı Leyla Ruhani ikinci dəfə olduğu Tailandda bir ev kirayə götürüb və terror aktı həyata keçirilənədək bu ölkədə qalıb. O, terror aktından qısa müddət sonra əvvəl Kuala-Lumpura, ardından da Tehrana hərəkət edib. Rəsmilər hər iki terror aktında istifadə edilən partlayıcı qurğuların bənzər olduğunu deyir. Bundan əlavə, Malayziya polisi terror aktından dərhal sonra İrana qayıtmaq ərəfəsində olan 31 yaşlı Məsud Sədaqətzadəni həbs edib. Terror aktlarını idarə etdiyi düşünülən bu şəxsin Malayziyada sorğu-sualı davam etdirilir və onun Tailanda qaytarılması gözlənilir”. 
“The Guardian” qeyd edir ki, Hindistan rəsmiləri birbaşa İranı günahlandırmaqdan çəkinir: “Artıq terror aktını təşkil edənin İranmı olması deyil, əmrin kim tərəfindən verilməsi önəmlidir. Bəzi kəşfiyyatçılar terror aktlarının “Hizbullah”ın əhəmiyyətli liderlərindən olan İmad Muğaniyənin qətlə yetirilməsinin dördüncü ildönümündə təşkil edildiyini xatırladır. Onlar hesab edir ki, İranın müttəfiqi olan Livan təşkilatı bu böyüklükdə ərazidə terror aktları təşkil edə biləcək gücə sahibdir”.

Əhmədinejad Latın Amerikasına nəyə gedir?

İran prezidenti Mahmud Əhmədinejad isə Latın Amerikasına səfərə gedib. APA-nın İRİB-ə istinadən məlumatına görə, M. Əhmədinejad Tehran aeroportunda jurnalistlərə açıqlamasında bildirib ki, öncə Boliviyaya gedəcək.
“Boliviya rəsmiləri ilə İranla Boliviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif səpkidə görüşlərimiz olacaq. Bundan sonra Braziliyaya yola düşəcəyəm. Burada düzənlənəcək Rio+20 toplantısında iştirak edəcəyəm. Eyni zamanda İranla Braziliya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün bu ölkənin rəsmiləri ilə görüşlərim olacaq. Braziliyadan da Venesuelaya yola düşəcəyəm. Bu gün İran və Venesuela əlaqələri dostanə və səmimidir”.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]