Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dayan, Zaman, dayan! - Gülnarə Rəfiq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
14/7/2012 [11:12]
Baxılıb :
2233 dəfə
Olmayan şeyi necə saxlamaq olar?

Hamımız Zamanın əlindən yanıqlıyıq. Onun dalıyca danışırıq, az olmasından deyinirik. Nədənsə Zaman həmişə kifayət qədər olmur. Həmişə tələsirik, həmişə də lazımi işləri vaxtında çatdırmırıq. Elə bil Zaman da əlimizdən bezib, bizdən qaçır. Ömrümüzü oğurlayıb, anbaan çırpışdırıb özü də aradan çıxır. 

Bəlkə hamıda olur, elə bil hər yerə gecikirsən. Ona görə yox ki, avaraçılıq edib işini planlaşdıra bilmirsən. Bütün günü işlə məşğulsan, başını qaşımağa vaxtın yoxdu, tələsirsən, amma həmişə də gecikirsən. İşlərini vaxtında çatdıra bilmirsən. Soruşan olanda hər şeyi Zamanın boynuna yıxırsan. Bu məsələdə hamı razılaşır, Zamanımız yetərli qədər deyil. Amma bəzən onun ayaq saxladığını, ya da tempinin yavaşıdığını da hiss edirsən. Bu həmişə olmur. Yalnız gündəlik işlərdən qurtulanda, istirahət etməyə harasa gedəndə, ya da sevdiyin işlə məşğul olanda. Harasa gedib cəmi bir həftədən sonra evimizə qayıdanda elə bil bir ay evdə olmamısan. Adama elə gəlir ki, telefonun sekretarı soxlu mesaj, kompüterin isə saysız-hesabsız məktubları gizləyib saxlayıb. Amma telefonun və kompüterin yaddaşında bir az eşələnən kimi ümidlərin qırılır. Sən demə o qədər də çox soraqlaşmırdılar. Dostlarına zəng eləyib onlardan çoxlu xəbərlər gözləyirsən. Amma məlum olur ki, olmadığın müddətdə xüsusi bir şey baş verməyib. Bu, Zamanın başımıza açdığı ən çox yayılmış oyunlarından biridir.
Gör kimə ömür vermişik?
Müdriklər deyir ki, Zamanın uzanması adətkarda olduğumuz mühiti tərk etəməyimizlə bağlı deyil. Vaxt ona görə addımlarını yavaşıdır ki, həyatımızda yeni hadisləərin sayı artır. Yeni mühit, yeni duyğular, təəssüratlar günləri saatları həmişə olduğundan yavaş sürməyə vadar edə bilir. Sorğular göstərir ki, məzuniyyətdən qayıtmış adamların 71 faizi Zamanın reallıqda olduğundan fərqli sürdüyünü hiss edib. Xüsusilə də lap uzaq ölkələrə səfər edənlər bunu əminliklə deyir. Belə çıxır ki Zaman bizim qəbul etdiyimiz informasiyanın qədəri ilə ölçülür. Ona görə də dəqiqələr saat qədər, günlər həftə qədər uzun görünə bilir. Qəribədi, gör ömrümüzün ölçülməsini bu qədər ayağı sürüşkən Zamana necə həvalə etmişik?
Zaman sarsılmaz illüziyadır, o, yoxdur
Hələ Enşteyn deyirdi: «Bizim kimi fizikaya inananlar bilir ki, keçmiş, indi, gələcək arasında fərq sadəcə inadkar, sarsılmaz bir illüziyadır». Adamlar Zamanı ona görə tuta bilmir ki, o, yoxdur. Bütün dünyanın vaxt məsələsini sinxronlaşdıran mütəxəssislər də zamanı şərti nişanlarla uyğunlaşdırırlar və saat Zamanı ölçməkdə tamamilə acizdir. Dəqiqələr, saatlar, saniyələr- ömrümüzü böldüyümüz ölçülər heç bir təbii hadisə il bağlı deyil. Bunlar insanın kəşfidir və ömrünü çərçivəyə almağın riyazi cəhdidir. Aylar, günlər, ilin tamamı, əlbəttə ki, real təbii hadisədir. Amma ilin 12 aya bölünməsi, hər ayda günlərin sayı bunlar hamısı insanın kəşfidir və şərti xarakterlidir. Əslində nə iyul ayı var, nə də həftənin şənbə günü, nə də 2012-ci il. Yer kürəsi öz ətrafında fırlanır, ay Yerin başına, Yer isə Günəşin başına dolanır. Bu dəyişməz sikli görən insan yüz cür təqvim uydura bilərdi. Ona görə də Maya qəbiləsinin təqvimi, qriqorian təqvimindən, müsəlman təqvimindən də çox fərqlənir. Deməli Zamanın axdığı bircə yer var ki, o da bizim başımızdadır.
Zaman sekslə bir yerə sığınır
Alimlər deyir ki, zaman duyğusuna bizim beynin sol yarımkürəsi cavabdehdir. Sağ yarımkürə isə sanki Zamandan kənardır. Biz hər anı ya sağ, ya da sol yarımkürəylə qavrayırıq. Sağ yarımkürə işə düşəndə Zaman yavaşıyır, ya da tamam yoxa çıxır. Yəni ki, insan yeni şəraitə düşəndə beyninin sağ yarımkürəsini işə salır. Sağ yarımkürə həm də intuisiyaya cavabdehdir. Ərazidə səmti müəyyənləşdirmə hissinə, musiqiyə, rəngkarlığa da necə deyərlər o «baxır». Zarafatı, metaforaları, sətiraltı mənanı da o, bizim qulağımızı pıçıldayır. Seks də onun müstəsna imtiyazıdır. Sağ yarımkürə bizə arzulamağa, fantaziyalara qapılmağa, müxtəlif əhvalatlar uydurmağa imkan yaradır. Bir sözlə, sağ yarımkürə bizə istirahət etmək imkanı verir. Zamanın ritmini isə sağ yarımkürənin badamvari vəzisi azaldır. Bu orqan beyinin təəssürat toplayan hissəsidir. Yaddaşda saxlanan detallar və xırdalıqlar daha çox olarsa yaşanan anın müddəti də o qədər uzanmış olur.
An var ilə bərabər
İşdə vaxt adətən tez keçir, yeknəsək olur. Ətrafda hər şey həmişəki kimi olduğundan heç bir emosiya yaratmır. Ona görə də yaddaş həmin vaxtları sıxır. Ona görə də biz vaxtın uçduğunu düşünürük. Bəzən həmin ritmlə nəinki saatlar, aylar və illər də uçur. Psixoloqlar deyir ki, Zaman məsələsində uşaqlar və böyüklərin qavrayışı çox müxtəlifdir. Cocuqlar üçün bir gün bəzən bir il uzunluğunda olur. Çünki hər saniysi yeni, maraqlı informasiya ilə doludur. Psixoloq Teyler hesablayıb ki, bir aylıq körpə üçün bir həftə onun ömrünün dörddə biridir və ona çox uzun görünür. 14 yaşlı gəncin 1 ili onun həyatının 7 faizidir. Ona görə də kifayət qədər uzun görünür. 30 yaşında insan üçün bir həftə onun həyatının çox kiçik bir hissəsi olduğundan bir göz qırpımında keçir. 50 yaşlı adam üçün bir il onun həyatının 2 faizidir. Ona görə də ilin necə də sürətlə uçduğunu duyur. Yalnız təssüratlarla dolu bir həyat yaşayan zaman İnsan Zamanı yavaşıda bilər və yalnız mənalı həyatı ilə ona qalib gələr. Necə deyərlər, an var ilə bərabər.
***
Zamanı tələsdirmək fikrindəsizsə başınızı işlə qatın, televizora baxın, oxuyun, bağçada gül əkin, rəsm çəkin. Yəni həmişəki işinizlə məşğul olun. Kimisə gözləyərkən fiziki və psixoloji diskomfortu aradan götürüb narahatlığı yox edin. Onda Zaman tez ötüşəcək. Qol saatını çıxarıb gizlədin, divar saatına baxmayın ki, həmişə zaman barədə düşünməyəsiz. Zamanın tələsməsi onsuz da hər gün baş verir. Vaxtı saxlamaq istəyirsizsə məzuniyyət götürün. Yeni təəssüratlar axtarın və ətrafınızı dəyişin. Heç nəyin dərinliyinə varmayın, musiqini boğazdan yuxarı dinləyin, bir az mütaliə edin, telefonla boş-boş söhbətlər edin, təbiətdə gizişin. Ammatelevizor qarşısındakı məhbus kimi oturmayın və jurnalları oxumayın. Həmin bu resept bütün həyata da yarayır. Yəni dəqiqənin hökmüylə yaşayıb saniyənin gözəlliyinə diqqət kəsiləndə Zamanın ayaq saxlamaqdan başqa çarəsi qalmır.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]