Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Trampın prezidentliyi Rusiya üçün fəlakətli olacaq"

Bölmə :
Müsahibə
Yayım tarixi :
19/11/2016 [00:20]
Baxılıb :
2245 dəfə
Andrey Piontkovskiy: "Dumada Trampın seçilməsinə görə yaşanan eyforiya, 1945-ci ilin aprelində Ruzveltin ölüm xəbərini eşıdəndə Hitlerin bunkerindəki eyforiyanı xatırladır"

Andrey Andreyeviç Piontkovskiy Kreml siyasətinin tənqidçisi, siyasi xadim, publisistdir. Onun sonuncu müsahibəsi kiçik ixtisarla Moderator.az saytında dərc olunub.  Təqdim etdiyimiz müsahibədə bizim oxucuların paralellər apara biləcəyi məqamlar, onları düşündürən bəzi suallar və maraqlı cavablar var.

- Dünən sistemli liberalların görkəmli nümayəndəsi, yüksək səviyyəli peşəkar iqtisadçı Aleksey Ulyukayev həbs olundu. Əksəriyyət onu  intriqaların və ya Kremlin kurs dəyişməsini təsdiqləyən hansısa strateji xarakterli dəyişikliyin qurbanı olduğunu düşünür. Siz bu barədə nə deyə bilərsiniz?

- İlk təəssürat budur ki, Ulyukayevi tələyə saldılar. Kremlin hiyləgər dedi-qodularını araşdırmaq lazım deyil. Ulyukayev bu rejimə xidmət etdiyi illərdə on milyonlar əldə edib(formal olaraq leqal yolla, işə gələndə isə adi oğurluqla) və multimilyonerdir. İki milyon onun üçün nədir ki, hələ bir mənasız riskə də girsin. Bilirsiniz, mən Navalnının pərəstişkarlarından deyiləm, amma onun dünən çox dəqiq bir fikrini dəstəkləyirəm ki, bu hop-kampaniyanın nümayəndələrinə yazığı gəlmək, mərhəmət etmək çox çətindir, hətta onlara qarşı yönəlmiş ittihamın uydurma olduğu açıq görünsə belə. Onlar ölkədə baş verən bütün qanunsuzluqlara təəssüf hissi keçirmirlər, o cümlədən özlərinin iştirakı ilə olanlara da. Bununla bağlı  Bulqakovun arvadının 1937-ci ildə yazdığı  gündəliyindəki  qeydləri xatırlayıram. Orda belə bir qeyd var: ”Averbux həbs olunub. Qisas qiyamətə qalmadı” . Sonra da bu tip personajların uzun bir siyahısını sadalayır. (Averbux Mixail Bulqakovu acılayan, daim donos yazan, gözümçıxdıya salan ədəbi funksionerlərdən biri olub).Onu ya yapon, ya alman casusu kimi həbs etmişdilər, amma Yelena Sergeyevna haqlı idi, cinayətkar rejimə sədaqətlə xidmət edən o adamlar üçün bu, qisas sayılır. O rejim o adamların özünü əzdi. Mən demirəm ki, Ulyukayev dəhşətli cinayət törədib, amma o Putin rejiminə sədaqətlə xidmət edib. Bu adam özünə yaxşı hesabat verirdi ki, xidmət etdiyi dövlət sistemi Çeçenistanın, Ukraynanın, Gürcüstanın, Suriyanın ərazisində hərbi cinayətlər törətməkdə, burda, Rusiyada insan haqlarının pozulmasında  müqəssirdir. İndi onun Çubays, Kudrin kimi kolleqaları şokda  olduqlarını söyləyəndə məni də, Navalnını da bir sual maraqlandırır ki, niyə bu personajlar siyasi məhbus İldar Dadininin  günahsız yerə həbsxanada saxlanması və işgəncələr verilməsilə də təəccüblənmirlər? Və mən Sizi inandırıram ki, bu psevdoliberal məmurlar Ulyukayevin həbsinə etiraz əlaməti olaraq istefa verməzlər. Ulyukayev də daxil olmaqla, onların heç biri  liberal komandadan sayılan Nikita Belıxın həbsinə reaksiya vermədilər. Ulukayevlə də belə olacaq, növbə çatanda qalanları da bu taleni yaşayacaqlar. Biz xatırlayırıq, 37-38-ci illərdə partiyadaxili təmizləmələrdə gecə vaxtı belələrini “voronka”lara basanda qışqırırdılar ki, “yoldaş Stalinə zəng vurun”. Düşünürəm ki, Ulyukayevi də həbs edəndə çox istəyib ki, yoldaş Putinə zəng etsin.

- Ulyukayevin həbsinə oxşar həbslərin keçirilməsilə, guya Putin potensial sui-qəsdçilərə qabaqlayıcı zərbə vurur.Bu fikirlər haqqında nə deyə bilərsiniz?

- Lənət şeytana, hansı sui-qəsd! Bu buyruq qullarının arasında hardadı sui-qəsdçi? Putinə qarşı sui-qəsd hər yerdə ola bilər, bircə sistemli liberalların içində olası deyil, dediyim kimi, son nəfəslərinədək ona xidmət edəcəklər.

- Ulyukayev işi ilə elita arasında təmizləmə prosesinin başlandığını deyənlər də var.

- Mən bu fikri bölüşmürəm. Belə təmizləmələr Putinin psixologiyası ilə uyğun gəlmir. Bir düşərgəni tamam təmizləyib, başqası ilə üzbəüz qalmaq - bu Putinə oxşamır. Çox güman ki, hər düşərgədən birini növbə ilə dartıb çıxaracaq ki, ətrafı zəifləməsin, o hansısa düşərgənin tamamilə təmizlənməsinə heç vaxt getməz.

- Deməli bu hadisəni heç çür “Yenidənqurma 2” deyilənlə bağlamaq olmaz...

- Hakimiyyət konfiqurasiyasındakı dəyişiklik haqqında danışıqlar gedir(bu barədə daha çox kolleqamız Valeriy Solovyov maraqlanır). Əslində bu dəyişiklik daha çox xarici siyasətlə bağlıdır. Rejim Ukraynadan başlayacağı “Rus dünyası” planı ilə paramparça oldu. Əksər ruslar Ukraynaya loyal oldular, Putinə yox. Rusiyanın özündə isə Kremldəkilərin böyük narazılığına səbəb olsa da məlum oldu ki, ruslar Putinin gepolitik xəyalları uğrunda ölmək istəmirlər.

Qərbə qarşı nüvə şantajı iflas oldu. Bundan başqa yeni ABŞ prezidentinin administrasiyasına irəli sürülən namizədlərə baxanda (hiss olunur ki,  ora yalnız qırğılar toplanır) mənə elə gəlir ki, Reyqanın prezidentliyi SSRİ üçün necə fəlakətli oldusa Trampın prezidentliyi də Putinçilər üçün də elə olacaq. Amma, Rusiyada bu seçkilərin nəticələrini necə alqışlayırdılar və hətta idiotka Simonyan avtomobillə əlində Amerika bayrağı Moskvada fırlanmağa hazırlaşırdı.

Bizim Dumada Trampın seçilməsinə görə yaşanan eyforiya, 1945-ci ilin aprelində Ruzveltin ölüm xəbərini eşıdəndə Hitlerin bunkerindəki eyforiyanı xatırladır. Putinin ətrafındakılar elə zənn edir ki, Klinton seçilmədisə yumşalma olacaq. Yumşalma yox,  sərtlik olacaq. Bax, Rudolf Culiani,Trampın komandasında vacib postlarda birini tutacağı gözlənilir, iki gün əvvəl Putini qatil adlandırdı və dedi ki, Amerika Rusiya ilə güc mövqeyindən danışacaq. Yaxud, Con Bolton, mümkün dövlət katibi, o Kerri kimi iradəsiz olmayacaq, bizim Ribbentropun ( Lavrov nəzərdə tutulur) dalının boltu olacaq.

Hibrid müharibə başlayanlar indi hibrid kapitulyasiya faktı qarşısında qalacaqlar. Çox güman ki, “perestroyka” yox, “perestrelka” olacaq. Xarici siyasətdəki məğlubiyyətdə ən zəif bənd diktatorun özü olur. Və problemlərin rasional həlli rejimin fərdi  brendinin - rəhbərinin dəyişməsidir. Bax bu işdir, bu ciddi məsələdir. Yoxsa, hansısa Ulyukayevlər, Seçinlər, bunlar siçan p....ur

Tərcümə edən İLHAM İSMAYIL

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]