Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Layk” və “paylaşma” inqilabları - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
14/7/2012 [11:09]
Baxılıb :
1974 dəfə

Baxanlar baxmayanları agah etsin. Neyçün ki, azəri telekanallarının cümə axşamı günü dəfələrlə dediyi və göstərdiyi bu xəbərin bizim həm daxili, həm xarici siyasətimiz üçün olduqca böyük önəmi var.

Deməli, Səudiyyə Ərəbistanı krallığında bir islamçı (şiə) məhbəsdə vəfat edib. Və ekran vaxtının 99 faizini şou-şiz (şou-şizofreniya), reklamlar və nekrofiliyaya həsr edən yerli televiziyanız bu mühüm məlumat barədə qətyyən susa bilməzdi, təbii ki. Axı söhbət insan haqlarının pozulmasından və monarxiyaların antidemokratikliyindən gedir. Onlar isə bizdə yoxdur - yəni, dustağın türmədə ölümü də, onun günahsız yerə həbsi Azərbaycan üçün ekzotikadır, nonsensdir. Bir sözlə, harada biz yoxuqsa, orada pisdir.
Səudiyyəli islamçını mitinqdə tutub məhbəsə atmışdılar, o da orada 1-2 gün sonra tələf olmuşdu (deyək ki, qətlə yetirilmişdi. Bizim leksikonumuzda bu cü kəlmələr yoxdur). Və azəri telekanallarının bəziləri bu informasiyanı 3 (şiələr üçün), bəziləri də 5 dəfə (sünnilər üçün) səsləndirdi. Elə həmin gün penitensiar xidmətin müalicə müəssisəsində xərçəng xəstəliyindən (dəqiqləşməyib) can verən yerli islamçı, 61 yaşlı Vaqif Abdullayev barəsində isə bir cümlə də deyilmədi. Əlbəttə, azəri telekanalları ümumdünya yayımına iddialı beynəlxalq kanallardır. Odur ki, onlar mütləq yeni yaranmış süni qurum olan Cənubi Sudanın futbolçularının ilk dəfə meydana çıxıb top qovmalarından süjet verməlidirlər. Yaxud, Malidə tuareqlərlə islamçıların birləşib yerli hakimiyyəti necə devirməyə çalışdıqlarını göstərməlidirlər. Tamaşaçı üçün bunlar ço-ox maraqlı xəbərlərdir.
Ancaq həmin “vicdanlı” telekanallar Vaqif Abdullayevin ölümündən, yaxud Turac Zeynalovun qətlindən, və ya Vidadi İsgəndərlinin məhkəməsindən susarlar. Görünür, azəri vətəndaşları üçün bu məlumatlar qətiyyən maraq kəsb etmir. “Sabun operaları” ilə nəfəs alan camaata hansısa Turac Zeynalovun sağlam halda saxlanılıb 2 gün sonra cəsəd kimi evinə qaytarılmasını TV-lər söylərsə də, onsuz ki, camaat buna inanmayacaq: Bu cür hallar Səudiyyə Ərəbistanında ola bilər (və olur da), bizdə isə heç vaxt.

Bizdə olsa-olsa Qaxda ot tayası yanır (və teleaparıcı bunu “dəh-şət-li yanğın” kimi təqdim edir). Yaxud avtoqəzalar ekran vaxtını doldurmağa bəs edir (fransız filmi “Oyuncaq”da mətbuat bossunun oğlunun dediyi kimi, “Atam deyir ki, bizə fransız cəsədləri lazımdır”). Tayanı hökumət yandırmır, avtoqəzaları da birbaşa hakimiyyət təşkil etmir. Ancaq Turac Zeynalovun ölümü, yaxud Vidadiİsgəndərlinin həbsi birbaşa hakimiyyətə bağlı faciələrdir. Odur ki, susun.

***

Faciənin gizlədilməsi heç də onun yoxluğu anlamına gəlmir axı. Qəzetlər var, “bulaq radiosu” (“şəhər folkloru”) var, internetdə sosial şəbəkələr var. Və elə onlar vasitəsilə də xəbər tuturuq ki, Vaqif Abdullayevin ölümündən 2 gün əvvəl ailəsinə onunla vidalaşmağa icazə verilməyib. Yaxud o, xərçəng xəstəsidirsə, niyə yalnız ölümqabağı müalicə müəssisəsinə köçürülüb? Ümumiyyətlə, çarəsiz xəstənin ailəsinin əhatəsində, öz evində dünya ilə vidalaşmaq şansını tapdamaq amansız və qəddar cinayət deyilmi? Və bütün bunlar artıq məişət münaqişəsi deyil, dövlətin öz vətəndaşına qarşı cinayətidir. Yəni, TV nə qədər sussa da, insanlar yenə nələrin baş verdiyindən xəbər tutacaq. Xəbər tutanda isə suallar verəcək. Əvvəl özünə, sonra yanındakılara, sonra areal genişlənəcək. Ot tayasını vətəndaşdan qat-qat üstün sayan telekanallar isə həqiqətlər barədə susmaqla yalnız öz yerlə sürünən imicinə ziyan vuracaq. Onsuz da, savadlı və özünə hörmət edən kəsimdə televiziyaya baxmamaq qürur və fəxr hissi yaradır. “Mən televiziyaya baxmıram” deyən kəs avtomatik olaraq simpatiya doğurur.

***

Problem TV problemi deyil. Problem ondadır ki, ölkədəki biabırçılıqlar qismən qəzet səhifələrinə və bütünlüklə virtuala (sosial şəbəkələrə) çıxsa da, onlara qarşı dirənişin mexanizmləri biabırçı transformasiyaya uğrayıb. Virtualın hələ formalaşmadığı keçmiş, real əyyamlarda İnqilab xəbəri insanları ayağa qaldırır, birləşdirir və hərəkətə sövq edirdi. Bizim dövrümüzdə isə İnqilab - sadəcə daha bir “layk” və daha bir “paylaşma”dır. Feysbukda bəyəndin və bölüşdün - get, məmnun halda yat.
Virtual aləm insanların mobilizasiya yox, demobilizasiya yerinə dönür. Feysbukda hansısa mühüm problem, çağırış, yaxud analizlə bağlı statusu “layk” etməklə isə fərd özünü iştirakçı ilə eyniləşdirir və mənəvi indulgensiyasını qazanır.
TV-ni baykot edib (haqlı yerə) virtuala keçənlər isə bu dilemmadan çıxış yolunu aramalıdırlar: Nə vaxtsa İnqilab xəbəri İnqilab yaradırdı, indi isə ən çoxu status, “layk” və “paylaşma”ya iddia edə bilər...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]