Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Ultimatum” oyunu

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
7/12/2016 [21:31]
Baxılıb :
1057 dəfə
Yaxud ədalət neçəyədir?

Qaz və  işığın yeni tarifləri cəmiyyətdə təbii narazılıqlar dalğası oyadıb. Hər kəs onsuz da çətin dolanışığında kəmərini bir az da sıxıb işıq ucu görünməyən həyatı üçün iki dəfə artıq ödəmək istəmir. Hər kəsin içində sosial ədalətsizliyə qarşı bir etiraz cücərməkdədi: niyə kimlərəsə hər şey, amma bizə bir qırıq rifah payı düşür? Heç kim varlı neft ölkəsinin sürünərək yaşayan vətəndaşı olmaqdan qürur duymur. 

Cəmiyyətdə ədalət modeli insanlar arasında qurulan münasibətlərdəki ədalət prinsiplərinə çox bənzəyir. Gündəlik  həyatımızda biz özümüzü aldatmağa qoymuruq. Ya da bölgünün ədalətli olduğuna inanır və olmasa  etiraz edib payını qoparacağını düşünürük. Məsələn, iki nəfər müştərək iş görüb min manat qazanc  alıbsa onun tən yarıya bölünməsi daha ədalətli olar. Cəmiyyətdə insan davranışını öyrənməklə məşğul olan alimlər vaxtaşırı müxtəlif eksperimentlər qoyur və insanın davranışından bütün cəmiyyətə şamil ediləcək nəticələr almaqla gələcəyə proqnozlar verir. İnsanlar arasında ədalətli bölgü modelini 1982-ci ildə “Journal of Economic Behaviour and Organization” elmi jurnalı formulə edib ictimaiyyətlə nəticələri bölüşmüşdü. Bu təcrübənin adı “Ultimatum” idi. Iki “oyunçu” arasında müəyyən məşləğ bölünməlidir. Onlardan birincisi bölgünün öz variantını təklif edir. Məsələn, min manatdırsa yarıbayarı, ya da 800 özünə, 200 o biri oyunçuya. Bu məsələ hər kəsin şəxsi mənəvi keyfiyyətlərinə bağlıdır və müşahidəçilər bu mərhələdə müdaxilə etmir. Qarşı tərəf bu təklifə razılaşıb pulu götürə bilər, ya da bölgünü ədalətsiz hesab edib razılaşmaz. Bu halda pulu heç kim ala bilmir və geriyə banka qayıdır. Bu oyunun şərtləri çox universaldır və bütün həyat situasiyalarına uyğun gəlir. Bəzən şirkət müdirləri öz işçilərini belə “oyun”la sınaqdan çıxarır. 
İndi hər kəs özünü oyunçuların yerinə qoysun. Siz nə edərdiz? Uzaqgörən olub göydən başınıza yazan məbləği sözsüz götürər, yoxsa ədalətsiz bölgüyə etiraz edib “Ya hər şey, ya da heç nə” prinsipinə riayət edərdiz? Kimsə ümumi malın 990 manatını götürüb sizə 10 manat uzadırsa bununla razılaşmaq lazımdırmı? Axı 10 manat sıfırdan çoxdur. “Ultimatum” eksperimentinin yüzlərlə müxtəlif  ölkələrdə və şəraitlərdə təkrarına əsasən müşahidəçilər deyir ki, 50-30 faiz arası təklif olarsa adətən sövdələşmə baş verir. Hardasa 30 faizdən aşağı təkliflərdə “qoy keç kimə qismət olmasın” nəticəsi üstün gəlir. Əlbəttə, seçim məsələsində mentalitet, mədəni xüsusiyyət və sair faktorlar həlledicidir. Məsələn, Peru hinduları hər addımında ehtiyatlı və bir qədər də pulgir olan asiyalılara nisbətən daha yolayovuqdur, nə versən götürürlər. İndoneziyada aparılmış təcrübələrin birində isə oyunçu onun bir neçə aylıq maaşı qədər məbləğdən imtina etmişdi. Demək ədalət duyğusu maddi durumdan yüksək tutula da bilir. Aparılan təcrübələrdə tələbələr ədalətli bölgüyə xüsusilə həssaslıq göstərir. 

Alimlər “Ultimatum” oyununu çox sevirlər və mütəmadi olaraq müxtəlif elmi laboratoriyalar təcrübə nəticələrini bölüşürllər. Beyinin MRT altında tədqiqi zamanı aşkar edilib ki, sövdələşmə zamanı beyinin mənfi  informasiyaya cavabdeh hissələri, özünə nəzarət və seçim  prosesini stimullaşdıran yerləri aktivləşir. Yəni hansısa bölgü işini görürkən, eləcə də passiv müşahidəçi olursa da insan mənfi emosiyalar keçirir. Təcrübə altında olanların beyni rasional düşüncəni bloklaşdırır. Düşünmək olardı ki, oyunçu bütün ədalətsiz təklifləri rədd eləməlidir. Amma qazanmaq imkanı ədalətsizliyə göz yummağa imkan verir. Arada qazanc varsa nəinki ədalət, hətta mənəvi dəyərlər də arxa plana keçir. 

Ola bilər, alimlər bu təcrübənin artıq daha da modernizə edilmiş versiyalarını işləyir və nəticələri bizimlə bölüşmürlər. Bəlkə hansısa qapalı laboratoriyada ədalətsizliyə qəti etiraz etməyən insanların yetişdirilməsi üzrə psixoloji təsir proqramları hazırlanır. Respublikamızda maddi rifahın sosial təbəqələr arasında bölgüsü zamanı 50/50-yə prinsipi çoxdandır ki, müşahidə olunmur. Aztəminatlı ailələr hətta 3 manat 35 qəpik, ya da 1 manat 50 qəpiklik artıma da etiraz etmir. Ölkənin yeni, itaətkar insan yetişdirilməsində bir poliqon olduğunu düşünmək çox çətindir. Amma məsələ yenə də təlim və təhsilə dirənir.

20-ci əsrin əvvəllərində yaşamış məşhur İsveçrə pedaqoqu Adolf Feryer belə deyirdi: “Uşaq təbiəti sevər, onu 4 divar arasına qapadılar. O, hərəkətsiz dayana bilməz, onu itaətə öyrətdilər. Uşaq əlləriylə işləməyi sevər, onu nəzəriyyə və ideyalara öyrəşdirdilər. O, danışmağı sevir, amma susmağı öyrədirlər. O, anlamağa çalışsa da əzbərləməyə görə dəyərləndirilir. Uşaq özü bilgi axtarmaq istərkən onu hazır şəkildə beyninə doldurdular. Onda uşaqlar heç bir halda öyrənə bilməyəcəyi nəticəyə gəldilər. Bunun əvəzində onlar yalan danışıb riyakar olmağı öyrəndilər...”

Yalançı, riyakar, bic və başqasının çörəyini əlindən alıq gözünün qabağında yeyə bilən insanda heç vaxt ali ədalət duyğusu  olmaz, ola bilməz. Nə bölgü apararkən, nə də ədalətsiz bölgünü müşahidə edərkən daxili etiraz yaşanmaz.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]