Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Qarabağda bütün şəhərləri, kəndləri bərpa edəcəyik”

“Qarabağda bütün şəhərləri, kəndləri bərpa edəcəyik”
Bölmə :
KİVDF
Yayım tarixi :
3/4/2013 [11:49]
Baxılıb :
863 dəfə
İlham Əliyev: “İşğal altındakı torpaqlarımızı azad etdikdən sonra vətəndaşlarımız üçün bundan da gözəl şərait yaradacağıq"

"Bu gün bir mənzillə tanış olarkən məcburi köçkünlə söhbət əsnasında qeyd etdim və bir daha demək istəyirəm ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz bundan da gözəl binalar, evlər tikəcəyik”.
Bu sözləri prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimində çıxış edərkən deyib: “O cümlədən Zəngilanda və işğala məruz qalan digər rayonlarda bundan da gözəl şərait yaradacağıq. Yəni, məcburi köçkünlərin yerləşdirilməsi və köçürülməsi prosesi onu göstərir ki, biz bu imkanlara malikik. Əgər biz 140 min köçkünü artıq yerləşdirə bilmişiksə və hər il 20 min köçkün yeni evlərlə təmin edilirsə, deməli, torpaqlarımız işğaldan azad olunandan sonra tezliklə bütün şəhərləri, kəndləri bərpa edəcəyik, evləri tikəcəyik, şərait yaradacağıq. Mən buna əminəm, buna şübhə etmirəm. Azərbaycanın artan maliyyə, iqtisadi qüdrəti bunu mümkün edəcəkdir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, Prezident bəyan edib ki, bu yöndə Azərbaycanın mövqeyi birmənalıdır: “Bu mövqe həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hazırda işğal altında olan bütün torpaqlar tarixi torpaqlarımızdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə əsas verən bir çox amillər vardır. Onların içərisində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amillər vardır. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Yəni, bu, məsələnin həlli üçün əsas hüquqi və siyasi şərtlərdir. Eyni zamanda, bölgədə qüvvələr nisbəti artıq bizim xeyrimizə dəyişmişdir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artır - artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə ildə təxminən 100 minə qədər azalır. Ona görə, mən deyəndə tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, bu amillərə əsaslanıram. Ancaq eyni zamanda, mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir”.
İlham Əliyevin sözlərinə görə, münaqişənin birinci mərhələsində demək olar ki, Ermənistan ilə Azərbaycan arasında hərbi və iqtisadi sahədə paritet mövcud idi: “Ancaq biz artıq bu pariteti dəyişdirə bilmişik. Bu gün fərq çox böyükdür. Fərq böyüdükcə beynəlxalq təşkilatlardan və bu məsələ ilə məşğul olan ölkələrdən yeni mesajlar gəlir - məsələ yalnız sülh yolu ilə həllini tapmalıdır, başqa yol ola bilməz. Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar vardır. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Ancaq buna baxmayaraq, biz öz siyasi və diplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda, ordu quruculuğu işində daha da ciddi addımlar atılacaqdır. İqtisadi və regional məsələlərdə Ermənistanı indiki təcrid vəziyyətində saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Əminəm ki, bu kompleks tədbirlər nəticəsində və ölkəmizin artan qüdrəti hesabına biz ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaqdır. Buna şübhəm yoxdur. Sadəcə olaraq, biz hamımız istəyirik ki, bunu tezliklə həll edək və tezliklə sizi doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər tikək, qəsəbələr, şəhərlər salaq”.


“Qaçqın-köçkün problemlərinin ən uğurlu həlli metodu Azərbaycandadır”


Dövlət başçısı: “Ölkəmizdə bu məsələnin belə sistemli şəkildə həll edilməsi başqa ölkələr üçün nümunədir”

Aprelin 1-də Masazır qəsəbəsində məcburi köçkünlər üçün tikilən yeni binaların açılışında iştirak edən prezident İlham Əliyev Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış olub. Prezidentə məlumat verilib ki, ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Vəli Quliyevin mənzili üçotaqlıdır. Mənzildə ailənin rahatlığı üçün hər cür şərait yaradılıb. Dövlət başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edib.

İlham Əliyev: Təbrik edirəm sizi. Gözəl qəsəbədir, gözəl mənzildir. İşğaldan sonra köçkünləri yataqxanalara, çadır şəhərciklərinə köçürmüşlər. Uzun illər siz orada çətin, ağır şəraitdə yaşamısınız. Amma indi dövlətin imkanları genişlənir. Bu istiqamətdə məqsədyönlü şəkildə dövlət siyasəti aparılır. Ona görə bütün köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet məsələdir. Belə qəsəbələrin sayı çoxdur. Keçən il Müşfiqabadda buna bənzər bir məhəllənin açılışında iştirak etmişəm. Bu il artıq bu gözəl məhəllə istifadəyə verilir. Bundan sonra da olacaqdır, Mingəçevirdə olacaqdır. Ona görə bu proses davam edir və artıq burada rahat yaşamaq mümkün olacaqdır. Ancaq bu, yenə də deyirəm, müvəqqəti yaşayış yeridir. Əsas məsələ öz həllini tapandan, torpaqlarımız işğalçılardan azad olunandan sonra Zəngilanda, digər şəhər və rayonlarımızda bundan da gözəl evlər tikəcəyik.
Ev sahibi Vəli Quliyev: Çox sağ olun, cənab Prezident. Bizə belə gözəl şərait yaratdığınız, bizə göstərdiyiniz qayğı üçün bütün köçkünlər adından, ailəmiz adından, öz adımdan Sizə təşəkkür edirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Qarşıdan prezident seçkiləri gəlir. Sizin prezidentliyə namizədliyinizi biz - bütün köçkünlər, hamımız dəstəkləyəcəyik. Biz indiyədək çətin vəziyyətdə, ağır şəraitdə yaşamışıq. İndi şükür Allaha gözəl binalar tikilir, bizə gözəl otaqlar bəxş etmisiniz. Ona görə də sizə minnətdarıq, təşəkkür edirik.
İlham Əliyev: Hər şey ardıcıllıqla öz həllini tapır. Əlbəttə, ilk növbədə biz çadırda yaşayanların problemlərini həll etmişik. Onlar uzun illər idi ki, daha da ağır vəziyyətdə yaşayırdılar. Sonra fin qəsəbələrində yaşayanların problemini həll etdik. Qalır yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə yaşayanlar. Onların da problemini həll edəcəyik. İndi həm də dövlətin imkanları var və ən önəmlisi, dövlət siyasəti vardır. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial cəhətdən ən az müdafiə olunan təbəqə, yəni məcburi köçkünlərin problemlərinin həlli prioritetdir. Bunu dəfələrlə Ulu Öndər də bəyan etmişdir, mənim üçün də, bundan böyük prioritet ola bilməz. Artıq bu qəsəbə özlüyündə bir göstəricidir. Bu, eyni zamanda, yeni bir yanaşma tərzidir. Yəni, əvvəllər də, indi də xüsusilə rayon yerlərində fərdi evlər tikilir. Ancaq siz artıq 20 ildir şəhər şəraitində yaşayırsınız. Burada şəhər tipli evlərin tikilməsi məqsədəuyğun idi. Evlər də hamısı çox gözəl, qəsəbə də belə gözəl planlaşdırılmışdır. Şəhərcikdir, burada 3500-ə qədər insan rahat yaşayacaqdır. Tibb məntəqəsi, məktəb, uşaq bağçası. Görürəm, burada istilik sistemi, qaz, işıq, su da vardır. Bu, təbiidir. İş yerləri ilə bağlı, işləyirsiniz?
Vəli Quliyev: Mən özüm indi təqaüddəyəm. Əvvəl işləmişəm.
İlham Əliyev: Təqaüd alırsınız?
Vəli Quliyev: Bəli, alıram.
İlham Əliyev: Bəs uşaqlar necə?
Vəli Quliyev: Uşaqlar işləyirlər.
Əli Həsənov: Cənab Prezident, tapşırığınız oldu ki, elə yer seçək ki, iş yerləri itirilməsin. Yəni, bir problem həll olunursa, o birisi yaranmasın. O cür də icra olunur.
İlham Əliyev: İndi yeni yollar tikilir, dairəvi yol, ondan sonra Bakı-Sumqayıt yolu.
Əli Həsənov: Bəli, buradan gəlib keçir.
İlham Əliyev: Hələ Masazırın öz yolu da yenidən tikilibdir. İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir.
Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemləri vardır. Ancaq bu problemlərin ən uğurlu həlli metodu Azərbaycandadır. Görürsünüz, dünyada - Yaxın Şərqdə, başqa yerlərdə məcburi köçkünlər böyük problemlərlə üzləşirlər. İndi yüz minlərlə insan məcburi köçkünə çevrilmişdir. Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cür məsələlər belə həll olunmalıdır. Burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq - yardımlar, hər köçkünə ayrılan vəsait, iş yerləri.
Əhalinin sayını nəzərə alsaq, ən çox qaçqın və köçkünü olan ölkə Azərbaycandır. Bizdə bir milyon qaçqın-köçkün vardır. Bu, doğrudan da böyük problemdir. Ancaq biz bu problemi həll edirik və həll edəcəyik. Ancaq yenə də deyirəm, bu, müvəqqəti bir məkandır. Şübhə yoxdur ki, biz o torpaqlara qayıdacağıq. O ərazilər bizim tarixi, əzəli torpaqlarımızdır. Ermənistan-Azərbaycan münaqişəsi öz həllini mütləq tapmalıdır. İki ölkə arasında olan qüvvələr nisbəti bizim xeyrimizə dəyişmişdir. Tarixin inkişafı, gedən proseslərin inkişafı onu göstərir ki, biz mütləq öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mənim buna heç bir şübhəm yoxdur. Azərbaycanın və Ermənistanın göstəricilərinə nəzər salın. Biz istənilən sahədə onlardan müqayisəedilməz dərəcədə üstünük, iqtisadi, siyasi, sosial məsələlərin həllində, bütün məsələlərdə, ordu quruculuğu işində.
Vəli Quliyev: Çox sağ olun, cənab Prezident. Mən də arzu edirəm ki, Allah qoysa torpağımız alınsın, Sizi Zəngilanda qarşılayaq.
İlham Əliyev: İnşallah, sağ olun.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]