Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ramiz Rövşən, metafizika, invariantlıq

Bölmə :
Köşə
Yazar :
Rafiq Əliyev
Təqdimat :
Texnika elmlər doktoru
Yayım tarixi :
8/12/2016 [20:09]
Baxılıb :
1561 dəfə

(Əziz dostum və qardaşım Ramiz Rövşənin 70 illiyinə).

Söz vaxtına çəkər. 1963-cü ilin sərt dekabrında qatara minib Moskvaya yola düşdüm, SSRİ Elmlər Akademiyasının “İdarəetmə Problemləri” İnstitutuna. Aspiranturaya imtahan vermək üçün. Qəbul olundum. Akademik B.Petrovun rəhbərlik etdiyi şöbəyə. Tədqiqat mövzusunu özum seçmişdim - “İdarəetmə sistemlərində invariantlıq”. Bu vacib nəzəriyyə lap cücərti vəziyyətində idi. Lakin içərimdə uşaqlıqdan və yeniyetməlikdən formalaşmış davranış xüsusiyyətlərimə bu mövzu çox uyğun gəlirdi. İnvariantlıq nəzəriyyəsinin mahiyyəti budur ki, istər texniki, istər bioloji, istərsə də sosial-iqtisadi sistem elə formalaşmalıdır ki, istənilən həyacanlandırıcı təsirlərdən (basqılardan, zordan, təlatümlərdən) asılı olmasın, o təsirlərə invariant olsun. Məsələn, çəməndəki alaq otu külək əsəndə hər tərəfə əyilə bilir, qonşu palıd ağacı isə invariantdır, küləyin istiqamətindən və gücündən asılılığı yoxdur, çünki palıd qüdrəti var.

İnvariantlıq nəzəriyyəsinin ideyası dünyaca tanınmış professor G.Şipanova məxsusdur, o, bu ideyanı 1945-1946-cı illərdə təklif etmişdi. Əfsuslar ki, bir sıra Sovet alimləri 1949-cu ildə “Pravda” qəzetində idealoji təsir altında bu ideyanın əleyhinə bir məqalə çap etdirdilər (lap bizdə olan kimi). O məqalədə yazılırdı ki, “invariantlıq ideyası müəllifin elmə metofizik yanaşmasıdır, zərərli elmi uydurmadir”. Vərəm xəstəliyindən əziyyət çəkən müəllif-professor tezliklə dünyasını dəyişdi. Lakin həqiqət idealogiyadan həmişə üstün olduğu üçün 1966-ci ildə Kiyevdə keçirilən beynəlxalq konfransda “İnvariantlıq nəzəriyyəsi” elmi kəşf kimi elan olundu. Bütün konfrans iştirakçıları kimi mən də qurur hissi keçirdim, axı mənim də elmi işlərim bu nəzəriyyənin yaranmasına həsr olunmuşdu (sonralar mənim “İnvariantlıq nəzəriyyəsi”nə aid 2 kitabım çap olundu).

Bu girişi ona görə verdim ki, həqiqi elm, həqiqi ədəbiyyat, həqiqi sənət hər zaman hər bir ideoloji təsirlərə invariantdır. Metofizik düşüncə daşıyıcısı olan böyük Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatında qırılmış metofizik poeziya bu gün 70 yaşını qeyd etdiyimiz dünyaca ünlü şairimiz Ramiz Rövşən tərəfindən bərpa olmağa başladı, güclü Sovet idealogiyasına invariant olaraq. Düzdür, Azərbaycan metafizik poeziyasının yenidən ərsəyə gəlməsində ünlü şairlərimiz Vaqif Səmədoğlu və Vaqif Bayatlının da xidmətləri danılmazdır.

Ramiz Rövşən tək poeziyada donmuş metofizik buzları qıran olmadı, o eyni zamanda poeziyamıza yeni bir poetik sistem, düzüm, kosmik  düşüncə tərzi gətirdi. Ramiz Rövşən poeziyasının zənnimcə əsas xüsusiyyəti ilahi məntiq, dərin metofizik fəlsəfi fikir bolluğu, qəlbindəki duyğular və sevgi çələnginin vəhdətidir.

Deyirlər şairlər Allaha yaxın olurlar. Bir müddət əvvəl mən əsl ruhun zadəganı olan böyük şairimiz Ramiz Rövşənin poeziyasının qeyri-səlis məntiqə söykəndiyini “Qeyri-səlis məntiq haqında poetik düşüncələrim” yazımda araşdırmışdım. İndi baxanda görürəm ki, Ramiz Rövşənin poetik məntiqi qeyri-səlis məntiq və ilahi məntiq arasındadır.Onun bu məntiqi Allaha sevgidən doğan məntiqdir və bu sevginin qarşılıqlı payıdır. Allah və ölüm mövzusu Ramiz Rövşənin poeziyasında dominantlıq təşkil edir, hələ bu mövzular yasaq olan vaxtlarda da (zənnimcə yasaq ədəbi prosesin katalizatorudur). 

Ramiz Rövşən görkəmli ziyalımız Aydın Məmmədovun xatirəsinə yazdığı “Tabut” şerində deyir: 

Hələ çiyinlərdə gedir tabutun,
qəbrinin ağzı da açıqdı hələ.
Gözləyir o qəbrin dilsiz sükutu;
sənin sükut payın nə çoxdu hələ!..

Ən rahat, qorxusuz yoldasan indi,
dünyanın ən təmiz, ağ donundasan.
Bircə Allah bilir, hardasan indi;
ömrün əvvəlində, ya sonundasan.

Qeyri-səlis məntiq? Hə - sənin sükut payın nə çoxdur hələ, ömrün əvvəli - ömrün sonu kəsilməzliyi. “Bircə Allah bilir, hardasan indi”. Yox bu fikir Tanrı məntiqinə söykənir. Tanrı məntiqinin dərkinə iddialı olmasam da bu şeir haqqında belə düşünürəm.

Başqa bir şeirdə: 

Bir ölüm havası dəydi üzümə,
Nə gözəl, nə sərin havaymış, Allah.
Sən demə, ürəyim ölümdən ötrü
Darıxan bir bomboş yuvaymış, Allah.

Sən demə, çaşmışam yolu azmışam,
Dünyaya gəlməyim yalanmış mənim.
Sən demə, dünyada anasızmışam,
Sən demə, bu ölüm anammış mənim.

Bu fikirlər tək qeyri - səlis məntiqə sığmır. Ondan yuxarıdadır.

Şəxsiyyətinə və əqidəsinə böyük hörmət etdiyim Ramiz Rövşən xalqını, millətini bütün varlığı ilə duyan bir insandır. “Təpədən dırnağa hiss içindəyəm” şeirində yazır:

Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
Gilası mürəbbə, quzunu kabab
Şairi heykəl tək xoşluyan adam.
Yox, heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim.
Mən sənin yanında dururam
Sənin... küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı.
Heç kəs sığal çəkməz dümağ saçına
O gümüş telindən öpürəm sənin.
Qorxma, pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin.

Bu qədər mənası olan fikirləri, ağrıları bir şeirə sığışdırmaq, milyon ürəyin dərdini bir ürəyə yerləşdirmək başqa planetlərə gedib-gəlməkdən asandırmı? Görünür Ramiz Rövşən qələminin qüdrətindən, kosmik təfəkkürünün böyüklüyündəndir bu.

Ramiz Rövşən bütün varlığı ilə vətənə, torpağa bağlı bir şəxsiyyətdir. Onun vətən sevgisi, Allah sevgisi sonsuzdur.

Qayçıtək Arazı da
Aralığa atdılar.
Bu kəfəni bir az da
Kəsdilər, qısaltdılar.
Kimin əli çıxdısa,
Kimin dili çıxdısa
bu kəfənin altından,
Əlini də kəsdilər,
Dilini də kəsdilər
bu Vətənin adından.
”¦Bu kəfəni bir aç-bax;
hələ diriyik, Allah!
Bu kəfəndən ağappaq
bizə köynək tik, Allah!
Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi, 
Yaşamağa Vətən ver!..

Palıd invariantlığı, kosmik təfəkkürü, ilahi məntiqi, qəlbində sevgi, duyğular çələngi olan böyük İnsan, əziz dostum Ramiz Rövşənə uzun və mənalı bioloji ömür arzulayıram. Əbədi sonsuz ömrü onsuz da özü qazanıb. Ramiz Rövşəndən Ramiz Rövşənə uzanan yol daim nurlu olsun.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]