Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Sən də məni tərk edəcəksən?”

“Sən də məni tərk edəcəksən?”
Bölmə :
KİVDF
Yayım tarixi :
4/4/2013 [12:39]
Baxılıb :
1178 dəfə
... xeyriyyə layihəsi davam etdiriləcək
Zərifə Quliyeva: “Əsas məqsədimiz xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə adaptasiya etməkdir”

“Dövlətdən nəsə qazanmağa yox, dəstək olmağa çalışırıq”

Əlillər və kimsəsiz uşaqlar sosial qayğıya ən çox ehtiyacı olan təbəqələrdəndir. Dövlətin və cəmiyyətin bu cür insanlara diqqət ayırması olduqca vacibdir. “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin sədri Zərifə Quliyeva ilə bu mövzu ətrafında həmsöhbət olduq. 

Öncə qeyd edək ki, bu ictimai birlik uşaq evində və ailədə yaşayan əlil və kimsəsiz uşaqların qayğısına qalmaqla yanaşı, xüsusi diqqətə möhtac olan uşaqların cəmiyyətə adaptasiya olunması, onların psixoloji durumu və tibbi sağlamlağı istiqamətində fəaliyyət göstərir. Birlik üzvləri uşalaqrın psixoloji, sosial, tibbi və digər reabilitasiyalarına yardım edirlər.

Kimsəsiz uşaqlara yardım fondlarının özəl şirkətlər vasitəsi ilə maliyyələşdirildiyini bildirən Zərifə Quliyeva indiyədək 300-ə yaxın uşağın müalicə və əməliyyat edildiyini bildirdi: ““Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi 2005-ci ildən rəsmən fəaliyyətə başladı. Ancaq bizim istiqamətimiz artıq 2003-cü ildən etibarən formalaşmışdı. Bir qrup gənc olaraq xeyriyyə məqsədi ilə toplaşmışdıq. Sadəcə onda bizim təcrübəsizliyimiz bir çox addımlarımızda səhvlər etməyimizə gətrib çıxarırdı. Amma intuitiv olaraq işləməyin öz özəlliyi var. Entuziazm üzərində qurulan təşkilat ilk addımlarında daha çox xeyriyyə tədbirləri keçirməklə, əməliyyatlar təşkil etməklə özünə təsəlli tapırdı. Amma mən hər zaman axtırışdaydım. Sanki nəsə çatmırdı. Onda artıq istiqamətim var idi. Amma bilmirdim hara aparacaq...”.

Beləcə xeyli yol qət etdiklərini deyən müsahibimizin sözlərinə görə, artıq məqsədinə çatıb: “Sadəcə indi çatdığım məqsədi təkmilləşdirmək zamanıdır. “Birliyə Doğru” Resurs Mərkəzi yaratmaq bizim məqsədimiz idi və artıq 1 ildir ki, o mövcuddur. Hesab edirəm ki, belə mərkəzlər çox olmalıdır. Buna ehtiyac var. Mərkəzin əsas məqsədi zəif sosial təbəqədən olan uşaqları cəmiyyətə adaptasiya etməkdir. Hal-hazırda mərkəzdə internatı bitirməkdə olan, yaxud da bitirən, yoxsul ailələrdən olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün pulsuz olaraq kompüter, inglis, rus dilləri, abiturient kursları keçirilir. Eşitməsi zəif olan uşaqlar üçün surdoloqoped dərsləri və rəsm kursları keçirilir. Xüsusi olaraq qızları qeyd etmək istəyirəm. Zərif cinsin nümayəndləri üçün tikiş kursu və eşitməsi zəif olan qızlar üçün əl işləri kursu təşkil edilir. Bunlarla yanaşı biz balacalarla da işləyirik. Doğrusu bu hələ çox geniş şəkildə olmur. Bu da səbəbsiz deyil. Belə ki, bərpa otağımız balacadır. Otaqda əlilliyi olan 5 azyaşlı uşaq üçün fizioterapiya, psixoloq məşxələləri və artterapiya dərsləri keçirmək mümkündür”.

“Uşaq evində bayram keçirmək əvəzinə...”

Z.Quliyevanın sözlərinə görə, rəhbərlik etdiyi təşkilatın nəzdində stilistika kursları da təşkil olunur: “Bu kurslar indiyədək 10 qızın stilistika peşəsini öyrənməsinə dəstək olub. Hal-hazırda həmin qızlardan üçü sərbəst usta olaraq çalışır. Ümumilikdə Resurs Mərkəzinin məqsədi adaptasiya etmək, təhsil və ya peşə vermək və işlə təmin etməkdir. Hesab edirəm ki, hər bir xeyriyyə qurumun məqsədi bu olmalıdır. Onlar bilməlidirlər ki, həyat mübarizədir və bacarığı olanın əziyyəti yerdə qalmayacaq. Mütəmadi olaraq biz stimullaşdırmaq üçün müxtəlif treninqlər keçiririk. Və uğurlu insanları qonaq dəvət edirik. Dəvətlilər keçdikləri həyat və iş yollarından, çətinliklərindən söz açırlar. Və sonra da nail olduqlarını göstərirlər. Bu çox gözəl effekt verir. Gerçəklər isə ondan ibarətdir ki, nə problem yaranırsa, günah özümüzdədir, biganəliyimizdədir. Buna yol verməmək üçün isə, gedib uşaq evində bayram etmək, uşağın gözlərinə yazıq-yazıq baxmaq yox, iş görmək lazımdır. Uzun müddətli və faydalı iş”.

Həmsöhbətimiz bəzi insanların uşaq evlərindəki əyləncəli tədbirlərinin, yaxud ərzaq yardımlı aksiyaların çox pis nəticə verdiyini qeyd etdi: “Bu qurumlar, təşkilatlar yalnız vəziyyəti korlayırlar və peşakar iş qurmağa mane olurlar. Mən neft şirkətlərinin gedib borularını təmizləmirəm. Çünki başım çıxmır bu işdən. Niyə bu qurumlar əllərinə torbalar alıb uşaq evlərinə gedirlər? Məqsəd nəsə dəyişməkdirsə, niyyət safdırsa, bunu peşəkar şəkildə etmək lazımdır. Xeyriyyə peşədir və bu peşənin peşəkarları var. Demirəm ki, gətrin verin bizə, biz edək. Bu gərək deyil, sadəcə heç olmasa məsləhət alın. Sizin neft işləriniz necə ciddidirsə, bizim xeyriyyə işlərimiz də o qədər ciddidir. Hər şeyi hazır alan uşağın heç vaxt oxumaq, qazanmaq kimi bir əzmi olmaz”.

“O uşaqların bütün problemlərindən agahıq”

Z.Quliyevanın dediyinə görə, qeyri-hökumət təşkilatı olaraq əlil və kimsəsiz uşaqların sosial problemlərini öyrənsələr də, onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmayıblar: “Biz əlil və kimsəsiz uşaqların bütün problemlərini bilirik. Ona görə ki, buna təcrübəmiz imkan verir. Və bacardığımız qədər o məsələlərlə məşğul olmağa çalışırıq. Amma o ki qaldı aidiyyatı dövlət orqanlarının qarşısında bu məsələlərin qaldırılmasına, xeyr qaldırmamışıq və gələcəkdə qaldırmayacağıq da. Mənim bildiyimə görə, aidiyyatı dövlət orqanlarının özləri bu sahədə hansısa işlər görür. Ancaq biz balaca qurumuq, məqsədimiz isə saadəcə başımızı aşağı salıb öz çevrəmizə dəstək olmaqdır. Formallıq və iclaslar heç sevmədiyim prosedurdur. Buna görə də heç bir iclasa getmirəm. Alyanslara uzun müddət üzv olmuşam. Amma hal-hazırda qlobal işi kənara qoyub, real işlə məşğul olmağı üstün tuturam. Mən orada hansısa bir sənədlə məşğul olan zaman real insan həyatı kölgədə qalar”.

Müsahibimiz bildirir ki, təşkilat olaraq əlil və kimsəsiz uşaqların hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısının alınmasında da iştirak edirlər: “Daha çox maarifləndirici aksiyalar və tədbirlərlə bu prosesdə iştirak edirik. Amma onu deyim ki, qarnı ac olan uşağa hansı hüquqlarından danışa bilərəm, yaxud qucağı uşaqlı imkansız hansı qıza pis yola getmə deyə bilərəm? Mənim buna haqqım yoxdur. Ya real dəstək olmalıyam - iş tapmalı, hansısa sığınacaq tapmalı və s., ya da sakit oturub seyr etməliyəm. Boş-boş hüquq-hüquq deməklə nə cib nə mədə dolu olmur”.

“İnternat məktəblərinə gediş-gəliş çətinləşib”

QHT rəhbəri qeyd etdu ki, əlil və kimsəsiz uşaqların peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlayıblar: “Əlaqədar təşkilatlarla birgə tədbirlərimiz olur. “Birliyə Doğru” Resurs Mərkəzi yaranandan bəri əməkdaşlıq etdiyimiz kifayət qədər təşkilatlar var, əksəri də gənclər təşkilatlarıdır. Çünki bu qurumlarda olan gənclər potensial könüllülərdir və məmuniyyətlə öz sevgilərini, biliklərini paylaşırlar. Bu sektorda olan QHT-lərin heç biri ilə əməkdaşlıq etmirik, sadəcə münasibət saxlayırıq. Tək-tək təşkilatlar var ki, onlarla sıx əməkdaşlığımız var. Dövlət qurumlarına gələndə isə, son zamanlar internat məktəblərinə gediş-gəlişi zorlaşdırıblar. Bu isə bizə çox mane olur. Bununla bağlı bir neçə dəfə müraciətlərimiz olub. Amma əfsuslar olsun ki uzun müddətli layihələrə internatda təhsil alan uşaqları cəlb etmək çox cətin olub. Bu da hər zaman uşağın təhlükəsizliyi və məktəblərdə həmin təhsilin verilməsi ilə izah olunur. Əgər belədirsə, niyə internatı bitirən uşaqların çox az faizi ali təhsil və ya texniki təhsil ala bilir?”. 


Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək imkanları var: “Bizə edilən şikayətlərə baxır və bacardığımız qədər dəstək veririk. Bu da sırf təşkilatın resursu, üzvlərin dəstəyi və özəl strukturların hesabına gerçəkləşir. Çox nadir hallarda aidiyyatı qurumlara müraciət edirik. Məktublar ilişir qalır və ya cavab gəlir ki, “məktuba baxıldı, icazə veririk, gedin filan uşağı əməliyyat edin”.Yəni, sadəcə icazə verirlər. İnanın ona da sevinirik”.

“Dövlətdən nəsə istəmirik”

İctimai birlik sədri işləmək istəyən hər kəs üçün ölkədə şərait olduğunu bildirdi: “Şəxsən bizim aksiyalar hər zaman dəstəklənir və çox yaxşı qəbul edilir. Çünki hər zaman şəfaflığımızı qoruyuruq. İşlərimiz də göz qarşısındadır. Sadəcə işləmək lazımdır və hər kəs öz işini görməlidir. Onda hər şey yerində olacaq. O ki, qaldı “imkan vermirlər işləməyə” deyənlərə, onlar özləri işləmək istəmirlər. Biz 3 il ofissiz çalışdıq, kafelərdə, parklarda işlərimizi aparırdıq. Dizimizin üstündə məktub yazırdıq, ondan-bundan otaq istəyirdik. İndi isə 2 mərtəbəli resurs mərkəzimiz var. Könüllü ordumuz və məqsədli gələcəyimiz var. Biz dövlətdən heç nə istəmirik, zatən QHT-lər istəmək üçün yox, dəstək olmaq üçün yaranıblar. Tərsinə düşünənin QHT sektorunda işi yoxdur”.

Görülən işlər

İnternetdə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin gördüyü işlərlə maraqlandıq. Bunlardan biri kimi əlil və kimsəsiz uşaqların əl işlərindən ibarət sərginin təşkil olunduğunu öyrəndik. Sərginin adı “Onlar bizim üçün çəkiblər”dir. Belə ki, nitq qüsuru olan istedadlı uşaqların rəsm əsərlərinin sərgisi təşkil edilib. Bu sərgidə, E.Mirzəyev adına Nitq Qüsurlu Uşaqların Respublika Məktəbinin şagirdlərinin rəsm əsərləri nümayiş etdirilib.

İctimai Birlik Azərbaycanda “Sən də məni tərk edəcəksən?” xeyriyyə layihəsini də yenidən davam etdirəcək. Layihə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşəbbüsü ilə “Səyyar Tibbi Reabilitasiya” adı altında baş tutacaq. Layihənin əsas məqsədi əlil və kimsəsiz uşaqların tibbi problemlərini həll etməklə, sağlam gəncliyin cəmiyyətimizin sağlam gələcəyini qurmasına şərait yaratmaq olub. Məqsədə nail olmaq üçün internat məktəbində yaşayan kimsəsiz uşaqların tibbi müayinəsi həyata keçirilib.

Layihəyə ilkin olaraq Saray qəsəbəsindəki 7 saylı internat məktəbində, Şağan qəsəbəsindəki 3 saylı internat məktəbində, Ramana qəsəbəsindəki gənc əlillər evində, Buzovnadakı 13 saylı internat məktəbində olan kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar cəlb olunub. Bununla yanaşı, layihə çərçivəsində yuxarıda adı çəkilən bütün müəssisələrdə cinsi və reproduktiv sağlamlıq haqqında təlimlər keçirilib. Bununla onların şəxsi gigiyena, sağlam qidalanma, cinsi yolla yoluxan xəstəliklər, ailə planlaşdırılması barədə məlumatsızlığı aradan qaldırılıb.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]