"Black Friday”, Yeni il bayramından öncəki endirim sezonunun ilk günüdür.
Bu endirimli günün bütün dünyada keçirilməsinə baxmayaraq məhz ABŞ-da keçirilən Black Friday ən rezonanslı hesab olunur. Belə günlərdə insanların müxtəlif mağazalara necə hücum çəkdikləri barəsində videolar YouTube-da öz əksini tapır. Bu il də istisna olmadı. Endirimlərə görə insanlar bir gün qabaq mağazaların önündə sıra ilə gözləməyə başladılar. Polislər isə ciddi iş rejiminə keçdilər. Lakin buna baxmayaraq qurbanlarsız həmin gün ötüşmədi. Black Friday günündə iki nəfər həyatını itirib, 4 nəfər isə silahla yaralanıb.
technote.az